Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə57/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

 
180 
nində yazan Yunus Əmrə təsəvvüfü çox açıq, sadə, səmimi, dərin və 
həyəcanlı  bir  şəkildə  tərənnüm  etmiş,  «Vəhdəti-vücud»  fəlsəfəsini, 
həyat və ölümü, Kainatı bu dünyagörüşlə izah etmiş, varlıq-yoxluq, 
həyat-ölüm kimi məsələlər üzərində durmuşdur. 
Yunus Əmrə böyük  türk humanistidir. Türkcəni əvəzsiz qüd-
rət və hünərlə işlədən Yunus Əmrə türk dilinin ədəbiyyat və mədə-
niyyət dili olmasında mühüm rol oynamış, təsəvvüf fəlsəfəsi Yunus 
Əmrənin türkcəsində gözəl açıqlanmışdır. 
Anadolu  Səlcuqluları  dövrünün  ictimai  fikri  xalq  ədəbiy-
yatında  ifadə  olunmuşdur.  Seyid  Battal  Qazi  və  DaniĢmənd  Əh-
məd  Qazinin  ətrafında  təşəkkül  edən  «Battalnamə»  və  «Daniş-
məndnamə»  kimi  dastanlar  XIII  əsrdən  etibarən  yazıya  alınmışdı. 
Türk  yumoru  və  türk  hazırcavablılığının  böyük  nümayəndəsi 
Nəsrəddin Xoca bu əsrdə yaşamışdır. 
Səlcuqlu imperatorluğunda bütün millətlərdən olan elm və sə-
nət  adamlarına  himayədarlıq  göstərilmiş,  hakimiyyətləri  dövründə 
Nizamülmülk,  Ömər  Xəyyam,  QuĢeyri,  Güveyni,  Qəzzali, 
Muizzi,  Ġbn  Hassul,  Lamii,  Ənsari,  Beyhakiy,  Mahmud  KaĢ-
ğarlı,  Cürcani və s. kimi  İslam dünyasının ən böyük elm, fəlsəfə, 
təsəvvüf və ədəbi şəxsiyyətləri  yetişmişdir. 
Səlcuqlu sultanı Məlik şah dövrünün ən böyük islahatlarından 
olan «Cəlali təqvimi»ni yaratmış, «Novruz bayramı»nı rəsmi döv-
lət bayramı elan etmiş, yoxsulları, elm və sənət adamlarını qorumaq 
üçün  dövlət  büdcəsindən  böyük  miqdarda  pul  ayırmışdır.  Sultanın 
bu  hərəkətinə  etiraz  edərək  qumlu  Tacülmülk  Sultan  «bu  ayrılmıĢ 
pul  ordu büdcəsinə əlavə edilsə, Bizans qala divarlarını  aĢmaq 
mümkün olar» - deyəndə Sultan Məlik şah «möhtacların və alim-
lərin  qorunması  Bizans  qala  divarlarını  aĢmaq  qədər  mühüm 
bir dövlət iĢidir» cavabını vermişdir. 
Məlik  şah  dövləti,  ölkəni  və  xalqları  necə  idarə  etmək  üçün 
Nizamülmülk, Şərəf əl-Mülk, Tac əl-Mülk, Məcd əl-Mülk və bu qə-
bildən olan alimlərə tapşırıq vermiş və onlar öz əsərlərini hazırlaya-
raq  şaha  təqdim etmiş,  Sultan bunlardan Nizamülmülkün  «Siyasət-
namə» əsərini  bəyənmişdi.
 


 
181 
Səlcuqlu mədəniyyəti, 
Britaniya muzeyi
 
 
Böyük Səlcuqlular səltənətində yazı, miniatür, daş oymaçılığı, 
çini qablar hazırlanması, mədən işləmə, cildçilik, və bəzək sənətləri 
inkişaf etmişdir. Səlcuqlar incəsənət sahəsində uğurlar qazanmışlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tətbiqi incəsənətdə möhtəşəm keramika işləmələri və xəttatlıq
oymalar  və  bəzəkli  kəsilən  elementlər  incəsənətdə  memarlıq  əsas 
yer  tuturdu.  Ölkənin  müxtəlif  yerində  camilər,  karvansaraylar, 
xəstəxanalar,  körpülər,  bulaqlar,  türbələr,  xan  hamamları  inşa 
edilmişdir. 
Səlcuqlu dövründə oynanılan şahmat növü, 
Metropoliten muzeyi 
 


 
182 
Kiçik Asiya səlcuqlarının memarlıq tarixində 3 mərhələ diq-
qəti  cəlb  edir.  Ġlk  mərhələ  1210-cu  ildən  1215-ci  ilədək  davam 
edən  qısa  başlanğıc  dövrüdür.  Bu  dövr  heykəltaraşlıq  nümunələri 
və  binaların  tikilmə  üslubu  ilə  xarakterikdir.  Bu  dövrün  tikililərinə 
ən  gözəl  nümunə Şifayədəki  mədrəsə və 1215-ci ildə  I Keyxosrov 
tərəfindən bacısı Gövhər Nəsibə xanımın şərəfinə tikilmiş Qeysəriy-
yədə Ciftə adı ilə tanınan Qiyasiyyə mədrəsəsidir. 
Başlanğıc  mərhələdən  sonra  klassik  dövr  adlanan  inkiĢaf 
mərhələsi başlanır. Bu dövr təxminən 1250-ci ilə qədər davam edir. 
Bu dövrün tikililərinə Sivasda I Keyxosrovun mavzoleyi (1217) və 
Darüşşəfa xəstəxana kompleksi, 1229-1230-cu illərdə tikilmiş 2 sul-
tanxana, Qeysəriyyədə 1237-1238-ci ildə tikilən məscid, mədrəsə və 
hamam,  məzardan  ibarət  Hind  xatun  kompleksi,  eələcə  də  onlarla 
digər möhtəşəm tikililər aiddir. 
Sonuncu,  yekun  mərhələ  barokko  üslubu  mərhələsidir.  Bu 
üslubda  tikilən  binalara  1258-ci  ildə  vəzir  Sahib  Ata  və  Abdullah 
ibn  Kəlyük  tərəfindən  Konyada  tikilən  İncə  Minarə  mədrəsəsi  və 
xeyriyyə  məqsədilə  Sivasda  tikilmiş  Göy  mədrəsə  aiddir.  Göy 
mədrəsə  1228-ci  ildə  Fəxrəddlin  Bəhram  şahın  qızı  Fatimə  Turan 
Malik  və  onun  əri  Mənbiçlər  sülaləsindən  olan  Divriq  hakimi 
Əhməd şah tərəfindən birgə tikdirilmişdi. Binanın memarları Əhlətli 
Quramşah və Tiflisdən Əhməd ibn İbrahim olmuşlar. 
Kiçik Asiyadakı Səlcuqlar dövründən qalan tikililəri iki qru-
pa bölmək olar. Birinci qrupa daxil olan binalar arasında məscidlər, 
karvansaraylar, təhsil və xeyriyyə müəssisələri çoxluq təşkil edir. 
Ġkinci qrupa dəfn adətlərini yerinə yetirmək üçün ibadətgah-
lar  və  mərhumun  abidəsi  rolunu  oynayan  mavzoleylər  daxildir. 
Bundan başqa Səlcuqlar müdafiə divarları və saraylar ucaltmış, say-
sız  sayda  ictimai  hamamlar,  fontanlar  tikdirmişlər  ki,  bunların  bir 
qismi günümüzədək istismar olunur. 
Birinci  qrupa  daxil  olan  binalar  bir-birinə  bənzəsə  də,  onları 
fərqləndirən əsas cəhət divarların iri dar bloklardan tikilməsi, xaric-
dən suvanması, pəncərələrin yerdən hündürdən qoyulmasıdır. Məs-
cidlərin  pəncərələri  adi  ölçüdə  olduğu  halda,  karvansarayların 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə