Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə30/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   61

 
95 
kafirlərin əlindən qopartmaq üçün silaha sarılmağa çağırdı. Yürüşün 
bütün iştirakçılarına günahlarının tamamilə bağışlanacağı bildirildi, 
həlak  olanlara  cənnət  vəd  olundu.  Papa  çıxışında  bildirdi  ki,  səlib 
yürüşçülərini  Şərqdə  zəngin  dünya  nemətləri  gözləyir,  kimlər  bu-
rada dərdli və yoxsuldursa, orada xürrəm və varlı olacaqlar. II Urba-
nın  çağırışı  iştirakçılar  tərəfindən  rəğbətlə  qarşılandı.  Onun  nitqi 
«Allah belə istəyir»  çağırışı ilə sona çatdı. Toplanışın iştirakçıları-
nın  böyük  əksəriyyəti  dərhal  çağırışa  qoşuldular,  öz  döşlərinə  xaç 
nişanəsi vurdular. 
Şərqə yürüş ideyası Qərb feodalları tərəfindən böyük rəğbətlə 
qarşılandı.  Müharibə  onlara  da  zəngin  torpaqlar  və  qənimətlər  vəd 
edirdi. Kilsə xaçlılara böyük güzəştlər verdi. Onlar borclardan azad 
edildilər.  Xaçlıların  əmlakı  və  ailələri  kilsənin  mühafizəsi  altına 
keçdi. Cəngavərlərin xeyli hissəsi yürüşün dini məqsədlərinə biganə 
deyildi. Dini şüarlar, böyük çağırış hər bir xristianın məqsədli amalı 
hesab olunurdu. 
Xristianların bu çağırışına Şimali və Orta Fransa, habelə Reyn 
sahilində  yaşayan  almanlar  da  qoşuldular.  1096-cı  ilin  baharında 
on  minlərlə  yoxsul  ziyarətgaha  getmək  üçün  çağırışa  qoşuldular. 
Dəryaz, dəyənək və balta ilə silahlanmış yürüş iştirakçıları Reyn və 
Dunay boyu ilə Konstantinopola tərəf irəliləməyə başladılar. Həmin 
ilin yayında xaçlılar şəhərin ətrafına gəlib çıxdılar. Onlar yerli əhali-
nin təzyiqi ilə Anadoluya doğru irəlilədilər.  
Birinci Xaç yürüşü (1096-1099) 


 
96 
          Səlibçilərin  yürüşlərindən  xəbər  tutan  Səlcuq  qoşunları  göz-
lənilmədən düşmənin üzərinə hücum etdilər. Səlibçilər son nəfərlə-
rinədək  məhv  edildi.  1096-cı  ilin  yayında  Qərbi  Avropa  feo-
dallarının qoşunları şərqə doğru hücuma keçdilər. Onlar yaxşı silah-
lanmış  və  xeyli  ehtiyat  hissələrinə  malik  idilər.  Lakin  ordu  vahid 
qüvvə halında birləşməmişdi. Onlar ayrı-ayrı dəstələrə bölünmüşdü-
lər.  Dəstələr müxtəlif  yollarla  irəliləyirdilər. Səlibçilərin  bir  dəstəsi 
Reyn-Dunay istiqamətinə, digər bir dəstə Adriatik dənizi sahili bo-
yu hərəkət edirdi. Digər bir dəstə İtaliya ərazisindən Balkan yarıma-
dasına doğrü irəliləyirdi. 
1097-ci ilin aprel-may aylarında səlib qoşunları Kiçik Asiyaya 
daxil oldular. Səlibçilər səlcuq tükləri ilə Nikeya şəhəri ətrafında qar-
şılaşdılar.  Nikeya  ətrafında  baş  verən  döyüş  xaçlıların  üstünlüyü  ilə 
başa çatdı. Nikeya səlibçilərin əlinə keçdi və razılaşmaya əsasən Bi-
zansın hakimiyyətinə verildi. 1097-ci il iyunun 26-da xaçlılar Nike-
yadan  hərəkətə  başlayaraq  Dorileyada  səlcuqların  birləşmiş  ordusu 
ilə qarşılaşdılar və səlibçilər üstünlük qazandılar. Bu vaxt bir-biri ilə 
ədavət aparan Səlcuq bəyləri arasında birliyin olmaması üzündən sə-
libçilər Anadoluya daxil ola bildilər. Qılınc Arslan düşmənin çoxsaylı 
qoşunlarının  qarşısını  ala  bilmədi.  Beləliklə  şəhər  düşmənin  əlinə 
keçdi. Gəngavərlər Əskişəhər-Ağşəhər-Konya istiqamətində irəliləyə 
bildilər.  Xaçlı  ordusunun  digər  bir  hissəsi  Şərqə  doğru  irəlilədi. 
Qılınc  Arslan  onların  bir  hissəsini  Amasiya  yaxınlığında  məhv  edə 
bildi.  Lakin  xaçlıların  bir  hissəsi  1097-ci  ilin  yayında  sürətlə 
irəliləyərək sənətkarlıq və ticarət mərkəzi olan Edessanı (Urfanı) ələ 
keçirdilər. 
1097-ci il oktyabrın 21-də xaçlıların əsas qüvvələri Antioxiya-
ya yaxınlaşdılar. Antioxiya cənub-qərbdən dağlar, şimali-qərbdən çay 
və bataqlıqlar, qərbdən dənizlə əhatə olunmuşdu. Ətrafında möhkəm 
qala  divarları  vardı.  Bu  divarlar  Bizans  imperatoru  Yustinanın  döv-
ründə tikilmiş, ərəb istilasından sonra daha da möhkəmləndirilmişdi. 
Antioxiya  əvvəlcə  Bizansın,  sonra  ərəblərin,  1084-1085-ci  illərdə 
səlcuqların hakimiyyəti altında olmuşdur. 1087-ci ildən Səlcuq əmiri 
Yağı-Siyam Dəməşq əmiri Dukak ilə Hələb əmiri Ridvan arasındakı 


 
97 
müharibələrdən  istifadə  edərək  şəhəri  müstəqil  idarə  etməyə  başla-
mışdı. 
Uzun sürən mühasirədən sonra 1098-ci ilin may ayında topla-
nan  şurada  Boemund  qalanın  zəbt  edilməsi  təklifini  irəli  sürdü  və 
bunun  əvəzində  Atioxiyanın  idarəçiliyinin  ona  verilməsini  bildirdi. 
Boemundun bu əminliyi qalanın qərb bürclərini qoruyan erməni Fi-
ruzla əlaqəyə girməsindən qaynaqlanırdı. Firuzu bu xəyanətə sürük-
ləyən  səbəblərin  əsasında  onun  erməni  xisləti  dayanırdı.  Təbii  ki, 
səlibçilər  əvəlcə  Boemundun  təklifini  narazılqla  qarşıladılar,  lakin 
Mosul  atabəyi  Kürboğanın  Mərkəzi  və  Şimali  Mesopotamiyadakı 
səlcuq  əmirləri,  o  cümlədən  Dukakla  birləşərək  hücuma  keçməsi 
xəbəri  alındıqdan  sonra  səlibçiləri  güzəştə  getməyə  məcbur  etdi. 
1098-ci  il  iyunun  2-də  Boemundun  dəstəsi  Firuzun  rəhbərliyi 
altında  bürclərdən  qalaya  daxil  oldu.  Xaçlılar  hər  tərəfdən  hücum 
edərək şəhəri zəbt etdilər. Səlcuq türklərindən ibarət 3 min nəfərlik 
qarnizon  Silpis  yaylasındakı  qalaya  çəkilərək  müdafiə  olunmağa 
Səlcuq türkləri hücumda 


 
98 
başladı. Şəhər valisi Yağı-Siyam şəhəri tərk etsə də, yolda vəfat etdi. 
Antioxiyanı ələ keçirən səlibçilər dağıntı və qarətlə məşğul oldular. 
1098-ci  il  iyunun  3-də  Mosul  atabəyi  Kürboğan  300  min  nə-
fərlik  qoşunla  şəhərə  yaxınlaşdı.  Xaçlılar  iyunun  27-də  Poytr 
Rustınnının  başçılığı  altında  Kürboğanın  yanına  elçi  göndərərək 
xaçlıların təhlükəsizliyinin təmin edilməsi şərti ilə şəhəri təslim edə-
cəklərini  bildirdilər.  Lakin  onların  təklifi  qəbul  olunmadı.  İyunun 
28-də  baş  verən  döyüş  səlibçilərin  üstünlüyü  ilə  başa  çatdı.  An-
tioxiyada ikinci xaç dövlətinin-Antioxiya knyazlığının əsası qoyul-
du. 
Kürboğanın Antioxiya yaxınlığındakı məğlubiyyətindən sonra 
Fatimi  xəlifəsi  Yerusəlimin  müdafiəsi  üçün  qala  rəisi  İftixardövlə-
nin sərəncamına qoşun göndərdi, İordan və Ölü dəniz sahillərindən 
20 min döyüşçü toplandı, beləliklə qaladakı qoşunların sayı 60 minə 
çatdırıldı. 
Səlibçilər 1099-cu il iyulun 13-də Yerusəlim üzərinə hücuma 
keçdilər. İkigünlük döyüşdən sonra şəhər təslim oldu. Qala darma-
dağın  edildi,  70  mindən  artıq  adam  qətlə  yetirildi.  Xristianlar  mü-
qəddəs yerlərdə müqəddəsliyə sığmayan hərəkətləri ilə dəhşətli qır-
ğın törətdilər, yürüşün şahidlərindən olan Tirli Silyomun şəhadətinə 
görə  «əllərinə  keçən  hər  bir  türkü  öldürdülər».  Şəhərin  işğalından 
sonra  Qüds  krallığı  yaradıldı,  krallığın  idarəsi  «Allahın  qəbrinin 
qoruyucusu» və ya «İsanın qəbrinin qoruyucusu» ləqəbini götürmüş 
Bulonlu Qodfruaya tapşırıldı. 
Xaçlılar XII əsrin əvvəllərində Şərqdə işğallarını davam etdir-
dilər. 1101-ci ildə Xayfa, Arsuf, Kesariya, 1104-cü ildə Akra şəhər-
lərini işğal etdilər. 
Qılınc  Arslan  xaçlılara  qarşı  mübarizə  apararkən  Daniş-
məndlilər  Malatyanı  tuta  bildilər.  I  Qılınc  Arslanla  ittifaqa  girən 
Danişməndlilər 1101-ci ildə səlibçiləri məğlubiyyətə uğradaraq qo-
şun  başçısı  Boemundu  əsir  götürdülər.  Boemundu  əsirlikdən  azad 
etmək, eyni zamanda Anadoluda yeni ərazilər ələ keçirmək məqsə-
dilə  Avropadan  qoşun  hissələri  göndərildi.  Səlib  qoşunlarının 
Konstantinopola  çatması  xəbərini  eşidən  I  Qılınc  Arslan 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə