Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə50/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

 
159 
 Traz  sultan  tərəfindən  dövlət  elçilərinə  və  onların  vasitəsilə 
hökmdarlarına hədiyyə verildiyi zaman xələt adını alırdı. Əgər xələt 
Abbasi xəlifəsi tərəfindən verilirdisə, bu həm qurulan dövlətin xəli-
fə tərəfindən rəsmən tanınması, həm də xələti qəbul edən hökmda-
rın xəlifənin mənəvi hakimiyyətini qəbul etməsi mənasına gəlirdi. 
Hər kəsə dərəcəsinə və rütbəsinə görə xələt verilirdi. Xələt ve-
rilən şəxsə onun üzərində papaq, kəmər, qılınc qabı, qılınc, at, bay-
raq, pul, yəhər, çadır və başqa əşyalar da verilirdi. 
Hökmdarın  maddi  hakimiyyət  simvolundan  biri  bayraqdır. 
Bayraq  sözü  ümumtürk  mənşəlidir.  Bu  söz  Mahmud  Kaşqarlının 
məşhur  «Divanu-Lüğət-ət-Türk»  (XI  əsr)  əsərində  bayrak//batrak 
fonetik  variantlarında  qeyd  olunmuşdur.  Bayraq  sözü  istər  qədim, 
istərsə  də  müasir  türk  dillərinin  əksəriyyətində  eyni  mənadadır. 
Araşdırıcıların fikrincə batırak «batrak», «bayrak» semantik struktur 
təkamül  modeli  əsasında  batır-batırmaq,  sancmaq  felindən  törə-
mişdir. Bayraq sözü ilə yanaşı tuğra, buncuq, sancaq sözü də işlən-
mişdir ki, o da sancmaq felindən ibarətdir. 
Dövrün,  dövlətin,  hadisələrin  ən  önəmli  əlamətlərini  özündə 
əks etdirən bayraqlar mühüm tarixi abidədir. Bayraqda ideoloji, si-
yasi,  sosial,  sinfi,  dini,  milli  və  digər  ideyalar  cəmləşmiş  formada 
təcəssümünü tapırdı. 
Aparılmış  tapıntılar  Azərbaycan  ərazisində  ştandart  formalı 
bayraqların hələ tunc dövründə (e.ə.  IV minilik-II minillik) istifadə 
edildiyini  təsdiq  edir.  Şəmkir  və  Şəki  rayonlarında  aparılan  arxeo-
loji qazıntılar zamanı aşkar edilmiş buynuzlu maral, üzərində səkki-
guşəli ulduz, şüalanan günəş və müxtəlif həndəsi naxışlar olan dai-
rəvi lövhə və başqa formalı ştandartlar, çox guman ki, qəbilə başçı-
sının  və  ya  hökmdar  hakimiyyətinin  rəmzini  təmsil  edirdi.  Bayraq 
təkcə hökmdarlıq əlaməti olaraq işlədilməmiş, dövlətin, böyük mə-
murların, qəbilə rəisləri, komandanlar və ordunu təşkil edən müxtə-
lif qrupların özlərinə xas ayrı-ayrı bayraqları olmuşdur. 
Bayraq  bir  məmləkəti  (ölkəni)  təmsil  etmək  üçün  qəbul  olu-
nan əlamətə verilən addır. Müxtəlif rəng və işarələrdən ibarət, miz-
rağa və ya ağaca bağlı parçadan ibarət olan bu əlamətin mənəvi də-


 
160 
yəri  çox  böyükdür.  «Divanu-Lüğət-ət-Türk»  də  batrak  şəklində 
yazılan  bu  kəlmə  savaşlarda  işlədilən  və  ucuna  ipək  parça  taxılan 
mizraq  kimi  izah  edilir.  Qaynaqlarda  ələm,  liva  və  s.  formada 
işlənən  bayraq  sözünün  fars  dilinə  Böyük  Səlcuqlu  dövründə 
keçdiyi güman olunur. 
Qədim  türklərdə  bayraq  batırılacaq,  saplanacaq  bir  silahın 
(mizraq,  süngü  kimi)  adıdır.  Döyüşlərdə  həmin  silahın  ucuna  onu 
işlədən qəhrəmanın və ya mənsub olduğu qəbilənin əlaməti taxılırdı. 
İlk  Səlcuqlu  bayraqlarının  üzərində  ox  və  yay  əlamətinin  olduğu 
təxmin edilir. Həmin ox və yayı təkcə Toğrul bəyə deyil, bütün xa-
nədana məxsus ümumi bir simvol hesab etmək daha doğru olar. 
Bayraqların rənginə gəldikdə isə bu rənglər çox müxtəlif, rən-
garəng idi. Əsasən qara və qırmızı rəngli bayraqlardan istifadə olun-
duğu  güman  olunur.  Toğrul  bəydən  başlayaraq  Abbasi  xəlifələ-
rindən qara bayraqlar alan Səlcuqlar əsasən bu rəng bayraqlardan is-
tifadə  etmişlər.  Bunun  əsas  səbəbi  Səlcuqlar  özlərinin  Abbasilərlə 
mənəvi bağlılıqlarını göstərməklə islam dünyası üzərində mənəvi və 
siyasi hakimiyyətə iddialı olduqlarını bildirmək olmuşdur. Digər id-
diaya görə, Səlcuqlu dövləti qurulmazdan əvvəl qəbilələrin başında 
olan rəislərin bayrağı qara rəngdə idi. Səlcuqlu dövründə qeyd olu-
nan qırmızı bayraqların daha çox hərbi birliklərin bayrağı olduğu id-
dia edilir. 
Hakimiyyət əlaməti olan bayrağa hörmət onun sahibinə hörmət 
demək idi. Bir yerin fəth və zəbt edilməsi zamanı hökmdar bayrağı-
nın qala bürcündə dalğalanması təslim olma işarəsi idi. Bayrağın dal-
ğalandığı yer ərazinin bayraq sahibinin hakimiyyəti altında olduğunu 
göstərir. 
Türklərə  görə  «bayraqsız  otaq,  otaqsız  bayraq»  olmazdı. 
Bayraq kökünü dindən və sehrdən alan bir müstəqillik simvolu idi. 
Bayraqların  forması  və  sayı  boy  bəylərinin  dövlət  içindəki  etibar 
və gücünü göstərirdi. Bayraq-sancaq qarşılığı olaraq tuğ kəlməsin-
dən istifadə olunurdu. 
Hökmdarın maddi əlamətlərdən biri də növbətdir. Növbət və 
ya  nevbət  hökmdarın  çadırının  və  ya  sarayının  qapısında,  günün 


 
161 
müəyyən  vaxtlarında,  çox  vaxt  namaz  saatlarında  bir  növ  “dövlət 
orkestrinin marş” icra  etməsinə deyilirdi.  Qədim  türk dövlətlərində 
savaşlar və böyük yığıncaqlardan öncə xanlıq çadırı qurulur, bayraq 
sancılır,  təbil  çalınırdı.  Zaman  keçdikcə  təbili  tamamlayan  digər 
musiqi  alətləri  ilə  birlikdə  növbət  orkestri  meydana  gəldi.  Növbət 
orkestri təbil, zurna, borular, kös və nağaradan ibarət olurdu. Böyük 
Səlcuq  dövlətində  ilk  dəfə  Sultan  Toğrul  bəy  dövründə  gündə  beş 
dəfə növbət çalınmışdır. 
Müstəqil  hökmdarlar  gündə  5  dəfə,  vassal  hökmdarlar  isə  3 
dəfə  namaz  vaxtında  növbət  çaldırırdılar.  Vassal  hökmdarlar  üçün 
növbət çaldırmaq yalnız tabe olduğu hökmdarın icazəsi ilə mümkün 
idi. Hökmdar səfərdə ikən və ya səfərə çıxdığı zaman dövlət orkest-
rini də özü ilə aparırdı. Hökmdarın sarayının və ya çadırının önündə 
gündə 5 dəfə növbət çalınması şərt deyildi. Sultan hər istədiyi vaxt 
zövqünə  görə  və  ya  hökmdar  olmasının  qürurunu  duymaq  üçün, 
həmçinin  sevincli  vaxtlarda,  xüsusilə qalibiyyət,  üsyanın  yatırılma-
sından, fəthlərdən sonra və şənliklərdə də növbət çalınırdı. 
Səlcuqlu sultanları  tevki  və  tuğra daşıyırdılar.  Bu ünsürlərin 
hər ikisinə bütün Səlcuq dövlətlərində rast gəlirik. 
Tevki qısa mənada hökmdarın qərarı və iradəsi mənasını verir 
və  sultanın  möhürü  idi.  Daha  sonralar  Səlcuqlu  tevkiləri  üzərinə 
Quran  ayələri  yazılmağa  başlandı.  Sultan  Alp  Arslanın  tevkisində 
«binəsrillahi  vəs-səlam»,  Sultan  Məlik  Ģahda  «itimadi  alallah», 
Börküyarığın möhüründə «itimadi allahi vahdehu», Səncərin tev-
kisində  «təvəkəltü  alallah  və  bismillah  təvvəkkəltü  alallah»  sözləri 
yazılmışdı. 
Hökmdarda  səltənət  çadırı  saray  qədər  əhəmiyyətlidir  və 
hökmdarlıq əlaməti sayılırdı. Çadır səltənət  dairəsində saxlanılırdı 
və onun xəzinədən çıxarılıb qurulması səfərə  çıxma və  ya hərəkətə 
keçməyə işarə idi. Çadır qurulduqdan sonra ordu onun ətrafına top-
lanmağa başlayırdı. Çadır hansı istiqamətdə qurulsa səfərin yönü də 
həmin istiqamətdə olurdu. Toğrul bəy Bəsasiriyə qarşı səfərə çıxma-
ğa qərara gəldiyi vaxt, çadırını Bağdadın xaricində və Mosul istiqa-
mətində qurdurmuşdu (1058-ci il avqust). Çadırlar mərasimlər, bay-


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə