Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə60/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

 
191 
lim şəraiti bir qayda olaraq otaqların üstündə damların olmasını zə-
ruri edirdi. Nisbətən isti bölgələrdə mədrəsənin mərkəzi hissəsi açıq 
qalırdı.  Onun  içində  fəvvarə  düzəldirdilər-ətrafdakı  qalareyalarla 
birlikdə o, Qərbi Avropa monastrlarındakı daxili monastr qalareya-
sına  bənzər  həyəti  formalaşdırırdı.  Dam  bütün  binanın  üstünü  ört-
düyü  halda  isəridəki  otaqlara  işıq  mərkəzi  günbəzdəki  pəncərədən 
düşürdü. Şagirdlərin yataq otaqları əsasən ikinci mərtəbədə yerləşir-
di  və  orada  sobalar  və  divarın  içində  qurulan  rəflər  olurdu.  Aşağı 
mərtəbədə  müəllimlərin  istifadəsi  üçün  nəzərdə  tutulan  otaqlar  və 
tələbələrin dərs oxuması üçün olan kabinetlər  yerləşirdi. Mühazirə-
lər adətən eyvanda oxunurdu. 
Mədrəsə  binalarında  mətbəx  nəzərdə  tutulmurdu,  yemək  kə-
nardan  gətirilirdi.  Bu  plan  əsasında  azacıq  dəyişikliklərlə  yetimlər 
üçün  sığınacaqlar,  xəstəxanalar,  ruhi  xəstələr  üçün  xeyriyyə  evləri 
tikilirdi. 
Anadolu  Səlcuqları  ölkənin  müxtəlif  yerində  cami,  karvansa-
ray,  imarət,  körpü,  bulaq  və  mədərəsələr  tikdirmişdilər.  Bəyşəhər-
dəki  Əşrəfoğlu  camisi  (1296)  Anadolu  Səlcuq  memarlığının  özəl-
liklərini  daşıyan  ən  önəmli  tikintilərdən  idi.  Anadolu  Səlcuqlu  sul-
tanları  adına  tikilən  karvansaraylar  «Sultan  xan»  və  sadəcə  «xan» 
adını daşyırdı. 
Böyük Səlcuqlular əvvələr mədrəsələrdə təhsil alırdılar, amma 
bununla kifayətlənmədilər. Vəzir Nizamülmülkün rəhbərliyi ilə yeni 
mədrəsələr  tikildi.  Nizamiyyə  mədrəsələrinin  birincisi  1067-ci  ildə 
Bağdadda təsis edildi. Daha sonra İsfahan, Rey, Mərv, Nerət, Bəsrə 
və Mosul şəhərlərində mədrəsələr açıldı. 
Mədrəsə sistemində proqramlı bir təhsil olmuşdur. Dini məsə-
lələrlə yanaşı riyaziyyat, fəlsəfə, dil və ədəbiyyat dərsləri də keçilir-
di. Ölkədə zəngin kitabxanalar fəaliyyət göstərirdi. Məlik şah dönə-
mində  Bağdadda  böyük  kitabxanalar  təşkil  edilmişdi.  Böyuk  Səl-
cuqlular  ərəbcədən  din  və  elm  dili,  farscadan  ədəbiyyat  və  dövlət 
dilitürkcədən saray və ordu dili kimi istifadə edirdilər. 
 


 
192 
 
 
Anadolu  Səlcuqlarının  günümüzədək  qalan  ən  önəmli  örnək-
ləri arasında Konyadakı Əlaəddin camisi, Karatay mədrəsəsi, İncə 
minarəli mədrəsə, Niqdədə Əlaəddin camisi, Ankarada Aslanxanə 
camisi,  Kayseridə  Xuand  Xatun  camisi  və  qülləsi,  Afyonqarahi-
sardakı  cami,  Ərzurumda  qoşa  minarəli  mədrəsə,  Sivasda  Göy 
mədrəsə, Burinciyə mədrəsəsi və qoşa minarəli mədrəsə, Kirşəhər 
də Məlik Qazi kumbəzi, Əhlətdə Ulu Künbəz və b. göstərmək olar. 
Karvansarayların  içərisinə  yalnız  bir  girişdən  daxil  olmaq 
mümkün idi. Bəzi mütəxəssislərin fikrincə bu köçərilərin yurtda bir 
giriş qapısı olması adətindən irəli gəlmişdi. Lakin çox güman ki, bu 
qarətçilərin  qaça  bilməsi  ehtimalının  qarşısını  almaq  üçün  təhlükə-
sizlik  tədbiri  ilə  bağlı  ola  bilərdi.  Hücumlardan  qorunmanın  digər 
bir  yolu  künclərdə, bəzən  də binanın fasadında  möhkəmləndirilmiş 
qüllələri olan güclü çöl divarların olması idi. İstisna hallarda qüllə-
lər dörd divar boyu bir-birindən bərabər məsafədə yerləşirdi. Divar-
ları çox vaxt kobud, emal olunmamış daşdan tikir, sonra isə yonul-
muş  daş  plitələrlə  üzlük  çəkirdilər.  Divarın  bütünlüklə  yonulmuş 
daşdan hörülməsinə də rast gəlinir. 
Qüllələrin  forması  müxtəlif  olurdu.  Adətən  dördkünc  və  ya 
düzbucaqlı, bəzən isə dairəvi və səkkiz qülləli olurdu. Dar pəncərə-
lər  hündürdən  qoyulurdu,  güman  ki,  bu  oğrulara  qarşı  əlavə  tədbir 
idi.  Karvansarayın  girşi  planlı  olur  və  daş  üzərində  oymalarla  elə 
Mədrəsə binasının yandan görünüşü 
 
 


 
193 
bəzədilirdi ki, bəzəklərin nəfisliyi və zərifliyi yorğun yolçuya şəhə-
rin hər cür rahatığını vəd edirdi. 
 
 
 
 
 
   
 
 
 
   
 
  
 

 
 
Sultan xan (1229-1230) karvansarayın dördkünc və ya düzbu-
caqlı  həyətində,  dörd  hüdür  at  nalına  bənzər  tağın  üstündə  tikilmiş 
balaca  məscid  olmuşdu.  İki  tərəfdən  yerdən  məscidə  doğru  gedən, 
sağ  əyrisini  təkrarlayaraq  Sultan-xanın  çıxışına  yönələn  pillələr 
gözəl və nəfis olmaqla  məscid  caminin havada  üzməsi təəssüratını 
yaradırdı.  Daş üzərində halqaya bənzər naxış məscidi haşiyələnmiş 
qiymətli daşa bənzədirdi. 
 
 
 
 
 
Səlcuqlu dövrünə aid karvansaray 
Kirman ostanı, İran 
 
Səlcuq karvansaraylarından birinin görünüşü 


 
194 
Sadə  karvansaraylar  da  tikilirdi.  Onların öz  gözəlliyi  vardı. 
Məscidə  giriş  karvansarayın  sağından  və  ya  üstündə  olurdu.  Səyah 
həyətə  baxan eyvanda durarkən xanın şəxsi həyəti üçün nəzərdə tu-
tulan otaqları görə bilirdi. Onların altında örtülü qalareya portikləri 
və ya birinci qonaqlar üçün ayrılmış ayrı-ayrı otaqlar və yataq otağı, 
hamam, qəhvəxana, mətbəx və emalatxanaya aparan dəhlizlər yerlə-
şirdi.  Yataq  otaqları  bir  qayda  olaraq  sobalar  və  yataq  yerləri  ilə 
təchiz edilirdi. Yataq otaqları iki mərtəbəni zəbt edirdi. Əgər birinci 
mərtəbədə əlavə anbar və ya axır (at tövləsi) olardısa, yataq otaqları 
o zaman yalnız ikinci mərtəbədə yerləşirdi. Həyətin qurtaracağında, 
çıxışla üzbəüz və ya küncdə cərgə ilə düzülmüş sütun və yanlarında 
silindrik tağları olan möhtəşəm zala apran 2-ci eyvan olurdu. Bütün 
sədlərin içində ən çox diqqətçəkən mərkəzdəki dairəvi və ya konus-
vari  günbəz  olurdu.  Günbəzdə  çox  da  böyük  olmayan  pəncərələr 
yerləşirdi.  Lakin  onlar  həddindən  artıq  hündürdə  yerləşdiyindən 
işıqlandırma zəif olurdu. 
Kavansaraylarda  yük  daşıyan  heyvanlar  üçün  tövlələr  olurdu 
və qış aylarında  sarvanlar tövlələrdə  yatırdılar.  Tərxandakı  karvan-
sarayda  dəvələr  üçün  xüsusi tövlələr tikilmişdi. Bu tövlələrə  gedən 
yoldakı nal şəkilli tağlar atlar və qatırlar üçün nəzərdə tutulan tövlə-
lərə gedən tağlardan daha hündür olurdu. 
Zəruri  ehtiyaclardan  biri  ictimai  hamamlar  hesab  olunurdu, 
onların sayı bütün şəhərlərdə kifayət qədər idi. 
 
 
   
 
        
 
 
 
 
 
 
 
 
 
İzmirin Səlcuq ilçəsində Yaxşı bəy hamamı 
 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə