Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   67

201 
 
resurslardan  səmərəli  istifadə  olunması  ərzaq  təmi-
natlı  məhsulların  inkişafına  təsir  etməklə  ərzaq 
bolluğunu təmin etmiş olur. 
İstehsal vasitələri inkişafının hər mərhələsində 
yeni  təbii  ehtiyatların  mənimsənilməsini  tələb  edir. 
Bunsuz istehsalın irəli getməsi qeyri mümkündür. 
İnkişaf  etməkdə  olan  istehsala  yeni  təbii  ehti-
yatların istehsal dövriyyəsinə cəlb olunması və isteh-
sal sahələrinə təkan verməsi ictimai zərurətdən mey-
dana gəlir. Onun üçün elə ehtiyyatlar tələb olunur ki, 
ehtiyacı kütləvi şəkildə daha ucuz başa gələn xammal 
hesabına ödəsin və ərzaq təminatlı təsərrüfat sahələ-
rini genişləndirə bilsin. 
İstehsal  irəliyə  getdikcə  daha  çox  dəyişilmiş 
təbii  mühit  məhsuldar  qüvvələrə  və  istehsal  vasitə-
lərinə  təsir  göstərmiş  olacaqdır.  Ərzaq  təhlükəsizliyi 
yalnız maddi nemətlər istehsalına təsir göstərən təbii 
resurslar 
deyil, 
həmçinin 
həmin 
sahələrin 
inkişafını
  tələb  edən  digər  yardımçı  resursların 
(tikinti,  enerji,  kimyəvi  və  s.)  səmərəli  şəkildə 
istehsal dövriyyəsinə cəlb olunmasından da müəyyən 
dərəcədə asılıdır. 
Bazar  iqtisadiyyatı  şəraitində  dünyada  maraq 
doğuran əsas problemlərdən biri əhalinin ərzaq məh-
sulları ilə təmin olunması və bu sahədə yaranan təh-
lükələri  əvvəlcədən  aradan  qaldırmaqdır.  Artıq  yer 
kürəsində  ərzaq  məhsullarına  dair  aparılan  tədqiqat-
lardan  aydın  olur  ki,  əhalinin  maddi  nemətlərə  olan 


202 
 
tələbatını  təmin  etmək  üçün  kifayət  qədər  təbii 
resursların olduğu aşkar olunmuşdur. 
İqtisadi təhlükəsizlik yeni iqtisadi anlayış kate-
qoriyası  olmaqla  bərabər,  özünün  xarakterinə  görə 
mürəkkəb daxili quruluşa malik olduğu üçün bir sıra 
ədəbiyyat  mənbələrində  müxtəlif  istiqamətlərdə  şər-
hinə  rast  gəlinir. Elmi  tədqiqatlarda  iqtisadi təhlükə-
sizlik anlayışı aşağıdakı üç mühüm şərtlə xarakterizə 
olunur.  

 
İqtisadi  sərbəstlik  olmaqla  yanaşı  dövlətin 
ərzaq  xarakterli  məhsullar  istehsalına  şərait 
yaradan  milli  ehtiyatlara  və  istehsala  tam 
nəzarəti və bu sahədə iqtisadi qərarların qəbul 
olunması; 

 
Milli iqtisadiyyatın  davamlılığı və sabitliyinin 
təmin  edilməsi,  yəni  mülkiyyətin  bütün 
formalarının qorunması və fəaliyyətinə şəraitin 
yaradılması; 

 
İqtisadi  sahələrin  inkişaf  etdirmə  qabiliyyə-
tinin yüksəldilməsi; 
Bir  sıra  ədəbiyyatlarda  ərzaq  təminatının 
iqtisadi təhlükəsizliyi iqtisadiyyatın ərzaq məhsulları 
emal olunan sahələrin səmərəliliyi, iqtisadi sahələrin 
tarazlı  inkişafı,  xarici  iqtisadi  əlaqələrin  bazar  iqti-
sadiyyatının  tələblərinə  uyğun  inkişaf  etdirilməsi, 
istehsal  sahələrinə  texnoloji  yeniliklərin  tətbiqi  ilə 
əlaqələndirirlər.  Eyni  zamanda  beynəlxalq  aləmdə 
ölkə  iqtisadiyyatına  xarici dağıdıcı  təsirlərin qarşısı-
nın  alınması  kimi  də  qəbul  edirlər.  Bazar  iqtisadiy-


203 
 
yatı  şəraitində  xarici  iqtisadi  əlaqələrin  sürətlə  inki-
şafı  iqtisadi  təhlükəsizliyin  beynəlmiləlləşdirilməsi 
zərurətini  doğurmuşdur.  Bu  səbəbdən  ərzaq  təhlü-
kəsizliyi  sahəsində  BMT  aşağıdakı  istiqamətdə  qə-
rarlar qəbul etmişdir: 
1.
 
"Beynəlxalq iqtisadi təhlükəsizlik" 
2.
 
"Beynəlxalq  iqtisadi  təhlükəsizlik  konsepsi-
yası" 
Hər iki qərarda iqtisadiyyatın əsas problemləri 
araşdırılmış  iqtisadi  təhlükəsizliyin  qorunub  saxlan-
masının  beynəlxalq  və  milli  mənbələri  təsnifləşdiril-
mişdir. 
Müasir  iqtisadi  təhlükəsizliyin  metodoloji 
əsasları  bazar  nəzəriyyəsinə  əsaslanır.  Bazar  mexa-
nizmlərində  optimal  istifadə  çərçivəsində  iqtisadi 
təhlükəsizlik sistemi idarə oluna bilər. 
Ərzaq  məhsullarının  təhlükəsizliyi  yeyinti 
sənayesindən  həmçinin  aqrar  sahənin  inkişafından 
daha çox asılıdır. BMT-nin FAO təşkilatında "Kənd 
təsərrüfatı  2010-cu  il"  üçün  işləyib  hazırladığı 
proqrama uyğun inkişaf etmiş ölkələrdə ilk növbədə 
dünya  kənd  təsərrüfatında  təbii  resurslardan  düzgün 
istifadə  olunması  nəticəsində  dünya  əhalisinin  ərzaq 
məhsullarına olan tələbatı təmin edilmiş olar. Bu ba-
xımdan  hər  hansı  ölkənin  ərzaq  məhsulları  təhlükə-
sizliyinin  təmin  olunmasında  istər  makro,  istərsə  də 
mikro  səviyyədə  iqtisadi  sahələrdə  ərazi  struktur 
prinsipinin  həyata  keçirilməsi  müstəsna  əhəmiyyət 
kəsb edir. 


204 
 
Ərzaq  təminatının  iqtisadi  təhlükəsizliyinin 
qorunub saxlanılması bazar prinsiplərindən irəli gələ-
rək  ilk  növbədə  istehsal  sahələrinin  optimal  struk-
turlarının  müəyyən  olunması  ilə  əlaqəli  olmalıdır. 
Buraya  istehsal  strukturlarının  texnoloji  proseslərin 
tətbiqi; informasiya təminatı; məhsulun bazar tələba-
tına  uyğunlaşdırılması;  davamlı  inkişaf  modelinin 
yaradılması. 
Digər  tərəfdən  ərzaq  təminatının  əsas  göstə-
ricilərindən  biri  müəyyən  dövr  ərzində  ölkə 
əhalisinin  tələbatına  uyğun  məhsul  istehsalının 
həyata  keçirilməsi  və  qorunub  saxlanılmasıdır.  Bu 
ərzaq  məhsullarının  kəmiyyət  və  keyfiyyət 
göstəricilərindən, 
saxlanma 
müddətinin 
mümkünlüyündən  asılı  olaraq  müəyyən  olunur. 
Aqrar  sahədə  iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi 
üçün  bazar  şəraitində  ayrılmış  investisiyaların 
iqtisadi  sahələrə  düzgün  yönəldilməsi  və  səmərəli 
istifadə  olunması  əsas  amillərdən  biri  kimi 
qiymətləndirilir. 
-
 
Məhsulun  ekoloji  cəhətdən  dünya  standart-
larına uyğun istehsalını təmin etmək üçün yeni 
texnoloji  prinsiplərə  əsaslanan  müəssisələrin 
yaradılması və istifadə olunması; 
-
 
Xammal  və  təbii  resursların  potensial  imkan-
larından maksimum istifadə olunması; 
-
 
İstehsal və sosial infrastruktur sahələrin inkişa-
fının nəzərə alınması; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə