Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə40/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

 
128 
dırdı. Bu səbəbdən o, Misir məmlükləri ilə monqol suzerenini taxt-
dan salmaq üçün razılığa gəldi. Sui-qəsddən xəbər tutan Kiçik Asi-
yanın  monqol  valisi  İzzəddini  cəzalandırmaq  qərarına  gəldi.  Lakin 
dostu vasitəsi ilə bunlardan xəbər tutan İzzəddin ailəsini də götürüb 
tələsik Antalyaya getdi və oradan II Teodor Laskarisdən kömək al-
maq  üçün  yollandı.  İzzəddin  kömək  üçün  rədd  cavabı  alsa  da,  Bi-
zans imperatorunun sarayda qalmaq təklifini qəbul etdi. İzzəddin şə-
həri  latınlardan  təmizlədikdən  sonra  1261-ci  ildə  Konstantinopola 
çatdı. Paytaxtda onu çox mehriban qarşıladırlar, hətta ona imperator 
nəsillərindən olanlara aid qırmızı çəkmələr geyməyə icazə verdilər. 
Lakin  monqollardan  ehtiyat  edən  imperator  bir  neçə  aydan  sonra 
onun iki oğlunu Eros qalasına saldırdı. 
Səlcuqların  bir  qismi  Dobruca  getdi  və  orada  məskunlaşdı-
lar.  Həmin  ərazidə  onların  icmaları  qalmaqdadır.  Onlar  indi  qa-
qauzlar  adlanırlar.  Bəzi  tarixçilərə  görə  «qaqauz»  sözü  İzzəddin 
taxta çıxarkən aldığı Keykavus adının təhrif olunmuş formasıdır. 
Səlcuqların  bir  hissəsi  Serbiyaya  qaçdılar  və  1308-ci  ildə  knyaz 
onlar  üçün  ərazi  ayırdı.  Lakin  səlcuqlar  həmin  ərazidə  məskun-
laşmaq  istəmədiyindən  onların  çoxu  Moreyada  frank,  serb  və 
bolqar  ordularında  və  Epirdə  Bizans  ordularında  xidmətə  daxil 
oldular.  Bir  çoxları  xristianlığı  qəbul  etdilər.  Xristianlığı  qəbul 
edənlər  arasında  İzzəddinin  kiçik  oğlu  da  vardı.  Atası  qaçandan 
sonra  o,  Konstantinopolda  qalmış  və  elə  orada  yunanlı  qızla 
evlənmişdi. 
Barkay  İzzəddinlə  mülayim  davrandı,  hətta  keçmiş  sultan 
üçün imarət tikilməsi haqında söhbət apardı. Lakin qoca xan bun-
ları həyata keçirə bilmədən vəfat etdi, Məsud isə qocaldı. O, mon-
qol sarayına gedərək atasının taxtının ona qaytarılmasını ali xaqan-
dan xahiş etdi. 
1206-cı  ildə  İzzəddin  Konyadan  qaçan  zaman  qardaşı  Rük-
nəddin IV Qılınc Arslan (1246-1264) adı ilə sultan oldu.
 
O monqol-
ların  vassalı  olduğundan  sultan  titulu  daşımasına  baxmayaraq  fak-
tiki  olaraq oyuncaq  hakimə  çevrildi.  Onun  əlində  qalan  kiçik  haki-
miyyət  onun  baş  vəziri  Süleymanın  əlində  toplandı.  1264-cü  ildə 


 
129 
Rüknəddin öldürüldükdən sonra baş vəzir taxta sultanın oğlu III Qi-
yasəddin  Keyxosrovu  (1264-1283)  gətirdi.  O,  azyaşlı  olduğundan 
faktiki hakimiyyət monqolların əlində qaldı. 
Qiyasəddin  böyüdükdən  sonra  I  Baybarsla  ittifaqa  girərək 
monqolları  Kiçik  Asiyadan  qovmağı  qərara  aldı.  1276-1277-ci  il-
lərdə onlar Elbistan yaxınlğında monqol qoşunlarını məğlub edərək 
Konyaya daxil oldular. Lakin növbəti ildə monqolların əmri ilə baş 
vəzir  öldürüldü.  1283-cü  ildə  III  Keyxosrov  vəfat  etdikdən  sonra 
hakimiyyət qardaşı oğluna keçdi. 
Anadoluda  monqollara  qarşı  mübarizə  aparanlar  köçəri  türk 
icmaları  idi.  Bu  icma  yalnız  türkmənlərdən  ibarət  idi.  Köçəri  türk-
mən tayfaları oturaq həyat tərzi sürən digər türk tayfaları ilə ittifaqa 
girərək  düşmənə  qarşı  mübarizə  aparmadılar.  Əksinə,  oturaq  həyat 
sürən  türk  tayfaları  monoqollarla  birləşərək  köçəri  türklərə  qarşı 
mübarizəyə qoşuldular. Səlcuq sultanları monqollara tabe olduqdan 
sonra  onlara  itaət  etməyə  başladılar.  Xüsusilə  Hulakü  xanın 
hakimliyi  dövründə  (1256-1265)  Anadoluda  olan  monqol  koman-
danlığı  türkmənləri  cəzalanlırmaq  üçün  oturaq  həyat  sürən  səlcuq 
qüvvələrindən  istifadə  etdi.  Monqolların  aramsız  təqiblərinə  duruş 
gətirməyən  türkmənlərin  böyük  bir  hissəsi  cənuba  doğru  köçərək 
məmluk torpağına  gəldilər.  İbn  Şəddad,  Sultan  Baybars zamanında 
(1260-1277)  40  mindən  artıq  türkmən  ailəsi  Qəzzədən  Antakyaya 
gələrək məskunlaşdılar. Lakin həmin ailələr yay aylarında Anadolu-
ya qayıdaraq Maraş bölgəsində, Uzun Yaylada məskən saldılar. 
Türkmən bəylərindən Şəmsəddlin Məhəmməd bəy 1277-ci il-
dən Ərzincan və Baybur ətrafını öz hakimiyəti altına aldı, Trabzon 
dağlarını özlərinə məskən etdi. Səlcuq dövlətinin əyanlarının dəvəti 
ilə  Misir-Suriya  türk  məmlük  hökmdarı  Baybars  1277-ci ildə  Ana-
doluya  yürüş  etdi.  Monqol  qoşunlarına  güclü  zərbə  vuruldu.  Bay-
bars  Qeysəriyyəyə  gəldi.  Lakin  onu  dəvət  edən  əyanlar  Baybarsla 
əməkdaşlıq etmədilər. Yalnız türkmən kəndliləri onları müdafiə et-
dilər.  Baybarsın  Anadoluya  hücumu  dövründə  Qaramanlı  Məhəm-
məd bəy Konyaya hücüm etdi. O, Konyanı tutaraq Çimri adlı səlcuq 


 
130 
şahzadəsini  taxta  çıxartdı,  özü  isə  vəzir  oldu.  Yeni  dövlətin  qəbul 
etdiyi qərara görə sarayda danışıq dili türk dili müəyyənləşdirildi. 
Baybars Suriyaya qayıtdı. Bundan xəbər tutan monqol xaqanı 
Əbaqa  (Abaqa  xan)  xan  böyük  qüvvə  ilə  Anadoluya  gəldi.  Qey-
səriyyədən  Ərzuruma  qədər  olan  bütün  ərazini  ələ  keçirdi.  Bu  əra-
zidə  kütləvi  qırğınlar,  qarətlər  törədildi.  Məmlük  salnaməçilərinin 
verdiyi məlumata görə, öldürülənlərin sayı 200 min nəfərdən çox idi. 
Qaramanoğlu  Məhəmməd  bəy  iki  qardaşı  ilə  birlikdə  döyüşdə 
mərdlik göstərərək həlak oldular. 
Monqol  istilası  ilə  Mavərannəhr,  Xorasan  və  Azərbaycanda 
yaşayan türkdilli tayfaların çoxu Anadoluya  gəldilər. X əsrdən bəri 
Manqışlaqda  yaşayan  oğuzlar  bu  istiladan  zərər  çəkdilər.  Bu  ərazi 
əvvəlcə Qızıl Ordaya, sonra isə Xivədə yaşayan xanlara tabe oldular. 
Zülmə və işgəncələrə tab gətirməyən tayfalar Anadoluya  axışdılar. 
Alim,  yazıçı  və  sənətkarlar  İrandan  Kiçik  Asiyaya  köçürüldülər. 
Anadoluya gələn tükmənlərin bir hissəsi bu yerlərdə əlverişli torpaq 
sahəsi əldə edə bilmədiyindən meşələrə çəkilərək bu yerlərdə yaşa-
malı oldular. Bu səbəbdən də, Anadoluda həmin türkmənləri meşə 
adamları adlandırırdılar. 
İslam  dinini  qəbul  edən  türkmənlər  Kiçik  Asiyaya  köçərkən 
özləri  ilə  şeyx  və  dərvişlərini  də  gətirdilər.  Həmin  şeyxlərdən  biri 
Baba Ġshaq idi. 
Xatırlatma: 
Böyük köçəri türkmən kütləsini 
ətrafında  toplayaraq  «peyğəmbər-
liyini»  elan  edən  və  dövlətə  qarşı  üs-
yana  qalxan  Baba  İshaq  özünü  qə-
dim  şamanlara  bənzədib  şamani,  şiə 
və  yerli  əqidələri  birləşdirərək  yeni 
bir  dini  hərəkata  başladı,  asi  türk-
mənlər onun adına bir çox vilayətləri 
işğal  etdi,  Səlcuqlu  əsgərləri  onun 
«peyğəmbərliyi» ndən qorxaraq sava-
şa girməkdən ehtiyat etdilər. Nəhayət, 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə