Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə38/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

 
121 
hissəsini  əl  keçirmək  üçün  Sultan  Əlaəddin  Keyqubadın  üzərinə 
hərəkət etdi, lakin onlar məğlub edilərək Anadoludan vurub çıxarıldı. 
Anadoluda türk birliyini yaratmağa nail olan Sultan Əlaəddin 
Keyqubad  dövrünün  ən  böyük  hökmdarlarından  idi,  «Sultan-ül-
Əzəm»  (Ən  böyük  sultan)  ünvanı  ilə  Xəlifə  tərəfindən  İslam 
hökmdarlarının ən əzəmətlisi olduğu təsdiq edilmişdir. 
 
 
Anadolu Səlcuq dövləti I Əlaəddin Keyqubadın zamanında ən 
parlaq  dövrünü  yaşadı.  O,  ermənilərlə  bizanslılar  arasındakı  savaş-
dan faydalanaraq ermənilərin əlindəki Kolonors qalasını aldı. Şəhər-
də tərsanə və topxana tikdirdi, şəhər qalası yenidən bərpa edildi. 
Sultan  Əlaəddin  Keyqubad  Trabzon  Rum  imperatorluğuna  qarşı 
mübarizə  məqsədilə  Sinopda  donanma  inşa  etdirdi.  Səlcuqlu  ta-
cirlərinin şikayətlərinə əsasən Kastamonu əmiri Nüsaməddin Çobanı 
Qara  dəniz donanması ilə Krım səfərinə göndərdi. Əmir Çoban mü-
hüm ticarət şəhəri Sudakı fəth etdi. Şəhərdə cami inşa olundu və əs-
gərlərini  yerləşdirərək bir qarnizon  yaratdı. Ruslar Sudakın Səlcuqlu 
hakimiyyəti altına girməsini tanımaq məcburiyyətində qaldılar. 
Səlcuqlu sultanı Əlaəddin Keyqubadın 
tikdirdiyi qala və  saray 
 


 
122 
Anadolu monqol istilasindan əvvəl 
 
I Əlaəddin Keyqubadın 17 illik hakimiyyəti dövründə ticarət in-
kişaf  etdi.  Kıbrıs  krallığı  və  Venədik  Cumhuriyyəti  ilə  əldə  olunan 
razılaşmalara əsasən Səlcuqluların və onlara tabe tacirlərin bölgə ti-
carətindəki  fəaliyyəti  son  dərəcə  genişləndi.  I  Əlaəddin  Keyqubad 
cənubdan  gələn  ticarət  yollarını  təhdid  edən  kiçik  erməni krallığını 
cəzalandırmaq məqsədilə Mübarizəddin Ertokuşun komandanlığı al-
tında ordu göndərərək İçelini öz torpaqlarına qatdı. Sultan Əlaəddin 
Keyqubad  XIII  əsrin  əvvəllərində  Aralıq  dənizi  və  Qara  dənizdə, 
Antalya,  Alaiyə,  Sinop  və  Samsun  limanlarında  tərsanə  və  donan-
malar qurdu. Sultan Əlaəddinin ölümündən sonra Çingizoğulları is-
tilası  Anadolu  Səlcuqlu  dövləti  ilə  yanaşı  onun  dənizçiliyinin  də 
süqutuna səbəb oldu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Beləliklə, monqol istilasından əvvəl İçelidən 
Antakyaya  qədər  bütün  sahil  xətləri  Ana-
dolu  Səlcuqları  ölkəsinə  qatıldı.  Şərqdə 
monqol  təhlükəsinin  getdikcə  güclənməsi 
hadisələrin  məcrasını  dəyişdi.  Hər  dəfə 
monqollar  haqqında  hər  hansı  xəbər  və  ya  yeni  bir  şaiyə  sakinlərdə 
Anadolu 
monqol  istilası 
dövründə 


 
123 
qorxu  hissi  yaradır  və  nəticədə  vahiməyə  düşmüş  minlərlə  insan 
(varlılar,  yoxsullar,  cinayətkarlar,  günahsız  kəndlilər,  zahidlər)  qarət 
olunmuş  evlərini  tərk  edərək  qaçqınlara  çevrilirdilər.  Monqolların 
yürüşlərinin  ilk  mərhələsində  səlcuq  döyüşçüləri  öz  nüfuzlarını 
saxladılar.  Buna  görə  də,  monqol  orduları  hücum  edərək  əvvəlcə 
Şərqi Avropanı fəth etdilər.
 
Monqolların  bir  hissəsi  Volqa  və  Donun  aşağı  axarlarını  ələ 
keçirərək Qızıl Orda dövlətini yaratdılar. Digər bir hissəsi isə Kiyev 
rus  dövlətini  asılı  hala  saldı.  Xarəzmin  ələ  keçirilməsi  nəticəsində 
İrana  gedən  yolun  asanlaşacağını  başa  düşən  monqollar  2-ci  dəfə 
yürüş edərək Bağdadı ələ keçirdilər. 
Monqolların  yürüşünə  məruz  qalan  Cəlaləddin  Diyarbəkrə 
gəldi.  Bu  hadisədən  xəbər  tutan  Keyqubad  düşməni  qabaqlayaraq 
Şərqə doğrü yürüşə başladı. Keyqubadın qoşunları 1226-cı ildə Di-
yarbəkrin  Əyyubi-Artuklu  bəylərinin  qoşunlarını  məğlub  edərək 
bəyliyi  özünə  tabe  edə  bildi.  Keyqubad  1230-cu  ildə  Cəlaləddinin 
silahlı qüvvələrini məğlub edərək Ərzurumu tutdu
Keyqubadın  dövlətin  sərhədlərini  Əhlətə  qədər  genişləndir 
məsi  Xarəzmşah  Cəlaləddinin  etirazına  səbəb  oldu.  1230-cu  ildə 
Əyyubilər  nəslindən  olan  Əl-Əşrəfin  köməkliyi  ilə  Keyqubad  Xa-
rəzmşah  Cəlaləddinə  hücum  etdi  və  Ərzincanda  ona  güclü  zərbə 
vurdu. Keyqubadın qələbəsi müttəfiqlərində qorxu və paxıllıq hissi 
oyatdı. 
Monqollar qərbə doğru sürətlə irəlilədilər. Belə vəziyyəti görən 
Keyqubad  monqollarla  münasibətlərini  qaydaya  salmaq  üçün  Qara-
qoruma nümayəndə heyəti göndərdi. Monqol dövləti Səlcuq dövləti-
nin  nümayəndələrinə  monqol  hakimiyyətini  qəbul  etməsini,  vergi 
vermələrini tələb etdi. Əlaəddin Keyqubad tələbləri zahirən qəbul et-
sə də, ciddi  hazırlıq  görməyə  başladı. O,  ilk  növbədə  Van  gölündən 
tutmuş Tiflisə qədər olan ərazilərdəki qalaları ələ keçirdi. Bu yerlərə 
çoxlu türk ailələri köçürüldü. Anadolunu işğal etməyə çalışan Misir 
Əyyubi  ordusunun  üzərinə  hücum  edərək  onu  məğlub  etdi.  Sərhəd 
boyu  bir  çox  bölgələr  ələ  keçirildi.  Lakin  çox  çəkmədi  ki,  Əyyubi 
hökmdarı  Əl-Kamil  yenidən  qoşun  toplayaraq  Mərəndə  gəldi  və 


 
124 
döyüşə  girmək  üçün  hazırlıq  gördü.  Əlaəddin  Keyqubad  vəziyyəti 
nəzərə  alaraq  oğlu  Rüknəddin  Qılınc  Arslanı  özünə  varis  təyin 
etdi, səfər üçün ciddi hazırlıq görməyə başladı. Bu ərəfədə xəlifədən, 
əyyubilərdən,  xristian  dövlətlərindən  Əlaəddin  Keyqubadın  yanına 
elçilər  gəldi.  Elçilər  monqollara  qarşı  birgə  mübarizə  aparmağı 
təklif  etdilər.  Keyqubad  elçilərin  təkliflərini  razılıqla  qarşıladı. 
Lakin,  qələbələr  heç  kimə,  hətta  Keyqubada  xeyir  gətirmədi. 
Əyyubilər üzərindəki qələbədən sonra Sultan Əlaəddin Keyqubad 
ordusunu  Kayseridə  toplayaraq  Suriyanın  fəthinə  hazırlaşarkən 
Məşhəd  Ovasında  1237-ci  ildə  Ramazan  Bayramının  3-cü  günü 
verdiyi ziyafətdə zəhərlənərək 45 yaşında vəfat etdi. 
Əlaəddin Keyqubadın yerinə vəliəhdi Qılınc Arslanın əvəzinə 
Ərzincə məliyi oğlu II Keyxosrov (1236-1246) keçdi. 
Xatırlatma: 
Yeni  hökmdar  Qiyasəddin 
II 
Keyxosrov  adı  ilə  sultan  elan  olundu.  O 
özünün  qayğısız  xasiyyəti  ilə  fərqlənirdi. 
Vaxtını  şərab  içmək  və  rübailərə  qulaq 
asmaqla  keçirirdi.  II  Keyxosov  taxta 
çıxarkən  bacısını  Əyyubilər  sülaləsindən 
olan Malik Əzizin oğlu Hələb hakimi Mə-
həmmədə ərə verdi, özü isə Məhəmmədin 
qızı  ilə  evləndi.  Lakin  az  sonra  o  gürcü 
çariçası Tamaranın qızı knyaginiya Rusi-
dona  aşiq  oldu,  onunla  evləndi  və  öm-
rünün  sonunadək  onunla  mülayim  dav-
randı. 
Qiyasəddin  II  Keyxosrov  gənc  yaşda  vəhşi  heyvanın  dişləməsi 
nəticəsində 1246-cı ildə dünyasını dəyişmişdir. 
Əlaəddin  Keyqubad  tərəfindən  güclü  dövlətə  çevrilən  Ana-
dolu Səlcuqlu dövləti oğlu II Keyxosrov dövrünün ilk illərində şöv-
kətinin zirvəsinə çatdı. 
Xarəzmşahlar  ilə  Suriya  Əyyubilərini  məğlub  edən  Anadolu 
Səlcuqlu dövlətindən ehtiyat edən Çingizoğulları ordusunun başçısı 
Baycu  noyon  Anadolu  qapılarında  fürsət  gözləyirdi.  Anadolu  Səl-
cuqlu  sultanı  II  Keyxosrovun  kiçik  yaşda  olması  Baycu  noyona 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə