Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə56/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

 
177 
ortaq  təbəqə  şairi  kimi  tanınmışdır.  Qəsidə,  qəzəl  dördlüklər 
şəklində şeirlər yazan Şəyyad Həmzənin əruz və heca vəzni ilə ya-
zılmış  mənzumələri  ilə  yanaşı  1529  beytdən  ibarət  bir  «Yusuf  və 
Züleyxa»  adlı  məsnəvisi  də  vardır.  Xalq  arasında  oxunmaq  üçün 
yazılmış «Yusuf və Züleyxa» məsnəvisi mövzusunu Qurani-Kərim-
dən almışdır. 
Anadolu  Səlcuqlu dövrünün mühüm bir mütəsəvvif şairlərin-
dən  biri  də  Cəlaləddin  Ruminin  oğlu  Sultan  Vələddir.  Əslində 
«Mövləvilik  təriqəti»  nin  yaradıcısı  Mövlanə  Cəlaləddin  Ruminin 
özü  deyil,  oğlu  Sultan  Vələddir.  Sultan  Vələdin  farsca  yazdığı  bir 
divanı və 3 məsnəvisi, Türkcə isə 20 mənzuməsi vardır. Bu mənzu-
mələr  didaktik-təsəvvüfi  məzmunda  olub  daha  çox  dil  baxımından 
dəyərlidir. Sultan Vələd daha çox türkcə əruz vəzni ilə yazdığı mən-
zumələri ilə şöhrət qazanmışdır. 
Anadolu  Səlcuqluları  dövrünün  divan  şeirinin  ən  böyük  təm-
silçisi Dəhhanidir. Əslən xorasanlı türkü olan Xoca Dəhhani Ana-
dolu səlcuqlularının son hökmdarlarından olan III Əlaəddin Keyqu-
bad dövründə Anadoluda yaşamış və  sultanın adına 20 min beytlik 
farsca «Səlcuqlu Şahnaməsi» yazmışdır. Təəssüflər olsun ki, bu əsər 
indiyə  qədər  tapılmamışdır.  Dini-təsəvvüfi  və  əxlaqi  mövzu-lara 
toxunmayan  Xoca  Dəhhani  əsasən  eşq,  şərab  və  təbiətdən  bəhs 
etmiş, mövzuları, dili və üslub etibarı ilə XIII əsr Anadolu türkləri-
nin  qüdrətli  sənətkarı  kimi  ad 
qazanmışdır. 
İslam  dini  fəlsəfəsinin  ən  bö-
yük  nümayəndələrindən  biri  olan 
Mövlana  Cəlaləddin  Ruminin  Ana-
dolu  Səlcuqlu  türklərinin  ictimai 
fikir tarixində çox böyük rolu vardır
Xatırlatma: 
Mövlana  Məhəmməd  Cəlaləddin 
Rumi  30  sentyabr  1207-ci  ildə  Bəlx 
şəhərində  anadan  olmuşdur.  Cəla-
ləddin  Ruminin  atası  Sultanül-Üləma 
Bahaəddin  Vələd  Bəlx  yönəticiləri  ilə 


 
178 
dil  tapa  bilmədiyindən  vətəni  Bəlxdən  ayrılaraq  ailəsi  ilə  birlikdə 
Konyaya gəlmiş, xalq və Səlcuqlu sultanı Əlaəddin Keyqubad tərəfindən 
yüksək  hörmət  görmüşdür.  Atası  Bahaəddin  Vələdin  vəfatından  sonra 
tədrisə  başlayan  Cəlaləddin  Rumi  qısa  zamanda  özünü  bütün  Anado-
luda  tanıtmış,  bir  müddətdən  sonra  təsəvvüfə  meyl  etmiş,  böyük 
Azərbaycan  mütəfəkkiri  Şəms  Təbrizi  ilə  tanış  olmuş,  Şəms  onun 
qəlbində  eşq  atəşinin  alovlanmasında  və  bütün  varlığını  sarmasında 
mühüm rol oynamışdır. Rumi İlahi eşq ilə təsəvvüfü estetik bir cərəyan 
halına  gətirmiş,  düşüncələrini  simvollarla  anlatmağa  çalışmışdır. 
Rumiyə  görə,  insanların  bədənində  müvəqqəti  məskən  tapmış  ruhların 
hər  biri  yalnız  Vəhdətə  girəndən  sonra  məna  qazanır.  Can  Vəhdətə 
qarışıb orada görsənəndə onun nuru qarşısında cismin nuru qalmaz. Bu 
Vəhdət isə yalnız İlahi eşq sayəsində yaranır. 
Rumi göstərir ki, eşq insanın vücuduna yüngüllük gətirən, onu 
göylərə  yüksəldən qanaddır. Eşqin qarşısında uca dağlar  əriyir, acı 
şey dadlı şeyə, dərd-azar sağlamlığa, üzüntü sevincə, fəlakət uğura 
çevrilir. Bir sözlə, eşq, insanı bütün ehtiyaclardan azad edir. Sevgi-
lisinin eşqini qəlbində saxlayıb hər şeyi unudan insan yer üzərindəki 
insanların ən xoşbəxtidir. Bu qabiliyyəti aşiqə Allah hədiyyə edib. 
Mövlana göstərir ki, eşqin nə əvvəli, nə də axırı varEşq son-
suzdur. Eşq vəfalı olduğu üçün özünə vəfalı dost axtarır. Bu vəfalı 
dost  Tanrıdır.  Eşq  öz  gücünü,  qüvvəsini  Allahdan  alır.  Eşq, 
Allahın sirlərini açmaq vasitəsidir. Aşiqlərin sevinci də, kədəri də 
Allahdır. Aşiqin xidmətinin əvəzinə aldığı qazancı da O dur. 
Mövlanaya görə din yüksəlməyin ən mükəmməl yoludur. İla-
hi  təbliğ  yalnız  inananlara  deyil,  inanmayanlara  da  rəhmət  və  xoş-
bəxtlik paylamalıdır. 
Cəlaləddin Ruminin ictimai, dini-fəlsəfi dünyagörüşünün əsa-
sını Allahın birliyi, Kainatın vəhdəti, insan həyatının mənası, varlıq 
və  yoxluq  anlayışı,  maddi  və  mənəvi  həyat,  həyat  və  ölüm,  səbr, 
şükr, məna və əxlaq, məkan və zaman, səbəb və nəticə kimi bir sıra 
dini-fəlsəfi anlayışlar təşkil edir. 
Cəlaləddin Rumiyə  görə, dünya Allahın əsəridir. Kainatda nə 
varsa  hamısı  Allahdandır.  Varlıq  təkdir,  vahiddir,  ruh  isə  gizlidir, 
görünməzdir. Dünyanın hər hissəciyi dünyanın sahibindən bir nişa-
nədir. 


 
179 
Yunuş Əmrə 
 
Mövlanaya  görə, insan oğlu  Mütləq Birliyi  dərk etmək qabi-
liyyətində deyil. Buna yalnız inanmaq və əməl etmək lazımdır. Baş-
qa sözlə, Mövlana «birlik» deyəndə yeganə Yaradıcı olan tək Allahı 
nəzərdə tuturdu. 
İnsan problemi Ruminin təfəkkür dünyasının mərkəzində daya-
nır.  Maddi  və  mənəvi  dünya  və  axirət  haqqında  danışarkən  Rumi 
göstərir ki, bəziləri çoxlu maddi sərvət toplamağı ağıllı iş hesab edir 
və öz hərəkətlərinə bəraət qazandırırlar. Lakin onlar yanılırlar. Çünki 
maddi  zənginlik  zənginlik  deyil.  Əsl  zənginlik  mənəvi  zənginlikdir. 
Maddi  aləm  insanın  diqqətini  Allahdan  uzaqlaşdırır.  Mənəvi  zən-
ginlik hüdudsuzdur. Bu dünyada əkilir, o dünyada məhsul toplanır. 
Rumi sübut etməyə çalışırdı ki, insanın bütün mənəvi aləmini 
ruh  müəyyənləşdirir.  Ağıl ruha  tabedir. Ruh,  ağıla  təsir  edir  və hə-
min təsir altında ağıl tədbir görür. Ən pis xəstəlik ağıl əksikliyidir ki, 
bu da sahibini Allahdan uzaqlaşdırır. 
Cəlaləddin  Rumi  müridləri  ilə  təsəvvüfi  İlahi  bir  vəcd  halına 
gətirmiş,  ayinlərində  musiqi  və  rəqs  vəcdin  bir  vasitəsi  olmuşdur. 
Mövlananın böyük şəxsiyyət sahibi və çoxlu müridlərinin olmasına 
baxmayaraq,  mədrəsə  alimləri  ona  qarşı  etirazlarını  yüksəltmiş, 
hətta ölümündən sonra Konyanın din xadimləri kütləvi şəkildə məh-
kəməyə müraciət edərək onun ayinlərində musiqi və rəqsin qadağan 
edilməsini  tələb  etmişlər.  Konya  qazisi  Siracəddin  din  alimlərinin 
bu  tələbini  qəbul  etmiş,  lakin  oğlunu 
Mövlananın müridi olmasından belə qur-
tara bilməmişdir. 
Anadolu  Səlcuqluları  dövrünün  ən 
böyük  ədəbi  nümayəndələrindən  biri, 
türk  ictimai  fikrinin  formalaşmasında 
xüsusi  xidmətləri  olmuş,  Anadolu, 
Azərbaycan  və  hətta  Balkanlarda  türk 
təsəvvüf  ədəbiyyatını  ən  yüksək  zirvəyə 
qaldıran,  türk  dili  və  ədəbiyyatını  əbə-
diləşdirən YunuĢ Əmrə olmuşdur. 
Şeirlərini əruz və əsasən heca vəz-


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə