Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

205 
 
Digər  tərəfdən  ərzaq  təhlükəsizliyinin  qorunub 
saxlanılması  kənd  təsərrüfatı  əhəmiyyətli  resursların 
balanslaşdırılmış  qaydada  istifadə  olunması  iqtisadi 
cəhətdən  daha  səmərəli  sayılır.  Bu  özlüyündə  resurs-
lardan ərzaq məhsulları üçün optimal, həmçinin resurs 
mənbələrindən təkrar istifadə tullantıların emalı, isteh-
salçı ilə istehlakçının bir-birinə düzgün təyin olunması 
hesabına yaranır, formalaşır. Ərzaq təhlükəsizlik mo-
deli aşağıdakı formada əks olunur (şəkil 12). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ərzaq 
məhsulunun 
strukturu 
Ərzaq 
məhsullarının 
istifadəsi 
Təbii iqtisadi 
mühit 
Sosial iqtisadi 
mühit 
Resursa sərf 
olunan xərclər 
Resurs 
mənbələrindən 
istifadə 
Ərzaq 
məhsullarının 
istehsalı 
Daxili bazar 
Xarici bazar 
Ərzaq 
təhlükəsizliyi 
Ümumi bazar 


206 
 
 
Şəkil 12. Ərzaq təhlükəsizlik modelinin 
formalaşması. 
 
"Ərzaq  təhlükəsizlik"  modelindən  aydın  olur 
ki,  ərzaq  məhsulları  istehsal  edən  müəssisələr  ilk 
növbədə  bazarın  tələblərinə  uyğun  məhsullar  isteh-
salını  həyata  keçirməlidirlər.  Burada  ərzaq  məhsul-
ları  istehsalı  bolluğu  eyni  zamanda  satış  bazarının 
təhlükəsizliyini  təmin  etmək  üçün  şərait  yaradır. 
Digər tərəfdən xarici bazar istehlakçılarının tələbatını 
təmin  etməklə  hər  iki  bazarın  təhlükəsizliyini  təmin 
etmiş olur. 
Ərzaq təhlükəsizliyinin əsas istiqaməti ölkənin 
milli  təhlükəsizliyinin  prioritet  sahələrindən  sayılır. 
Ümumiyyətlə,  dövlət  siyasətinin  müvəffəqiyyətlə 
fəaliyyətinə  xidmət  etməklə  iqtisadi  amillərin  təsiri 
altında  formalaşır.  Dövlətin  ərzaq  təhlükəsizliyinin 
təmin  edilməsi  istehlak  xarakterli  təsərrüfat  sahə-
lərinin inkişafının vəziyyətindən daha çox asılıdır. 
İnkişaf  etmiş  ölkələrdə  ərzaq  təhlükəsizliyi 
nəinki  daxili  iqtisadi  siyasətə,  eləcə  də  ölkədə  iqti-
sadi  sahədə  artımın  yüksəlməsində,  ölkə  daxilində 
siyasi  sabitliyin  formalaşmasında  və  beynəlxalq 
səviyyədə  dövlətin  istehlak  bazarında  tanınmasında 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  ölkələr  özlərinin 
strateji  əhəmiyyət  kəsb  edən  ərzaq  məhsulları 
sahəsində öz maraqlarını qorumaq məqsədi ilə xarici 
təsirlərə  daha  çox  davamlılıq  nümayiş  etdirirlər. 


207 
 
Ölkənin  strateji  ərzaq  təhlükəsizliyinin  təmin  edil-
məsinə  yönədilmiş  dövlətin  ərzaq  təminatı  siyasəti 
müxtəlif ticarət formaları, ərzaq məhsullarının müəy-
yən  qruplarına  taarif  məhdudiyyətlərinin  tətbiqi, 
qiymət  siyasəti,  həmçinin  ərzaq  yardımlarının  gös-
tərilməsi  yolu  ilə  reallaşır.  Bununla  yanaşı  beynəl-
xalq səviyyədə ərzaq təhlükəsizliyi probleminə ABŞ, 
Yaponiya,  Avropa  Birliyi  ölkələrinin  xüsusi  qurum-
ları və təşkilatları tərəfindən  xüsusi fikir verilir. 
Təcrübə  göstərir  ki,  ərzaq  təhlükəsizliyi 
sahəsində inkişaf  etmiş  ölkələrdə  siyasi  cəhətdən iki 
mühüm 
amilin 
tətbiqi 
ilə 
şərtlənir.                                               
Birinci  amil  ərzaq  məhsulları  istehsalında  mühüm 
əhəmiyyət  kəsb  edən  aqrar  sənaye  kompleksinin 
inkişafında  müasir  klassik  model  hesab  edilir.  Bu 
əsasən 
interval 
meyllərin 
gücləndirilməsinə 
əsaslanan  ən  çox  ABŞ,  Fransa,  Böyük  Britaniyanın 
və  digər  inkişaf  etmiş  ölkələrin  aqrar  iqtisadi 
sahələrində 
tətbiq 
olunur.                                     
İkinci  amil  isə  kənd  təssərüfatında  proteksionist 
siyasətin  reallaşdırılması  ilə  səciyyələnir  və  xüsusi 
ilə Kanada, Avropa Birliyi ölkələrində tətbiq olunur. 
Bu  ölkələrdə  innovasiya  siyasəti  aqrar  sektorda 
müasir  texnologiyaların  tətbiqi,  elmi  texniki 
tərəqqinin  (ETT)  nailiyyətlərinin  tətbiqinə  əsaslanır. 
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, daxili və 
xarici  bazarlarda  ölkənin  milli  maraqlarının 
qorunmasına  yönəmlik  iqtisadi,  o  cümlədən  aqrar 
sahədə, 
həmçinin 
yeyinti 
sənayesinin 
bütün 


208 
 
sahələrində 
ərzaq 
təhlükəsizliyinin 
dayanıqlı 
inkişafından əhəmiyyətli dərəcədə  asılıdır. 
 
 
3.4.
 
Ərzaq resurslarının tarazlı inkişafı. 
 
Müasir şəraitdə ərzaq yönümlü təbii resursların 
istehsal  dövriyyəsinə  cəlb  olunmasında  ərzaq 
məhsullarının  iqtisadi  inkişafı  ilə  yanaşı,  təbii 
resursların  davamlı  istifadəsi,  ərzaq  məhsullarının 
iqtisadi-ekoloji  cəhətdən  tədqiq  olunması  təbiətdən 
istifadənin  qlobal  problemlərindən  hesab  edilir.  Bu 
baxımdan  dünyanın  bütün  ölkələrində  ərzaq  xarak-
terli  təbii  resurslardan  istifadə  onların  təhlükəsiz-
liyinin  qorunması,  ekoloji  cəhətdən  insanların 
sağlamlığına xidmət edən təmiz məhsullar istehsalını 
həyata  keçirməkdən  ibarətdir.  Ərzaq  yönümlü  təbii 
resurslar  təbiətdə  olduqca  zəngindir,  lakin  onların   
istifadəsi   dünyanın   müxtəlif ölkələrində məhsuldar 
qüvvələrin inkişaf səviyyəsindən və həmin resurslara 
təsirindən asılı olaraq müəyyən olunur. Təbii resurs-
lar istehsalın xarakterindən asılı olaraq istehsal  döv-
riyyəsinə cəlb olunur və hər bir ölkənin milli maraq-
larına  xidmət  edən  qanunçuluq  prinsiplərinə  əsas-
lanır.  Ərzaq  yönümlü  təbii  resurslar  bilavasitə  aqrar 
sahənin inkişafına xidmət edən resurslar sistemindən 
ibarət  olub,  onların  istifadəsi  istehsal  vasitələrinin 
inkişafı ilə əlaqəli olaraq daım dəyişir və təkmilləşir. 
Xüsusi  ilə  Elmi  Texniki  Tərəqqini  (ETT)  müasir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə