Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

193 
 
Texnoloji  innovasiyaların  və  məhsuldarlığın 
templərinin azalması, torpağın eroziyası, ətraf mühi-
tin  deqradasiyası,  sahələrin  çirklənməsi  və  s. 
üzündən  modelin  müəllifləri  fərz  edilən  tenden-
siyanın  dəyişməyəcəyi  fikrini  irəli  sürürlər.  Bu 
neomaltus  modelinin  müəlliflərinin  gəldikləri  əsas 
nəticə belədir:  dünya  istehsalı  artan  əhalinin  tələbat-
larını  ödəyə  bilmir.  Hökumət  ailələrin  planlaşdırıl-
ması  və  doğum  üzərində  nəzarətə  böyük  əhəmiyyət 
verməlidir,  ərzaq  təhlükəsizliyinin  təmini  problemi 
isə  hökumət  üçün  hərbi  təhlükələrə  nisbətən  daha 
prioritet olacaqdır. FAO-nun modeli (1995) əsasında 
belə  bir  hipoteza  dayanır  ki,  1995-2013-cü  illərdə 
dünya  ərzaq  məhsulları  istehsalının  orta  illik  artım 
tempi 1,8 % təşkil edəcək ki, bu da artım templərinin 
azalmasında uzunmüddətli tendensiyaya zəmin yara-
dacaqdır.  Müxtəlif  modellərdə  ödəmə  qabiliyyətli 
tələbin  təmin  edilməsi  üçün  zəruri  olan  buğda  təkli-
finin  qlobal  defısitini  160  mln.  tondan  700  mln. 
tonadək  qiymətləndirirlər. 1990-2010-cu illərdə  əha-
linin 809 mln.-dan 730 mln.-dək azalması zəminində 
yoxsulluğun və aclığın Asiya ölkələrindən Afrikanın 
Saxaradan  cənub  ölkələrinə  doğru  istiqamətlənməsi 
prosesi  baş  verəcəkdir.Yüksək,  yaxud  aşağı 
potensiallı    ölkələrdə    kənd  təsərrüfatı,  meşəçilik, 
balıqçılıq,  ərzaq  məhsulları  istehsalının  inkişaf 
təcrübəsi  və  dayanıqlı  siyasətin  izlənməsi,  başqa 
sözlə, 
hər 
bir 
ölkənin 
milli 
aqroiqtisadi 
potensialından  və  resurslarından  maksimal  istifadə 


194 
 
olunması  və  onların mobilləşdirilməsi,  hansı  ki,  son 
nəticədə  ümumi  dünya  ərzaq  resurslarının  yaxşı-
laşmasına gətirib çıxarır. Elə bir şəraitin yaradılması 
nəzərdə  tutulmalıdır  ki,  ərzaq,  kənd  təsərrüfatı  və 
ümumticarət 
siyasəti 
bütün 
yollarla 
ərzaq 
təhlükəsizliyinin yaradılmasına səbəb olsun. 
1)
 
müxtəlif  gəlir  səviyyəli  əhali  qrupları  üzrə 
onların  differensiyasiyasını  nəzərə  almaqla 
əsas  qida  məhsulları  istehlakının  dinamika  və 
səviyyəsi; 
2)
 
ölkənin  ərzaq  məhsulları  ilə  özünütəminetmə 
səviyyəsi. 
3)
 
İqdisadi  fəallığın,  istehsalın,  investisiya  
həcminin  azalması  səviyyəsinin  yol  verilən 
həddi.  Bu  səviyyədən  aşağı  olan  hallarda 
aşağıdakılar qeyri-mümkün olur: 

 
müstəqil iqtisadi inkişaf; 

 
ictimai  dayağın  demokratik  əsaslarının  saxla-
nılması; 

 
elmi-texniki,  innovasiya  və  ixtisaslı-təhsil 
potensialının qorunması; 
4)
 
əhalinin  böyük  kütləsinin  həyat  keyfiyyəti 
səviyyəsinin  azalmasının  yol  verilən  həddi, 
hansı  ki, bu  hədd  sərhədlərindən  kənar  hallar-
da  tənzimlənə  bilməyən  sosial  konfliktlərin 
yaranması təhlükəsi meydana çıxır; 
5)
 
təbii  potensialın  yenidən  bərpası  və  qorunub 
saxlanması  üzrə  xərclərin  azalması  səviyyə-
sinin  yol  verilən  həddi.  Hansı  ki,  bu  hədd 


195 
 
sərhədlərindən  kənar  hallarda  ətraf  mühitin 
məhvi,  iqtisadiyyatın  vacib  sahələrində  isteh-
sal  proseslərinin  bərpası  üçün  zəruri  resurs 
mənbələrinin itkisi baş verə bilər. 
Sözsüz ki, bu amillərin məzmunu makrosəviy-
yədə  çıxış  edir  və odur  ki,  ərzaq  təminatı  sisteminin 
inkişafı üçün bazis rolunu oynayır. 
Hər  bir  ölkənin  özünəməxsus  milli,  demo-
qrafik  və  təbii-iqtisadi  xüsusiyyətləri  mövcuddur  ki, 
onlar  ölkənin  ərzaq  təhlükəsizliyi  siyasəti  sahəsində 
qəbul edilən qərarlara öz təsirini göstərir. Burada bir 
sıra  faktorların  (hansı  ki,  müxtəlif  ölkələr  üçün  öz 
normativ  səviyyəsi  olacaq)  -  son  nəticədə  sosial 
xarakterli  təhlükələri  müəyyən  edən  faktorların  son 
həddini nəzərə almaq lazım gəlir. 
Dünyada  ərzaq  təhlükəsizliyinin  təmin  edil-
məsinin  bir  neçə  strategiyası  formalaşmışdır:  idxal-
yönümlü,  ixracyönümlü  və  təbii-iqlim,  sosial-iqti-
sadi, 
resurs 
şəraitindəki 
fərqlərlə 
şərtlənən 
özünütəminetməyə əsaslanan strategiya.  
İdxal  yönümlü  strategiyada  (Yaponiya)  ərzaq 
təhlükəsizliyinin dayanıqlığının təmin edilməsi ərzaq 
məhsullarının  daxil  olma  mənbələrinin  differensiya-
siyası  köməyilə  mümkündür.  İxracyönümlü  strate-
giya (ABŞ, Avropa İttifaqı ölkələri) kənd təsərrüfatı 
istehsalçılarının  gəlirlərinin  sabit  saxlanılması  məq-
sədilə,  idxalatçı  ölkələrin  hesabına  ərzaq  məhsulla-
rının  satışının  genişləndirilməsinə  doğru  istiqamət-
lənmişdir.  Ölkənin  ərzaqla  özünütəminetmə      strate-


196 
 
giyası      qloballaşma      proseslərinin      güclənməsi  və 
beynəlxalq  ticarətin  rolunun  artması  şəraitində  xalis 
şəkildə çox az müddətə mövcud ola bilər, bu strate-
giyanın  birinci  və  ikinci  strategiyalara  keçməsi 
mümkündür. 
İEOÖ-lər  üçün  adambaşına  ərzaq  məhsulları 
istehsalının  aşağı  səviyyəsi  və  kənd  təsərrüfatından 
asılılığının yüksək səviyyəsi xarakterikdir. İEÖ-lərin 
dövlət  proqramlarının  köməyilə  daxili  istehsal  və 
istehlak  bazarını  dünya  bazarının  təsirindən  təcrid 
etmə  siyasəti  ərzaq  məhsullarının  dünya  qiymətlə-
rinin aşağı düşməsinə və bazarın qeyri-dayanıqlığına 
səbəb  olmuşdur.  Bu  da  öz  növbəsində  İEOÖ-lərə 
güclü təsir göstərir. 
Ərzaq  məhsullarının  çatışmazlığının  yüksək 
səviyyəsi  şəraitində,  idxalın  həcmində  illik  dəyişik-
liklərin  cüzi  miqdarı  belə,  idxalının  əsasını  (40%) 
taxıl  təşkil  edən  ölkələrin  ərzaq  təhlükəsizliyinin 
vəziyyəti  üçün  böyük  nəticələrə  gətirib  çıxara  bilər. 
Baxmayaraq ki, 1990-cı illərin ortalarında ərzaq yar-
dımının  ümumi  idxalda  xüsusi  çəkisi  1/10-ə  qədər 
azalmışdır,  o,  hələ  də  taxıl  idxalının  əsas  mənbəyi 
hesab  olunur.  1980-1995-ci  illərdə  daha  zəif  inkişaf 
etmiş  ölkələrin  ümumi  idxalı  təqribən  50%  (3.9 
mlrd.-dan  6.0  mlrd.-a  qədər),  xalis  idxalçı  ölkələrdə 
isə 40% (8.5 mlrd.-dan 12.0 mlrd.-a qədər) artmışdır. 
Üçüncü  dünya  ölkələrində  ac  əhalinin  sayının 
azaldılması  məqsədilə  bazar  mexanizminin  tətbiqilə 
sabit  islahatlar  həyata  keçirilmişdir.  Belə  ki,  sahib-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə