Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin


V FƏSĠL. SƏLCUQLARDA DÖVLƏT QURUCULUĞU



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə2/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   61

 

V FƏSĠL. SƏLCUQLARDA DÖVLƏT QURUCULUĞU ............ 141 
Dövlət təşkilatları ................................................................................ 141 
Dövlət təşkilatlarının idarəçilik funksiyaları ....................................... 143 
Hökumət təşkilatları. Ali Divan və sahə hökumət 
təşkilatları ............................................................................................ 147 
Hakimiyyət rəmzləri ............................................................................ 153 
Ordu quruculuğu .................................................................................. 169 
 
VI FƏSĠL. MƏDƏNĠYYƏT.............................................................. 173 
 
NƏTĠCƏ ............................................................................................. 197 
 
ƏDƏBĠYYAT ....................................................................................  200 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
«Türk  dəniz  balıqqulağında  incidir,  öz  evində 
yaşadıqca  qiyməti  yoxdur,  lakin  o  kənara  çıxdıqca 
qiymətə malik olur…». 
 
 
 
Turan hökmdarı Alp Ər Tunqa
 
 
 
 
(Əfrasiyab) 
 
 
GİRİŞ 
 
Türk  dünyası  tarixinin  parlaq  səhifəsini  təşkil  edən  Böyük 
Səlcuq  imperiyasının  tarixinin  araşdırılması  aktuallığını  itirməmiş-
dir. Bu dövlətin tarixinə dair öncə məlum olmayan yeni mənbələrin 
aşkar olunması və elmi tədqiqata cəlb edilməsi türk dünyası tarixi-
nin qarşısında duran mühüm vəzifələrdən biridir. 
X  əsrin  birinci  yarısında  Yaxın  Şərqdə  ən  qüdrətli  oğuz  və 
türk tayfalarının hərbi-siyasi birliyindən orta əsr feodal dövlətlərin-
dən biri yarandı. Tayfa başçısı Səlcuqun adı ilə adlanan bu birliyin 
üzvləri X-XIII əsrlərdə Yaxın Şərqdə böyük dəyişikliyə səbəb oldu, 
geniş miqyaslı hərbi yürüşlərdə iştirak etdilər. Türküstandan Aralıq 
dənizinə,  Zaqafqaziyadan  Fars  körfəzinə  qədər  geniş  bir  ərazini 
əhatə edən Səlcuq dövlətinin əsası qoyuldu, bu dövlət bir çox xalq-
ların iqtisadi, sosial, etnik və mədəni həyatına, ümumiyyətlə orta əsr 
dünya tarixinə təsir göstərdi. 
Dərs vəsaitində  Böyük Səlcuq imperatorluğu  tarixinin komp-
leks  şəkildə  araşdırılmasına  cəhd  edilmiş,  problemə  aid  qaynaqlar, 
faktlar və materiallar əsasında Səlcuq dövlətinin yaranması, onların 
Kiçik  Asiyaya  və  İrana  yürüşlərinin  şərhinə  xüsusi  diqqət  yetiril-
mişdir.  Vəsaitdə  imperiyanın  idarəçilik  aparatındakı  vəzifələrin 
funksiyaları, onların daşıyıcılarının kimliyi müəyyənləşdirilmiş, səl-
cuq saray həyatına dair yeni faktlar üzə çıxarılmış, mənbələrin ma-
terialları  əsasında  Böyük  Səlcuq  imperiyasının  tabe  və  qonşu  döv-
lətlərlə  münasibətlərinin  bəzi  məqamları  işıqlandırılmış,  imperiya-


 

nın  parçalanmasından sonra  yaradılan Səlcuq dövlətlərinin tarixinə 
nəzər salınmışdır. 
Səlcuqlar dövrünün mədəniyyəti faktlar əsasında şərh olumuşdur. 
Vəsait ali məktəblərin tarix fakültələrinin tələbələri və magisr-
lər  üçün  nəzərdə  tutulmuşdur.  Ondan  ümumtəhsil  məktəblərinin 
müəllimləri, həmçinin turk xalqlarının tarixi ilə maraqlananlar fay-
dalana bilərlər. 
 


 

I FƏSİL 
 
MƏNBƏLƏR VƏ TARİXŞÜNASLIQ 
 
Oğuz  tayfalarının  bir  qolu  olan  səlcuqlar 
dünya  tarixi  səhifəsində mühüm  yerlərdən  birini 
tutur.  Səlcuqların  yaratdığı  imperiyanın  həm  si-
yasi, həm iqtisadi, həm də mədəni tarixi bir çox tarixçilərin tədqiqat 
obyekti olmuş və tədqiqatlar davam etməkdədir. 
Səlcuqların tarix səhnəsinə gəldiyi dövrdə Yaxın və Orta Şərq-
də inkişaf etmiş tarixşünaslıq mövcud idi, düzdür bunlar əsasən ərəb 
və  fars  dillərində  yazılmış  və  bir  çoxu  ayrı-ayrı  sülalələrə  həsr  edil-
mişdir. Lakin həmin salnamələr və əsərlər içərisində səlcuqların mən-
şəyi və ilk fəaliyyətləri ilə bilavasitə bağlı olan əsərlərin mövcudluğu 
haqqında  heç  bir  məlumat  yoxdur.  Bu  səbəbdən  də,  Şarl  Lui 
Monteskye 1711-ci ildə qələmə aldığı «İran məktubları» nda yazırdı: 
«Dünyanın  heç  bir  xalqı  şöhrəti  və  əzəməti  ilə  «tatarlarla» 
yarışa  bilməz…Onlar  türk  adlanıb  Avropada,  Asiyada  və  Afikada 
nəhəng  fatehliklər  edib  dünyanın  üç  qitəsində  ağalıq  edirlər…Bu 
müzəffər  xalqın  yalnız  tarixçiləri  çatmayıb  ki,  onların  ağlasığmaz 
qələbələrinin  şöhrətini  yazsınlar…Bu  cəngavər  xalq  öz  gündəlik 
şöhrəti  ilə  məşğul  olub,  əbədi  məğlubedilməzliyinə  inanıb  keçmiş 
qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır». 
Asiya qitəsindən Avropanın qərb ölkələrinədək, şimalın əlçat-
maz ənginliklərindən cənubun ləpədöyəninədək uzanan, böyük əra-
zidə öz gücünü və qüdrətini nümayiş etdirən böyük türk xalqının ta-
rixinin, xüsusilə dünyanı lərzəyə salan Böyük Səlcuq dövlətinin ya-
ranmasının,  onun  məğlubedilməz  yürüşlərinin  faktiki  materiallar 
əsasında  və  yeni  baxış  bucağından  şərhinin  böyük  elmi  və  nəzəri 
əhəmiyyəti vardır. 
Orta əsrlər dövrünün salnamələri olan «Sirat-əl-Məlik Toğrul 
bəy Səlcuqi», «Məliknamə», «Risala-i Məlikşahiyyə Səncərnamə», 
«Uyun-at-təvarix»  dövrümüzə  cəlib  çatmasa  da,  Səlcuqların  erkən 
tarixini  əks  etdirən  ən  mühüm  mənbələrin  bəziləri  saxlanılmışdır. 
Mənbələr   


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə