Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə51/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

 
162 
ram günləri, sevincli vaxtlarda qurulurdu. Sultan Toğrul 1040-cı il-
də Dəndənəkan qələbəsindən sonra döyüş meydanında bir çadır qur-
durmuş və bu çadırda taxta çıxaraq özünü «Xorasan hökmdarı» elan 
etmişdi. Türkiyə Səlcuqlularında sultan səfərə çıxacağı vaxt  «Otağı 
Humayun», yəni hökmdar çadırının səhraya qurulması adət idi. Səl-
tənət  çadırları  müxtəlif  rəngdə  olurdu.  Malazgird  döyüşündə  Alp 
Arslan ağ çadırda oturmuşdu. 
Hökmdardan  bəhs  etdikdə  göz  önündə  saray  canlanır.  «Sa-
ray»  qədim  fars  sözü  olub  əsasən  ev,  məskən,  mənzil,  qonaqlan-
maq yeri mənasında işlənilir. Türkcədə eyni mənalarda işlənilməklə 
bərabər  daha  çox  hökmdarın  iqamətgahı,  sultanın  ailəsi  və  qullu-
ğunda  olanlarla  yaşadığı  yer  anlamındadır.  Saray  türk  mədəniy-
yətinin  hakim  olduğu  ölkələrdə  qədimdən  bəri  hökmdarın,  şah-
zadələrin, valilərin, əyanların iqamətgahı kimi işlədilmişdi. 
Nazamülmülk göstərir ki, padişah saray işlərini idarə edən rəis 
vəzifəsinə ən etibarlı adamı təyin etməlidir. O adam sarayda nə baş 
verirsə hamısını bilməli, istədiyi və ya ehtiyac duyduğu vaxt sultana 
xəbər verməlidir. Bu adam hər şəhərə, hər qəsəbəyə doğru danışan, 
əli düz nümayəndələr göndərməlidir ki, onlar da buralarda baş verən 
kiçik  və  böyük  hadisələri  öyrənib  mərkəzə  xəbər  versinlər.  Lakin 
bunu  elə  etmək  lazımdır  ki,  onlara  maaş  dövlət  xəzinəsindən 
verilsin ki, onları təmin etmək rəiyyətin üzərinə düşməsin, xəyanət 
edib  rüşvət  almasınlar.  Onların  düz  işləmələrindən  gələn  xeyir 
onlara verilmiş maaşdan on dəfə, yüz dəfə çox olar. 
Səlcuqlularda  böyük,  dəbdəbəli  saraylar  tikilmişdir.  Toğrul 
bəy 1055-ci ildə Bağdada gəldikdən sonra tikdirdiyi saraylar Bağda-
dın görünüşünü dəyişdirmişdir. Toğrul bəyin inşa etdirdiyi saraylar 
bölgəsinə Mədinəti Toğrul bəy (Toğrul bəyin şəhəri) adı verilmiş və 
ətrafı yüksək divarlarla əhatə olunmuşdur. 
Alp Arslan da böyük saraylar tikdirmiş, geniş bağçaları və ho-
vuzları  olan  saraylarda  ehtişam  və  dəbdəbə  içində  yaşamışdı.  Alp 
Arslan  dövründən  başlayaraq  saray  təşkilatı  Sultan  Məlik  şah  və 
Səncər dövrlərində ən yüksək nöqtəyə çatmışdır. 


 
163 
Saray təşkilatında sultandan sonra gələn ən böyük şəxs böyük 
hacib idi. Bu vəzifə Abbasilər, Samanilər, Qəznəvilər, Qaraxnlılar-
da  olmuşdur.  Haciblər  bir  növ  hökmdarlarla  hökuməti  təmsil  edən 
Böyük Divan arasında əlaqəni təmin edirdilər. Mənbələrdə ilk qeyd 
edilən  Hacib  Sultan  Toğrul  bəy  dövründə  Böyük  Səlcuqların  baş 
hacibi olmuş Abdurrəhman Alıbzəndir və ona «Hacibi Kəbir» de-
yilirdi. 
Böyük  hacib  əmir  rütbəsinə  sahib  idi.  Sarayın  bütün  işlərinə 
böyük  hacib  cavabdeh  idi  və  tabeliyində  müxtəlif  dərəcədən  olan 
haciblər  olurdu.  Səlcuqlarda  Alp  Arslan  və  Məlik  şah  dövründə 
saray təşkilatında vəzifə sahibi olan haciblər bəzən ordu komandanı 
vəzifəsini də yerinə yetirirdilər. 
Böyük  haciblərdən  sonra  sarayda  yüksək  vəzifələrdən  biri 
Əmiri hərəs (cəza əmiri) idi. Sultan bir kimsəni cəzalandırmaq istə-
diyi  vaxt  (baş  vurmaq,  əl,  yaxud  ayaq  kəsmə,  döymə,  həbs  etmə, 
quyuya atma, dar ağacından asma, zopa vurdurma kimi) bu işi Əmi-
ri hərəsə tapşırırdı. 
Sarayda dərəcə etibarilə  üçüncü sırada  Vəkili  xass  yer  alırdı. 
Bu  vəzifəyə  həmişə  tanınmış  və  hökmdarın  hörmətini  qazanmış 
şəxslər təyin edilirdi. Saray mətbəxinə, şərabxanaya, sultanın süfrə-
sinə  (süfreyi  xass),  tövləsinə  (saray  axurları)  aid  bütün  işlər  onun 
nəzarəti altında olurdu. 
Saray  böyükləri  içərisində  «silahdar»,  «abdar»,  «çaşnigir»  , 
«çərəbdar», « camədar», «saqi»lər də vardır. 
Silahdarın vəzifəsi sultanın silahını daşımaq və ona aid silahları 
mühafizə etmək olmuşdur. Mərasimlərdə sultanın silahlarını daşıyan 
silahdarların  başçısına  əmiri  silah  deyilirdi.  Onun  əmirində  kiçik 
rütbədən  olan  çoxlu  sayda  silahdar  olurdu.  O,  zərədxana  və  ya  zi-
rehxana deyilən silah saxlanılan  yerin mühafizəsinə rəhbərlik edirdi. 
Nizamülmülkdə silahdar əvəzinə daha çox «sipahi» sözü  işlədilib. 
Süfrə xidmətlərini yerinə yetirənlər «ÇaĢnigir» adlanırdı. Caş-
nigir  sözünün  lüğəti  mənası  yemək  dadına  baxan,  çeşnisinə  baxan 
anlamındadır.  Əsas  vəzifəsi  süfrəyə  gətirilən  yeməkləri  sultana  ye-


 
164 
mədən öncə dadmaqla onun zəhərlənməsinin qarşısını almaqdan iba-
rətdir. Bu vəzifəyə çox güvənilən, etibarlı adamlar təyin olunurdu. 
Həftənin  müəyyən  olunmuş  günlərində  olan  məclisdə  yemək 
vaxtı  xidmət  edən  şəxslərdən  biri  Ģərabdardır.  Şərabxana  onun 
tabeliyində olur və bu şərabları süfrəyə vermək üçün xidmət göstə-
rirdi.
 
Böyük  məclislərdə  və  yemək  vaxtı  şərab  süzən  xadimələrə 
saqi  deyilirdi. Şərabdar sultan və qonaqlarına təklif edilən içkilərin 
keyfiyyətinə cavabdehlik  daşıyırdı  və  baş  verən  hər hansı bir  hadi-
səyə görə cəzalandırılırdı.
 
Hökmdarın  «rayəti  dövlət»  deyilən  bayrağını  aparan  və  onu 
qoruyanların başçısı əmiri ələm, sultanın və ya sarayın mühafiəzçi-
lərinin  başçısı  əmiri  candar,  sarayın  və  hökmdarın  heyvanlarına 
baxanların başçısı əmiri axur, sultanın ov üçün hazırlıqlarını görən 
və  ovda  olduğu  vaxt  onunla  bərabər  olub,  xidmət  edən  şəxslərin 
başçısı əmiri Ģikar adlanırdı
Sarayda mühüm vəzifələrdən bir üstaddar idi. Maliyyə işləri-
nə  baxan  bu  şəxs  xəzinənin  gəlirlərindən  və  vergilərdən  müəyyən 
olunmuş  miqdarın  sarayın  mətbəxinə,  çörək  bişirilən  yerlərinə  və 
axuruna lazım olan qədər xərclənmələrinə nəzarət edir, tabeliyində-
kilərin paltar və başqa məsrəflərini ödəməklə məşğul olurdu. 
Beləliklə, qeyd olunanları yekunlaşdıraraq deyə bilərik ki, bü-
tün saray təşkilatı mənsubları hərbi təbəqədən (əhli seyf) idilər, hər 
müəssisənin  başında  duran  şəxs  əmirlik  rütbəsinə  sahib  idi.  Hərbi 
təbəqəyə  mənsub  olmalarının  təbii  nəticəsi  olaraq  saray  təşkilatına 
mənsub olanların demək olar ki, hamısı «qulam» sisteminə görə ye-
tişmiş türklər olmuşdur. Dövlət böyüklərindən (əkabiri xass) sayıl-
dıqlarına  görə  hər  müəssisənin  rəhbəri  olan  şəxs  hökmdarın  hüzu-
runda onun üçün öncədən ayrılmış yerdə oturmaq haqqına sahib idi. 
Saray təşkilatına mənsub olan vəzifəli şəxslər Saray böyükləri 
(ərkabir-i hass) və Saray kiçikləri (kihtaran və ya bəndəgah və çagi-
ran) kimi iki qrupa bölünürdü: 
Sarayda  hər  cür  buyruq  işlərini  fərraĢlar  yerinə  yetirirdilər. 
Bu  adamların  başçısına  fərraĢbaĢı,  onların  toplu  halında  olduğu 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə