Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə28/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   61

 
89 
dülər, yaranmış vahimənin qarşısını ala bilməyəcəyini görən Sultan 
özü də sığınacaq axtarmağa başladı. Təhlükəsiz yer tapan Süleyman 
qalxanını yerə atıb üstündə oturaraq fikrə dalır. Bu vaxtı ona yetişən 
atlı  Tutuşun  onu  görmək  istədiyini  bildirir.  Bunu  eşidən  Süleyman 
qılıncını götürərək öz qarnına soxur…». 
Süleymanın məğlubiyyəti və qəfil ölümü Anadoluda siyasi sa-
bitliyi pozdu. Boş qalmış taxta iddia edən türk bəyləri arasında toq-
quşmalar başlandı. Böyük Səlcuq sultanı Məlik şah qeyri-sabit və-
ziyyətdən istifadə  edərək  Kiçik  Asiyada  nəzarəti  ələ  almaq  məqsə-
dilə Anadolu sultanlığının idarəsini özünün 2 sərkərdəsinə tapşırdı. 
Süleyman  sutanın  ölümü  böyük  xaqan  Məlik  şahın  qəzəbinə 
səbəb  oldu.  Məlik  şah  qardaşı  Tutuşu  cəzalandımaq  üçün  hərbi 
əməliyyata başladı. Qardaşı ilə döyüş meydanına girmək istəməyən 
Tutuş Şama doğrü çəkildi. Tutuşun bu hərəkəti Məlik şahı müharibə 
etmək fikrindən daşındırdı. 
Məlik şah Yağıbasan bəyi Antakya əmiri təyin etdi və ordusu 
ilə Ağ dənizə doğru hərəkət etdi. O, Anadolu Səlcuq dövlətinin ida-
rəsini Davud bəyə tapşırıb Süleyman şahın kiçik oğlu Qılınç Arslanı 
özü  ilə  Bağdada  gətirdi.  Bağdad  Ulu  xaqan  Məlik  şahı  təntənə  ilə 
qarşıladı. 1087-ci il aprelin 25-də sarayda mərasim keçirildi. Böyük 
hörmət əlaməti olaraq Məlik şaha qiymətli ipək parçadan xalat gey-
dirildi. Başına daş-qaşla bəzədilmiş tac qoyuldu. Xəlifə Məlik şaha 
iki  qılınc  bağışladı.  Bu  qılınc  «Qərbin  və  Şərqin  hökmdarı»  rəm-
zini daşıyırdı. 
Məlik şah Bağdadda olarkən qızı Mahməlik Sultan ilə Xəlifə 
əl-Müqtədinin  evlənmə  mərasimi  təşkil  olundu.  İbrahim  Qəfəsoğ-
lunun «Sultan Məlikşah» və Əhməd ibn Mahmudun «Səlcuqnamə» 
əsərində bu toy mərasimindən bəhs olunaraq bildirilir ki, Mahməlik 
Sultanın cehizini 130 dəvə və 74 qatır daşıyırdı. Dəvələrdəki yükün 
çoxu  qızıl  və  gümüş  idi.  Bu  kəcavədə  200  nəfərdən  çox  türk  qızı 
gəlinlə birlikdə gedirdi. Ölkədə böyük bayram şənliyi keçirilirdi. Bu 
şənlik  Məlik  şahın  daxili  və  xarici  siyasət  sahəsindəki  uğurlarının 
böyük təntənəsi idi.
 


 
90 
1092-ci  ildə  Məlik  şahın  ölümündən  sonra  Börküyarıq  taxta 
çıxdı. Atasından fərqli olaraq yeni hakim nisbətən zəif, lakin xeyir-
xah  idi.  Hakimiyyətə  gəldikdən  sonra  onun  verdiyi  əmrlərdən  biri 
Süleymanın İraqda həbsdə olan oğlunun azad olması haqqında fər-
man  oldu.  Süleymanın  azadlığa  çıxmış  oğlu  özünü  I  Qılınc  Arslan 
adı ilə Anadolu Səlcuqlarının sultanı elan etdi. 
Nikeyanın itirilməsi Bizans üçün ağır zərbə oldu. Bizansın da-
yaq nöqtəsi olan bu şəhər yalnız VII əsrdə bir neçə illiyə əldən get-
mişdi.  Lakin  türklərin  təşkilatçılığı  lazımı  səviyyədə  deyildi,  onlar 
daha çox Suriya və Livana yürüşləri barədə düşünürdülər. Vəziyyət-
dən istifadə edən  III  Nikifor şəhəri qaytara bilmədi və 1087-ci ildə 
Aleksey Komnin tərəfindən taxtdan salındı. Aleksey Komnin tədri-
cən  Kiçik  Asiyada  itirilmiş  torpaqları  geri  qaytararaq  1097-ci  ildə 
xaçlıların yardımı ilə Nikeyanı türklərdən aldı. 
Kiçik Asiyada növbəti Səlcuq-Bizans döyüşü 1117-ci ildə Ti-
lomeliyada  (Əskişəhərdə)  baş  verdi.  Döyüşdə  qazanılan  qələbə  Bi-
zans  imperiyasına  Kiçik  Asiyada  mövqeyni  qismən  bərpa  etməyə 
imkan  verdi.  1117-1176-cı  illərdə  Bizans  regionda  hegemon  möv-
qeyini saxladı. Lakin 1176-cı il sentyabrın 17-də qədim Trigiya vi-
layətində baş vermiş Miryakəfalon döyüşündə Konya (Rum) sultanı 
II Qılınc Arslanın başçılıq etdiyi səlcuq ordusunun Bizans imperato-
ru Manuil I Komninin başçılıq etdiyi orduya qalib gəlməsi regionda 


 
91 
qüvvələr  nisbətini  türklərin  xeyrinə  dəyişdi.  1180-ci  ildə  Kotieya, 
daha  sonra  Soronol  və  Ankara  türklərin  əlinə  keçdi.  1206-cı  ildə 
Trapezund, 1207-ci ildə Antalya, 1211-ci ildə Meandra (Menderes) 
vadisi  səlcuqlar  tərəfindən  zəbt  edildi.  1226-cı  və  1230-cu  illərdə 
Diyarbəkr və Ərzurum tüklərin əlinə keçdi. Lakin şərqdən monqol-
ların irəliləməsi türklərin daha ehtiyatlı siyasət yürütməyə vadar etdi. 
1256-cı  ildə  Anadolu  Səlcuq  dövləti  iki  hissəyə,  bu  hissələr  isə  öz 
növbəsində xırda bəyliklərə parçalandı. 
Qılınc  Arslanın  ölümündən  sonra  yaranmış  çətin  vəziyyətdə 
qardaşı  Malik  hakimiyyətə  gələrək  Malik  şah  adı  ilə  idarəetməyə 
başladı. Paytaxt  Konya seçildi. 1116-cı ildə Danişməndli sülaləsi-
nə mənsub olan Məsud qayınatası ilə danışıqlara girdi və taxta sahib 
oldu.  Məsud  Sonqarusdan  Tavra
 
qədər  olan  əraziləri,  kiçik  qardaşı 
Malatyanı  qayınatası  Danişməndli  II  Qazi  Qalisdən  Əfraka
 
qədər 
olan  əraziləri  idarə  etməyə  başladı.  Məsud  ağıllı  tərpənərək  bütün 
diqqətini  hakimiyyəti  möhkəmləndirməyə  və  sərhəddə  yerləşən 
kiçik  türk  knyazlıqlarının  hesabına  ərazilərini  genişləndirməyə 
yönəltdi. 
Sultan Məsud ordunun qüvvətləndirilməsinə xüsüsi fikir verdi. 
O, səlib  yürüşü zamanı cəngavərlərin köməyi ilə  alınıb bizanslılara 
verilən bölgələri geri almağa çalışdı. Qısa müddətdə güclü ordu ya-
radan  Sultan  Məsud  bizanslıların  əlinə  keçən  Anadolu  bölgələrini 
geri  qaytara  bildi. Bu bölgələrin  bir  hissəsi oğlu  II  Qılınc  Arslanın 
ixtiyarına  verildi.  Anadolu  Səlcuq  dövlətinin  qüvvətlənməsi  və  ye-
nidən  təhlükəli  qüvvəyə  çevrilməsi  Qərb  xristianlarının  ciddi  nara-
hatığına səbəb oldu. Qərb dövlətləri yenidən birləşərək II Xaç yürü-
şünə hazırlıq görməyə başladılar. 
Məsud  qardaşı  Arapla
 
mübarizəyə  başladı.  1125-ci  ildə  Bö-
yük  Səlcuq  sultanı  tərəfindən  azadlığa  buraxılan  Arap  Anadoluya 
qayıdaraq  taxta  iddia  edirdi.  Məğlubiyyətə  uğrayan  Məsud  sığına-
caq üçün Konstantinopola qaçdı. İmperator onu isti qarşıladı və dip-
lomatik  danışıqlar  başladı.  Danişməndlilərdən  yardım  alan  Məsud 
qələbə  çaldı,  Arap  xilas  üçün  Konstantinopola  üz  tutdu.  İmperator 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə