Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin


fərraĢxana  deyilir.  Fərraşların  müsəlman  olması  və  xüsusilə  sünni məzhəbinə aid olmasına xüsusi fikir verilirdi



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə52/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   61

 
165 
yerə  fərraĢxana  deyilir.  Fərraşların  müsəlman  olması  və  xüsusilə 
sünni məzhəbinə aid olmasına xüsusi fikir verilirdi. 
Sarayda yaşadıqları halda saraydan kənarda vəzifəsi olan bəzi 
məqam  sahibləri  olmuşdur.  Bunların  bir  qismi  daimi  vəzifəli,  bir 
qismi  isə  meydana  çıxan  hər-hansı  bir  məsələnin  həlli  üçün  sa-
raydan müvəqqəti vəzifə ilə göndərilirdi. Belələrindən biri də müĢ-
rifdir
Müşrif ərəb sözüdür, «Qanuni Osmani»də bir şeyə üstdən ba-
xıb qərar verən, yüksək yerə çıxan, yaxın olan mənasında izah olu-
nur. Müşrifin əsas vəzifəsi sarayda olanları öyrənmək və istədiyi və 
ya ehtiyac olduğu vaxt sultana məruzə etmək idi. Müşrif hər bölgə 
və ya şəhərə namuslu, güvənilən, etibarlı naib təyin edirdi. 
Türk  qulamları  saray  həyatında  və  təşkilatında  mühüm  rol 
oynayırdılar.  «Abdar»,  «silahdar»,  «camedar»  kimi  hökmdara  şəx-
sən xidmət  edən məqam  sahibləri həmin qulamlardan  seçilirdi. Sa-
ray qulamları digər dövlət ərkanının xidmətindəki qulamlara nisbə-
tən daha böyük miqyasda imtiyazlara sahib olurdular. Sarayın için-
də  olduğu  kimi,  saraydan  kənarda  da  sultanın  ən  çox  etibar  etdiyi 
şəxslər qulamlar idi. 
Saray  həyatı  hökmdar  həyatının  ayrılmaz  tərkib  hissəsi  idi. 
Hər  bir  dövlət  adamı  kimi  hökmdarın  da  rəsmi  və  şəxsi  həyatı  var 
idi.  Onun  yaşadığı  fərqli  iki  həyatı  bir-birindən  ayırmaq  çətindir. 
Hökmdar ona aid hakimiyyət simvollarını (məsələn, taxt, tac və s.) 
şəxsi həyatında da istifadə edirdi. 
Sultanın  həyatı  sarayda  vəzifəli  şəxslərlə  birlikdə  günün 
müəyyən zamanlarında dövlətin rəsmi işlərini yerinə yetirmək üçün 
keçir, bəzən bütün vəzifəli şəxslər, bəzən də lazım olan şəxslər bu 
görüşdə  iştirak  edirdilər.  Sultanın  rəsmi  həyatına  xarici  elçi  və 
dövlət  adamlarını,  elm  və  din  xadimlərini,  hərbi  və  mülki  dövlət 
adamlarını  qəbul  etmək  daxil  idi.  Belə  toplantılarda  müxtəlif 
məsələlər  müzakirə  edilir,  qərarlar  verilir,  hökmdar  birbaşa  ədalət 
məhkəməsi qurub ədaləti təmin edirdi. 
Sarayda  xüsusi  və  toplu  qəbullar  keçirilirdi.  Xüsusi  qəbullar 
öz  təşkilatı  xüsusiyyəti  ilə  seçilirdi.  Hökmdar  onunla  görüş  keçir-


 
166 
mək istəyən dövlət böyüklərini (büzürgan) və başçılarını (səran) qə-
bul edib dinləyəcəyini hamının görə biləcəyi  yerdə (məsələn, saray 
qapısında)  pərdə  asılması  ilə  müəyyən  etmək  olurdu.  Pərdənin 
qalxmış vəziyyətdə olması hökmdarın qəbul keçirəcəyini, enmiş və-
ziyyətdə  olması  hökmdarın  qəbul  keçirməyəcəyini  göstərirdi. 
Hökmdarla  görüş  keçirmək  istəyən  dövlət  adamları  qəbul  günü 
olub-olmadığını öyrənmək üçün saraya atlı göndərirdilər. Onlar pər-
dənin vəziyyətinə görə hərəkət edirdilər. 
Qəbullar  zamanı  saray  qaydalarına  müntəzəm  əməl  edilirdi. 
Qəbul edilənlərin hansı qayda ilə taxtın ətrafında və yaxınında, ayaq 
üstə və ya oturmuş halda qəbul olunması dəqiq bilinirdi. Əl öpmək 
imtiyazı  sadəcə  xanədan  üzvlərinə  məxsus  idi.  Xənədanın  yaşlı 
üzvlərinin  bəzən  kiçik  yaşda  olan  Səlcuqlu  sultanının  əlini  öp-
dükləri məlumdur. Əgər hökmdar dövlət adamlarından kiməsə əlini 
öpməyə icazə verərdisə, bu onun üçün böyük şərəf sayılırdı. Dövlət 
ərkanı üzvləri nə qədər böyük vəzifələr tutsalar da, hər dəfə hökm-
darın ətəyini və ya qarşısındakı yer öpməyi yaddan çıxarmırdılar. 
Səlcuqlu hökmdarı vassal hökmdarları, xarici dövlət elçilərini 
də dövlətin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi mərasimdə qə-
bul edirdi. Buna görə də bu cür qəbulları xüsusi qəbul saymaq olar. 
Rəsmi toplu qəbullar müxtəlif olurdu. Hökmdar dövlət işləri-
ni müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün dövlət təşkilatı 
mənsubu olmayan şəxslərlə rəsmi mahiyyət daşıyan kütləvi görüşlər 
keçirirdi. Bundan başqa dövlət adamları lazım bildikləri vaxt tək-tək 
və  ya  kiçik  qruplar  halında  hökmdarla  görüşür,  öz  sahələrinə  aid 
dövlət  işləri  haqqında  ona  məlumat  verir  və  sultandan  yeni  əmrlər 
alırdılar. 
Hökmdarın dövlət işləri üçün ən çox təmasda olduğu şəxs, hö-
kumət  təşkilatının  başçısı  olan  vəzirdir.  Qəbulların  vaxtı,  qəbulda 
iştirak edəcək şəxslərin sayı və müzakirə ediləcək mövzular sultan 
tərəfindən müəyyənləşdirilirdi. 
Hökmdarın saray daxilindəki rəsmi həyatı ilə sarayın xaricin-
dəi rəsmi həyatı demək olar ki, bir-birinə bənzəyir. 


 
167 
Şəxsi həyatda hökmdar bir neçə nəfər ilə yaşadığı kimi müəy-
yən  günlərdə  sarayı  xalqa  açaraq  məclislər  təşkil  edirdi.  Şəxsi  hə-
yatda da xüsusi və toplu görüşlər olurdu. Xüsusi görüşlərdə hökm-
dar  bir  və  ya  bir  neçə  şəxs  ilə  görüşürdü.  Bunlar  əsasən  nədimlər 
olurdular. 
Hökmdarın  şəxsi  həyatında  nədimlərin  olduqca  əhəmiyyətli 
yeri var idi. Nədimlərin əsas vəzifəsi sultanı əyləndirmək, xoş vaxt 
keçirməsini təmin etməkdən ibarət  idi və  orta əsrlərdəki  türk islam 
dövlətlərinin hamısında bu vəzifə olmuşdur. 
Nədim bilikli, yaxşı davranışlı, gülərüzlü, dindar və yaxşı ge-
yimdə olmalı idi. Bundan əlavə nədim şən və ciddi hekayələr və mə-
səllər  danışmalı,  daima  gözəl  söz  danışmağı  bacarmalı,  şahmat  və 
nərd  oyunlarını  bilməli  idi.  Nədim  musiqi  alətində  ifa  edə  və  ya 
yaxşı silah işlədə bilsə daha yaxşı olardı. 
Səlcuqlu  xanədanında  yüksək  zümrənin  arasında  hökmdar 
ailəsi xüsusi yer turur. Xüsusi məclislərin keçirildiyi, yerli və xarici 
dövlət adamlarının, vassal hökmdarlarının qəbul edilib müzakirələr 
aparıldığı,  qərarlar  verildiyi,  bir  sözlə  dövlətin  idarə  edildiyi 
hissədən  başqa  hərəmxana-hökmdarın  ailə  həyatının  keçirdiyi  yer 
sarayın  digər  hissəsini  təşkil  edirdi.  Hərəmxanada  hökmdarın  ni-
gahlı xanımları və cariyələri olurdu. 
Hökmdarın ailəsində bir sıra səlahiyyətlərə malik olan və döv-
lətin idarəetməsində müəyyən rol oynayan əsas şəxs xatundur
Səlcuqlu türklərində qadınların ictimai və siyasi həyatda, döv-
lət  işlərində  rolları  böyük  olmuş,  qadınlar  dövlətdə  öz  mövqelərini 
qoruyub  saxlamışdılar.  Nizamülmülkün  dövründə  belə  qadınlardan 
biri Məlik şahın arvadı, Qaraxanlı hökmdarının qızı Cəlaliyə adı ilə 
məşhur Türkan xatun olmuşdur. Yalnız əri Məlik şah üzərində deyil, 
bütün dövlət adamları, saray xadimləri üzərində böyük nüfuza sahib 
olmuş, xüsusi divanı, 12 mindən çox seçmə ordusu, Tacülmülk kimi 
hiyləgər,  tədbirli  və  mahir  vəziri,  öz  tayfa  və  qəbilələri  içərisində 
çoxlu  miqdarda  tərəfdarları  var  idi.  Nizamülmülkün  bütün 
işlərindən xəbərdar olan Türkan xatun bunları sultana bildirdiyindən 
Nizamülmülklə  Türkan  Xatun  arasında  münaqişə  yaranmışdı.  Ona 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə