Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə58/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

 
183 
XII əsrdən qalmış 
dünyanın  
ən böyük Səlcuq məzarlığı 
 
pəncərələrinin ölçüləri böyük boşluğu xatırladır. Belə binaların diq-
qət çəkən əsas elementi giriş qapılarıdır. Memarlar məhz bu hissədə 
özlərinin bütün ustalıqlarını nümayiş etdirmişlər. Onlar qapı girişlə-
rində daş üzərində müxtəlif ölçülü qabarıq oyuqlar açaraq naxışlarla 
elə bəzəmişlər ki, giriş monumental portala bənzəyir. Bəzən fasadın 
girişə bitişik divarı  oymalarla bəzədilirdi. Doğrudur, bu çox təsadü-
fü hallarda olurdu, ancaq Divriqdə və Sivasdakı Göy mədrəsəsinin 
yan divarlarında bu cür oymalar  yer almışdır. Bəzək elementlərinə 
Cift,  Ərzurum  və  Stivasdakı  eyni  adlı  mədrəsələrin  əsas  giriş  qa-
pısında və minarənin qüllələrində rast gəlinir. Minarələrin üstü hən-
dəsi naxışlarla bəzədilmiş daşlar, hamar plitələr və daş panelərə ay-
rılır. 
 
 
 
 
 
Böyük  Səlcuqlu  qəbirləri  və  kümbəzləri  memarlıq  nümu-
nələridir. Kümbəzlər içəridən qübbə, çöldən isə piramida, ya da bir 
çatıyla örtülürdü. Dörd və ya çox köşəli, yaxud da yuvarlaq formada 
olan Böyük Səlcuqlu kümbəzləri iki mərtəbəli olurdu. Bu kümbəz-
lərin  aşağı  mərtəbəsində  məzar  yrləşir,  üst  mərtəbəsindən  məscid 
kimi istifadə olunurdu. 
Səlcuq  memarlıq  üslubunun  təhlili  göstərir  ki,  onlar  bir  çox 
xüsusiyyətləri  Sasanilərdən  mənimsəmişlər.  Təbii  ki,  Sasanilər  də 
öz növbəsində erkən sivilizasiyalardan götürmüşdülər. Belə spesifik 
xüsusiyyətlərin sırasına binaların kvadrat və ya düzbucaqlı formada 
Köprülər kəndindəki 
Səlcuqlu məzarlığı 
 


 
184 
olması, düz damlar aiddir. Belələrinə  ilk dəfə e.ə. VIII  əsrdə  Babi-
listanda  Navuxodonosorun  sarayında  rast  gəlinir.  Belə  binaların 
qurtaracağında at nalına bənzər tağ olan böyük zal olurdu. 
Fars  memarlığında  çox  vaxt  ikinci  mərtəbədə  yerləşən  kiçik 
ölçülü  bitişik  belə  zallar  tikilirdi.  Otaqlar  mərkəzdə  kvadrat  və  ya 
düzbucaqlı forma əmələ gətirirdi. 
Minarə  islam  memarlığının 
ayrılmaz hissəsini təşkil edir. Bö-
yük Səlcuqlular  incə və  uzun mi-
narələrə  yeni  görünüş  gətirdi.  İs-
fahandakı  Cuma  məscidi  bunun 
önəmli  nümunəsidir.  Anadoluda 
ilk  dəfə  tikilən  məscidlərdə  mi-
narənin  olması  barədə  dəqiq  mə-
lumatımız  yoxdur.  İnsanları  iba-
dətə  bir  vaxtlar  Ərəbis  tanda  ol-
duğu kimi ətrafdakı ən hündür bi-
nalardan birinin damından çağırır-
dılar.Lakin  1162-1182-ci  illər  arasında  Konayda  tikilən  İplikçi 
məscidinin sonunucu dəfə  bərpası  zamanı  minarə  üçün  nəzərdə  tu-
tulmuş  daş  bünövrənin  üzə  çıxması  minarənin  mövcudluğu  ehti-
malını  irəli  sürür.  Aydın  məsələdir  ki,  bəhs  olunan  dövrdə  mina-
rələrin zərif, hündür və daha gözəl alınmasına nail olmaq çox çətin 
iş  idi.  Suvaqsız  kərpicləri  üst-üstə  qoyaraq  minarənin  gövdəsi  elə 
qurulmalıdır  ki,  həm  həndəsi  naxışlar  əmələ  gəlsin,  həm  yaraşıq 
versin, həm də tikilini dağılmaqdan qorusun. 
Səlcuqların  sirayətedici  düzxətli  binaları  demək  olar  ki,  öz 
düzlüyünə  görə  müqayisə  olunmur.  Binaların  çoxu  Səlcuqların  öz 
imperiyalarını qorumaq uğrunda mübarizə apardığı və sülalənin tə-
nəzzül  etdiyi  dövrdə  (monqolların  dövründə-red.)  tikilsə  də, 
binaların  öxünəməxsus  sakit  və  əzəmətli  görünüşü  insanı  heyrətə 
gəirir. Memarlıq abidələrinin təhlili göstərir ki, onlarda tikinti işinə 
böyük  maraq  olmuş,  əsrlərdən  gələn  ənənələr  daim  təkmilləşdiril-
miş  və  yenilənmişdir.  1271-ci  ildə  monqollar  Sivasda  Ciftə  məd-


 
185 
Tağlı daş körpülər 
 
rəsəsini  açdırarkən  Səlcuqların  vəziri  Tacəddin  Hüseyn  Sahib  Ata 
həmin şəhərdə Göy mədrəsəsini istifadəyə vermişdi. 
 
 
 
 
Şəhərlərin  görünüşü  tanınmaz  dərəcədə  dəyişirdi.  Şəhərlərdə 
yaşayış  tərzi  yaxşılaşır,  dini  məktəblər,  tibb  məntəqələri,  xəstəxa-
nalar  ruhi  xəstələr  üçün  xüsusi  binalar,  yetimxanalar  açılırdı.  Xris-
tian  aləmində  hökmdarlar  heç  vaxt  kasıblar  üçün  xəstəxana  tikdir-
məmişlər. Səlcuqlar isə ən iri şəhərlərdə xəstəxanalar və digər xey-
riyyə  müəssisələri  inşa  etdirmişlər.  İctimai  binalar,  xəstəxanalar  və 
digər xeyriyyə binaları çox vaxt sultanların və varlı adamların şəxsi 
hesabına  tikilirdi.  Xəstəxana  və  tibb  məktəbini  Qeysəriyyədə  ilk 
dəfə  I  Keyxosrov  tikdirmişdi.  Xəstəxanada  işləyən  həkimlər  eyni 
zamanda  tibb  məktəbində  dərs  deyirdilər.  Bu  təcrübə  bu  gündə 
davam  edir.  Səlcuqların  tikdirdikləri  xəstəxanaların  çoxu  XIX  əsrə 
qədər işləyirdi. 
Səlcuqlar keyfiyyətli içməli suya xüsusi əhəmiyyət verirdilər. 
Anadoludakı  yeraltı  sular  sultanlar  tərəfindən  xüsusi  mühafizə  edi-
lirdi. 
Eyvanlar  islama  qədərki  dövrdə  İranın  şimal-şərqində,  hətta 
Orta Asiyada geniş yayılmışdı. Səlcuqlar ilk dəfə gördükləri eyvan-
ları kiçicik dəyişiklik etməklə Kiçik Asiyaya da gətirmişdilər. Səl-
cuqlar kəsişən tağlarla birləşmədən zövq alırdılar. Onlar tikinti ma-
terialları qıtlığı  ilə  üzləşmədiklərindən  yüksək keyfiyyətli  material-
lardan  istifadə  etmişlər.  Çünki  Anadolunun  şimalı  yüksək  keyfiy-


 
186 
yətli ağac materialları, qərbi zəngin mərmər ehtiyatları, mərkəzi dü-
zənliklər  isə  üzlük  plitələrin  və  kərpiclərin  hazırlanması  üçün  əla 
material olan əhəng daşı və gil ilə zəngin idi. 
Səlcuqlar islam dinini qəbul etdikdən sonra ərəblərdən məscid 
memarlığının  xüsusiyyətlərini  qəbul  etdilər.  Ərəblərdən  götürülən 
yeniliklər Səlcuq tikililərinə məxsus olan eyvanlarla ziddiyyət yarat-
mırdı. Mesopotamiya müsəlmanları Əhəmənilərin dövründə əsasən 
qəbul  üçün  nəzərdə  tutulan  hamar  dama  malik,  sütunlar  üzərində 
olan düzbucaqlı zal formasında olan tikili formasını məscidlərin ti-
kintisində tətbiq etdilər. 
Səlcuqlar  Kiçik  Asiyada  hər  hansı  şəhəri  aldıqdan  dərhal 
sonra  cami  və  ya  məscid  tikidirirdilər.  Onlar  yerli  əhalinin  dini 
adətlərinin  yerinə  yetirilməsinə  mane  olmamaq  üçün  bu  məqsədlə 
xristian kilsələrindən istifadə etmirdilər. Lakin bununla belə camilər 
hazır  olana  qədər  şəhərin  ən  böyük  məbədindən  istifadə  olunur, 
hazır  olandan  sonra  isə  həmin  məbədlər  məscidlərin  əlavəsi  kimi 
xidmət göstərirdi. Kiçik Asiyanın sərt iqlimini görən səlcuqlar məs-
cidlərin içərisində olan  ənənəvi açıq  daxili  həyəti örtülü etsələr  də, 
binanın  ümumi  planında  heç  dəyişiklik  etmədilər.  Məscidlər  dörd-
bucaqlı və ya düzbucaqlı olaraq qaldı. Lakin ilkin dövrlərdə məsci-
din ortasındakı  açıq boşluq örtülmürdü. 
Məscidlərin  memarlığında Dəməşqdəki Böyük  Məscid    (705 
715)  əhəmiyyətli  yer  tutur.  Məsciddə  3  qatlı  giriş,  3  həddən  ibarət 
mehrab, ətraflardan genişlənmiş mərkəzi dəhliz, sütunlar və içəridə 
balaca  həyət  inşa  edilmiş-
dir. 
Yarım əsr sonra Əh-
məd  ibn  Tulun  sütunlu 
başlıq  və  tağlarları  olan 
məscid  tikdirirdi  ki,  tikin-
tinin bu növü onun adı ilə 
adlandırılır və indi də Qa-
hirənin  qürur  yerlərindən 
biri hesab olunur. 
Məscid binası 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə