Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə25/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

 
80 
          Süleyman  şahın  qurduğu  dövlətin  paytaxtı  Ġznik  –Nikeya 
seçilmişdi.  İznik 1078-ci ildə paytaxt elan olunuqdan sonra Süley-
man  şah  Antakya  səfərinə  çıxarkən  yerinə  qoyduğu  sərkərdə-
lərindən  biri  Əbülqasim  Konstantinopola  doğru  yürüşlərini  davam 
etdirdi.  Bizans  imperatoru  Aleksinos  böyük  ordu  ilə  İznik  şəhərini 
mühasirəyə  alaraq  səlcuqlar  tərəfindən  olan  təhlükəni  tamamilə 
aradan  qaldırmağa  cəhd  etdi.  Lakin  türklər  bir  tərəfdən  qalanı 
qorumuş,  digər  tərəfdən  gözlənilməyən  istiqamətdən  qəfil  hücuma 
keçərək  Bizans  ordusuna  güclü  zərbə  vura  bildilər.  Bizanslılar 
1086-cı  ildə  mühasirədən  əl  çəkərək  geriyə  çəkilməyə  başladılar. 
Suriya  məliyi  Tutuş  və  onunla  bərabər  olan  Artuk  bəy  qarşısında 
məğlub olduğu üçün özünü öldürdü 
Əbülqasim  Boğaziçinə  qədər  irəlilədikdən  sonra  Bizansa  sa-
hib olmaq üçün güclü donanma yaradılmasının zəruriliyini hiss etdi. 
Bunun  üçün  Gəmilik  körfəzində  donanma  yaratmaq  üçün  tədbirlər 
gördü.  Donanmanın  güclənməsini  istəməyən  Bizans  imperatoru 
bütün  donanmanı  Gəmiliyə  göndərdi.  Bizans  döyüşçüləri  yenicə 
yaradılan türk donanmasını dağıtdı. 
Bizans  imperatoru  yaxşı  bilirdi  ki,  baş  verənlərə  biganə  qal-
mayan Əbülqasim intiqam alacaqdır. Bu səbəbdən də, onunla dost-
luq  əlaqələri  yaratmaq  yolları  axtardı.  Nəhayət,  imperator  Əbül-
qasimi  Konstantinopola  dəvət  etdi.  Əbülqasım  və  onu  müşayiət 
edənlər  Konstantinopolda  təntənə  ilə  qarşılandılar.  İmperator  onu 
Səlcuq  imperatorluğuna  qarşı  birlikdə  hərəkət  etməyə,  asılı  olduğu 
türk xaqanlığına qarşı birlikdə müqavimət göstərməyə razı saldı. Bu 
Əbülqasimın ciddi səhvi idi. 
Əbülqasimin  Bizansla  əlaqə  yaratmasını  öyrənən  Məlik  şah 
qəzəbləndi,  dərhal  onun  üzərinə  qoşun  yeritdi.  Şah  ordusuna  qarşı 
mübarizədə Bizansdan kömək görməyən Əbülqasim İsfahana gedə-
rək əhv olunmasını xahiş etdi. Lakin Sultan onun xahişini qəbul et-
mədi. Əbülqasim 1082-ci ildə Anadoluya qayıdan zaman yolda Mə-
lik şahın sərkərdəsi Bozan tərəfindən öldürüldü. 
 
 


 
81 
Əbülqasım İsfahana gedərkən 
yerinə  qardaşı  Əbülqazını  təyin  et-
mişdi.  Lakin  Məlik  şah  öldükdən 
sonra  Süleyman  şahın  Xorasanda 
olan  oğlu  Qılınc  Arslan  Anadoluya 
gəldi.  O,  İznik  sakinləri  tərəfindən 
böyük  hörmətlə  qarşılandı.  Be-
ləliklə,  Qılınc  Arslan  hakimiyyəti 
ələ aldı.  
I  Qılınc  Arslan  (1092-1107) 
taxta  çıxdığı  zaman  Anadoluda 
böyük qarışıqlıq hökm sürürdü. O, 
yaranmış  vəziyyətə  son  qoymaq 
üçün  tədbirlər  gördü.
 
İlk  növbədə  bizanslıları  Mərmərə  dənizi 
sahillərindən uzaqlaşdırdı, erməni üsyanlarını  yatırtdı, Anadolunun 
bir  çox  yerlərini  zəbt  etməsinə  baxmayaraq  onların  iki  ordusunu 
Amasya və Ərəyli yaxınlarında məğlub etdi, Danişməndoğulları ilə 
savaşaraq  onların  paytaxtı  Malatya  şəhərini  və  Urfanı  ələ  keçirdi. 
Diyarbəkr, Silvan və Harran bölgələri ona döyüşsüz tabe oldu. 
I  Qılınc  Arslan  ilk  növbədə  müstəqilliyə  daha  çox  can  atan 
İznikdəki  Çaka  bəyi  aradan  götürməyə  çalışdı.  Çünki  Çaka  bəy 
(Çakan bəy) getdikcə qüvvətlənir, sərbəst hərəkər etməyə can atırdı. 
Qılınc  Arslan  Çaka  bəyi  məğlub  etdikdən  sonra  Malatyanı 
mühasirəyə aldı. Bu ərazi həmin dövrdə bir erməni knyazının əlində 
idi.  Ancaq  Səlib  yürüşlərinn  başlanması  səbəbli  mühasirə  yarıda 
saxlandı. 
Məlumdur ki,  Alp  Arslan Malazgirt  qələbəsindən  sonra  türk-
mən  bəylərinə  Anadolunu  zəbt  etmək  əmrini  verdi,  özü  isə  Mavə-
rannəhrə  getdi.  Bu  zaman  Qaraxanlı  hökmdarı  Nəsr  xanla  Xa-
rəzmdə olan Məlik İlyas arasında ciddi münaqişə baş verdi. Barzam 
qalasını  qoruyan  qala  mühafizəçisi  Yusif  Xarəzmdə  tutulub  Sul-
tanın  yanına  gətirildi.  O,  Sultanın  ayığına  sarılaraq  əhv  edilməsi 
bəhanəsi  ilə  çəkməsində  gəzdirdiyi  xəncərlə  Alp  Arslanı  ağır 
I Qılınc Arslan 
 


 
82 
yaraladı.  Çox  çəkmədi  ki,  böyük  fateh  1072-ci  il  oktyabrın  25-də 
öldü. Onun yerinə oğlu Məlikşah (1072-1092) keçdi. 
Cəlalüddövlə  din-Müizzuddin  Məlik  şah  noyabrın  25-də 
Sultan elan olundu
Tanıtma: 
Məlik  Ģah  (1055-1092)  Böyük  Səl-
cuqlu  dövlətinin  hökmdarıdır  (1072-
1092). Məlik şah 1055-ci il avqustun 6-da 
bazar  günü  dünyaya  göz  açmışdır.  Məlik 
şahın  qabiliyyəti  və  cəsarəti  atası  Alp 
Arslanın diqqətini çəkir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
O  kiçik  yaşlarında  atası  ilə  birlikdə  Gürcüstan  səfərində  olmuş, 
Alp  Arslan  1066-cı  ildə  onu  varis  təyin  ettişdi.  Məlik  şah  Sultan 
olduqdan  sonra  atası  zamanında  vəzir  olan  Nizamülmülkü  vəzifəsində 
saxlamış,  taxta  çıxdıqdan  sonra  Qəznəvilər  və  Qaraxanlılar  Səlcuqlu 
dövlətinə hücum etmişdi. Məlik şah qardaşı taxta yiyələnmək məqsədilə 
üsyan qaldırsa da, Nizamülmülk üsyanı yatırmışdı. 
Məlik  şah  Qaraxanlılar  və  Qəznəvilər  üzərinə  səfər  təşkil  etdi  və 
itirdikləri  torpaqları  geri  aldı.  Məlik  şahın  Gürcüstan  üzərinə  təşkil 
etdiyi üç səfər nəticəsində gürcü kralı və bölgələrdəki digər vilayətlərin 
hökmdarları Böyük Səlcuq dövlətinin hakimiyyətini qəbul etdilər. Məlik 
şah  zamanında  Səlcuqlu  sərkərdələri  Anadolu,  Süriya,  Fələstin  və 
Yəməni fəth etdilər. 
Sultan   Məlik 
Ģahın yürüĢləri 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə