Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   67

156 
 
canavar,  dovşan,  meşə  pişiyi,  tülkü,  porsuq  kimi 
məməlilər,  qırqovul,  qaratoyuq,  alabaxta,  su  fərəsi, 
ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bil-
dirçin  quş növləri vardır.  
Şəki Dövlət Təbiət Yasaqlığı  26 fevral 1964-
cü  il  tarixində  Şəki  rayonunda  yaradılmışdır.  O, 
Əyriçayın  hövzəsində  Yevlax-Şəki  və  Şəki-Oğuz 
şosse yollarının arasında yerləşir. 
Yasaqlığın  yaradılmasında  məqsəd  buradakı 
heyvan  və  quşları,  xüsusilə  qırqovul  və  turac  kimi 
quşları,  qonur  ayı  və  çöl  donuzu  kimi  heyvanları 
qorumaqdır. Sahəsi 10350 hektardır. 
Ərazi  zəngin  bitki  örtüyünə  malikdir.  Meşə 
sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan iba-
rətdir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla 
birlikdə  yemişan,  əzgil,  böyürtkən,  alça  kolları 
keçilməz cəngəlliklər əmələ gətirir. 
 Şəki  yasaqlığında  qonur  ayı,  çöl  donuzu,  ca-
navar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dov-
şan, samur, meşə dələsi, sincab kimi məməlilər, qır-
qovul,  turac,  meşə  göyərçini,  alabaxta,  bekas,  bil-
dirçin, yaşılbaş ördək kimi quşlar məskunlaşmışdır. 
Laçın  Dövlət  Təbiət  Yasaqlığı    1961-ci  ilin 
noyabrında  Laçın  rayonunun  ərazisində  yaradılmış-
dır.  Yasaqlığın  yaradılmasında  məqsəd  buradakı 
məməliləri (cüyür, qayakeçisi, çöl donuzu) və quşları 
(  turac,  kəklik)  qoruyub  artırmaqdır.  Ərazisi  21370 
hektardır.  


157 
 
Ərazi əsasən vələs, cökə, ağcaqayın, palıd me-
şələrindən  ibarətdir.   Burada  bir  sıra  heyvanların  da 
məskunlaşması  üçün  əlverişli  şərait  vardır.  Yasaq-
lıqda bezoar keçisi, cüyür, çöl donuzu, dovşan, cana-
var,  porsuq,  dələ,  ayı  kimi  məməlilərə;  kəklik,  tetra 
quşu,  bildirçin,  alabaxta  kimi  quşlara  rast  gəlinir. 
Hal-hazırda  yasaqlıq  işğal  altındadır  və  onun  fəaliy-
yəti tamamilə dayandırılmışdır. 
İsmayıllı  Dövlət  Təbiət  Yasaqlığı    1969-cu 
ilin iyulunda yaradılmışdır. Əsasən İsmayıllı, qismən 
də  Qəbələ  rayonlarının  ərazisində  yerləşir.  Əvvəl 
ərazisi  34400  hektar  olmuş,  müvafiq  dövlət  qərarı 
əsasında isə 23438 hektara qədər azaldılmışdır. 
 Yasaqlığın  yaradılmasında  əsas  məqsəd  bura-
da  məskunlaşmış  heyvanların  qorunması  və  sayının 
artırılmasıdır.  Bitki örtüyü alp və subalp dağ-çəmən 
və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahə-
lər əsasən vələs, fısdıq və palıd meşələrindən ibarət-
dir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, 
həm də say etibarilə çox zəngindir. Burada quşlardan 
kəklik,  bildirçin,  turac,  alabaxta,  ular,  məməlilərdən 
canavar,  vaşaq,  meşə  pişiyi,  yenot,  çaqqal,  dələ, 
dovşan  məskunlaşmışdır. 
Qusar  Dövlət  Təbiət  Yasaqlığı – 1964-cü ilin 
iyulunda Qusar rayonunda yaradılmışdır. Yasaqlığın 
yaradılmasında  başlıca  məqsəd  buradakı  bir  sıra  ov 
əhəmiyyətli  məməli  heyvanları  və  quşları  qoruyub 
saxlamaqdır. Ərazisi 15 000 hektardır. 


158 
 
 Meşə  sahəsində  fısdıq,  vələs,  palıd  yayılmış-
dır.   Kol  bitkilərindən  yemişan,  zoğal,  armud,  alça, 
alma,  itburnu,  böyürtkən,  qaratikana  təsadüf  edilir. 
Yasaqlıqda çöl donuzu, cüyür, canavar, meşə pişiyi, 
qamış  pişiyi,  çaqqal,  yenot,  dovşan  kimi  məməlilər, 
turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək, 
fitçi cürə kimi quşlar yayılmışdır. 
  
Qızılca Dövlət Təbiət Yasaqlığı – 1984-cü ilin 
fevralında  Gədəbəy  meşə  təsərrüfatının  Qızılca  me-
şəçiliyi  sahəsində  yaradılmışdır.  Onun  yaradılma-
sında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsu-
silə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki 
nümunələrini  qorumaqdır.  Sahəsi  5135  hektardır.  
Ərazidə  meşə  və  meşə  altından  çıxmış  dağ-bozqır 
bitkiləri  inkişaf  etmişdir.  Burada  meşəni  əmələ 
gətirən əsas ağac cinsləri palıd, fısdıq və vələsdir.  
Yasaqlıqda  cüyür,  qonur  ayı,  çöl  donuzu, 
dovşan kimi heyvanlar qorunur. 
  
Qubadlı  Dövlət  Təbiət  Yasaqlığı  –  1969-cu 
ilin  iyulunda  Qubadlı  və  Laçın  rayonlarının  ərazi-
sində yaradılmışdır.Qubadlı rayonunun  şimal və La-
çın  rayonunun  cənub  hissəsində  dağ-  bozqır  sahələ-
rini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsə-
di   həmin  ərazilərin  heyvanlar  aləmini,  xüsusilə 
burada  məskunlaşmış  məməli  heyvan  növlərini 
(cüyür,  çöl  donuzu)  və  quşları  (qırqovul)  qorumaq-
dır. Sahəsi 20 000 hektardır.  
Ərazidə yayılmış seyrək meşəliklər və kolluq-
lar  palıd,  vələs,  ardıc,  yemişan,  itburnu,  böyürt-


159 
 
kəndən  ibarətdir. Ərazinin  ekoloji  amilləri  burada 
heyvanların  normal  məskunlaşmasına  tam  şərait 
yaratmışdır. Ərazidə çöl donuzu, qonur ayı, canavar, 
çaqqal,  tülkü,  cüyür,  dovşan,  porsuq,  kəklik, 
qırqovul,  turac,  bildirçin   yayılmışdır.  Hal-hazırda 
yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə 
dayandırılmışdır. 
  
Zuvand Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin 
iyulunda Lerik və Yardımlı rayonları ərazisində yara-
dılmışdır.  Yasaqlığın  yaradılmasında  əsas  məqsəd 
dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. 
heyvanların  qorunmasıdır.  Sahəsi  15 000  hektardır. 
Ərazinin  bitki  örtüyü  çox  kasıb  olub,  quru  bozqır 
bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən 
yabanı  dənli  və  paxlalı-dənli  bitki  qrupları  üstünlük 
təşkil edir. 
  
Yasaqlığın  ərazisi  heyvanlar  aləmi  ilə  çox 
zəngin deyil. Burada qayakeçisi, kaftar,  çöl  donuzu, 
dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır. 
  
Şəmkir Dövlət Təbiət Yasaqlığı – 1964-cü ilin 
fevrvalında Şəmkir rayonunun ərazisində yaradılmış-
dır.  Yasaqlığın  yaradılmasında  məqsəd   buradakı 
quşları və  məməli  heyvan  növlərini, xüsusilə  də  çöl 
donuzu,   kəklik,  turac,  qırqovul  və  ördəkləri 
qorumaqdır.  Ərazisi 10 000 hektardır.  
  
Yasaqlıqda  tuqay  və  yarımsəhra  bitki  forma-
siyaları  yayılmışdır.  Tuqay  meşə  və  kolluqları  Kür 
çayı  yatağının  ətrafında  yerləşir,  onlar  söyüd,  ağ-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə