Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə33/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

 
106 
I Manuelin başçılığı altında Konstantinopoldan yürüş edən or-
du əvvəlcə Konyanı hədəfə aldı və əgər şəhərin alınmasından sonra 
Konya  ilə  Antakya  arasında  olan  əraziləri  əlinə  keçirməyi  planlaş-
dırdı.  Kənarlarda  olan  türkmən  dəstələri  I  Manuelin  ordusuna  zəif 
müqavimət göstərdilər. Manuelin ordusu Dənizlidə Əskihisardan və 
Menderes vadisindən keçərək Akdağ dənizinə gedən dağlıq bölgəyə 
girdi. Mühasirə alətləri, ərzaq çoxluğu və ağır arabalar ordunun irə-
liləməsini  ləngidirdi.  Ordunun  keçməli  olduğu  ərazilər  Səlcuqlular 
tərəfindən  keçilməz  vəziyyətə  salınmışdı.  Qarşılaşma  üçün  
Miryakəfalon uçuq qalası olduğu keçiddə baş verdi. 
Qılınc  Arslanın  qüvvələri  ilə  Manu-
elin  ordusundakı  əsgərlərin  sayı  təxminən 
bərabər  idi.  Səlcuqlu ordusu pis  silahlansa 
da, dar keçidin dağ yamacı və keçidlərində 
cəmləşmişdi.  Manuelin  qoşun  başçıları  ordunun  dar  keçidə  doğru 
irəliləməsinin yolverilməz olduğunu bilsələr də, şöhrət qazanmaq na-
minə imperatora təsir edərək onu bu yolla irəliləməyə məcbur etdilər. 
Bizans ordusu keçidin giriş yerində qollara bölündü. Öndə pi-
yadalara rəhbərlik edən öncül qol dayanırdı. Digər qollar piyada və 
süvari  dəstələr  idi.  Əvvəldəkiləri  təqib  edən  ana  qolda  qərb  əyalət 
əsgərləri vardı. Sağ qanad qolu antakyalılar və digər qərb əyaləti əs-
gərlərindən ibarət idi və onlara I Manuelin qayınının qardaşı, frank 
əsilli şahzadə Baudoin komandanlıq edirdi. Bunların arxasında ağır 
silahlar və mancanaq tipli hərbi ləvazımatı daşıyan arabalar  yerləş-
dirilmişdi. 
Sol qanad qoluna general Teodor Mavrozomes və Yannis Kan-
takuzenos  rəhbərlik  edirdilər.  İmperator  I  Manuel  və  onun  seçmə 
mühafizəçiləri  orada  idilər.  Orta  qol  general  Andronikos  Konstos-
tenafosun  əmrində  idilər.  1176-cı  il  sentyabrın  17-də  Bizans  ordu-
sunun ön qol qüvvələri çətinliklə keçidə girdilər. Ön qol və əsas qol 
gücləri keçiddən keçdilər. Səlcuqlular əvvəlcə geri çəkilərək dağlara 
çəkildilər.  Artıq  keçiddəki  orduların  məsafələri  15  kilometr  uzun-
luqda idilər. Səlcuqlar keçidin hər iki yamacıından aşağı enərək keçid 
ağızlarına  hücum  edib  keçidin  içində  olan  Bizans  dəstələrini  tələyə 
Miryakəfalon 
döyüĢü 


 
107 
saldılar.  Bizansın  sağ  qanad  quvvələri  üzərinə  hücum  başladı.  Sağ 
qanad dəstələrini itirdi, əsgərlər kiçik, bir-birindən xəbərsiz parçalara 
bölündü  və  çox  ağır  itki  verdi.  Bu  qoldakı  süvarilərin  başında  im-
peratorun qayınının qardaşı Antakyalı Baudouin Səlcuqlara qarşı hü-
cuma keçdikdə bütün adamlar qılıncdan keçirildi və öz həyatını itirdi. 
Türklərin sonrakı hücumları Manuelin arabaları və atlarını is-
tifadəsiz  hala  gətirdi.  Keçiddə  olan  Bizans  ordusunun  digər  qol-
larının üzərinə hücumlar başladı. Keçidin aşağısında olanlar vəziy-
yəti görsələr də, sıxışmış vəziyyətdə olduğu üçün yardım edə bilmə-
dilər. Sol qanadın komandanlarından biri Yannis Kantakuzenos səl-
cuqlar tərəfindən öldürüldü. 
Bizans  əsgərləri  səlcuqluların  hücumlarının  istiqamətlərini 
müəyyənləşdirə bilmədiklərindən  təşvişə düşdülər.  Bu vaxt sol qa-
nad qolda olan imperator I Manuel yerə oturmuş, ordusunun və özü-
nün aqibətini düşünürdü. Nəhayət, sərkərdələrinin təsiri ilə impera-
tor  özünü  toplayaraq əlində  qalan əsgərlər  arasında  intizam  yaratdı 
və müdafiə qrupları təşkil etdi. Bu qruplar hər tərəfə yayılmış insan 
və heyvan cəsədləri arasından keçib keçidin qarşısına çıxmağa baş-
layırlar. Keçidə yaxınlamış və müdafiə məqsədilə bir ordu hazılamış 
Yanis Andronikos Angelosun rəhbərliyindəki öncül qol Andronikos 
Konstostefanos  rəhbərliyindəki  qol  ilə  birləşirlər.  Səlcuqların  atlı 
qüvvələri  bütün  gecə  hücumu  davam  etdirirlər.  Bizansın  müdafiə 
qüvvələri hücumlara davam gətirirlər. 
Müharibənin  diqqət  çəkən  bir  özəlliyi  vardı.  1071-ci  ildə 
Malazgird döyüşündə Bizans qüvvələri məğlub olduqda imperatoru 
qorumalı olduğu halda dörd bir tərəfə yayılaraq imperpator Roman 
Diogenin əsir alınmasına səbəb olmuşdular. Miryakəfalonda isə im-
perator  I  Manuel  türklərə  əsir  düşməkdən  qorxub  qaçmağı  düşün-
düyü zaman adı bilinməyən Bizans əsgəri və general Konstostena-
nos onu qərarından döndərə bildilər. 
Səlcuq sultanı Bizans ordusunun tam məğlub olunmayacığını 
anlayınca barış təklif etdi. O, Sultan Gabras adlı elçisini İran döyüş 
atı  və  kiçik  qılınc  hədiyyəsi  ilə  axşama  imperatorun  qərargahına 
göndərdi.  Səlcuqluların  Əskişəhər  və  Gümüşsu  qalalarını  Bizans-


 
108 
lılar  tərəfindən  boşaldılıb  dağıdılması  şərtilə  qalan  Bizans  or-
dusunun qeyd-şərtsiz, heç bir hücuma uğramadan geri qayıdacağına 
zəmanət  verilməsi  müzakirə  olundu.  Bizanslılar  şərtləri  qəbul 
etdilər. I Manuel Bizansa dönərkən yolda türkmənlərin hücumlarına 
məruz qaldı. Sonradan bizanslılar imzalanan barış anlaşmasına zidd 
olaraq Dorileon qalasını dağıtmamaq qərarını bəhanə edərək barışa 
zidd  hücumlar  etdilər.  Ancaq  imperator  Gümüşsu  (Sublaion) 
qalasına gəldiyində imzaladığı barış şərtlərinə görə qalanı dağıtdırdı. 
Bir  neçə  gün  sonra  Alaşəhərə  (Filadelfiya)  getdiyi  zaman  Kons-
tantinopola  xəbər  göndərərək  itirdiklərinin  hesablarını  xatırlatdı. 
Buna  görə  Miryakəfalondan  yüz  il  əvvəl  baş  vermiş  Malazgird 
müharibəsindəki  Bizansın  məğlubiyyətinə  bənzəyirdi.  Ancaq  fərq 
onda  idi  ki,  Malazgirddə  Bizans  imperatoru  əsir  düşmüşdü, 
Miryakəfalonda isə I Manuel ordu qalıqlarına komandanlıq etməkdə 
davam edirdi. 
Ağır  məğlubiyyətə  uğrayan  I  Manuel  səlcuqlulara  qarşı  inşa 
etdirdiyi Əskişəhər (Dorileon) və Uluborlunun şərqindəki (Sublaion) 
qala və  istehkamlarını dağıtmağı  qəbul  etdi.  Beləcə  Səlcuqlu ordu-
larına və türkmən köçərilərinə Sakariya və Böyük Menderes irmağı 
vadiləri  açıldı.  I  Manuel  Sublaion  qalasının  yıxsa  da,  Dorileon  qa-
lasını  uçurtmadı.  Bunu  həyata  keçirmək  üçün  II  Qılınc  Arslan  bö-
yük  ordu  ilə  Böyük  Menderes  vadisindən  Bizans  ərazilərinə  daxil 
oldu.  Bizanslılar  əvvəlcə  zəif  qalibiyyət  əldə  etsələr  də,  səlcuqlar 
Bizans  şəhərləri  Yalvac  (Antioxiya)  və  Aydın  (Tralles)  şəhərlərini 
ələ  keçirib  talan  etdilər.  Ancaq  alınan  yerlərdə  Səlcuqlu  idarəsi 
qurulmadı, Dorileon qalasının divarları uçurulmadı. Bizans Səlcuq-
lu  dövlətinə  döyüş  təzminatı  olaraq  100  min  qızıl  ödəmək  məcbu-
riyyətində qaldı. I Manuelin ordusu 2-ci Miryakəfalon yaxınlığında 
Edridir  gölü  yaxınlığında  Sultandağda  tələyə  düşərək  məhv  edildi. 
Səlcuqlar tərəfindən ələ keçirilən qənimət o qədər çox idi ki, sultan 
onun  bir  hissəsini  xərac  kimi  xəlifəyə  göndərdi,  qalan  hissəsini  isə 
Konya şəhərinin möhkəmləndirilməsinə və müdafiəsinə xərclədi. 
II  Qılınc  Arslan  Miryakəfalon  döyüşündən  sonra  Anadoluda 
siyasi  birlik  yaratmaq  siyasətini  davam  etdirdi.  Anadolu  Səlcuq-


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə