Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

197 
 
karlıq  fəaliyyətinin  müasir  tələblərə  cavab  verən 
effektiv  forma  və  texnologiyalarının  inkişafı  olma-
dan  əhali  məşğulluğunun  tələb  olunan  səviyyəsinin 
təmini və onların minimum ehtiyaclarının ödənilməsi 
mümkün  deyildir.  İEÖ-lərin  həyata  keçirilən  isla-
hatlara  müdaxiləsi  xarici  monopolistlərin  fəaliyyəti 
üçün  əlverişli  investisiya  mühitinin  yaradılması,  ye-
nidənqurma  proseslərinin  aparılmasında  beynəlxalq 
təşkilatlar  və  İEÖ-lərin  maliyyə  yardımının  göstə-
rilməsi  məqsədilə  edilir  və  bununla  donor  -  qəbul 
edən münasibətləri tormozlanır və təqdim edilən yar-
dımlar ölkənin daxili iqtisadi siyasətindən asılı vəziy-
yətə düşür. 
 
 
3.3.
 
Ərzaq  resurslarının  iqtisadi  təhlükə-
sizliyi, ərzaq təminatı və milli təhlükə-
sizlik siyasəti. 
 
Bazar iqtisadiyyatı şəraitində əhalinin sağlam-
lığının  qorunması,  maddi  nemətlər  istehsalına  olan 
tələbatın  ödənilməsində  təbiətdən  istifadə  və  onun 
iqtisadi əsaslarının müəyyən olunması iqtisadi cəhət-
dən  xüsusi  əhəmiyyət  kəsb  edir.  Təbiətdə  mövcud 
olan  istehlak  xarakterli  resurslar  olduqca  zəngindir. 
Alimlərin  hesablamalarına  görə  dünya  okeanı  və 
dənizlərində,  həmçinin  yer  səthi  üzərində  olan  təbii 
sərvətlərdən  səmərəli  istifadə  olunarsa,  yer  kürəsi 
əhalisini  indikinə  nisbətən  iki-üç  dəfə  artsa  belə 


198 
 
ərzaq  məhsulları  ilə  təmin  etmək  mümkündür. 
Təbiətdə  maddi  xarakter  daşıyan  resurslar  cəmiyyət 
tərəfindən istifadəsinə görə bir-birindən fərqlənir. 
     1.İstehsal  dövriyyəsinə  cəlb  olunmadan  bir  başa 
əhalinin istehsalına yönəldilən təbii resurslar. 
   Bu  cür  resurslara  su,  hava,  günəş  enerjisi  əsasən 
daxil  edilir.  Qeyd  olunan  bu  resurslar  həyat  üçün  
bilavasitə 
lazım 
olan 
resurslardır.                                                                                     
2.Bunlara  meşədə  olan  yabanı  bitkilər  və  istehlak 
üçün  lazım  olan  ev  heyvanları
 
daxildir
.
.                    
3.Bu qrupa daxil olan resurslara isə insanın bilavasitə   
əməyi fəaliyyətində təbiətdən istifadə olunmaqla 
 əldə 
olunan 
məhsullar 
daxildir.                                                     
Bu  cür  təbii  resurslara  mədəni  bitkiçiliyin  və 
heyvandarlığın  inkişafı  nəticəsində  yaranan  məh-
sullar daxil edilir. 
        Hər 
iki 
sahənin 
inkişafı  zaman-zaman 
məhsuldar 
qüvvələrin 
inkişafı 
və 
istehsal 
vasitələrinin  təkmilləşdirilməsi  yolu  ilə  baş  verir. 
Torpaq-su  ehtiyatlarından  istifadə  çoxsahəli  kənd 
təsərrüfatı məhsulları istehsal etməklə təbiət- məhsul 
zəncirinin  tamamlanmasına  imkan  verir.  İstifadə 
olunan  təbii  resurslara  nisbətdə  "təbiətdən  kənar" 
təkrar  emal,  emal  və  infrasturktur  sahələrində  əmək 
istehsal vasitələri sərfi nisbətən elastik xarakter daşı-
yır.  Bu  sahələrin  inkişafı  təbii  resursların  xarak-
terindən,  istehsal  olunan  məhsullardan  məqsədyönlü 
şəkildə  istifadə  etməklə  təkrar  emal  nəticəsində  yol 
verilən itkilərin aradan qaldırılması ilə nəticələnir. 


199 
 
"Təbiət-cəmiyyət-istehsal"  davamlı  inkişafın 
stimulu  olub,  bütün  tarixi  dövrlərdə  infrastruktur 
sahələrin inkişaf istiqamətlərini müəyyənləşdirir. 
I.
 
Birbaşa təbiətdə istehlak olunan təbii resurslar: 

 
Meşələrdə olan yabanı meyvə-giləmeyvələr; 

 
Yabanı qida xarakterli tərəvəz məhsulları; 

 
Ovçuluqla əldə olunan heyvan və quş əti; 

 
Çaylardan və göllərdən tutulan balıq; 
II.
 
İnsanın təsərrüfat fəaliyyətində istifadə olunan 
məhsullar. 
-Torpağın  əkilməsi  və  suvarılması  nəticəsində 
istehsal olunan məhsullar

 
Dünya okeanlarından sənaye üsulu ilə bitki və 
heyvan növlərindən istehsal olunan məhsullar; 

 
Müxtəlif  bitkiçilik  növlərindən  sənaye  üsulu 
ilə alınan məhsullar; 

 
Meyvə  və  giləmeyvə,  üzüm  məhsullarından 
sənaye üsulu ilə istehsal olunan məhsullar; 

 
Texniki bitkiçilikdən  sənaye  üsulu  ilə  istehsal 
olunan məhsullar; 

 
Subtropik  bitkiçilikdən  sənaye  üsulu  ilə 
istehsal olunan sənaye məhsulları; 

 
Heyvandarlığın  inkişafından  sənaye  üsulu  ilə 
istehsal olunan ət, süd və digər məhsullar; 

 
Quşçuluğun  inkişafından  istehsal  olunan  quş 
əti, yumurta və s; 

 
Arıçılığın  inkişafından  istehsal  olunan  ərzaq 
yönümlü məhsullar. 


200 
 
İstifadə  olunan  təbii  resurslarla  müqayisədə 
təkrar  emal,  emal  və  infrastruktur  sahələrində  əmək 
və istehsal vasitələri sərfi yumşaq (elastik) xarakterə 
malikdir.  Bu  sahənin  inkişafı  hər  hansı  bir  təbii  re-
surs və ya onun əsasında yaradılan məhsullardan da-
ha dolğun istifadə olunmağa, onları kompleks şəkildə 
emal etməyə və son nəticədə məhsul istehsalında yol 
verilən itkiləri aradan qaldırmağa yönəldir. 
Yuxarıda qeyd olunan birinci qrup təbii sərvət-
lərin  istehsalçıları  sadə  alətlər  istehsal  olunan  dövrə 
təsadüf edir və ərzaq təhlükəsizliyini nəzərə almadan 
məhsullar  istehsalı  həyata  keçirilir.  Bu  dövr  ekoloji 
baxımdan təmiz məhsullar dövrü sayılır, yəni təbiət-
də çirklənmə prosesi getmədən maddi nemətlər isteh-
salı  həyata  keçirilir.  İnsanın  təsərrüfat  fəaliyyətində 
təbii  sərvətlərdən  istifadə  dövrü  məhsuldar  qüvvə-
lərin inkişaf etdiyi cəmiyyətləri əhatə edir. Yəni insa-
nın təbiətə təsir dairəsi daha da intensivləşir, cəmiy-
yətin  ərzaq  məhsullarına  dair  tələbatını  təmin  etmək 
məqsədi  ilə  məhsullar  bolluğu  yaranan  dövr  kimi 
qiymətləndirilir.  Bu  növ  məhsuldar  qüvvələrin  inki-
şafı və istehsal vasitələrinin təkmilləşdirilməsi təbiət-
dən istifadə də ziddiyyətləri daha  da  kəskinləşdirir. 
Lakin    ayrı-ayrı  ölkələrdə  təbiətdən  istifadə 
sahəsində  müəyyən  resursların  istifadəsinə  qoyulan 
məhdudiyyətlər  təbiətin  qorunması  və  yaxud  müəy-
yən  qrup  resursların  gələcək  nəsillərə  qorunub  sax-
lanılmasına  və  təbiətdən  nizamlı  istifadə  olunması 
məqsədini daşıyır. Bazar iqtisadiyyatı şəraitində təbii 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə