Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə49/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   61

 
156 
Səlcuqlu sultanlarının pullarının üzərində xəlifənin adı, sulta-
nın  adı,  ünvanı  və  ləqəbləri,  digər  üzərində  isə  Qurandan  bir  ayə 
həkk  olunurdu.  Sikkələr  üzərində  Səlcuqlu  sultanlarının  rəsmləri 
zərb olunmamışdır. Onların üzərində Oğuz boylarının damğaları yer 
almışdır.  Məsələn,  Toğrul  bəyin  sikkələrində  Qınıq  boyunun  dam-
ğası olan ox-yay işarəsi vardır. 
Sikkə hakimiyyət simvolu olub bir tərəfdən mənəvi, digər tə-
rəfdən maddi ünsür sayılırdı. Taxta çıxan hökmdarın ilk işi üzərində 
adının, ünvanının və ləqəbinin olduğu pullar zərb etdirmək idi. Səl-
cuqlu hökmdarlarının adına Sultan Toğruldan başlayaraq pullar zərb 
edilmişdir.  Bu  pul  qızıl  və  gümüşün  qarışığı  idi.  Səlcuqlularda  ən 
qiymətli pul dinarı-sorx, yəni qızıl pullar hesab olunur və çox işlə-
nirdi.  Nişapur,  Rey,  Bağdad,  İsfahan,  Bəsrə  və  Əhvəzdə  Toğrul 
bəyin adına zərb edilmiş 50-dən çox fərqli sikkə tapılmışdır. 
Dövlət xəzinəsi və onu qoruyub saxlamaq qaydaları haqqında 
Nizamülmülk  göstərir  ki,  hökmdarın  iki  dövlət  xəzinəsi  olmalıdır. 
Bunlardan biri əsl xəzinə, digəri isə xərc xəzinəsidir ki, alınan mal-
ların  çoxu bu  əsl xəzinəyə toplanmalı,  onun az bir hissəsi  isə xərc 
xəzinəsinə  verilməlidir.  Zərurət  olmadıqca  əsl  xəzinədən  xərclən-
məməli,  bir  şey  borc  kimi  götürülməli,  əvəzinə  bir  şey  qoyulmalı, 
xəzinənin gəliri ilə çıxarı eyni olmalıdır. 
Əyalət  hakimləri, vassal dövlət  başçıları da sikkə zərb  etdirə 
bilərdilər, lakin burada da xütbədə olduğu kimi əvvəl xəlifənin, da-
ha sonra sultanın ad, ünvan və ləqəbləri, sonda icazə verilərdisə öz 
adı, ünvanı və ləqəbləri qeyd olunurdu. Vassal dövlətin sikkələrində 
tabe olduğu hökmdarın adı, ünvanı və ləqəblərini ləğv etməsi onun 
tabelikdən çıxması, yəni üsyan etməsi mənasını verirdi. 
İlk  gümüş  pullar  Sultan  Alp  Arslan  zamanında  kəsilmişdir. 
1064-cü  ilə  aid  Alp  Arslanın  basdırdığı  pullarda  «Məlikül-İslam» 
ləqəbi,  1065-ci  ildə  zərb  edilən pullarda  «Məlikül-məğrib  vəl  məş-
riq» ləqəbi qeyd edilmişdi. 
Səlcuqlu dövrünün  ən qiymətli  pulları Sultan Məlik  şah döv-
ründə kəsilmiş və bunun üçün tonlarla qızıl və gümüş işlədilmişdir. 


 
157 
Xəlifə tərəfindən Səlcuqlu vəzirinə, dövlət qulluqçularına ün-
vanlar  və  ləqəblər  təqdim  edilmişdir.  Ləqəblər  verilməsi 
münasibətilə  Səlcuqlu  sultanları  Xəlifəyə  çoxlu  bəxşişlər  verir  və 
allaha dua edirdilər. Məsələn, Bağdad məscidlərində adına ləqəbləri 
və  ünvanları  ilə  birlikdə  xütbə  oxunduğunu  eşidən  Alp  Arslan  çox 
sevinmiş, səcdəyə qapılaraq Allaha şükürlər etmiş, xəlifəyə 10 min 
dinar, müxtəlif növ 250 ipək paltar, əlavə olaraq Bağdad nazirinə də 
10 min dinar, 10 at və 10 qatır verilməsini əmr etmişdir. 
Xəlifə  tərəfindən  Səlcuqlu  hökmdarlarına  təqdim  edilən  ün-
van və ləqəblər öz adlarından sonra oxunurdu. Səlcuqlu sultanlarına 
ləqəblər əsasən Bağdad xəlifəliyindən verilir və adətən bir neçə his-
sədən  ibarət  olub  adları,  ünvanları  və  ləqəbləri  uzun  və  hətta  bir 
neçə səhifədən artıq olurdu. Məsələn, Sultan Toğrul bəySultanül-
muazzam şahənşah əl-əcəl Rüknəddin, məlikül-məşriq vəl-məğrib 
şahənşah»Sultan Alp ArslanSultanül-muazzam şahənşah, Rü-
knəddin»;  Sultan  Məlik  şahSultanül-muazzam»  ləqəbləri  daşı-
mışlar. 
Alp Arslan dövründə mülki, hərbi və dini təşkilatlara mənsub 
ünvan və ləqəblərə rast gəlinir. Hər təbəqənin  özünə xas ünvan və 
ləqəblərin  işlənməsinə  xüsusi  diqqət  yetirilirdi.  Alp  Arslan  döv-
ründən başlayaraq mülki, hərbi və dini təşkilat mənsublarına ünvan 
və ləqəblər hökmdar tərəfindən verilirdi. 
Hakimiyyət  simvolları  arasında  taxt  xüsusi  əhəmiyyətə  ma-
likdir. Taxtın forması və qiyməti mövqe və məqamına görə dəyişir-
di. Taxt insan boyundan yüksək olurdu. 
Mənbələrdə  Qaraxanlı  sarayında  qızıl  və  gümüş  olmaqla  2 
taxtın olması haqqıda məlumat vardır. Mənbələr məlumat verirlər ki, 
Sultan Toğrul evləndiyi xəlifənin qızına qızıldan, özünə isə gümüş-
dən  taxt  hazırlatmışdı.  Qızıl  və  gümüş  taxtlar  Günəşin  və  Göyün 
rəmzini  ifadə  edirdi.  Gümüş  taxt  hakimiyyətin  tanrıdan  gəldiyini 
göstərirdi. 
Səlcuq sultanları müharibələr vaxtı taxtlarını özləri ilə aparır-
dılar. Malazgird müharibəsindən sonra Roman Diogeni qəbul  edən 


 
158 
Alp Arslan imperatoru öz yanında oturtmuş, öz əli ilə ona kürkünü 
geyindirmişdi. 
Hökmdar rəsmi günlərdə başına tac qoyurdu. Hökmdarlıq əla-
mətlərindən sayılan tac Abbasilər dövründə meydana gəlmişdir. Bu 
xanədən üzvləri Əməvilərə zidd hərəkət etmək üçün İran ənənələri-
ni təqlid etmişlər. 
Səlcuqlar  tacı  Abbasilərdən  mənimsəyərək  hakimiyyət  sim-
volu kimi qəbul etmişlər. Tac və taxt hakimiyyətin ayrılmaz simvo-
lu  olduğundan  hakimiyyətdə  olmaq  «taxt-tacın  sahibi»  kimi  ifadə 
edilirdi. 
Hökmdarların başları üzərində rəngli parçalardan hazırlanmış 
çətir tutulurdu. Çətir Sultanın qəbullar, səfərlər və səyahətlər zama-
nı başı üzərində tutulan hökmdarlıq əlaməti sayılırdı. Çətir ipək, at-
las  və  ya  üzəri  qızıl  saplarla  tikilmiş  parçadan  hazırlanırdı.  Çətirin 
on iki dilimi olurdu və bu dilimlərin arası bir qarış idi. Çətiri at üzə-
rində olan hökmdarın başı üzərində, atla gedən və sultanın bir az ge-
risində  olan  çətirci  daşıyırdı.  Xəlifələrin  çətirlərinin  rəngi  həmişə 
geyindikləri paltarlara uyğun olurdu. Səlcuqlu sultanlarının çətirləri-
nin  rəngi  əksərən  qara  idi.  Toğrul  bəyin  çətirinin  rəngi  qırmızı  ol-
muşdur. 
Müharibə vaxtı çətirin alınması ordu komandanının ölməsi və 
ya qaçması kimi qiymətləndirilir, bu vaxt orduda qarışıqlıq yaranır, 
ordu  qaçmağa  başlayırdı.  Alp  Arslanla  mübarizə  zamanı  ordunun 
mərkəzində  yerləşən  Kutalmışın  çətiri  və  sancaqlarının  alınması 
onun ordusunun caşqınlığına və məğlubiyyətinə səbəb olmuşdur. 
Hakimiyyət  simvollarından  biri  də  trazdır.  «Traz»  fars  sözü 
olub əl işi (əba) mənasını verir. Ancaq sonradan hökmdar və ya di-
gər  şəxslərin  yüksək  sənətkarlıqla  işlənmiş  və  üzəri  bəzədilmiş  üst 
geyimi  mənasını  daşımağa  başladı.  Onun  üzərindəki  tikmələrdə 
hökmdarın adı, ləqəbi və xüsusi işarələri işlənirdi. Əməvilər və Ab-
basilər dövründə olduğu kimi, bir çox islam dövlətlərində bu cür üst 
geyimlərini  hazırlamaq  üçün  sarayda  emalatxanalar  olurdu  və 
Darül-traz, bu emalatxanaların rəhbərləri Sahibül-traz adını daşıyrdı. 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə