Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə34/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   61

 
109 
luları Orta Asiyada siyasi nüfuzlarını yüksəltdilər. 1178-ci ildə Ma-
latya tutuldu və Danişməndlilərin hakimyətinə son qoyuldu. Bölgə-
də siyasi və əsgəri hakimiyyət Anadolu Səlcuqlarının əlinə keçdi. 
Miryakəfalon  döyüşündən  sonra  hər  iki  dövlər  arasında  sülh 
imzalandı. Sülhün şərtlərinə görə Bizans dövləti Anadoludakı isteh-
kamlarından əl  çəkdi,  təzminat  verməli  oldu. Həmin gündən başla-
yaraq  bu  yerlər  Türkiyə  adlanmağa  başlandı.  Beləliklə,  Səlcuq 
türklərinin ərazisi Egey dənizinədək (Adalar dənizi) genişləndi. 
Konstantinopol müqaviləsi Bizansla Səlcuq dövləti arasındakı 
ziddiyətləri aradan qaldıra bilmədi. Səlcuq dövlətinin getdikcə güc-
lənməsi Bizans imperiyasının ciddi narahatlığına səbəb oldu. İmpe-
rator Manuel hərbi hazırlığa başladı. Yaxşı silahlanmış 110 min nə-
fərlik Bizans qoşunu 1176-cı ilin sentyabrında Konya üzərinə yürüş 
etdi.  Sentyabrın  17-də  Bizans  qoşunları  Edridir  gölünün  şimal-
şərqində türk ordusu ilə qarşılaşdı. Düzbol yaxınlığında üç gün ağır 
döyüşlər  getdi.  Döyüşdə  Səlcuq  ordusu  ilə  yanaşı  türklərin  bütün 
qadın  və  yeniyetmələri  iştirak  etdi.  Türklərin  qəhrəmanlığından 
bəhs  edən  imperator  Manuel  Komnin  sonralar  İngiltərə  kralına 
göndərdiyi  məktubda  yazırdı:  «Yaşlı  türk  qadını  və  kişiləri  savaş 
meydanına  getmək  istəyən  süvarilərimizin  qarşısına  çıxır,  atların 
ayaqlarına atılır, süvarilərimizi öldürür, sonra özləri də ölürdülər». 
II  Qılınc  Arslan  bu  qələbədən sonra ölkənin  daxili  sabitliyini 
möhkəmləndirmək üçün tədbirlər görməyə başladı. 1179-cu ildə Qı-
lınc  Arslan  Səlahəddin  tərəfindən  heç  bir  təhlükənin  olmayacağını 
güman edərək Hələbdən Rolanı ələ keçirməyi planlaşdırdı. Səlahəd-
din  mövcud  sərhədlərin  dəyişdirməyəcəyi  üçün  öz  qardaşı  oğlunu 
ora  göndərdiyindən  o,  bu  fikrindən  daşındı.  Lakin  növbəti  il  iki 
hökmdar arasında ziddiyyətlər daha da gərginləşdi. Əslində gərgin-
lik şəxsi münasibətdən  yaranmışdı.  Qılınc Arslanın Gövhər Nəsibə 
xatun kimi tanınan qızı Səlcuqə xatun Kəfə əmiri Xisnanın ögey oğ-
lu  Nurəddin  Məhəmmədə  ərə  getmişdi.  Toydan  cəmi  bir  neçə  ay 
sonra Nurəddin-Məhəmməd Sultanın qızını bir rəqqasəyə  görə tərk 
edir. Qəzəblənmiş Səlcuqə xatun atasından baş verən bu təhqirə gö-
rə  onun  cəzalandırılmasını  tələb  edir.  Qızının  qisasını  almaq  arzu-


 
110 
sunda olan Arslan ordu ilə yürüşə çıxır. Bundan xəbər tutan Nurəd-
din  qorxu  içində  Səlahəddinin  sarayına  qaçır.  Qılınc  Arslan  qızına 
bağışladığı şəhərləri qaytarmayınca sakitləşmir. Səlahəddin mühari-
bəni  yatırmağa çalışsa da, nail ola bilmir. Bu səbəbdən də, ona pə-
nah gətirmiş qonağını qorumaq üçün Qılınc Arslanla döyüşə hazır-
laşır.  Hadisələrin  gedişi  Səlcuqlu  sultanını  narahat  etməyə  başlayır 
və  müsəlmanlarla  döyüşmək  üçün  xristianlarla  sülh  bağlamanın 
düzgün olmadığını Səlahəddinə, Səlahəddin də öz növbəsində qona-
ğa  olan  ehtiramını  unutmağın  doğru  olmadığını  bildirdi.  Nurəddin 
sülh bağlanacağı halda rəqqasəni tərk edəcəyinə söz verdi. 
II Qılınc Arslanın on bir oğlu vardı. O, oğlanlarını ölkənin ay-
rı-ayrı bölgələrinə məlik təyin edib, onların köməkliyi ilə məliklik-
ləri  idarə edirdi.  Lakin çox  keçmədi  ki, oğlanlar  arasında  hakimiy-
yət uğrunda çəkişmələr qızışdı.  
III Xaç yürüĢündə (1189-1192) Almaniya, Fransa və İngiltə-
rə  feodalları  iştirak  edirdilər.  Yürüşə  Alman  imperatoru  I  Fridrix 
Barbarosso,  Fransa kralı II Filipp Avqust və İngiltərə kralı şirürəkli 
I Riçard başçılıq edirdi.
 
Qılınc Arslan yaşlandığını başa düşərək 1186-cı ildə oğlanla-
rının  xeyrinə  hakimiyyətdən  əl  çəkməyi  fikirləşir  və  torpaqlarının 
bölüşdürülməsi hazırlığına başlayır.
 Sultan II Qılınc Arslan Anadolu 
əyalətlərini 11 oğlu arasında bölüşdürdü, böyük oğlu Qütbəddin Məlik 
şaha Sivası, Rüknəddin Süleyman şaha Tokatı, Muhyiddin Məsuda An-
karanı, Nurəddin Mahmud Sultan şaha Kayserini, Muğiysəddin Toğrul 
şaha Əlbistanı, Muizəddin Qeysər şaha Malatyanı, Nəsirəddin Börküya-
rıq şaha Niksarı, Nizaməddin Arqun şaha Amasiyanı, Səncər şaha  
Ərəylini,  Arslan  şaha  Niğdəni,  ən  kiçik  oğlu  Qiyasəddin  Keyxosrova 
Uluborlunu  və  bu  mərkəzin  ətrafındakı  əyalətləri  verdi,  özü  də  bu  11 
məlikin başçısı kimi Konyada oturdu. O, çox sevdiyi ən kiçik oğlu Qiya-
səddin Keyxosrovu özünün vəliəhdi təyin etdi. 
Lakin  bu  fikrini  heç  kimə  bildirmir.  Buna  görə  də,  Səla-
həddin  və  Manueldən  sonra  Bizansda  hakimyyətə  gələn  Andronik 
gələcəkdə  Səlcuqların  hücumlarının  qarşısını  almaq  məqsədilə 
ittifaq  yaratmaqı  planlaşdrır.  I  Fridrix  Barbarossa  müqəddəs 
torpaqlara  getmək  üçün  Səlcuqların  ərazisindən  keçməyə  icazə- 


 
111 
verilməsi  üçün  məktubla  Qılınc  Arslana  müraciət  edir.  Qılınc 
Arslan  məktuba  nəzakətli  cavab  verir.  1189-cu  ildə  Fridrix  öz 
qoşunlarını Arinopoldan (Ədirnədən) Helleesponta aparır, bu zaman 
artıq yaşlı sultan hakimiyyətdən çəkmişdi. Bütün bunlardan  xəbər 
 
 
 
 
siz  olan  Fridrix  sərhəddə
 
qəfildən  olan  hücumlarla  qarşılaşanda 
əsəbindən ağlını itirir. Onun yolu xristianların sümükləri yığılmamış 
Miryakəfalon  yaxınlığından  keçir.  Bu  mənzərə  Fridrixin  döyüş-
çülərinə  çox  ağır  təsir  edir.  Səlcuqlar  xırda  qruplarla  ildırımsürətli 
basqınlar edərək onları ruhdan salırlar. Fridrix bundan narahat olur 
və Səlcuqların xəyanətindən qəzəblənir. Əsir düşmüş bir türk onları 
Sultandağdan  Ağşəhər  və  Konyaya  keçirməyə  razı  olur.  Dəstələr 
çox  çətin  yolla  irəliləyirlər.  Çox  güman  ki,  bələdçi  özü  bilərəkdən 
bu  çətinlikləri  yaradırmış.  Səlibçilər  çoxlu  insan  və  heyvan  itkisi 
verirlər.  Yerli  əhalinin  onlara  heç  bir  şey  satmaq  istəməməsi  ilə 
xristianların  əziyyəti  daha  da  artır.  Səlcuqların  sərt  cəza  qaydaları 
Üçüncü Xaç yürüşü (1187-1192) 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə