Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   67

189 
 
taxıl üzrə 15,1 s/ha, kartof üzrə 97 s/ha, hər inəkdən 
süd  sağımı  1073  kq  təşkil  etmişdir  ki,  bu  da 
göstərilən  təhlükəli  hədlərdən  belə  aşağı  olduğunu 
göstərir.  2005-ci  ildə  məhsuldarlıq  səviyyəsi  taxıl 
üzrə 26,5 s/ha, kartof üzrə 149 s/ha, hər inəkdən süd 
sağımı 1098 kq olmuşdur.  
Dünya  Bankı  xroniki  və  müddətli  ərzaq  təh-
lükəsizliyi növlərini ayırır. Ölkə, ayrıca rayon,  əhali 
qrupu,  ailə,  ayrıca  fərd  bütün  il  ərzində  pul  gəlirləri 
çatışmazlığı  və  yaxud  zəruri  həcmdə  ərzaq  istehsa-
lının olmaması səbəbindən xroniki ərzaq təhlükəsi ilə 
qarşılaşırlar.  Müddətli  ərzaq  təhlükəsi  periodik  ola-
raq  qida  məhsullarının  qiymətlərinin  artımı,  məhsul 
yığımının    olmaması    və  yaxud  gəlirlərin    səviyyə-
sinin  azalması  səbəblərindən  ərzaq  məhsullarının 
qeyri-sabit əldə edilməsi şəraitində yaranır. Bu və ya 
digər ölkə mümkün xarici təhlükələrlə, məsələn, bey-
nəlxalq  iqtisadi  böhranlar,  kənd  təsərrüfatı  bazar-
larının  konyukturasının  pisləşməsi,  dünya  rəqibləri 
arasında ticarət müharibələri kimi təhlükələrlə əlaqəli 
olduğu  halda,  buna  potensial  ərzaq  təhlükəsini  də 
əlavə etmək olar. 
 
 
 
 
 
 
 


190 
 
Cədvəl 12.  
Dünyada aclıq və doyunca yeməməyin miqyası. 
 
Region 
İl 
Əhali 
Aclıq vəziyyətində 
olanlar 
(mln. 
nəfər) 
Ümumi 
əhaliyə % 
nisbətində 
mln. 
nəfər 
Saxaradan 
cənubi Afrika 
1969-1971 
268 
36 
96 
1990-1992 
500 
41 
204 
2010  
874 
35 
302 
Şimali Afrika 
və Yaxın 
Şərq 
1969-1971 
178 
25 
44 
1990-1992 
317 
10 
32 
2010  
513 
7 . 
35 
Şərqi Asiya 
1969-1971 
1,147 
41 
468 
1990-1992 
1,674 
16 
262 
2010  
2,070 

105 
Cənubi  
Asiya 
1969-1971 
711 
33 
233 
1990-1992 
1,146 
22 
250 
2010  
1,617 
15 
239 
Latın 
Amerikası 
1969-1971 
279 
18 
51 
1990-1992 
443 
14 
61 
2010  
593 

49 
Cəmi 
1969-1971 
2,583 
35 
893 
1990-1992 
4,064 
20 
840 
2010  
5,668 
13 
680 
 
Mənbə: WFS 96/ Tech 1) Rome 1996, p/ 2 


191 
 
    
Ərzaq  təhlükəsizliyinin  strukturu  çox  səviyyəli 
ierarxiyanı  özündə  əks  etdirir  ki,  bunun  da  əsasında 
qidaya tələbatı olan subyekt dayanır. Belə bir tələbatı 
təmin  etmədən  cəmiyyətdə  insanların  effektiv  fəa-
liyyəti  və  təkrar  istehsal  prosesi  mümkün  deyildir. 
Ərzaq  təhlükəsizliyi  probleminin  həllinin  aşağı  sə-
viyyəsində  ev  təsərrüfatları  yerləşir  ki,  onlar  da 
məcmu  halda  deyil,  gəlir  səviyyəsi,  təsərrüfatın  tət-
biqi  prinsipləri,  qida  məhsullarının  əldə  edilməsinin 
təşkili  və  s.-ə  görə  formalaşan  əhali  qruplarını 
özündə  əks  etdirir.  Bu,  ərzaq  təhlükəsizliyinin  fərdi 
(şəxsi)  səviyyəsidir.  İnsan  qrupları  müəyyən  sosial 
mövqelərdə,  ayrı-ayrı  ərazilərdə  qarşılıqlı  təsirdə 
olurlar  və  ayrı-ayrı  strukturlarda  birləşirlər  (rayon, 
sahə).  Ona  görə  də  ərzaq  təhlükəsizliyi  probleminin 
həllinin  növbəti  səviyyəsini  region  səviyyəsi  təşkil 
edir  ki,  burada  da  idarəedici  strukturların  köməyilə 
ərazi  sakinlərinin  gəlir  əldə  etməsi,  kənd  təsərrüfatı 
və qida məhsullarının istehsalı üçün şərait yaradılır.
 
Ərzaq  təhlükəsizliyi  probleminin  həllinin 
təşkilinin daha böyük səviyyəsi - dövlət səviyyəsidir. 
Bu səviyyədə hökumətin, qanunverici orqanın kömə-
yilə  iqtisadi  inkişafın  sabitliyi  təmin  edilir,  dövlət 
ərzaq  fondları  yaradılır,  tələb  və  təklifin  tarazlaşdı-
rılması həyata keçirilir. 
Ölkələrin  qarşılıqlı  asılılığı,  BƏB-in  və 
beynəlxalq  ticarətin  mövcudluğu  dünya  ərzaq 
təhlükəsizliyi  səviyyəsini  ayırmağı  şərtləndirir.  Bu 


192 
 
səviyyədə  ərzaq  təhlükəsizliyi  probleminin  həlli 
dünya  ərzaq  məhsulları  istehsalının  dinamikasını 
təhlil  edən  və  bunun  əsasında  da  dünya  ərzaq 
bazarının 
sabitliyinə 
dair 
proqnozlar 
verən 
beynəlxalq  təşkilatların  fəaliyyətilə  əlaqələndirilir. 
Dünya  ərzaq  təhlükəsizliyinin  başlıca  məqsədi 
dünyada 
ərzaq 
resurslarının 
tarazlaşdırılmış 
səviyyədə bölgüsüdür. 
170  ölkənin  daxil  olduğu  BMT-nin  Ərzaq  və 
Kənd Təsərrüfatı Təşkilatı (FAO) ekspertlərinin qiy-
mətləndirmələrinə  görə,  "Dünya  ərzaq  təhlükəsizli-
yi"nin  vəziyyəti  iki  göstərici  üzrə  müəyyən  edilir: 
növbəti  məhsul  yığımına  qalan  dünya  ehtiyatları  və 
adambaşına  düşən  istehsal  səviyyəsi.  Ümumdünya 
istehlakını  nəzərdə  tutan  birinci  göstərici  fövqəladə 
hallarda  (zəlzələ,  məhsul  azlığı,  müharibə  və  s.) 
təminatı və dünyada ərzaq vəziyyətinin dayanıqlığını 
əks  etdirir.  Növbəti  məhsul  yığımına  qalan  ehti-
yatların  təhlükəsiz  səviyyəsi  kimi  60  günlük  dünya 
taxıl  istehlakına  uyğun  olan  və  yaxud  bütün  isteh-
lakın 17%-nə bərabər olan hədd qəbul edilir. Dünya 
ehtiyatlarının  son  həddən  aşağı  səviyyəyə  düşməsi 
onu  göstərir  ki,  dünya  ərzaq  təhlükəsizliyi  kritik 
vəziyyətdədir.  Belə  ehtiyatların  həcminin  istehlakın 
17%-dən  aşağı  olması  şəraitində  taxılın  dünya  qiy-
mətlərində ciddi artımı müşahidə edilir. 
İkinci göstərici - adambaşına orta buğda isteh-
salının  dinamikası  bütövlükdə  dünya  ərzaq  vəziy-
yətinin inkişaf tendensiyasını müəyyən edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə