Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə24/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   61

 
76 
IV FƏSĠL 
 
ANADOLU SƏLCUQ DÖVLƏTI
 
 
Böyük  Səlcuq  dövlətində  öz  köçəri 
babalarından  qalmış  adətə  görə  sultan  öz 
nəslindən  olan  kişiləri  uzaq  əyalətlərə 
hakim təyin edirdi. Hər bir vilayət hakim-
lərinə  bir  şərtlə  müstəqillik  verilirdi  ki, 
onlar  sultanın  ali  hakimiyyətini  tanımalı  və  xarici  siyasətin  bütün 
sahələrində verilən qərarları dəstəkləməli idilər. 
 
Beləliklə, tədricən valilərin sayı çoxaldı, döyüş meydanlarında 
fərqlənən hərbçilər əyalətlərə vali təyin olunmağa başladılar. Sonralar 
Nizamülmülk  döyüşdə  igidliklərinə  görə  fərqlənənləri  pul  ilə 
mükafatlandırdılması təklifi ilə çıxış etdi. O, bu təklifin qüvvəyə min-
məsinə  nail  ola  bilmədi,  lakin  hər  zaman  vurğulamağa  çalışırdı  ki, 
ayrı-ayrı  şəxslərin  torpaq  ilə  mükafatlandırılması  hələ  onlara  həmin 
Anadolu Səlcuq 
dövlətinin 
yaranması 
Anadolu Səlcuqları 
 


 
77 
torpaqda kəndlilərə öz təhkimlisi kimi yanaşmağa və onlardan müəy-
yən olunanlardan artıq məhsul və ya vergi yığmaq haqqı vermir. 
İdarəetmə sistemi elə təşkil olunmuşdu ki, hakimiyyətdə təmsil 
olunmayan namizədlər    idarəetmə  işlərinə  cəlb  olunurdular  ki,  gələ-
cəkdə ali hakimyyətə qarşı çıxmaq fikrində olmasınlar. Lakin bu sis-
temin  müəyyən  çatışmazlıqları  var  idi.  Kiçik  köçəri  tayfa  başçıları 
intriqalara,  paxıllığa,  şübhəli  hadisələrə  daha  çox  meylli  olur,  yerli 
hakimlərin  köməkçiləri  onlarda  belə  hisslərin  oyanmasında  az  rol 
oynamırdı. 
Sadalanan  səbəblər Böyük  Səlcuq  imperiyasının zəifləməsi-
nə  gətirdi,  bundan  hakimiyyətdə  təmsil  olunmayan  və  ya  yüksək 
vəzifə  tutmayan  əmirlər  istifadə  etməyə  başladılar.  Bu  səbəbdən 
Səlcuq  imperiyasının  bəzi  əyalətləri  mərkəzdən  uzaqlaşaraq  son-
ralar tam ayrıldılar
 
 
 
 
Sultan Məlik şahın ölümündən (1092-ci il) sonra Böyük Səlcuq 
imperatorluğu  dağıldı.  Onun  yerində  kiçik  türk  dövlətləri  quruldu. 
Vəziyyətdən istifadə edən Kutalmışoğlu Süleyman şahın ordusu Ana-
dolunun bir çox vilayətlərini ələ keçirərək Mərmərə və Egey dənizinə 
qədər irəlilədi, şah Kilikiyanı ələ keçirdi. Bizansda daxili ziddiyyətlə-
Anadolu Səlcuqlu дövləti (1190) 


 
78 
rin  güclənməsindən  istifadə  edən  Şahın  qoşunları  1077-ci  ildə  Kon-
yanı tuta bildi. Beləliklə, Anadolu Səlcuq türk dövləti yaradıldı. 
Böyük xaqan Məlik şah Süleyman şaha Anadolu sultanı adını 
verdi.
 
Xatırlatma: 
Böyük Səlcuqlu sultanı Məlik şah tərəfindən Anadolu Türk ordu-
suna «Baş komandan» təyin edilən Kutalmışoğlu Süleyman şah bir neçə 
il ərzində Anadolunun fəthini tamamladı. Məlik şah 1077-ci ildə Süley-
man şahın Anadolu hökmdarı olması haqqında fərman imzalamış, mü-
səlmanların dini rəhbəri olan Abbasi Xəlifəsi onu “Sultan” adlandırmış, 
beləliklə,  Anadolu  Səlcuqlu  türk  dövlətinin  əsası  qoyulmuşdur.
 
Süley-
man  şahın  qurduğu  dövlətin  paytaxtı  İznik  –Nikeya  seçilmişdi.  Böyük 
Səlcuqlu sultanı Məlik şahın qardaşı Tutuşla Suriya uğrunda 1086-cı il 
iyunun  5-də  döyüşdə  şəhid  olan  Kutalmışoğlu  Süleyman  şahdan  sonra 
onun oğlanları kiçik yaşda olduqlarından Süleyman şahı çox sevən Mə-
lik  şah  onun  oğlanlarını  öz  nəzarətinə  götürərək  imperatorluğun  pay-
taxtı İsfahan sarayına aparmış, onların yetişməsi, təhsili və tərbiyəsi ilə 
ciddi məşğul olmuşdur. Məlik şahın 20 noyabr 1092-ci ildə ölümünə qə-
dər  Anadolu  Səlcuqlu  dövlətini  6  il  5  ay  15  gün  Süleyman  şahın  kiçik 
qardaşı Məlik Davudun adından Süleyman şahın Baş Komandanı Əbül-
qasim  idarə  etmişdir.  Əbülqasimin  Sultan  Məlik  şahdan  onu  Anadolu 
Səlcuqlu  dövlətinə  başçı  təyin  etməsin
 
ə  dair  bir  fərman  imzalamasını 
xahiş  etməsi  Məlik  şahın  qəzəbinə  səbəb  olmuş,  Məlik  şah  Bozan  bəyə 
Anadoluya  dönər-dönməz Əbülqasim  bəyin  kirişlə  boğulmasını  əmr et-
miş, Bozan bəy əmri yerinə yetirmiş və Əbülqasim bəyin yerinə qardaşı 
Əbülqazi bəy Baş komandan təyin olunmuşdur.
 
Anadolu Səlcuq sultanlarının soyağacını aĢağıdakılar təm-
sil etmiĢdir. 
-Kutalmış  (Böyük  Səlcuqlu  dövləti  taxtı  üçün  Alp  Arslanla 
döyüşmüşdür)- 1060 -1077 
-Kutalmışoğlu Süleyman şah- 1077-1086 
-Əbulqasim - 1986-1092 
-I Qılınc Arslan – 1092-1107 
-Məlik şah (Anadolu Səlcuqlu) Şahənşah -1107-1116 
-I Rüknəddin Məsud -1116-1156 
-II Qılınc Arslan -1156-1192 


 
79 
-I Qiyasəddin Keyxosrov – 1192-1196 
-II Süleyman şah (Rüknəddin) – 1196-1204 
-III Qılınc Arslan – 1204-1225 
-I Qiyasəddin Keyxosrov ( ikinci dəfə) -1205-1211 
-I İzzəddin Keykavus – 1211-1220 
-I Əlaəddin Keyqubad -1220-1237 
-II Qiyasəddin Keyxosrov – 1237- 1246 
-II İzzəddin Keykavus -1246-1260 
-IV Qılınc Arslan (Rüknəddin) -1248-1265 
-II Əlaəddin Keyqubad -1249-1257 
-III Qiyasəddin Keyxosrov- 1265-1282 
-II Qiyasəddin Məsud -1282-1284 
-III Əlaəddin Keyqubad 1284 
-II Qiyasəddin Məsud (ikinci dəfə)-1284-1293 
-III Əlaəddin Keyqubad (ikinci dəfə)-1293-1294 
-II Qiyasəddin Məsud (üçüncü dəfə)-1294-1301 
-III Əlaəddin Keyqubad (üçüncü dəfə)-1301-1303 
-IV Qiyasəddin Məsud (dördüncü dəfə)-1303-1307 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Anadolu Səlcuq dövlətinin bayrağı 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə