Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

181 
 
nilməsində  yerli  istehsalın  və  ya  idxal  kanallarının 
xüsusi çəkisi ölkələrin ərzaq təhlükəsizliyinin səviy-
yəsini  müəyyənləşdirir.  Ərzaq  təhlükəsizliyinin 
səviyyəsi  eyni  zamanda  ərzaq  bazarlarının  təşkilin-
dən, infrastrukturun formalaşdırılmasından da bilava-
sitə asılı olmuşdur. Təşkilati qurumların fəaliyyətinin 
yetərli  olması  son  nəticədə  istehsala  olan  stimulları 
azaldır. Məlumdur ki, qloballaşma şəraitində hər bir 
dövlətin  qarşısında  duran  əsas  vəzifələrdən  biri 
ölkənin milli təhlükəsizliyini təmin etmək – istehlakı 
daha  çox  yerli  istehsal  hesabına  qarşılamaqdan  iba-
rətdir.  Beynəlxalq  səviyyədə  kənd  təsərrüfatı  isteh-
salçılarına yardımın şərtləndirilməsi ilə bağlı tələblə-
rin gücləndirilməsi ərzaq təhükəsizliyinin milli təhlü-
kəsizlik  sisteminin  mühüm  tərkib  hissəsi  kimi  çıxış 
etməsini  şərtləndirmişdir.  Odur  ki,  aqrar  sahəyə  eti-
nasız münasibət son nəticədə dövlətin vassalçılığına, 
siyasi reytinqinin zəifləməsinə, bütövlükdə milli iqti-
sadiyyatın, daxili və xarici siyasətin beynəlxalq güc-
lərdən  asılılığının  güclənməsinə  gətirib  çıxara  bilər. 
Bu  problem  müharibə  şəraitində  olan  ölkə  üçün xü-
susilə  tale  yüklü  səciyyə  daşıyır.  Bu  baxımdan  res-
publikada kənd təsərrüfatına qayğı, öikənin hərbi-sə-
naye kompleksinin qüdrətlənməsi qədər vacib və ak-
tualdır. Nəzərə almaq lazımdır ki, aqrar sahənin rəqa-
bət  qabiliyyətinin  yüksəldilməsi  ölkənin  ərzaq  təh-
lükəsizliyinin təmin edilməsinə əlverişli şərait yarat-
maqla,  eyni  zamanda  alternativ  ixrac  sektorunun 


182 
 
formalaşdırılması,  qeyri-neft  sektorunun  inkişafı 
baxımından da əhəmiyyətli rola malikdir. 
Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  fızio-
loji  normalar  və  müəyyən  edilmiş  keyfıyyət  stan-
dartları  çərçivəsində  əhalinin  əsas  növ  qida  məhsul-
larına olan tələbatının yerli istehsal hesabına davamlı 
olaraq  ödənilməsi  ilə  bağlı  kompleks  tədbirlər 
sistemini özündə əks  etdirir.  Ərzaq  təhlükəsizliyinin 
təmin  edilməsi  daxili  istehsal  hesabına  ölkə  əhalisi-
nin  istehlakının  təmin  edilməsini  özündə  əks  etdir-
diyindən bu məqsədə nail olunması yerli kənd təsər-
rüfatı  əmtəə  istehsalçılarının  stimullaşdınlmasından 
bilavasitə  asılıdır.  Beləliklə,  müasir  şəraitdə  ərzaq 
təhlükəsizliyinin  təmin  edilməsi  ölkədə  həyata  ke-
çirilən aqrar siyasətin prioritet istiqamətinə çevrilmə-
lidir. 
Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  baxı-
mından  dövlətin  aqrar  siyasətinin  əsas  vəzifəsi 
səmərəli istehsal strukturu yaratmaqla əhalinin ərzaq, 
sənayenin  isə  kənd  təsərrüfatı  xammalına  olan  tələ-
batını  yerli  istehsal  hesabına  ödəmək  məqsədilə  çe-
vik  sosial-iqtisadi  mexanizm  formalaşdırmaqdan, 
eləcə  də  mövcud  potensialdan  səmərəli  istifadəni 
təmin  etməkdən  ibarətdir.  Məhz  bu  baxımdan  da 
transformasiya  proseslərinin  hazırki  mərhələsində 
aqrar sahənin mövcud potensialı ölkənin ərzaq təhlü-
kəsizliyinin  təmin  edilməsinə  istiqamətləndirilməli-
dir. Məlum həqiqətdir ki, heç bir ölkə ərzaq təhlükə-
sizliyini  100%-lik  hədlərdə  təmin  etmək  iqtidarında 


183 
 
deyildir. Bu isə ondan  irəli gəlir ki, bütün  növ  məh-
sullar  üzrə  tələbatı  tamamilə  yerli  istehsal  hesabına 
ödənilməsinə  nail  olunması  müqayisəli  üstünlüklər 
baxımından da əlçatmaz görünür. Odur ki, ölkə üçün 
strateji  əhəmiyyətli  prioritet  məhsullar  əsas  götürül-
məklə,  bölgələrin  ixtisaslaşma  istiqaməti  nəzərə 
alınmalıdır.  Doğrudur,  taxıl  strateji  ərzaq  məhsulu 
olmaqla ölkə əhalisinin təbii tələbatının ödənilməsinə 
xidmət edir. Araşdırmalar göstərir ki, ölkəmiz dövlət 
müstəqilliyi  əldə  etdikdən  sonra  əksər  kənd  təsərrü-
fatına  yararlı  torpaqlar  taxıl  əkininə  cəlb  edildi.  Bu 
tendensiyanın zərərli cəhəti ondan ibarətdir ki, ölkə-
də  taxıl  istehsalının  artırılmasına  məhsuldarlığın 
yüksəldilməsi hesabına deyil, əkin sahələrinin geniş-
ləndirilməsi, daha doğrusu ekstensiv amillər hesabına 
nail olunmuşdur. 
Ümumiyyətlə  götürdükdə  problem  kifayət  qə-
dər çoxcəhətlidir. Belə ki, taxıl istehsalı az əmək sər-
fi tələb etdiyindən bu sahədə fəaliyyət göstərən isteh-
salçının  gəlirlərinin  məbləği  də  aşağı  olur.  Paradok-
sal cəhət ondan ibarətdir ki, respublikada digər gəlirli 
sahələrin  bazarları  kəskin  inhisarlaşdırıldığından 
(bostan,  tərəvəz,  meyvə  və  s.  istisna  olmaqla)  isteh-
salçı  taxılçılığa  üstünlük  vermək  məcburiyyətində 
qalır. Lakin bununla belə müxtəlif səbəblər üzündən, 
eləcə  də  yanacaq  və  enerji  daşıyıcılarının  qiymətlə-
rinin  artımı,  həm  də  məhsul  istehsalının  tələbatı 
ödəməyə yetərli olmaması səbəbindən idxal kanalla-
rına  da  ehtiyac  yaranır.  Bundan  əlavə  yerli  istehsal 


184 
 
bu və ya digər obyektiv, subyektiv səbəblər üzündən 
idxal  kanallarından  baha  başa  gəlir.  Bu  isə  daxili 
ərzaq  bazarının  beynəlxalq  bazar  konyukturundan 
asılılığını  şərtləndirir.  Nəzərə  almaq  lazımdır  ki, 
əhalinin sosial durumu, alıcılıq qabiliyyəti və iqtisadi 
maarifləndirmə  səviyyəsi  də  yetərincə  yüksək  de-
yildir.  Bütün  hallarda  istehlakçı  ucuz  məhsula  üs-
tünlük  verir.  İstehlakçı  üçün  o  qədər  də  önəmli 
deyildir ki, o yüksək qiymətə yerli məhsul əldə etsin. 
Odur  ki,  bu  prosesləri  dövlət  tənzimləməli,  istehsal-
çının  xərclərinin  müəyyən  hissəsini  subsidiyalaş-
dırmaqla  yerli  məhsulun  qiyməti  ilə  idxal  olunan 
məhsulun qiyməti arasında tarazlıq yaratmalıdır. 
Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  müs-
təqil dövlət olaraq Azərbaycan Respublikası ÜTT-nə 
daxil  olmaq  ərəfəsindədir.  ÜTT-nin  şərtlərinə  görə 
üzv olan hər bir ölkə yerli istehsala dövlət yardımını 
kəskin  şəkildə  məhdudlaşdırmalı,  liberal  ticarət 
siyasəti  həyata  keçirməlidir.  Odur  ki,  ÜTT-yə  daxil 
olmaq  ərəfəsində  rcspublikamızda  aqrar  sahəyə 
daxili  dəstək  proqramı  həyata  keçirilməli,  istehsal 
stimullaşdırılmalıdır.  Ərzaq  təhlükəsizliyinin  təmin 
edilməsi  məqsədilə  yerli  istehsala  tələbatı  ödəyən 
məhsullar  üzrə  idxalın  tənzimlənməsi  istiqamətləri 
müəyyənləşdirilməli, aqrar-ərzaq bazarının qorunma-
sına 
yönələn 
kompleks 
tədbirlər 
həyata 
keçirilməlidir.  Təbiidir  ki,  bu  tip  tədbirlər  daxili 
istehsalın  artırılması,  bazar  infrastrukturlarının 
formalaşdnılması ilə paralel həyata keçirilməlidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə