Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə5/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   61

 
16 
atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bil-
mirlər, əlif hərfini «h» hərfinə çevirərək deyirlər. Babamız türk illə-
rini  Samanoğullarından  alan  bəydir,  adına  Hamir  Təkin  deyilir». 
Özünün verdiyi məlumatdan türk tarixinin əhəmiyyətli dövlətlərin-
dən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub oldu-
ğu aydınlaşır. Təxminən 1080-ci ildə Kaşqara qayıdan alim 1105-ci 
ildə  burada  dünyasını  dəyişir.  Kaşğar  yaxınlığında  Opal  kəndində 
dəfn  olunmuşdur.  Üzərində «Müqəddəs  alimin  məzarı»  yazılmış 
məqbərəsi 1984-cü  ildə  təmir  olunmuşdur.  Hal-hazırda  məqbərədə 
alimin  məzarı  yerləşən  otaq, Qurani-Kərim oxunması  üçün  ayrıca 
bir  salon  və  muzey  bölümü  vardır.  Muzey  hissəsində  Mahmud 
Kaşğarlının  "Divanu  Luğati-ət-Türk"  əsərinin  əlyazması,  müxtəlif 
dillərdə tərcümə və nəşrləri, bir neçə litoqrafik çaplı Qurani-Kərim, 
Mahmud  Kaşqarlı  və  onun  əsəri  haqqında  yazılmış  məqalələr  və 
kitablar  nümayiş  olunur.  Burada  həmçinin,  Mahmud  Kaşğarlının 
portreti və Qaraxanlılar dövrünə aid əşyalar da vardır. 
2008-ci il YUNESCO tərəfindən  «Mahmud  Kaşqarlı ili» elan 
olunmuşdur. 
Mahmud  Kaşğarlının  məşhur «Divanu  Luğati-ət-Türk» əsəri 
ensiklopedik  xarakter daşıyır.  Türk dili,  ləhcələri,  tarixi,  coğrafiya-
sı, folkloru, mifologiyası,  müəyyən  qədər  astronomiyası  ilə  bağlı 
materialları  əhatə  edən  bir  bilik  xəzinəsidir.  Kitab  319  səhifədən 
ibarətdir. Bu əsərini yazmaq üçün on ildən artıq türklər yaşayan böl-
gələri  gəzərək  material  toplamışdır. 1072-1074-cü  illər  arasında 
yazdığı  əsərini 1076-cı  ilə  qədər  təkmilləşdirmiş, 1077-ci  il-
də  Abbasi xəlifəsi Əbul Qasım Abdullaha təqdim etmişdir. Müəllif 
ensiklopediyada «Dünya  xəritəsi» adlanan bir xəritə vermişdir. Bu 
xəritədə mərkəz Balasaqunu seçərək türklərin yaşadığı bütün ərazi-
lər  qeyd  olunmuşdur.  Xəritə  üzərində «Əradi  Azərabadkan» yer 
adı da qeyd edilmişdir. 
Kaşqarlı  Xaqaniyə,  Uygur,  Oğuz,  qıpçak,  türmən,  qırğız,  çi-
ğil, yağma, arqu və digər türk soylu xalqları türk adı altında cəmləş-
dirən  bir  türkoloq  olub  türklərin  yaşadıqları  ölkələri,  şəhərləri, 


 
17 
qəsəbləri, kəndləri tanış edən, təfərrüatlı məlumat çatdıran qiymətli 
əsərindəki xəritə ilə  türk coğrafiyaşünası adına layiq görülmüşdür. 
Mahmud Kaşqarlı türklərin bölgələrini, kəndlərini və çöllərini 
qarış-qarış  gəzmişdir.  Uzun  illər  o,  türk,  oğuz,  qırğız  şəhərlərini, 
kəndlərini, düşərgələrini dolaşaraq onların lüğətini yazmışdır. Nəti-
cədə  M.Kaşqarlı Xəzərin şərq  sahillərindən  başlamış  Lobnor  gölü 
meridianına və İli çayı  enliyindən Kaşqariyanın cənub sərhədlərinə 
qədər  olan  geniş  ərazini  öyrənmiş,  Orta  və  Mərkəzi  Asiyanın  bir 
hissəsinin ilk rayonlaşdırılmasını aparmış və türk xalqları və abidə-
lərinin məskunlaşma sərhədlərini və yerlərini böyük dəqiqliklə mü-
əyyən etmişdir. 
Onun  məşhur «Divanu  Luğati-ət-Türk» (1072-1074)  əsərində 
türk qəbilələri, çoxlu dağ, çay, göl, ölkə və dövlətlər haqqında geniş 
məlumatlar toplanmışdır. Tyan-Şan və Yeddigöllük, İssık-Kul gölü, 
Balasaqun  dağları  (Qırğızıstanda),  Altay  vadisi  və  İli  çayı  və  s.  ən 
müfəssəl şəkildə səciyyələndirilmişdir. O, Narının yuxarı hövzəsin-
də  olmuş,  Çatırgöl  və  Siziç  (Songöl)  gölünü  qeydə  almışdır.  «Di-
van»  ın  sonuna  əlavə  olunmuş  xəritə  Mahmud  Kaşqarlı  dövründə 
türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən ilk xəritədir. O, 
bir sıra paralel formada düzülmüş Qərbi Tyan-Şan dağ sistemini öz 
xəritəsində daha düzgün əks etdirmişdir. Kaşqarlı Manqışlak (Man-
qıstan) yarımadası ilə də tanış idi, bu yarımadaya ilk dəfə məhz on-
un xəritəsində rast gəlinir. 
Kaşğarlının “Kitabu-cəvahirin-nəhv  fi  luğati-t-turk” (“Türk 
dilinin nəhv cövhərləri”) adlı əsəri də vardır. 
Mahmud Kaşqarlının məlumatlarını Türkmənistanın Mərv şə-
hərindən  olan  XII  əsrdə  yaşamış  Mərvazi  tamamlamışdır.  Mərvazi 
alim-təbiətşünas  və  tibb  işçisi  olmuş,  Səlcuqlu  Məlik  şahın  sara-
yında xidmət etmişdir. 
Mərvazi  səyahət  zamanı  topladığı  materialları  «Heyvanların 
həyatı» əsərində ümumiləşdirmişdir. 
Mərazinin müasiri Əl-Fariki (111-1226) öz şəhərinin-Mayya-
farikin  tarixini  tərtib  etmişdir.  Qafqazda  olduğu  vaxt  gürcü  çarı  I 


 
18 
Dimitrinin  yanında  olmuşdur.  Əl  Fariki  Tiflis,  Xilat  və  Dərbənd 
haqqında da təsvir tərtib etmişdir. 
Əbu-Hamid əl-Qərnati əl-Əndalüs (1080-1169/70) XII əsrin 
əvvəllərində Ön Asyada olmuş, Azərbaycana gəlmişdir. Onun coğ-
rafi «Tüxfat əl-albab və nüxbat əl-ədjab” əsərində Qafqaz, türk tay-
faları,  Şərqi  Avropa  regionu ilə  ticarət,  qarşılıqlı  əlaqələr  haqqında 
məlumatlar toplanmışdır. 
Yaqut  əl-Həməvi  (1179-1229)  tanınmış  ərəb  səyyahı  və  coğ-
rafiyaçısıdır.  1213-cü  ildən  Şərq  ölkələrini  gəzməyə  başlayan  Hə-
məvi Azərbaycanda olmuşdur. O, 1220-ci ildə yenidən Azərbaycana 
gəlmiş, Təbriz, Marağa, Urmiya, Ucan, Əhər, Mərənd, Sərab, Ərdə-
bil,  Uşnu  və  Miyanə  şəhərlərində  olmuş,  şəhərlərin  əhalisi,  təsər-
rüfatı və məişəti ilə maraqlanmışdır. Yaqut əl-Həməvinin «Mucəm 
əl-buldən» («Ölkələrin əlifba ilə sadalanması») əsəri coğrafi ensik-
lopediya səciyyəsindədir. 
İbn  əl-Tiktan  (XIII-XIV  əsrin  əvvəlləri)  1297-ci  ildə  Azər-
baycanın Marağa şəhərinə gəlmişdir. Onun «Kitab əl-Fəxri» iki his-
sədən ibarətdir. Birinci hissə siyasi traktaktdan ibarətdir. İkinci his-
sədə müsəlman sülalərinin tarixi toplanmışdır. Burada Səlcuqlar və 
Ön Asiya dünyası ilə qarşılıqlı əlaqələr haqqında məlumatlar vardır. 
Səlcuqlulara  münasibətdə  farsdilli  mənbələr  xüsusi  seçilir. 
Belələrindən biri Əbubəkr-Nəcməddin Məhəmməd ibn Əli Ravəndi-
nin «Rahat əs-sudur və ayat əc sudur» («Səlcuq dövləti haqqında») 
məlumat  əsəridir.  Bu  salnamə  1199-cu  ilə  qədər  olan  hadisələri 
əhatə edir. 
Ravəndi  ata  tərəfdən  qohumu  olan  Səlcuq  İrak  sultanlarının 
sarayında  qulluq  etdiyindən  əsərində  İrak  sultanlığına  xüsusi  yer 
ayırmışdır. 
İbn-Bibi  XII  əsr  müəlliflərindəndir.  Xarəzmşah  Cəlaləddinin 
sarayında qulluq etmiş, sonra Kiçik Asiyaya getmiş, Konya sultanlı-
ğında  dövlət  qulluğunda  olmuş,  əmir  titulu  daşımışdır.  «Səlcuqna-
mə» ni («Səlcuqlar haqqında kitab») tərtib etmişdir. 
Beyhaki (995-1078) «Tarixi Məsud» əsərinin müəllifidir. 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə