Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin


amanlıq və rifah dövrünü təmin etdi, yüzlərlə cami, mədrəsə, karvansaray



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə32/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

 
103 
amanlıq və rifah dövrünü təmin etdi, yüzlərlə cami, mədrəsə, karvansaray, 
imarət, çarşı-bazar, çeşmə ilə Anadolunu bəzədi, Orta Anadolu şəhərləri 
abadlaşaraq yenidən canlandı. 
Lakin  II  Qızıl  Arslanın  qardaşı
 
Ankarada  yerləşən  şahənşah 
taxta  iddia  etdi  və  bu  işdə  Sivas  əmiri  Danişməndli  Yağı-Siyamın 
dəstəyinə nail oldu. Yağı-Siyamı öz növbəsində  Hələb  atabəyi Nu-
rəddin  dəstəkləyirdi.  Eyni  zamanda  Qılınc  Arslan  siyasi  səhnədə 
böyük  rol  oynayan  iki  Danişməndli  əmirini-Qeysəriyyə  əmiri  Zül-
nam və Malatya əmiri Zül-Qərnəmi öz tərəfinə çəkə bildi. Şahənşah 
və  onun  müttəfiqləri  Əfrasda  uğur  əldə  etsələr  də,  Qılınc  Arslanla 
qarşılaşdıqda məğlub oldu.
 
1158-ci ildə Qılınc Arslan eyni vaxtda iki təhlükə ilə qarşılaşdı. 
Bizans imperatoru yaranmış şəraitdən istifadə edərək onu mühasirəyə 
aldı.  Nəticədə  sültan  Hələbdən  olan  Nirəddinə  və  Bizansın  vassalı 
olmuş  Danişməndlilərə,  cənub-şərqdə  isə  Danişməndlilərdən  olan 
başqa bir əmirə-Yaqub Arslana müqavimət göstərməli oldu. İki tərəf-
dən  əhatəyə  alınan  Sultan  Əlbistan  yaxınlığında  və  Ahsitavrda  bəzi 
torpaqları itirdi, eyni zamanda Muaar vadisində bizanslılar tərəfindən 
sıxışdırıldığında  sülh  bağlamaqdan  başqa  çarəsi  qalmadı.  Sülhün 
şərtlərinə  görə, Asiyada bəzi torpaqlar  yunanlılara qaytarıldı. Sultan 
yeni sərhədlərə hörmət göstərməyi və ilk tələbdə təlim keçmiş Səlcuq 
döyüşçülərini Bizans ordusuna təqdim etməyi öhdəsinə götürdü. 
1161/62-ci  illərin  sülh  danışıqlarından  sonra  Qılınc  Arslan 
Konstantinopola  səfər  etdi.  İmperator  onun  vassal  kimi  gələcəyini 
gözlədiyi halda, o Konstantinopolda imperatorun qonağı kimi peyda 
oldu və bu səfəri siyasi əhəmiyyətli hadisəyə çevirməyə çalışdı. Bi-
zansın paytaxtında böyük hörmətlə qarşılanan Qılınc Arslan bir ne-
çə müddət orada qaldı və nəhayət sülh müqaviləsinə imza atdı. La-
kin  şəhəri  tərk  edərkən  oğlunun  girov  qismində  Konstantinopolda 
saxlanması  xəbəri  onu  özündən  çıxardı.  O,  Ərzurum  əmirinin  qızı 
ilə evlənərək hirsini yatırtmağa çalışdı, lakin gəlin öz qardaşı oğluna 
evləndirmək  məqsədilə  Danişməndli  Yaqub  Arslan  tərəfindən 
qaçırıldı.  Belə  bir  biabırçılığı  bağışlamaq  olmazdı,  o  yenicə 
bağlanmış  müqaviləni  pozub  Danişməndlilərə  qarşı  mübarizəyə 
başladı.  1168-ci  ildə  Qeysəriyyə  və  Malatya  ilə  birlikdə  Kapodo-


 
104 
kiyanı,  bir  il  sonra  isə  Ankaranı  ələ  keçirdi.  Yaqub  Arslanın 
ölümündən  sonra  Hələbli  Nurəddinin  köməyi  ilə  Daniməndlilər 
Maraş və Sivası ələ keçirə bilsələr də, Qılınc Arslan onları ölümlə 
üz-üzə qoydu. Bu sülalə yalnız 1175-ci ildə tam ləğv edildi. Manuel 
Qılınc  Arslanın  artan  nüfuzunu  nəzarət  altına  almaq  üçün 
diplomatik üsullara əl atdı. 
Qılınc Arslan Kiçik Asiyada nüfuzunu qaldırdı. Suriya atabə-
yi  Nurəddin  və  Bizans  imperatoru  Manuel  qorxmağa  başladılar. 
Hətta 1175-ci ildə Misir hakiminə böyük mülklərini geri qaytarması 
üçün müraciət etdi. Əvvəldən gözlənildiyi kimi imperator rədd ca-
vabı  aldı  və  1176-cı  ildə  Manuel  həlledici hücumla  qələbə  qazana-
cağına ümid edərək Konyaya hərbi qüvvə göndərdi. 
II Qılınc Arslanın hakimiyyəti dövründə ölkədə sabitliyin bər-
pa  olunması  üçün  ciddi  tədbirlər  həyata  keçirildi.  O,  bizanslıların 
Anadoluya olan aramsız hücumlarının qarşısını müvəffəqiyyətlə ala 
bildi. Lakin belə bir dövrdə qardaşlar arasında hakimiyyət uğrunda 
mübarizə  başlandı.  Döyüşlərin  birində  ortancıl  qardaş  öldü.  II  Qı-
lınc Arslan qardaşların müqavimətini qıraraq öz hakimiyyətini möh-
kəmlədə bildi. Kiçik qardaş ona məxsus olan Ankara-Çankırıya çə-
kilərək səlcuqlara qarşı düşmən münasibətdə olan Danişməndli Ya-
ğıbasan ilə əlaqəyə girdi. Vəziyyətdən istifadə edən erməni knyazı 
Stefan yenidən baş qaldırdı. Lakin onun bu cəhdi də məğlubiyyətlə 
nəticələndi. Stefan böyük itki  verərək  geri çəkildi.  Eyni  vaxtda  Bi-
zans imperatorunun silahlı qüvvələri Əskişəhər
 
yaxınlığında darma-
dağın  edildi.  1162-ci  ildə  Konstantinopolda  hər  iki  dövlət  arasında 
sülh və qarşılıqlı əlaqə barədə müqavilə imzalandı. 
Zəngi xanədanının Suriya və Mosul hökmdarı Atabəy Nurəd-
din  Mahmud  Zənginin  1174-cü  ildə  ölümü  ilə  güclü  bir  rəqibdən 
azad  olan  II  Qılınc  Arslan  1175-ci  ildə  Sivas  və  Tokat  bölgələrinə 
hakim olan DaniĢməndli bəyliyinə son qoydu. 
Manuel Papaya bir məktub yazaraq zamanın yeni bir səlib yü-
rüşü üçün əlverişli olduğunu və Anadoludan keçən yolun artıq nəza-
rət  altına  alınacağını  bildirdi.  Bizans  imperatoru  I  Manuel  Komnin 
Kilikiya  sahili  bölgələrini  yenidən  ələ  keçirmiş  və  xaçlılar  tərəfin-


 
105 
dən  qurulan  Antakya  şahzadəliyi  üzərində  Bizans  hakimiyyətinin 
qəbul edilməsinə nail olmuşdu. Digər tərəfdən Bizans sərhədlərində, 
xüsusilə  Əskişəhər  ətraflarında  çoxalan  türkmənlərin  Dənizli,  Qır-
xağac, Berqama və Edrəmitə qədər Bizans ətraflarına axınlarını qa-
baqlamaq istəyirdi. 
1174-cü ildə Hələb əmiri Nurəddin Zəngi öldü və taxta keçən 
Səlahəddin  Misir  üzərinə  getməyə  hədəflədi.  Bu  hadisələrdən  xə-
bərdar olan  I  Manuel  Anadolu  Səlcuqları  kimi  güclü bir dəstəkdən 
məhrum olmuşdu. Beləcə torpaq əldə etmək və öz torpaqlarına olan 
hücumları qabaqlamaq məqsədilə Səlcuqluların digər yerdən dəstək 
almayacaqlarını  bilən  Bizans  imperatoru  I  Manuel  yeni  qüvvələr 
göndərməklə səfər üçün qoşun toplamağa başladı. 
I Manuelin əsgəri hazırlıqlarından xəbərdar olan II Qılınc As-
lan elçi heyəti  göndərərək əvvəllər olan razılaşmanı yeniləşdirməyi 
təklif  etdi.  Ancaq  imperator  I  Manuel  Bizansa  yönələn  türkmən 
axınlarının dayandırılması, Bizansa sığınan  Danişməndli əmiri Zü-
nün ilə şahzadə Şahənşahın daha əvvəl idarəsində olan ölkələrin Bi-
zansa verilməsi şərtilə buna razı olacağını sultana bildirdi. Bu şərt-
ləri qəbul etməyən sultan atlı qüvvələri ilə Dənizli ətraflarına qədər 
olan Bizans torpaqlarını ağır şəkildə təhqir etdi.  İmperaptor  Bizans 
qüvvələri  başında  əvvəlcə  şahzadə  Şahənşahı,  daha  sonra  Zününü 
Anadoluya göndərmək istəsə də, II Qılınc Arslanın qüvvələri qarşı-
sında başarılı olmadı. Şahənşah və Zünün yenidən Bizansa qaçmaq 
məcburiyyətində qaldılar. 
Qılınc Arslan imperatora elçilər göndərərək barış istədi. Sulta-
nın  ikinci  barış  istəyini    rədd  edən  imperator  Manuel  1176-cı  ilin 
yazında  əmisi  oğlu  Andronikos  Vasaszeni  qoşunla  Pafloqoniyadan 
Amasiyaya  yola  saldı.  İmperator  tərkibində  frank,  peçeneq,  macar 
qüvvələrindən  ibarət  orduyla  Anadolu  Səlcuq  dövlətinin  mərkəzi 
şəhəri  olan  Konya  üzərinə  yeridi.  Paflaqoniyaya  göndərilən  Andr-
onikos  Vasaszenin  ordusu  Niksar  sərhədləri  önündə  olan  meydan 
döyüşündə  Səlcuqlu  ordusu  tərəfindən  məğlub  edildi.  Vasaszenin 
kəsilən başı qələbə nişanəsi olaraq II Qılınc Arslana göndərildi. 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə