Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə17/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

 
55 
biçin geri qaytarılmasını tələb edir, əks halda döyüşə başlayacağını 
bildirirdi. Əslində Bizans qoşunları həmin dövrdə hərbi əməliyyata 
başlayaraq  sürətlə  irəliləməkdə  davam  edirdi.  Sultan  imperatorun 
tələblərinə rədd cavabı verdi. Bizans qoşunları Sivasa gəldi. İmpera-
tor İran ərazisinə girmək, orada sultanın ordusu ilə döyüşə başlamaq 
qərarına gəldi. Türk qoşunları bu zaman Ərzurumda yerləşirdi. Sul-
tanın əmri ilə Əhlətə 30 min nəfərlik silahlı qüvvə göndərildi. Ordu-
nun  böyük  bir  hissəsi  Malazgirdə  tərəf  irəlilədi.  Bizans  qoşunları 
yol  boyu  şəhər  və  kəndləri  qarət  edir,  yerli  türkləri  kütləvi  şəkildə 
qılıncdan keçirirdilər. 
Bizans  imperatorunun  Əhlətə  göndərdiyi  ordu  türk  silahlı 
qüvvələri  ilə  döyüşə  girdi.  Türk  sərkərdəsi  Əmir  Sunduk  qəflətən 
hücuma keçərək Bizans qoşunlarını mühasirəyə aldı və darmadağın 
etdi.  Əmir  Sunduk  Bizans  qoşunlarının  qələbə  rəmzi  olan  «Böyük 
qızıl xaçı» ələ keçirirərək Alp Arslana göndərdi. «1071-ci ildə tari-
xi Malazgird döyüşündə qüdrətli Bizans imperatorunu məğlub ed-
ən Alp Arslan qızıl xaçı Bağdada aparıb xəlifənin ayaqları altına 
atandan  bəri  min  ildir  ki,  xaç  dünyası  Avropa  bunu  türklərə  ba-
ğışlamır, onu özlərinə əbədi düşmən sayırlar».
 
Diogen  Alp Arslanın uzaqda olduğunu,  yaxud da gəlməyəcə-
yini düşünərək  Malazgirdi  və hətta  Malazgird  yaxınlığındakı  Əhlət 
qalasını  tezliklə  geri  alacağına  ümid  etdiyindən  Van  gölünə  doğrü 
irəliləyərək öndəki qüvvələrini Malazgirdə döndərdi. Alp Arslan da 
20-30 minlik qoşunla Malazgirdə doğru yola çıxdı. Kəşfiyyatçıların 
verdiyi məlumata əsaslanan Alp Arslan Bizans imperatorunun İsfa-
hana girmək və Böyük Səlcuq dövlətini yıxmağı hədəf seçdiyini qə-
tiləşdirdi. 
Avqustun 26-da səhər çadırdan çıxan Alp Arslan Malazgirdlə 
Əhlət arasındakı  Malazgird  düzənliyində öz ordularından 7-8 km 
aralıda, düzənliyə yayılmış düşmən ordularını gördü. Döyüşə başla-
mazdan əvvəl Alp Arslan Bizans imperatorunun yanına elçi göndər-
di. Elçilər heyətinə Alp Arslanın ən çox inandığı Sav Təkin başçılıq 
edirdi.  Alp  Arslan  məktubunda  Bizans  ordusunun  geri  dönməsini, 
böyük savaş olmamasını və qan tökmək istəmədiyini bildirirdi. 


 
56 
Bizans  imperatoru  türk  elçisini  istehza  ilə  qarşıladı.  O,  Alp 
Arslanın döyüşə girməkdən çəkindiyini güman edərək elçilərin tək-
lifini rədd  etdi.  İmperator  «Həmədanın  soyuq  olduğunu  eşitmişik. 
Biz İsfahanda, heyvanlarımız isə Həmədanda qışlayacaq» bidirən-
də  təhqiramiz  sözlərə  dözməyən  Sav  Təkin  «Atların  Həmədanda 
qışlayacağı  doğrudur,  amma  sənin  harada  qışlayacağını  bilmi-
rəm» cavabını vermişdi. 
Gələn elçilər xristian olmaları üçün dilə tutuldu, məqsədlərinə 
nail ola bilmədikləri üçün əllərinə xaç çəkilərək geri qaytarıldı. 
Düşmən  ordusunun  böyüklüyünü  başa  düşən  Alp  Arslan  sa-
vaşda məğlub olacağını yəqin etdi. Qədim türk adəti üzrə ağ paltar 
geydi. Atının quyruğunu bağlatdı. Başçılarının döyüş meydanından 
qaçmaması  əsgərlərin  döyüş  ruhunu  yüksəltdi.  Cuma  namazına 
imamlıq  edən  Sultan  atına  minərək  ordusunun  qabağına  çıxaraq, 
rəsmi keçid təşkil etdi. O, döyüşçülərə müraciətlə bildirdi: 
«Sərkərdələrim! Əsgərlərim! Biz nə qədər az da oluruqsa ol-
saq, onlar nə qədər çox olursa olsunlar, daha artıq gözləməyəcəyik. 
Bütün müsəlmanların minbərdə bizim üçün dua etdikləri bu saatlar-
da  özümü  düşmən  üstünə  atmaq  istəyirəm.  Ya  müzəffər  olub  məq-
sədə  çataram,  ya  da  şəhid  olub  cənnətə  gedərəm.  Mənə  qoşulmaq 
istəyənlər  ardımca  gəlsinlər».  Sultan  döyüşə  girərkən  əynindəki 
bəyaz libası göstərərk bildirdi ki, «…bu mənim şəhidlik libasımdır. 
Savaş  meydanında  ölsəm  məni  bu  paltarda  dəfn  edərsiniz.  Yerimə 
oğlum Məlik şahı qoyarsınız. Ona itaət edin !». 
Sonda  Qurandan  ayələr  oxundu.  Şəhidlik  və  Qazilik  məqam-
larına yetişəcəkləri söyləndi. Səlcuq ordusu döyüş mövqeyinə keçdi. 
Bu vaxt Bizans ordusunda da dini ayinlər icra edilir, papazlar 
əsgərləri ruhlandırırdılar. Roman Diogen qələbə çalacağına əmin idi. 
Ən ehtişamlı zirehini geydi, ağ atına mindi. Qələbə qazanılarsa əs-
gərlərinə  böyük  vədlər verdi. Tanrıdan  şərəf, şan, müqəddəs  döyüş 
qələbələri dilədi. 
Hər  iki  sərkərdə  yaxşı  başa  düşürdü  ki,  uduzmaq  onların 
məhv  demək  idi.  Alp  Arslan  döyüşü  uduzsa,  atalarından  qalan 


 
57 
mirası  və  böyük  Səlcuqlu  dövlətini,  Diogen  uduzardısa  dövlətin 
gücünü, nüfuzunu və torpaqları itirəcəkdi. 
Roman  Diogen  ordusunu  Bizans  əsgəri  qaydalarına  əsasən 
düzmüşdü. Bizans ordusu bir neçə hissəyə bölünmüşdü. Sağ cinah-
da  general  Alyantiessenin  döyüşçüləri  yerləşmişdilər.  Bu  döyüşçü-
lər  əsasən  Uzlardan  ibarət  idi.  Sol  cinahda  general  Breyinninosun 
ordusu  yerləşirdi.  Burada  peçeneqlər  çoxluq  təşkil  edirdi.  Ortada 
dərinlikdə  çoxlu  zirehli  piyadalar  və  onların  sağ  və  sol  qollarında 
süvarilər dayanmışdı. Cəbhənin mərkəzi hissəsinə imperatorun özü, 
arxada  yerləşən  gözətçi  dəstələrə  oğlu  Androks,  Kappadokiyalı 
general  Alyattes  sağ  qanada  başçılıq  edirdi.  Bizans  ordusunun  gi-
rişində  böyük  bir  ehtiyat  ordusu  dayanmışdı  və  onlar  xüsusilə  nü-
fuzlu adamların özəl ordularının mənsubları idilər. Arxa ehtiyat ko-
mandanı  gənc  Andronikos  Doukas  idi.  Əlbəttə,  Roman  Diogenin 
sonuncu təyinatı bir az çaşdırıcı idi, çünki gənc sərkərdə əvvəlki im-
peratorun qohumu Yanis Doukasın oğlu idi. Onlar açıqca Diogenin 
imperator olmasının əleyhinə çıxmışdılar. 
Səlcuq ordusu Erzen və Bitlis yolundan Malazgirdə girən za-
man  Alp  Arslan  sərkərdələri  ilə  savaş  taktikasının  müəyyənləşdir-
mək üçün SavaĢ Məclisi çağırmış, «Hilal taktikası» nı sərkərdələri 
ilə razılaşdırmışdı. 
 
 
       Alp Arslan hücumda                           Malazgird döyüşü 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə