Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   67

160 
 
yarpaq  qovaq,  qaratikan,  böyürtkən,  yulğun  və  s. 
ibarətdir. 
  
Ərazinin  təbii  landşaft  sahələri  müxtəlif  olub, 
heyvanların  məskunlaşması  üçün  əlverişli  mövqeyə 
malikdir. Burada məməlilərdən çöl donuzu, canavar, 
dovşan,  meşə  pişiyi,  çaqqal,  tülkü,  turac,  qırqovul, 
kəklik,  və müxtəlif su quşları vardır. 
  
Bərdə  Dövlət  Təbiət  Yasaqlığı  –  1966-cı  ilin 
mayında  Bərdə  və  Ağdam  rayonlarının  ərazisində 
yaradılmışdır. Yaradılmasının əsas məqsədi Kürətrafı 
tuqay  meşələrini  və  onların  faunasını  qoruyub  zən-
ginləşdirməkdir.  Yasaqlığın  ümumi  sahəsi  7500 
hektardır.  
Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan 
kompleksdən,  qovaq,  söyüd,  tut  və  s.  ibarət  cavan 
meşəlikdən,  yulğunun  üstünlük  təşkil  etdiyi  kolluq-
lardan,  palıdın  üstünlük  təşkil  etdiyi  meşəlikdən 
ibarətdir. 
Yasaqlıqda  məməlilərdən  çöl  donuzu,  çaqqal, 
tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, 
dovşan  və  s.,  quşlardan  qırqovul,  turac,  fitçi  cürə, 
qırmızıbaş  ördək,  meşə  cüllütü,  alabaxta,  kiçik  və 
böyük qarabattaq və s. məskunlaşmışdır. 
  
Korçay Dövlət Təbiət Yasaqlığı – 1961-ci ilin 
noyabrında  Xanlar  və  Goranboy  rayonlarının  ərazi-
sində  yaradılmışdır.  Yaradılmasının  əsas  məqsədi 
ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaq-
dır. Yasaqlığın ümumi sahəsi 15.000 hektardır. 


161 
 
Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı 
bitki qruplarından, çay yataqlarının bitki kompleksin-
dən  ibarətdir.  Ərazidə  efemerlər  də  yaxşı  inkişaf 
edir. Burada  məməlilərdən  ceyran,  dovşan,  tülkü, 
çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır. 
  
Bəndovan  Dövlət  Təbiət  Yasaqlığı  –  1961-ci 
ilin  noyabrında  Salyan  və  Qaradağ  rayonlarının  əra-
zisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas 
məqsəd bu ərazidəki ceyranları və digər  məməli hey-
vanları, köçəri və oturaq su və quru quşlarını qoyuyub 
artırmaqdır. Hal-hazırda ərazisi 4930 hektardır. 
Yasaqlığın ərazisi heyvanlar aləminə görə xey-
li  zəngindir.  Burada  məməlilərdən  ceyran,  dovşan, 
tülkü, çaqqal, canavar, porsuq yaşayır. Xəzər dənizi-
nin  sahil  sularında  suiti,  çoxlu  müxtəlif  balıqlar 
yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dal-
ğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək, turac, 
bildirçin və s. yayılmışdır. 
Gil  adası  Dövlət  Təbiət  Yasaqlığı    1964-cü 
ilin fevralında yaradılmışdır. Bakı şəhərinin Qaradağ 
rayonunun ərazisində yerləşir. Yasaqlığın sahəsi 400 
hektardır.  Burada   əsasən  adadakı  və  onun  ətrafın-
dakı  quşlar,  xüsusilə  gümüşü  qağayılar  qorunur  . 
Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır. 
Kiçik  Qızılağac  Dövlət  Təbiət  Yasaqlığı   
1978-ci  ilin  fevralında  Lənkəran  rayonu  ərazisində 
Kiçik  Qızılağac  körfəzinin  orta  və  cənub  hissəsində 
yaradılmışdır.  


162 
 
Yasaqlığın yaradılmasında məqsəd buradakı su, 
bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını 
qorumaqdır. Ərazisi 10 700 hektardır. Kiçik Qızılağac 
körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və 
oturaq  quşların  məskənidir.  Yasaqlıqda  quşlardan 
turac,  dovdaq,  mərmər  cürə,  dəniz  qartalı,  məzar 
qartalı, sultan toyuğu,  ərsindimdik, qırmızıdöş qaz və 
s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, 
porsuq və s. növlərə təsadüf edilir. 
  
Daşaltı  Dövlət  Təbiət  Yasaqlığı  –  24  noyabr 
1981-ci  ildə  Şuşa  şəhərinin  ətrafında  yaradılmışdır. 
Sahəsi  450  hektardır.   Şuşa  şəhəri  və  Şuşa  rayonu 
Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbi-
ətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların 
qorunmasının,  etalon  ərazi  kimi  saxlanılmasının 
təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. 
Yasaqlığın  ərazisi  zəngin  meşə,  kol  və  ot 
bitkilərinin  təbii  muzeyidir.  Burada  palıd,  vələs,  ağ-
caqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, 
alma,  armud,  alça  və  s.  ağac  və  kol  bitkiləri  normal 
inkişaf edir. Ərazi dərman, endemik   və nadir bitki-
lərlə  zəngindir.   Burada  cüyür,  çöl  donuzu,  dələ, 
dovşan,  canavar,  çaqqal,  və  onlarla  quş  növü  məs-
kunlaşmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və 
onun fəaliyyəti tamamilə dayandırılmışdır. 
  
Qəbələ Dövlət Təbiət Yasaqlığı – 1993-cü ildə 
Qəbələ  rayonunun  ərazisində  təşkil  edilmişdir.  Əra-
zisi  39 700  hektardır.  Yaradılmasının  əsas  məqsədi 


163 
 
Böyük  Qafqaz  dağlarının  cənub  yamaclarının  land-
şaftını qorumaqdır.  
  
Arazboyu  Dövlət  Təbiət  Yasaqlığı  –  1993-cü 
ildə tuqay meşələrinin qorunması və bərpası məqsə-
dilə  yaradılmışdır.  Sahəsi  2200  hektardır. Hal-hazır-
da yasaqlıq işğal altındadır və onun fəaliyyəti tama-
milə dayandırılmışdır. 
Qax Dövlət Təbiət Yasaqlığı – 16 iyun 2003-cü 
il  tarixində  yaradılmışdır.  Yasaqlığın  yaradılmasının 
başlıca  məqsədi  İlisu  Dövlət  Təbiət  Qoruğu  ilə 
həmsərhəd yay otlaqlarında və Acınohur düzündə fau-
nanın  qorunması  və  nəsli  kəsilməkdə  olan  heyvan 
növlərinin bərpa edilməsidir. Ərazisi 36 836 hektardır. 
  
Ordubad  Dövlət  Təbiət  Yasaqlığı  –  1969-cu 
ilin  iyulunda  Naxçıvan  Muxtar  Respublikasının  Or-
dubad  rayonu  ərazisində  yaradılmışdır.  Azərbaycan 
Respublikası Prezidentinin 2003-cü il 16  iyun tarixli 
Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 
12131 hektar sahəsi Milli Park elan edilmişdir. Milli 
Parka akademik Həsən Əliyevin adı verilmişdir. Hal-
hazırda  yasaqlığın  ərazisi  27869  hektardır.  Yasaqlı-
ğın  yaradılmasında  məqsəd  ərazidəki  nadir  və  qiy-
mətli heyvanları qoruyub artırmaqdır. Ərazidə bezoar 
keçisi, köpgər, daş dələsi, canavar, çaqqal, tülkü və s. 
məməli  heyvan  novlərinə,  turac,  qırqovul,  kəklik, 
bildirçin, alabaxta və s. quş növlərinə rast gəlinir.  
  
Arazboyu  Dövlət  Təbiət  Yasaqlığı  –  2005-ci 
ilin  əvvəllərində  Naxçıvan  Muxtar  Respublikasının 
9118 hektar ərazisində yaradılmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə