Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Şəkil 10. Dünyanın əsas taxıl tədarük edən ölkələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

173 
 
Şəkil 10. Dünyanın əsas taxıl tədarük edən ölkələri. 
Aparılan  hesablamalara  görə  dünyada  hər 
nəfərə  340  kq-dan  artıq  taxıl  tədarük  olunduğu 
göstərilir.  Lakin  ayn-ayrı  ölkələr  üçün  bu  göstərici 
müxtəlifdir.  Məsələn,  ABŞ-da  həmin  göstərici 
müvafıq  olaraq  1720  kq,  Macaristanda  1200  kq, 
Çində 336 kq, Yaponiyada isə 130 kq təşkil edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 11. Taxılçılığın sahə qrupları. 
 
 
Ümumilikdə  yer  kürəsində  mədəni  bitkiçilik 
sahələrini aşağıdakı kimi təsnifatlaşdırmaq olar: 

 
yer  kürəsinin  əhalisinin  çox  hissəsini  təmin 
edən tarla bitkiləri (buğda, çəltik, kartof); 

 
yer  kürəsinin  ayn-ayrı  hissələri  üçün  xarak-
terik  olan  tarla  bitkiləri  (çovdar,  Afrika  darısı 
və s.) 
Buğda 
Arpa 
Darı 
Çəltik 
Günəbaxan 
Qarğıdalı 
Çovdar 
Taxıl 
məhsullarının 
istehsalı qrupu 


174 
 

 
nisbətən  əhalinin  ərzaqla  təminatında  əhəmiy-
yət kəsb edən ( darı, qarabaşaq, noxud, lobya, 
paxla, və s.) 

 
ərzaq  bitkisi  kimi  sayılan  və  heyvandarlıq 
üçün  yem  bitkisi  sırasına  daxil  edilən  yem 
bitkiləri (qarğıdalı, arpa, vələmir və s.) 

 
əhali  üçün  ərzaq  əhəmiyyəti  kəsb  etməyən  və 
mal-qara  üçün  yem  bitkiləri  hesab  edilən 
(çoxillik  paxlalı  bitkilər,  yonca,  qara  yonca, 
çoxillik taxıl bitkilərindən isə qarğıdalı, günə-
baxan və s.) 

 
tərəvəz-bostan  bitkiləri  (soğan,  sarımsaq,  kə-
ləm, bostan bitkilərindən -xiyar, qovun, qarpız 
və s.) 

 
mədəni texniki tarla bitkiləri (şəkər çuğunduru
günəbaxan, soya və s.) 

 
çoxillik  ərzaq  bitkiləri  (banan,  zeytun,  sitrus 
bitkiçilik məhsulları) 

 
çoxillik  texniki  bitkiləri  (şəkər  qamısı,  qəhvə, 
kakao və s.) 
Qeyd  olunan  bitkiçilik  sahələri  yer  kürəsinin 
müxtəlif  regionlarında  bitkiçiliyin  inkişafı  üçün 
əlverişli  təbii  komponentlər  olan  ərazilərdə  inkişaf 
edir. Azərbaycan ərazisində bitkiçiliyin inkişafı üçün 
lazım olan təbii komponentlərin əksəri mövcud oldu-
ğundan dünyada inkişafı artmış olur. 
Kənd təsərrüfatının iqtisadiyyatında ikinci yeri 
heyvandarlıq məhsulları tutur. Bəşəriyyətin yarandığı 
ilk dövrlərdə insanlar özünün yaşayışını təmin etmək 


175 
 
üçün  vəhşi  heyvanların  ovlanması  yolu  ilə  özlərinin 
qida  məhsullarına  olan  tələbatını  təmin  edirdi.  İnsan 
şüurunun inkişafı təbiətdə mövcud olan heyvanat alə-
mini  əhliləşdirməyə  və  onu  öz  tələbatına  uyğunlaş-
dırmağa  əlverişli  şərait  yaratdı.  Müasir  heyvandar-
lığın inkişafı təbii otlaqlarla yanaşı, sənaye üsulu ilə 
emalı olan bitkiçilik məhsullarına əsaslanır. 
     Heyvandarlığın  strukturu  mürəkkəb  olmaqla 
iribuynuzlulardan, xırdabuynuzlulardan, donuzçuluq-
dan, quşçuluqdan, maralçılıqdan, atçılıqdan, arıçılıq-
dan  və  balıqçılıqdan  ibarət  olub,  əhalinin  heyvan-
darlıq  məhsullarına  olan  tələbatının  ödənilməsində 
xüsusi əhəmiyyət kəsb edir. 
Yem bazasının inkişafına, əkinçiliklə qarşılıqlı 
əlaqəsinə,  əmtəəlik  dərəcəsinə  və  ixtisaslaşmasına 
əsaslanan təsərrüfat sahələrinin intensivliyindən asılı 
olaraq  bir  neçə  əsas  heyvandarlıq  tiplərini  müəyyən 
etmək olar. 
       Yem  bazası  əkinçiliklə  bağlı  olmayan  istehlak 
xarakterli köçəri ekstensiv  maldarhğın inkişafı 1000 
km  məsafə  daxilində  hərəkət  etməklə  mövsümi 
xarakter  daşıyır,  əsasən  təbii  otlaqlardan  istifadə 
olunur. 
-
 
əmtəə xarakterli  ekstensiv köçürmə-otlaq hey-
vandarhğı  (ət,  süd,    dəri,  piy,  və  s.)    əsasən 
təbii 
otlaqlara 
əsaslanır. 
Köçəri 
heyvandarlıqdan  fərqli  olaraq  köçürmə  otlaq 
təsərrüfatı  yem  çatışmayan  zaman    ehtiyat 
fondu  yaradılmasını,  qoyunların  qırxılmasının 


176 
 
mexanikləşdirilməsini  və  s.mühüm  məsələləri 
nəzərdə tutur. 
-
 
ekstensiv  tipli  tövlə  otlaq  heyvandarlığı  qış 
dövründə  əkinçilikdən  alınan  qaba  yemlərə, 
qida əhəmiyyətli taxıl bitkilərinin tullantılarına 
əsaslanır. 
-
 
əmtəə  əhəmiyyətli  tövlə  otlaq  heyvandarlığı. 
Bu  cür  təsərrüfatlar  əsasən  südçülük  istiqa-
mətində formalaşır, təbii çəmənliklərə, ot əkini 
kimi əkinçilik mənşəli yemə istinad edir. 
-
 
əmtəə  əhəmiyətli  tövlə-düşərgə  heyvandarlığı 
(süd,  ət,  istehsalı  üzrə)  yerli  süni  otlaqlara  və 
gətirmə qüvvətli yemlərə əsaslanır. 
-
 
əmtəə  xarakterli  tövlə-şəhər  ətrafı  heyvan-
darlıq ( təzə süd, quş  əti, yumurta və  s.) yerli 
və  gətirilmə  əkinçilik  mənşəli  yemlər,  məişət 
tullantılarına əsaslanır. 
-
 
əkinçilik  yeminə  və  yemlərin  sənaye  istehsa-
lına əsaslanan sənaye tipli heyvandarlıq. Kiçik 
sahədə  mal-qaranın  cəmləşməsi  ilə  səciyyə-
lənir. 
Yuxarıda  qeyd  olunan  heyvandarlıq  tipləri 
heyvandarlığın  çoxtərəfli  inkişafını  əks  etdirməklə 
iqtisadi sahələrin inkişafında mühüm əhəmiyyət kəsb 
etdiyini göstərir. 
      Təbiətdə  mövcud  ehtiyatlardan  səmərəli  istifadə 
olunmaqla  yanaşı,  mədəni  bitkiçilikdə  əldə  olunan 
tullantıların  müasir  texnoloji  üsullarla  istehsal 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə