Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə54/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

 
171 
etməyə və hakimiyyətlərini Cənubi Qafqazda, Suriya, Bizans, Misir 
və İranda möhkəmləndirməyə nail oldular. 
Ordu  dövlətin  həyatında  böyük  rol  oynayırdı.  Hərb  və  hərbi 
qənimətlər  həm  siyasi,  həm  də  iqtisadi  doktrinanın  əsasını  təşkil 
edirdi. Səlcuq cəmiyyətinin və ordusunun strukturu işğalçı yürüşləri 
genişləndirməyə  vadar  edirdi,  çünki  ordunun  saxlanması  üçün  və-
sait  yalnız  hərbi  yürüşlər  və  qənimətlər,  itaət  və  əsarət  nəticəsində 
əldə edilə bilərdi. 
Nizamülmülk ordunun səfərə hazırlanması ilə bağlı göstərir ki, 
ordu  yola düşməmişdən  əvvəl  gedəcəyi  yollarda  yem  və  taxıl ehti-
yatı  görülməli,  qoşunun  ehtiyacı  olan  bütün  mallar  müəyyən  edil-
məli, şah öz əli ilə pulu əsgərlərə verməlidir ki, onların qəlbində şa-
ha qarşı məhəbbət və sədaqət yaransın, döyüşdə yaxşı çalışıb möh-
kəm iradəli olsunlar. Hökmdar hər tayfadan, hər xalqdan qoşun sax-
lamalıdır ki, hər tayfa və xalq öz hakimiyyətini qorumaq üçün ürək-
lə vuruşub qələbə qazansın. 
Böyük  Səlcuqların  hakimiyyəti  illərində  səlcuq  hərbi  siste-
mində  yenidənqurma  aparıldı.  Ordu  tayfa  qəbilə  könüllülərindən 
təşkil olunaraq yeni məzmunlu hərbi quruma çevrildi. Müharibələr-
də qazanılan qələbələr siyasi məqsədləri müəyyənləşdirdi. Yeni əra-
zilərin fəthi və hakimiyyətin bərqərar edilməsi taktiki və stratieji si-
yasəti  dəyişdirdi.  Bu  zaman  tayfa  və  qəbilələrdən  ibarət  könüllü 
xalq  ordusu  zamanın  tələbinə  cavab  vermirdi.  Ona  görə  də,  səl-
cuqlar maliyyə işləri ilə yanaşı orduya da ciddi fikir verirdilər. 
Yeni ordunun döyüşçüsü hərbi xidmət müqabilində xüsusi və-
sait-torpaqdan  gələn  gəlirin  bir  hissəsini  əldə  edirdi.  «İqta»  torpaq 
mülkiyyəti meydana çıxandan sonra hərbi döyüşçü torpağı ailəsi ilə 
birgə  becərirdi.  Feodal  isə  torpaqdan  gələn  gəlirin  bir  hissəsini  öz 
döyüşçüləri  arasında  bölüşdürürdü.  Məlik  şahın  dövründə  45  min 
hərbi  süvari  divanın  siyahısına  daxil  edilmiş  və  sultanın  qoşununu 
təşkil edirdi. Onlar yerləşdikləri yerdə ulufə (dinclik dövründə döv-
lət təmintında atlar üçün yem) və nafaq (dinc dövrdə arxaya gəlmiş 
hərbçiləri  və  məmurları  saxlamaq  üçün  yığılan  fövqəladə  vergilər) 
hüququna malik idilər. Bəzən çox böyük məbləği əhatə edən əlavə 


 
172 
xərclər də ordunun ehtiyaclarına xərclənirdi. Məlik şah hər il ordu-
nun ehtiyaclarına 60 min dinar xərcləyirdi. 
Çoxillik  hərbi  kompaniyaların  aparılması  üçün  əvvəlcədən 
böyük  aksiyalar  həyata  keçirilirdi.  Hərbi  yürüşlər  eyni  vaxtda  bir 
neçə  istiqamətdə  aparılırdı.  Toğrul  bəyin  vaxtından  hərbi  planlar 
işlənib hazırlanır, zəbt olunacaq ərazilər şahzadələr və əmirlər ara-
sında bölünürdü.  Hərbi əsirlər və  yerli əhali qula çevrilirdi. Onları 
həm təsərrüfatda işlədir, həm də qul bazarlarında satırdılar. 
Səlcuqların  döyüş  taktikasından  biri  düşməni  hissə-hissə 
məhv  etmək  idi.  Lazım  gəldikdə  partizan  müharibəsindən  istifadə 
edirdilər.  Əgər  düşmən  əlverişsiz  yerdə  düşərgə  qurmuşdusa,  səl-
cuqlar gecikmədən düşmən qoşunlarını müxtəlif istiqamətlərdən ox 
və  nizə  yağışına  tuturdular.  Düşmənin  diqqətini  yayındırmaq  üçün 
gecələr yalançı yerdəyişmələr həyat keçirilirdi. 
Yürüş iştirakçıları əvvəldən təyin olunmuş yerdə yığılır, sonra 
qruplar cəhətlərə  uyğun  olaraq 4  tərəfə  üz tütür və  hər  qrup  əvvəl-
dən  razılaşdırılmış  əraziyə  hücum  edirdilər.  Bundan  sonra  qruplar 
yenidən 3 qrupa bölünür, ordular eyni vaxtda hücum edirdilər. On-
ların hərəkət forması açılmış yelpəyin formasına bənzəyirdi. 
Hissələrə  bölünmüş  hərbi  qüvvələr  irəliləyərək  qarşılarına 
qoyduqları məqsədə çatana qədər yolun üzərindəki yaşayış məskən-
lərini dağıdır və qarət edirdilər. Daha sonra qarət etdikləri ilə birlik-
də geri dönür və basqından əvvəlki yerdə toplanırdılar. 
XII əsrin ortalarında xəlifə əl-Müktəfi (1136-1166) ilə döyüş-
də səlcuqlar qabağa böyük  sürü buraxmışdılar. Sürü ərəblərin  ordu 
bölmələrini pərən-pərən salmış, yaranmış boşluğa türklərin süvarilə-
ri  hücum  edərək  düşməni  başı  pozuq  vəzyyətdə  geri  çəkilməyə 
vadar etmişdi. Lazım olan halda süvarilər piyada qoşunu döyüş ye-
rinə çatdıra bilirdi ki, bu da çox vaxt vuruşmanın taleyini həll edirdi. 
Düşmənin  qüvvəsini  taqətdən  salmaq  məqsədilə  «talan  edil-
miĢ boĢ səhra zonaları» yaradılırdı. Qəznəvilərlə müharibə zamanı 
(1035-1040) Toğrul bəy bütün su quyularını doldurmağı, Bizans or-
dusu qarşısında geri çəkilən II Qılınc Arslan kəndi yandırmağı, mal-


 
173 
qaranı  aparmağı,  ya da  məhv  etməyi, su  quyuluarını murdarlamağı 
əmr etmişdi. 
Səlcuqlar  qalın  zirehli  geyimlə  təchiz  edilmiş  böyük  hərbi 
dəstələr yaratmışdı. Orduda ciddi hərbi intizam var idi. Döyüşə rəh-
bərlik  xüsusi  carçılar-atlılar  tərəfindən  hissələrə  çatdırılan  əmrlər 
vasitəsi ilə aparılırdı. Ordu dəmir şeypurlardan və dəbilqələrdən çı-
xan  səslərlə  hücuma  keçirdi.  Ordu  başçısı  döyüşdən  qabaq  namaz 
qılırdı. 
Səlcuqların  döyüş  ləvazimatları  düz  və  əyri  tiyəli  xəncərlər, 
döyüş baltaları,  yay, ox və nizələr və s. ibarət olurdu. Şəhərləri və 
qalaları  tutarkən  yanacaqla  dolu  xüsusi  qablar  atan  maşınlardan 
isifadə  olunurdu.  Hərbi  ləvazimatlardan  yay  və  oxa  üstünlük 
verilirdi ki, bu da hərbi süvari dəstələrinin əsas silahı idi. 
Səlcuqlu  ordusunun  təməlini  məmləkətə  dağılmış  olan  sipahi 
türklər  təşkil  etmişdi.  Paytaxtdakı  mərkəzi  türk  ordusu  ilə  yanaşı 
sultanın əmrində frank, siryani, gürcü, erməni və s. kimi xristianlar-
dan ibarət muzdlu əskərlərdən təşkil olunmuş bir ordu var idi. Ana-
dolu Səlcuqlularının Baba İshaq üsyanını yatırmaqda xristianlardan 
ibarət ordu başlıca rol oynamışdı. 
Səlcuqlar vasitəçilərin xidmətindən istifadə edirdilər. Məsələn, 
Azərbaycan  Atabəyi  Şəmsəddin  Eldəniz  İraq  sultanı  Arslan  şahla 
(1160-1177)  gürcü  çarı  III  Georgi  (1156-1184)  arasında  vasitəçilik 
edərək onları barışdırmağa cəhd etmişdir. 
 
 
 
 
 
 
 
 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə