Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə12/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

 
38 
Əfsanəvi qəhrəman Əbu Müslim Xorasaninin rəhbərliyi altında xo-
rasanlılar  İraqa  hücum  edərək  oradakı  Bəni-Üməyyə  hakimlərini 
qovdular. Hərəkat Bəni-Üməyyə sülaləsinin paytaxtı və son dayaq nöqtəsi 
olan Suriyanın paytaxtı Dəməşqin ələ keçirilməsi ilə başa çatdı.  
Xorasan Bəni-Abbas dövründə 
Abbasilər  hakimiyyəti  ələ  keçirdilər.Onlar  vilayətdən  ərəb 
hakimiyyətini  uzaqlaşdıraraq  yerli  nufuz  sahiblərini  hərbi  və  mülki 
vəzifələrə  təyin  edirdilər.  Abbasilər  onların  hakimiyyətə  gəlməsinə 
köməklik  göstərmiş  xorasanlılara  xüsusi  diqqət  göstərirdilər.  Abbasi 
xəlifəsi  Mənsur  Dəvaniqi  Bağdad  şəhərinin    qala  qapılarının  birinə 
Xorasan adını verdi. Bütün İslam ərazilərində sakitliyə nail olmuş Abbasi 
Xəlifə Məmun hiylə işlədərək İmam Rza (ə)-ı Mədinədən Mərvə dəvət edib, 
ona  özündən  sonra  xəlifə  olacağını  bildirdi.  Bununla  da  Ələvilərin  
hakimiyyət mübarizəsinə son qoyuldu. 
Ġmam Rza (ə) məqbərəsi keçmiĢdə və bu gün
 
Dünya müsəlmanları Əli ibn Musa ər-Rza (ə)-ın məqbərəsinə böyük 
hörmətlə  yanaşırlar.  Keçmiş  dövrlərdən  zəmanəmizə  qədər  buranın 
abadlığı və çiçəklənməsi üçün böyük əmək sərf edilmişdir.Bununla  yanaşı 
bəzi  hökmdarlar  müxtəlif  dövrlərdə    müqəddəs  məkana  hörmətsizlik 
göstərmiş, müqəddəs məqbərənin uçurulmasına imkan yaratmışlar
Deyləmilər dövrü 
Haruniyə binası tikildikdən sonra burada İmam Rza (ə) dəfn olun-
duğuna görə, Əhli-Beyt tərəfdarları olan Deyləmilər və Ali Buyə sülaləsi-
nin sultanları ərazinin köklü bərpasına başlayıb şəhəri Məşhəd-ər-Rza ad-
landırdılar. 
Qəznəvilər dövrü
 
Deyləmilərdən sonra miladi 977-988-ci illərdə Qəznəvi şahı Səbük-
təkinin əmri ilə məqbərənin damı və divarlarının bir hissəsi dağıdıldı, zi-
yarət etmək qadağan edildi. 
Səbüktəkindən sonra taxta çıxan onun oğlu Sultan Mahmud Qəznə-
vi atasının işlərini davam etdirdi. Nəql edirlər ki, bir gecə yuxusunda Pey-
ğəmbər  (ə)-ı,  (başqa  rəvayətə  görə  Əli  ibn  Əbu  Talib  (ə)-ı  gördü.  Pey-
ğımbər (s) barmağı ilə məqbərənin gümbəzini göstərərək deyir: «Bu iş nə 
vaxta qədər davam edəcək?» Deyirlər ki, sabahı gün Sultan Mahmud sübh 
tezdən memarı yanına çağırır və onu Tus şəhərinə yola salır. 


 
39 
1010-cu  ildə  isə  Əbubəkr  Şahmərd  məqbərəni  tam  bərpa  edir,  gil 
divarları kərpic divarlarla əvəz edir və bir minarə ucaldır.Bununla o, hə-
rəmin əsas mərkəzini yaradır. 
Sultan  Məsud  1035-ci  ilin  mayında  Cürcanda  olduğu  zaman 
Səlcuqlar  Xorasana  yürüş  etdi.  Onlar  Arslan  Yabqudan  sonra  Səl-
cuqlara  tabe  olmaq  istəməyərək  bir  hissəsi  Balkan  oğuzları,  digər 
hissəsi isə İraq oğuzları ilə birləşdilər. 
Mavərannəhrdə qalan Səlcuq ailələri Arslan Yabqunun Mavə-
rannəhr hökmdarı Əli Təkinlə dostluq əlaqələrini daha da möhkəm-
ləndirdi.  Ağıllı,  uzaqgörən  Əli  Təkin  Səlcuqların  onun  üçün  dayaq 
olduğunu  bilirdi.  Səlcuqlara  gəlincə,  onlar  da  düşmənlərinə  qarşı 
mübarizədə  Qaraxanlıların  köməyindən  istifadə  edirdilər.  1035-ci 
ilin  qışında  Əli  Təkin  öldü.  Onun  ölümü  ölkədə  daxili  vəziyyətin 
dəyişməsinə  səbəb  oldu.  Onun  oğlanları  yaşca  çox  kiçik  olduğun-
dan  hakimiyyət  sərkədə  Konuşun  (Tonuşun)  əlinə  keçdi.  Konuşun 
hakimiyyət başına keçməsi səlcuqlar arasında ciddi narazılığa səbəb 
oldu.  Bu  səbəbdən  də,  Nur  bölgəsində  qala  bilməyəcəklərini  yəqin 
edərək  Xarəzmşah  Harunun  yanına  köçdülər.  Səlcuqların  qüvvələ-
rindən  istifadə  edərək  Xorasanı  ələ  keçirmək  niyyətində  olan  Xa-
rəzmşah  səlcuqları  böyük  hörmətlə  qarşıladı.  Səcuqların  Xarəzmə 
gəlmələrindən xəbər tutan Cənd hökmdarı şah Məlik böyük ordu ilə 
Xarəzm  üzərinə  yeridi.  Şah  Məliyin  silahlı  qüvvələri  1034-cü  ilin 
oktyab-noyabr aylarında  səlcuq qoşunlarına ağır zərbə vurdu. Qay-
naqların  verdiyi  məlumata  görə,  səlcuqlar  döyüşdə  7-8  min  nəfər 
itki verdiyindən Ceyhun çayını keçərək Həməkənd yaxınlığında dü-
şərgə saldılar. 
Böyük itki vermələrinə baxmayaraq ruhdan düşməyən səlcuq-
lar qısa müddətdə qüvvələrini səfərbərliyə alaraq güclü silahlı qüvvə 
yarada  bildilər.  Oğuz  yurdunun  müxtəlif  bölgələrindən  axışıb  gələn 
adamlar  səlcuqların  silahlı  qüvələrinə  həvəslə  qoşuldular.  Belə  bir 
dövrdə Xarəzmşah Harun Qəznəvi dövlətinin vəziri tərəfindən təşkil 
olunmuş  qəsd  nəticəsində  öldürüldü.  Onun  yerinə  qardaşı  İsmayıl 
keçdi. Vəziyyəti dəyərləndirən səlcuqlar 1035-ci ilin mayında Xora-
sana  köçdülər. Ceyhun çayını keçən səlcuqlar Mərv  yolu ilə Nəsəyə 
gəldilər.  Səlcuqların  20  min  nəfərlik  süvari  dəstəsi  var  idi.  Bu  dəs-


 
40 
tənin  tərkibinə  daxil  olan  türkmənlərin  ən  nüfuzlu  hissəsi  yınallılar 
adlanırdı. Oğuz Yabqu dövlətinin  ən nüfuzlu şəxslərindən biri  yınal 
titulunu  qəbul  edirdi.  Səlcuqlar  Yabqu  dövlətini  davam  etdirdikləri 
üçün onların dövlətində də Yınal adlanan bir şəxs Yusif Yınalın oğlu 
İbrahim Yınal idi. İbrahim Yınal oğuz türklərinin hakimi idi. 
Səlcuqun yeganə sağ qalan oğlu Musa «Bəyqu» Yabqu titulu-
nu daşıyırdı. Musa Yabqunun oğlu Yusif də əvvəlcə səlcuq oğuzla-
rının başçısı kimi İnanc Yabqu rütbəsini daşıyırdı. 
Musa  Yabqu,  Məhəmməd  Toğrul  bəy  və  Davud  (Çağrı  bəy), 
Xorasanın divan rəisi Suriyaya məktub göndərib Sultana xidmət et-
mək  arzusunda  olduğunu  bildirərək  bunun  müqabilində  Nəsa  və 
Mərv  vilayətini  onlara  verilməsini  xahiş  etdi,  həmçinin  Balkan  da-
ğından, Dehistandan, Xarəzm sərhədlərindən və Ceyhun çayı tərəf-
dən  gələcək  axınların  qarşısını  alacaqlarına,  İraq  və  Xarəzm  türk-
mənlərini qovacaqlarına söz verirdilər. 
Səlcuqların  Xorasana  gəlişi  böyük  narahatlığa  səbəb  oldu. 
Onları Xorasana buraxmamaq üçün 17 min nəfərlik qüvvə çıxarıldı. 
Orduda Qəznəvi ordusunun filləri də vardı. 1038-ci il iyulun 19-da 
hər iki ordu arasında Nəsa  yaxınlığında ağır döyüş baş verdi. Qəz-
nəvi ordusu ağır məğlubiyyətə uğradı. Ölən və yaralananların sayı – 
hesabı yox idi. 
Nəsa  döyüşü  səlcuqlara  maddi  və  mənəvi  imkanlar  yaratdı. 
Qəznəvi dövləti Dehistanı Çağrı bəyə, Nəvanı Toğrul bəyə, Fəvarə-
ni  Musa  Yabquya  verdi.  Bunun  əvəzində  onlar  sultana  tabe  olmalı 
idilər.  Lakin  səlcuqlar  sülhün  şərtlərinə  əməl  etmədilər.  Onlar  sülh 
bağlanarkən Qəznəvi elçilərinin gətirdikləri qiymətli hədiyyələri qə-
bul etməyərək ayaq altına atdılar. 
Səlcuqların  bu  qələbəsindən  sonra  bir  çox  oğuz  elatları  Suri-
yaya axışıb  getdilər.  İraq  oğuzlarının bir hissəsi səlcuqlara  tabe  ol-
dular.  Yağmurlu  və  qızıllı  oğuzları  ilə  Balkan  türkmənlərinin  bir 
hissəsi köçüb  İsfahan  hakimi  Əlaüddövlənin himayəsinə sığındılar. 
Lakin çox  çəkmədi ki, bu tayfalar  İraq  oğuzları  ilə birləşdilər.  İraq 
türkmənləri  Rey vilayətinin hakimi oldu. Səlcuqların Xorasana gə-


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə