Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

90 
 
Eroziyaya  və  deflyasiyanı  aradan  qaldırmaq 
üçün aqrotexniki və bioloji tədbirlər aparılmalıdır. 
Aqrotexniki tədbirlər aqrokimyəvi, aqrofiziki və 
torpaq becərmə tədbirlərindən ibarətdir. Şum və becər-
mə işləri yamaca köndələn istiqamətdə aparılmalıdır.  
Bioloji  tədbirlər  kənd  təsərrüfatına  yararsız  sa-
hələrdə meşə fondunun artırılması, ağac və kol cinslə-
rinin əkilməsidir. 
Sənaye,  nəqliyyat  və  s.  fəaliyyəti  nəticəsində 
xarab olmuş, dağılmış, tullantılarla örtülmüş ərazilərin 
yaxşılaşdırılması  tədbirləri  rekultivasiya  adlanır.  Tor-
paqların  rekultivasiyası  texniki  və  bioloji  mərhələdə 
aparılır.  Texniki  mərhələdə  ərazinin  düzəldilməsi  yol 
çəkilməsi,  əraziyə  yeni  torpaq  tökülməsidir.  Bioloji 
mərhələdə  ərazidə  bitkilər  yetişdirilir.  Filiz  mədənləri 
istismar  edilən  sahələrdə  rekultivasiya  işinə  suxurların 
turşuluğuna  qarşı  mübarizə  ilə  başlanır.  Bunun  üçün 
qrunta  əhəng  verilməli,  ya  da  üstü  torpaqla  örtülüb, 
gübrə verilməlidir.   
Korlanmış  torpaqların  rekultivasiyasına  sərf 
olunan kapital qoyuluşunun həcmi belə hesablanır.
 
 
 
t
E
K
n



1
1
 
 
Burada,  K  –  korlanmış  torpaqların  rekultiva-
siyasına sərf olunan kapital qoyuluşunun həcmi,    
E

– iqtisadi səmərəliliyi normativ əmsalı: 
E
n
=0.12

0.02 
          t – əsas səmərənin alınmasına qədərki müddət.   


91 
 
Torpağın  mühafizəsi  və  onun  yaxşılaşdırıl-
ması  tədbirləri.  Təbii  sərvətlərdən  su,  bitki  və  hey-
vanlar  aləmindən  fərqli  olaraq  torpaq  sərvəti  bərpa 
olunmur  və  süni  torpaq  yaratmaq  mümkün  deyildir. 
Buna görə də əhalinin artımı, onun xammala təlabatı 
və  gələcəkdə  də  ölkəni  xammalla  təmin  etmək  üçün 
torpağın  mühafizəsi  böyük  əhəmiyyət  kəsb  edir. 
Torpağın mühafizəsi elmi əsaslarla aparılmalıdır. 
Torpağın  mühafizəsinin  kompleks  tədbirləri 
bunlardır: torpaqların hesaba alınması, onun səmərəli 
və  düzgün  istifadəsi,  üzərində  nəzarətin  olması, 
çirklənmədən  qorunması,  eroziyiya  qarşı  mübarizə-
nin  təşkili,  suvarmanın  düzgün  təşkili,  sanitariya 
tədbirlərinin təşkili və s.  
Belə  olduqda  torpağın  məhsuldarlığı  artır  və 
xarab olmaqdan qorunur.  
Sənaye  müəssisələrində  texnoloji  proseslər 
təkmilləşdirilməli,  tullantısız  işləməli,  tullantılar 
zərərsizləşdirilməlidir.  Çirkab  sular  təmizləndikdən 
sonra  xaricə  buraxılmalıdır.  Bitki  zayanvericilərinə 
verilən kimyəvi maddələr təkmilləşdirilməlidir. Meşə 
zolaqlarının  salınmasına  diqqət  artırılmalıdır.  Yarar-
sız,  az  məhsuldar  sahələr  texniki  və  bioloji  üsulla 
yararlı torpaqlara çevrilməlidir. Torpağı mühafizə et-
mək üçün vaxtaşırı onun çirklənmə vəziyyəti sanitar 
–  epidimoloji  stansiyalar  tərəfindən  yoxlanmalıdır. 
Bu  zaman  ərazidə  torpağın  fiziki  (məsaməliyi,  nəm-
liyi  və  s.)  bioloji  (bakterioloji,  entomoloji  və  s.) 
kimyəvi  (titri,  pH)  göstəricilər  nəzərə  alınmalıdır. 


92 
 
İnvestisiyaların  səmərəliliyi  torpağın  mühafizəsinə 
çəkilən xərclərin minumum olmasıdır.   
  
Xis + K = min 
burada;   
              Xis– cari istismar xərcləri,  
    K – əsaslı vəsaitdir.  
 
Bazar  şəraitində  torpağın  mühafizə  tədbirlə-
rinin kommersiya səmərəsi  belə hesablanır: 
 
                          S
kom =
Q-X 
 
S
kom 
–  torpağın  mühafizə  tədbirlərinin  kom-
mersiya səmərəsi, 
Q – çirkləndirməyə görə ödəmələrin qənaəti, 
X  –  mühiti  mühafizə  tədbirlərinə  çəkilən 
xərcləri.  
Bəzən  təbiəti  mühafizə  tədbirlərinin  iqtisadi 
səmərəsini(S)  təbiəti  mühafizə  obyektinin  xidmət 
vaxtını  nəzərə  almaqla  qiymətləndirmək  zəruridir. 
Bu halda aşağıdakı düsturlardan istifadə etmək olar. 
                    
 
   
  
 
     
  
 
Burada  S-təbiəti  muhafizə  tədbirlərinin  iqtisadi 
səmərəsi; 
              Zq– dəf edilmiş ziyanın qiyməti, 
    D – tədbirin smeta dəyəri, 
       T – tədbirin xidmət müddəti, 


93 
 
      Xor-tədbirə cəkilən orta illik cari xərcdir 
 
   Torpaq  qanunçuluğunun  əsasları.  Torpağın 
mühafizəsi ümumxalq işidir. 

 
BMT-nin  ətraf  təbii  mühitin  mühafizəsi  proq-
ramı 

 
1968 – ci ildə BMT – nin YUNESKO xətti ilə 
Parisdə  keçirilən  beynəlxalq  konfrasın  ―Bio-
sferin  və  onun  sərvətlərinin  mühafizəsi‖ 
qanunu 

 
1971-də  Praqada  keçirilən  konqredə    ―Ətraf 
mühitin mühafizəsi‖ qanunu 

 
1972  –  də  Stokholmda  keçirilən  konfransda 
―İnsanı əhatə edən mühitin mühafizəsinə dair‖ 
qanun 

 
1991  –  də  Azərbaycan  Respublikasının    Ali 
sovetinin  qərarı  ilə  və  prezidentin  fərmanı  ilə 
AR-nin ―Torpaq məcəlləsi haqqında‖ qanunu 

 
1999  -  Azərbaycan  Respublikasının  ―Torpaq 
Məcəlləsininə‖ dəyişiklillər və s. 

 
Avropa  Şurası,  iqtisadi  əməkdaşlıq  və  s.  bey-
nəlxalq  təşkilatların  fəaliyyəti  sayəsində  ətraf 
mühitin mühafizəsi barədə bir sıra müqavilələr 
bağlanmış, konvensiyalar qəbul edilmişdir. 

 
Son  illər  təbiiəti  mühafizə  haqqında,  torpaq 
fondunun  mühafizəsi  haqqında,  meşə  kodeksi 
haqqında və  s. bir  çox dövlət qanunları  qəbul 
edilib. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə