Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə20/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   61

 
64 
 
III FƏSĠL 
 
SƏLCUQ DÖVLƏTĠNĠN PARÇALANMASI 
 
Səlcuq  dövlətinin  çiçəklənmə  dövrü  XI  əsrin  ikinci  yarısına 
təsadüf edir. Həmin dövrdə Orta Asiya, İran, Zaqafqaziya, İraq, Su-
riya,  Kiçik  Asiya  və  Ərəbistan  yarımadası  Səlcuq  dövlətinin  tərki-
bində idi. Səlcuq dövlətində daxili iqtisadi əlaqələr zəif olsa da, hər-
bi-siyasi birlik, sultan və dövlət xadimlərinin şəxsi nüfuzu güclü idi. 
Buna görə də, Sultan Məlik şah və onun vəziri - görkəmli dövlət xa-
dimi  Nizamülmülkün  ölümündən  sonra  mərkəzdənqaçma  cəhdləri 
gücləndi.  Sultan  Mahmud  (1092-1094)  və  Börküyarığın  hakimiy-
yəti  dövründə  Səlcuq  dövləti  tədricən 
tənəzzülə  uğradı.  Dövlətin  ayrı-ayrı 
əmirlər  arasında  parçalanması  təhlü-
kəsi  yarandı.  XII  əsrin  əvvəllərində 
Səlcuq  dövləti  Börküyarıq  və  qardaşı 
Sultan  Məhəmməd  (1105-1118)  ara-
sında  rəsmən  bölündü.  Suriya  məliyi 
Tutuş  qardaşı  oğlu  Börküyarığa  qarşı 
çıxdı.  Qardaşlar  və  qohumlar  ara 
sında  başlanan  narazılıqlar  və  qarşı-
durmalar  xristian  dünyasının  hücu-
muna  imkan  yaratdı.  1105-ci  ildə  
Börküyarıq  öldü  və  yerinə  qadaşı 
Təpər  keçdi.  13  il  hakimiyyətdə  olan 
Təpərin  başı  xaçlılarla  mübarizəyə  və  məzhəb  qovğalarına  qarışdı. 
Təpərdən  sonra  Xorasan  məliyi  Səncər  özünü  sultan  elan  etdi  və 
1157-ci  ilə  qədər  hakimiliyi  sürdü.  Sultan  Məhəmməd  Səlcuq 
dövlətinin bütün ərazisi üzərində özünün suverenliyini bərpa etməyə 
nail olsa da, böyük Sultan Səncərin (1118-1157) zamanında Səlcuq 
dövlətinin ərazi bütövlüyü yenidən pozuldu. Onun dövründə Səlcuq 
dövləti nominal mövcud oldu. Səncərin real hakimiyyəti və faktiki 
Börküyarıq 


 
65 
suverenliyi  Xorasan  və  bir  sıra  qonşu  vilayətlərlə  məhdudlaşdı. 
Səlcuq  dövlətinin  ərazisində  sonralar  Kirman,  Konya,  Suriya,  İraq 
Səlcuq  sultanlıqları, Azərbaycan  Atabəyləri, Kiçik  Asiyada bir  sıra 
əmirliklər yarandı. 
İraq  və  Xorasan  Böyük  Səlcuqlu-
lar  dövlətinin  mərkəzi  kimi  idi.  Tutuş 
Börküyarığın əlində olan İran ərazilərini 
ələ  keçirmək  üçün  oa  hücum  etdi  və 
1095-ci 
il 
fevralın  26-da  Reydə 
Börküyarıq və Tutuş ararsında olan döyüşdə Tutuş məğlub oldu və 
həyatını itirdi. Beləliklə, Börküyarıq tək sultan oldu, ancaq zaman-
zaman qardaşlarının və  onların varislərinin təhdidləri ilə qarşılaşdı. 
Bundan sonra Böyük Səlcuqlu dövləti üç hissəyə - İran, İraq və Orta 
Asiyaya  bölünməyə  başladı.  İran,  Iraq  və  Orta  Asiyanın  bir  qısmı 
Börküyarığın sultanlığı altında qaldı. 
Tutuşun  iki  oğlunun  idarəsi  altında  Suriyada  Şam  və  Hələb 
Məliklyi,  Kutalmışoğlu  Süleyman şahın  yaratdığı  və oğlu  II  Qılınc 
Arslanın hökmranlığı altında Anadolu Səlcuqlu dövləti yarandı. 
1097-ci ildə Sultan Börküyarıq 12 yaşında olan qardaşı Əhməd 
Səncəri Xorasan valiliyinin mərkəzi olan Mərvdə taxta oturtdu. Bun-
dan  sonra  Əhməd  Səncər  1097-1118-ci  illərdə  20  il  Xorasanı  idarə 
etdi.  Əhməd  Səncər  Xorasan  valisi  olarkən  1102-ci  ildə  Qaşqardan 
irəliləyən Əbrail Arslan xanı Termez yaxınlığında məğlub etdi. 
Tanıtma: 
Sultan Əhməd Səncər Məlik Ģahın oğludur. Atası 1092-ci ildə öl-
dükdə çox kiçik idi. Məlik şahın arvadı Türkan xatun Səncərin qardaşı I 
Mahmudu  sultan  elan  etdi.  Məlik  şahın  böyük  oğlu  Börküyarıq  tərəf-
darları tərəfindən Rey şəhərinə qaçırıldı və Sultan elan edildi. Börküya-
rıq və I  Mahmud  arasında  1093-cü il  yanvarın  17-də  Burucirddə  olan 
döyüşdə  Börküyarıq  qalib  gəldi.  Əhməd  Səncər  və  Börküyarığın  əmisi 
Tutuş Suriyaya irəliləyərək Şam və Hələb şəhərlərini ələ keçirdi və Suri-
ya Səlcuq dövlətini qurdu. 
Ġraq və Xorasan      
     Səlcuqları  
    (1092-1194) 


 
66 
Sultan  Səncər  26  il  sürən  daxili 
çəkişmələrə  son  qoydu.  O,  (1118-1157) 
hələ  Xorasan  məliki  ikən  Qəznəliləri, 
1121-ci  ildə  Əfqanıstandakı  Qorlular 
dövlətini,  1133-cü  ilə  qədər  bütün 
Xorasan,  Mavərannəhr  və  Xarəzmi  özü-
nə tabe etdirdi, Anadolu, Hicaz və Quzey 
Hindistan  rəsmən  onun  hakimiyyətini 
tanıdı.  Beləliklə,  Sultan  Səncər  impera-
torluğun  əvvəlki  qüdrət  və  əzəmətini 
qismən də olsa bərpa edə bildi. 
Sultan  Səncər  sultan,  xan,  yabqu, 
məlik  və  əmirlər  üzərində  «Aləmin  Sul-
tanı»,  «Dünya  padişahı»,  «Ən  Böyük 
Sultan» adı ilə 39 il hakimiyyətdə oldu.  
Sultan  Səncər  böyük müharibə  və mücadilələrdən  sonra  nəhayət 
Şərqdən  gələn  Qara  Xitaylara  yenildi,  bu  məğlubiyyət  onun  etibarını 
sarsıtdı, 1153-cü ildə öz soydaşları oğuzlara əsir düşdü, Xarəzm Səlcuq-
lu imperatorluğundan ayrıldı və mərkəz Xorasan oğuzların əlinə keçdi. 
1105-ci  il  fevral  ayının  26-da  Börküyarıq  öldü.  O,  Sultan  ol-
maq üçün özünə varis kiçik oğlu Müəzzin Məlik şahı təyin etmişdi. 
O,  II  Məlik  şah  olaraq  Səlcuqlu  sultanı  oldu.  Ancaq  iqtidar  olan 
əmisi  Məhəmməd  Təpər  qohumunu  taxtdan  endirərək  Böyük  Səl-
cuqlu sultanı kimi dövləti idarə etməyə başladı. Məhəmməd Təpər 4 
aprel 1118-ci ildə vəfat edəndən sonra sultanlıqda anarxiya başladı. 
Məhəmməd Təpərin yerinə İraqda olan oğlu II Mahmud Böyük Səl-
cuqlu sultanı elan edildi. O, taxta keçdiyi zaman əmisi Sultan Sən-
cər Xorasanda məlik idi. Səncər Mahmudu taxtdan endirdi və hima-
yəsinə  aldı.  Mahmud  mərkəzi  Həmədan  olan  İraq  Səlcuqlu  dövləti 
sultanlığına  gətirilərkən  Səncər  böyük  Sultan  kimi  1119-cu  ildə 
Mərvdə taxtda oturdu. 
Xorasan  valisi  olan  Əhməd  Səncər  qohumu  II  Mahmudun 
sultan olmasını və ondan asılı olaraq Xorasanı idarə etməsini qəbul 
etmədi və mübarizəyə başladı. Xorasanda Əhməd Səncər sultan elan 
edildi. Səncər Xorasan ordusu ilə II Mahmudun üzərinə yeridi. On-
lar  arasındakı  müharibədə  Səncər  qalib  gəldi.  II  Mahmud  əvvəlcə 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə