Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

122 
 
sahələrindən,  bağlardan,  meşələrdən,  plantasiya-
lardan,  küçələrdən  axan  sular  çay  və  göllərə 
töküldükdə, onları çirkləndirir. Belə sularda müxtəlif 
xəstəlik  törədiciləri,  zəhərli  kimyəvi  maddələr  olur. 
Suyun  keyfiyyətinə  meşələrdə  kəsilmiş  ağac  mate-
riallarının, xüsusilə dezenfeksiya edilən oduncağın su 
ilə  axıdılması  və  suda  çox  qalması  da  pis  təsir  edir. 
Ağac  materialları suda çox qaldıqda çürüyür, bu isə 
suyun  oksigeninin  sərf  olunmasına  və  keyfiyyətinin 
pisləşməsinə  səbəb  olur.  Sintetik  fəal  maddələrin 
istehsalı  və  işlədilməsi  ilə  əlaqədar  olaraq  sular  bir 
qrup  maddələrlə  daha  çox  çirklənir.  Belə  maddələri 
camaşırxanalar, toxuculuq, yun-dəri müəssisələri çox 
işlədir. 
Çay,  dəniz  və  okean  gəmiləri,  avtonəqliyyat, 
traktor  və  s.  vasitələrindən  tökülən  tullantılar  yana-
caq və sürtkü materialları, ət və süd kombinatlarının 
tulantıları su mənbələrini çox çirkləndirir. 
Dəniz suyu  ən  çox neft  və  neft  suları ilə çirk-
lənir. Bunun səbəbi dəniz yataqlarından neft çıxarar-
kən  ətraf  mühitin  təmiz  saxlanması  qaydalarına  eti-
nasızlıq  göstərilməsi  və  quyular  sınaqdan  çıxarılar-
kən  lay  neftinin  və  suyunun  birbaşa  dənizə  buraxıl-
masıdır.  Neft  pərdəsi  suya  sərbəst  oksigenin  daxıl 
olmasına  mane olduğu üçün dəniz faunasının həyatı 
təhlükə  qarşısında  qalır,  canlı  aləmin  artıb  törəməsi 
imkanı  məhdudlaşır.  Neftdə  olan  qazlar  tədricən 
ayrıldıqdan  sonra  neft  damcıları  ağırlaşır  və  suyun 


123 
 
dibinə  çökür,  orada  heyvanların  zəhərlənməsinə 
səbəb olur. 
Su ehtiyatlarmdan kompleks istifadə edilməsi. 
Bu aşağıdakıları əhatə edir: 
1.
 
Xalq  təsərrüfat
ının
  bütün  sahələri  üzrə  su 
ehtiyatlar
ının
  nizamlanması,  istifadəsi  və 
kompleks bölüşdürülməsinin iqtisadi əsaslan-
dırılması. 
2.
 
Su  təsərrüfatı  obyektlərinin  tikintisi  və 
yenidən  qurulmas
ının
  növbəliliyinin  təyini; 
su  və  torpaq  ehtiyatlar
ın
dan  istifadənin  və 
mənimsənilməsinin  rasional  sxeminin,  proq-
ramının işlənməsi. 
3.
 
Çay  sular
ının
  perspektiv  keyfiyyətinə  baxıl-
ması və onların çirklənmədən qorunması üzrə 
tədbirlərin işlənməsi; 
4.
 
 Zonan
ın
  susuzluqdan  qorunması  üzrə  məs-
ləhətlər;  
5.
 
 Yeraltı sulardan istifadənin mümkünlüyünün 
təminatı.  
 
1)
 
Su istehlakcılarının istifadə etdikləri 
suyun həcmi aşağıdakı kimi hesablanır:  
 
 
 
            
 
 
 
    

       
    

 
 


124 
 
burada; V – su istehlakcılarının rejim üzrə istifadə 
etdikləri suyun həcmi, mln m; 
 
   
 
 
 – Su ambarlarının yararlı həcmi mln m; 
 
   
 
    

 – azsulu illərdə 95% təmin olunan su 
hövzəsının həcmi, mln m;  
   20% – suyun əhaliyə və sənayeyə verilən 
faizidir.  
   50% – əkinlərə verilən suyun faizidir;  
2)
 
İstehlak olunan suyun maya dəyəri 
aşağıdakı kimi hesablanır.  
   
 
 
 
Burada; U – xərclər, V – suyun həcmidir. 
3)
 
Çirklənmiş suyun dəyəri belə 
hesablanır.  
 
 
        
Burada; V– 1  kub m axıdılan suyun  həcmi; 
     n – 1  kub m çirkli suyu durultmaq üçün 
lazım olan təmiz suyun həcmi;  
     S – təmiz suyun maya dəyəridir.  
4)
 
Suyun təmizlənməsinə kapital 
qoyuluşunun xüsusi çəkisi belə 
hesablanır: 


125 
 
     
 
   
Burada; K– kapital qoyuluşunun xüsusi çəkisi; 
    
 
 
 – kapital qoyuluşu; 
    V – Suyun həcmidir. 
5)
 
Çirklənmiş suyun dəyəri belə 
hesablanır: 
        
Burada, P – suyun dəyəri;  
    z – çəkilən xərc  
    V –  suyun həcmidir. 
 
 
 
 
 
 
2.6.
 
Meşə sərvətlərinin ekoloji iqtisadi 
əhəmiyyəti və mühafizəsi. 
     Təbiətin  qiymətli  sərvətlərindən  biri  də  meşə-
dir. Meşə sərvətlərindən hələ çox qədimdən geniş 
istifadə  olunmuşdur.  İndi  də  meşələr  yanacaq  və 
tikinti  materialı,  dərman  maddələri  və  sənaye 
üçün xammal mənbəyidir. Meşələrin ətraf mühitə 
-  havaya,  torpağa,  suya  və  heyvanlar  aləminə 
təsiri  çox  böyükdür.  O,  mühüm  təbii  ehtiyatlar 


126 
 
kompleksidir.Ovçular  meşələrə  qayğı  göstərirlər, 
yəni  ağaclara  qulluq  edir,  ot  toxumları  və  ağac 
əkir, kartof, çuğundur və yem bitkiləri becərirlər. 
Meşələrdən  müxtəlif  meyvələr,  giləmeyvələr  və 
göbələk  yığılır,  kənd  təsərrüfatı  heyvanları  üçün 
yem  tədarük  edilir.Meşələrin  suyu  mühafızə 
etməkdə  və  saxlamaqda,  havanm  temperaturunu 
və  qaz  tərkibini  nizamlamaqda,  havanı  və  suyu 
təmizləməkdə, 
xəstəlik 
törədiciləri 
zərərsizdirməkdə, 
səsi 
azaltmaqda,  küləyin 
dağıdıcı  təsirinin  və  torpağın  eroziyas
ının
  qarşı-
s
ın
ı  almaqda,  insanlar
ın
  sağlamlığını  qorumaqda 
və  s.  sahələrdə  əhəmiyyəti  əvəzedilməzdir. 
Meşəliklər  bir  çox  qiymətli  heyvanlar  və  quşlar 
üçün  yaşayış  və  çoxaltma  mühitidir.  Təbiətin 
bəzəyi  olan  maral,  cüyür,  pələng,  samur,  turac, 
kəklik,  qırqovul  və  s.  heyvanlar  meşə  mühitində 
yaşayır.Meşələrdə  müxtəlif  ağac  cinsləri  bitir, 
albalı,  qaragilə,  nar,  heyva,  alma,  armud,  əzgil, 
köyəm,  zoğal,  itburnu,  sumaq,  moruq,  fındıq, 
böyürtkən  kimi  meyvə  və  giləmeyvələr  yetişir. 
Onlardan  ölkəmizin  yeyinti,  qənnadı,  konserv, 
şarabçılıq,  əczaçılıq  sənayesində  və  təbabətdə 
geniş 
istifadə 
edilir.Meşələrin 
ovçuluqda, 
turizmdə  və  idman  işlərində,  ərazinin  iqliminin 
sağlamlaşdırılmas
ın
da böyük əhəmiyyəti vardır. 
Təbii  komponentlər  içərisində  meşə  resursları   
mühüm  yer  tutmaqla,  xalq  təsərrüfatının  və 
insanların  həyatında  xüsusi  əhəmiyyət  kəsb  edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə