Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə48/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

 
153 
Əyalətlərə valilər rəhbərlik edirdilər. Səlcuqların hakimiyyəti 
dövründə  valilər  əsasən  türk  olmuş,  bu  vəzifəni  tutmazdan  əvvəl 
çox vaxt qoşun əmirləri kimi fəaliyyət göstərmişlər. 
Səlcuqlarda  iqta  sistemi  xeyli  inkişaf  etdiyindən,  vali  vəzifə-
sini  iqtadar  və  ya  muqta  icra  edə  bilərdi.  Valilikdən  başqa  əyalət 
təşkilatlarında amid, amil, Ģihnə, nazir, mühtəsib, rəis, qazı, xətib, 
müfti vəzifələri olmuşdur. 
Əyalət  təşkilatlarında  mülki  işlərə  amidlər  rəhbərlik  edirdilər. 
Bu  vəzifəyə  ilk  dəfə  1055-ci  ildə-Sultan  Toğrulun  Bağdada  girişi 
vaxtı  rast  gəlinir.  İraq,  Xorasan,  Xarəzm,  Bağdad,  Həmədan,  Bəlx, 
Urfa, Diyarbəkr, Meyyafarkin amidlərinin adları sənədlərdə xatırlanır. 
Sultan Toğrulun dövründə ilk amid vəzifəsini türk tutmuşdur. 
Amidlər imperatorluğun səlahiyyətli nümayəndəsi olduğu üçün əya-
lətlərdə bütün dövlət məsələləri ilə məşğul olmuş, Alp Arslan döv-
ründə əsasən asayiş və vergi məsələlərinə baxmışlar. 
Vilayətlərdə  asayişi  təmin  edən  hərbi  rəis  Ģihnə  idi.  Şihnələr 
«qılınc əhlindən», yəni türk komandanlarından təyin edilir, tabelik-
lərində çox böyük hərbi qüvvələr olurdu. 
Şihnəlik  məmur  vəzifəsi  Səlcuqlu  tarixində  ilk  dəfə  Toğrul 
bəyin  ölümündən  sonra  meydana  çıxmışdır.  Şihnəlik  əvvəllər  ami-
din  tabeliyində  olmuşdur.  Ġlk  Ģihnə  Səlcuq  komandanı  Aytəkin 
Süleymani təyin edilmişdir. Əyalət məmurlarından biri amildir. Bu 
vəzifəyə  əsasən  iranlılar  təyin  edilirdi.  Səlcuqlar  dövründə  amil 
mülki vali (sivil vali), məmur, vergi məmuru anlamında idi. 
Əyalətlərdəki  məmur  vəzifələrindən  biri  də  nazir  idi.  Bu 
vəzifəyə ilk dəfə Toğrul bəy dövründə rast gəlinir. Toğrul bəy Bağda-
da gəldiyi vaxt xəlifə tərəfindən adına xütbə oxunub hökmdarlığı rəs-
mən  təsdiq  edildikdən  sonra  buradakı  xəlifə  və  onun  vəzirinin  iqta-
larına nəzarət edən nazir təyin etmişdir. Əsasən türklərdən təyin edi-
lən  əyalət  məmuru  vəzifələrindən  biri  mühtəsiblik  idi.  Mühtəsibin 
əsas  vəzifəsi  tərəziləri  və  qiymətləri  yoxlamaq,  alış-verişin  doğru 
aparılmasına  nəzarət  etmək,  ətrafdan  (şəhər  kənarlarından)  gəti-
rilib bazarlarda satılan bütün məhsullara diqqət yetirmək idi. 


 
154 
Bu  vəzifəyə  əvvəllər  hökmdar  sülalə  üzvlərindən  birini  təyin 
edilirdisə, sonralar bu vəzifəyə heç bir tərəfə meyl etməyən yaşlı bir 
türk gətirildi. 
Əhəmiyyətli vəzifələrdən biri də rəislik idi. Səlcuq imperator-
luğunun  qurulduğu  ilk  illərdə  rəislər  valilərin  adından  şəhərləri 
idarə edirdilər. Rəislər tanınmış yerli nəsillərdən təyin edilir və irsi 
keçirdi. Rəislər tabeliklərində olan ərazilərin dünyəvi  hakimləri ol-
salar da, şəriət məsələlərində dini hakim və imamlarla razılaşırdılar. 
Səlcuqlarda sünniliyin hənəfi və qismən də şafii  məzhəbi qə-
bul edilmişdi. Hənəfilik dövlətin rəsmi məzhəbi idi. Bu məzhəblər-
dən olmayanlara, xüsusilə şiə (ismaililər) məzhəbinə qarşı mübarizə 
aparılırdı.  Dövlət  din  xadimləri  üzərində  hər  hansı  nəzarət  və  ya 
yoxlama  həyata  keçirmirdi.  Xristian  və  yəhudilərə  din  sərbəstliyi 
verilmişdi. Ən böyük dini rəhbər Abbasi xəlifəsi hesab olunurdu. 
Yerlərdə  dini  rəhbərlər  qazılar  idi.  Qazılar  institutu  Səlcuq-
lardan öncəki islam dövlətlərində  geniş  yayılmışdı. Qazılıq vəzifəsi 
irsi idi. Dini hakim olan qazı din və şəriətlə əlaqədar bütün mübahi-
sələrə baxır, evlənmə və boşanma, miras, yetimlərin və kişi qohum-
ları  olan  qadınların  himayəçiliyə  alınması,  qeydiyyatçı  vəzifəsini 
yerinə yetirir, məscidləri və onlara aid olan tikililəri idarə edirdilər. 
Qazi-ül-Xudat adlandırılan baş qazı sultan tərəfindən təyin edilirdi. 
Dini  hakimlər-qazılar  valinin  tabeliyində  idi.  Əyalətlərdə  qazılar 
valilər tərəfindən təyin edilirdi. 
Qazıların alim, dindar və qənaətcil olması vacib şərtlərdən idi. 
Xətib  (Ġmam)  qazı  kimi  dindar  və  Qurani-Kərimi  bilən,  dövlətin 
rəsmi məzhəbindən olan şəxs olmalı idi. Müsəlmanların namazı ona 
bağlı idi. Buna görə də, bu işə etibarlı və bilikli adamlar seçirdilər. 
Hökmdarlıq əlamətləri mənəvi və 
maddi  olmaqla  əsasən  iki  qrup  altında 
cəmləşirdi.  Mənəvi  ünsürlərdən  ən 
əhəmiyyətlisi ünvan  və  ləqəbdir. Səlcuq hökmdarları qədim Göy-
türk dövlət düşüncəsini əsas götürərək Yaqbu ünvanı daşıyırdı. Səl-
cuqun  oğulları  Arslan  və  Musa  Yaqbu  ünvanı  daşımışlar.  Ġnal, 
Ġnanc  və  Bəy ünvanları xanədan sülaləsi üzvlərinə verilir və onlar 
Hakimiyyət rəmzləri 


 
155 
idarəetmədə  müəyyən  rol  oynayırdılar.  Lakin  Xorasanı  tutduqdan 
və müsəlman-türk dövlətləri ilə münasibət qurduqdan sonra ünvan-
larda dəyişikliklər edildi. Səlcuqlu sultanları türkcə Toğrul, Alp Ars-
lan, Səncər, Təpər, Çağrı kimi adları ilə birlikdə islami adlara sahib 
olaraq  Məhəmməd  Toğrul,  Davud  Çağrı,  Əhməd  Səncər,  Məhəm-
məd Tapar kimi ünvanlar qəbul etdilər. 
Toğrul  bəy  əvvəllər  əmir  və  ya  məlik  ünvanları  daşıyırdı. 
Onun 1041-1042-ci illərdən etibarən zərb etdirdiyi sikkələrdə Əmir 
ünvanı  diqqəti  cəlb  edir.  Səlcuqlar  müstəqilliklərini  elan  etdikdən 
sonra  Çağrı  bəy  də  məlik  ünvanı  daşımışdı.  Daha  sonra  xəlifə  Ka-
aim  Biəmrullah  1046-1047-ci  ildə  göndərdiyi  bir  elçilik  heyəti  ilə 
səlcuqların Xorasan üzərindəki hakimiyyətini təsdiq etdikdən sonra 
Toğrul  bəy  ilk  islam  hökmdarı  kimi  həmin  il  kəsdirdiyi  pullarda 
«əs-sultanül-muazzam şahənşah» ünvanını işlətmişdi. 
Taxta  çıxan  hökmdarın  xəlifə  tərəfindən  qanuni  bir  hökmdar 
olaraq  tanınmasının  ilk  əlaməti  xütbə  idi.  Xütbə-ölkədəki  məscid-
lərdə xətib tərəfindən cümə, bayram namazlarında, yağmur, günəş tu-
tulması zamanı oxunan dualar vaxtı edilən söhbətdir. Xütbə cümə na-
mazında namazdan əvvəl, başqa vaxtlarda namazdan sonra oxunurdu. 
Xütbə oxunan məscid dövlətə birbaşa bağlı ölkə torpaqlarında 
(yəni  mərkəzdən  təyin  edilən  hakimin  idarə  etdiyi  yerdə)  idisə  ilk 
əvvəl Bağdad Abbası xəlifəsinin adı, sonra sultanın (hökmdarın) adı, 
bütün ünvan və ləqəbləri ilə birlikdə çəkilir və onlara dua edilirdi. 
Xütbə  oxunan  məscid  vassal  dövlət  torpaqlarında  olsa  əvvəl 
xəlifənin, sonra tabe olduğu (vassal olduğu) hökmdarın adı, ünvanı 
və ləqəbləri, ən sonda isə vassal hökmdarın adı, ünvanı və ləqəbləri 
oxunurdu. 
Hər  hansı  bir  hökmdarın  Səlcuqlu  sultanı  adına  xütbə  oxut-
ması onun vassal olması üçün kifayət edirdi. Əgər vassal bir hökm-
darın tabe olduğu hökmdarın adına oxunan xütbəni  kəsməsi  üsyan 
əlaməti sayılırdı. 
Hökmdarlığın ikinci əsas əlaməti adının sikkə üzərində həkk 
edilməsi  və  ya  adına  pul  zərb  etdirilməsi  idi. Sikkə  dövlətin  dam-
ğası ilə damğalanmış, istifadəsi rahat, mədəni bir ödəmə vasitəsidir. 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə