Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   67

177 
 
olunması  heyvandarlığın  inkişafına  təsir  göstərən 
iqtisadi amillərdən hesab edilir. 
Bazar  iqtisadiyyatı  şəraitində  əhalinin  maddi 
nemətlərə olan təlabatının ödənilməsində aqrar səna-
ye məhsulları əsas yer tutur. Aqrar sənaye məhsulları 
kənd  təsərrüfatı  məhsullarının  sənaye  üsulu  ilə  emal 
olunması nəticəsində meydana gəlir. Kənd təsərrüfatı 
məhsulları  çoxsahəli  olduğundan  aqrar  emal  sənaye 
məhsulları  çox  çeşidliyinə  görə  digər  sənaye  məh-
sullarından fərqlənir və aqrar sənaye komplekslərinin 
(ASK)  əmələ  gəlməsində  əsas  rol  oynayır.  Müasir 
dünyada  hesablamalara  görə  iqtisadi  cəhətdən  fəal 
əhalinin 48%-ə qədəri və yaxud 1,4 mlrd. nəfər əhali 
aqrar istehsal sahəsində çalışır. Aqrar sənaye sahələri 
hələ  XX  əsrin  50-60-cı  illərində  dünyanın  inkişaf 
etmiş ölkələrində inkişaf edərək, sonrakı illərdə dün-
yanın inkişaf etməkdə olan ölkələrində kənd təsərrü-
fatının  bazası  əsasında  formalaşmışdır.  Bazar iqtisa-
diyyatı şəraitində sahibkarlığın inkişafı aqrar sahəyə 
maraqların  artması  aqrar  sənaye  sahələrinin  intensiv 
inkişafına təkan vermişdir. Aqrar sənaye sahələri bir-
biri  ilə  bağlı  olan  məsələləri:  maddi  texniki  bazanın 
təkmilləşdirilməsi, ərzaq problemi, iqtisadi səmərəli-
liyin yüksəldilməsi, elmi texniki tərəqqinin nailiyyət-
lərindən istifadə olunması, kənd təsərrüfatı məhsulla-
rının  vaxtlı-vaxtında  itkiyə  yol  verilmədən  emal 
sənaye  müəssisələrinə  daşınması,  istehsalını,  satışını 
və  emal  proseslərini  məqsədyönlü  inkişaf  etdirmək-
dən  ibarətdir.  Kənd  təsərrüfatı  məhsulları  xammal 


178 
 
şəklində  emal  müəssisələrinə  daxil  olduqdan  sonra 
istehsal prosesində çeşidlərinə görə məhsulun ümumi 
həcmi  artmaqla  kəmiyyət  və  keyifyyət  dəyişiklikləri 
baş verir. Aqrar sənaye sahələrinin inkişaf istiqamət-
ləri  kənd  təsərrüfatının  ixtisaslaşmasından  və  yaxud 
tiplərindən asılı olaraq folmalışır. 
Aqrar  emal  sənaye  məhsulları  dünya  ölkələ-
rinin daxili bazarını təmin etdikdən sonra xarici baza-
rın  istehlakçılarını  təmin  etmək  məqsədilə  ixrac-
yönümlü  xarakter  daşıyır.  Ümumiyyətlə,  aqrar  emal 
məhsullarının  idxal  və  ixrac  yönümünün  təşkili  hər 
bir  ölkənin  aqrar  iqtisadi  strategiyasının  mexanizm-
lərindən  biri  sayılır.  Dünya  ölkələri  artıq  bazar 
iqtisadiyyatı şəraitində aqrar sahənin məhsullarından 
səmərəli  istifadə  etmək  üçün  müştərək  müəssisələr 
yaradır, qarşılıqlı aqrar sənaye məhsulları istehsalını 
həyata  keçirirlər.  Müasir  şəraitdə  bütün  dünyada 
olduğu  kimi  Azərbaycanda  bir  sıra  kənd  təsərrüfatı 
məhsulları  istehsalı:  çay,  meyvə,  pambıq,  taxıl,  ət, 
süd  potensialının  artırılması  üçün  xarici  şirkətlərin 
imkanlarından istifadə etməklə dünya aqrar bazarının 
tələblərinə  uyğun  məhsullar  istehsal  etmək  imkanla-
rına malikdir. Aqrar sənaye sahələrinin inkişafı kənd 
təsərrüfatının ixtisaslaşmış sahələri ilə uyğun gəlir və 
aqrar  sənaye  sahələrinin  tiplərini  yaradır.  Həmin 
tiplər aşağıda qeyd olunan şəkildə formalaşır: 
-
 
taxılçılıq  məhsulları  əsasında  inkişaf  edən 
aqrar  sənaye  sahələri  (əsasən  un,  makaron, 
şirniyyat məhsulları) daxildir; 


179 
 
-
 
texniki  bitkiçilik  əsasında  inkişaf  edən  aqrar 
sənaye  sahələri;  (pambıq  lifi,  yağı,  pambıq 
parçalar,  şəkər  tozu,  tütün  və  s.)  emalı  daxil 
edilir; 
-
 
bostan-tərəfəz  məhsullarına  əsaslanan  aqrar 
emal  sənaye  məhsulları  (konservləşdirilmiş 
pomidor,  xiyar,  sarımsaq,  tərəvəz  məhsulları 
və s.); 
-
 
Subtropik bitkiçilik məhsulları əsasında inkişaf 
edən  aqrar  emal  sənaye  sahələri  (çay,  limon, 
portağal şirələri və s.); 
-
 
Meyvə və giləmeyvə məhsulları əsasında inki-
şaf edən aqrar sənaye məhsulları (meyvə şirə-
ləri, cemlər, müxtəlif növ mürəbbələr və s.); 
-
 
Üzümçülüyə  əsaslanan  aqrar  sənaye  sahələri 
(müxtəlif növ şərablar, spirtli içkilər, alkoqol-
suz içkilər, kişmiş və s.); 
-
 
Heyvandarlığın  bazası  əsasında  inkişaf  edən 
aqrar sənaye sahələri (ət  məhsulları, süd məh-
sulları, yun parça və s.) 
Yuxarıda qeyd olunan sahələrin inkişafı dünya 
əhalisinin  müxtəlif  qida  məhsullarına olan  tələbatını 
təmin  etməklə  ərzaq  təhlükəsizliyi  üçün  maddi  baza 
sayılır. 
Aqrar  emal  sənaye  sahələrinin  məhsulları  son 
mərhələdə  istehlakçıların  tələbatını  təmin  etmək 
məqsədilə  idxal  və  ixrac  yönümlü  xarakter  alır.  Bu 
mərhələdə  hazır  məhsullar  nəqliyyat  prosesindən 
keçməklə bazarlara yönəldilir. 


180 
 
Aparılan  təhlildən  belə  nəticəyə  gəlmək  olur 
ki, kənd təsərrüfatının inkişafında hər hansı regionun 
və  yaxud  ölkənin  iqtisadi  şəraiti  təbii  komponentlər 
təsiredici amillər kimi qiymətləndirilir. 
Kənd  təsərrüfatının  sahələri  ərazi  daxilində 
ixtisaslaşmanın  və  kənd  təsərrüfatının  tiplərindən 
asılı olaraq inkişaf edir, formalaşır. 
Aqrar  sahənin  inkişaf  istiqamətləri  aqrar  emal 
sənaye sahələrini yaradır və əhalinin aqrar emal məh-
sullarına  olan  tələbatının  ödənilməsində  xüsusi 
əhəmiyyət kəsb edir. 
 
3.2.
 
Ərzaq təminatının təhlükəsizliyi. 
Cəmiyyət  üzvlərinin  qida  məhsullarına  olan 
tələbatının ödənilməsi bütün dövrlərdə aktuallıq kəsb 
etmiş, bu sahədə zaman-zaman qabarmalar və çəkil-
mələrlə  müşayiət  olunmuşdur.  Ərzaq  məhsullarına 
olan  tələbatın  ödənilməsində  yaranan  problemlər 
iqtisadi  inkişafin  spesfık  xüsusiyyətləri  ilə  bilavasitə 
bağlı  olmuşdur.  Ümumiyyətlə,  bu  problemin  həlli 
dövlətin  aqrar  siyasətindən,  kəndliyə  qayğının  hansı 
səviyyədə  göstərilməsindən  əhəmiyyətli  dərəcədə 
asılı olmuşdur. Ərzaq problemi obyektiv olaraq bey-
nəlxalq  bazar  konyukturunda  baş  verən  dəyişiklik-
lərdən  asılıdır. Belə ki, inkişaf  etmiş  ölkələrdə  məh-
sul  artıqlığı və  ya  azlığı böhran  yaranmasına gətirib 
çıxarmışdır.  Ərzaq  məhsullarına  olan  tələbatın  ödə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə