Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

151 
 
 
                                                                       
              Cədvəl 11    Dövlət təbiət yasaqlıqları. 


152 
 
 
Azərbaycanda 13 qoruq, 8 milli park və 13 ya-
saqlıq vardır. Onlar Azərbaycanın 5,3%-ni tutur.  
 Qoruqlarda antropogen fəaliyyətə icazə veril-
mir,  ərazidə  olan  bütün  təbii  landşaftlar  qorunur  və 
elmi təcrübə mərkəzi kimi istifadə edilir. 
 Milli  parklarda insanların  istirahət  etməsinə 
icazə verilir. 
 Yasaqlıqda isə təbiətin bir və ya bir neçə kom-
ponenti  mühafizə  edilir  və  çoxaldılır.  Yasaqlıqlarda 
bir sıra təsərrüfat işləri aparmaq olar. 
Sahəsinə görə Qızılağac (88 min ha), Zaqatala 
(25 min ha), Şirvan (17 min ha), Türyançay (12 min 
ha). 
Yaranma  tarixinə  görə  Göygöl  (1925),  Zaqa-
tala və Qızılağac (1929), Hirkan (1936). 
 
 


153 
 
Şəkil 8. Azərbaycanda milli parklar,  
qoruq və yasaqlıqlar. 
Milli  Parklar –  Xüsusi  ekoloji,  tarixi,  estetik 
və  digər  əhəmiyyət  daşıyan  təbiət  komplekslərinin 
yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mə-
dəni və digər məqsədlər üçün istifadə olunan təbiəti 
mühafizə  və  elmi  tədqiqat  idarələri  statusuna  malik 
olan ərazilərdir. 
Qeyd  edək  ki,  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi  yaradıldıqdan  əvvəl  Azərbaycan  Respub-
likasında  Milli  parklar  mövcud  deyildi.  2003-cü  il-
dən  başlayaraq  Ekologiya  və  Təbii  Sərvətlər  Nazir-
liyi tərəfindən Akademik Həsən Əliyev adına Ordu-
bad,  Şirvan,  Ağ  göl,  2004-cü  ildə  Hirkan,  Altıağac, 
2005-ci  ildə   Abşeron,  2006-cı  ildə  Şahdağ,  2008-ci 
ildə isə Göygöl Milli Parkları yaradılmışdır. 2008-ci 
ildə  Hirkan  Milli  Parkının  ərazisi  genişləndirilərək 
40358  hektara  çatdırılmışdır.  2009-cü  il  25  noyabr 
tarixində Azərbaycan Respublikası Prezidentinin Sə-
rəncami  ilə  Ordubad  Milli  Park  ərazisi  Şahbuz 
Dövlət  Təbiət  Qoruğu,  Şahbuz,  Culfa,  Ordubad  ra-
yonlarının  torpagları  hesabına  genişləndirilərək  sa-
həsi 42797,4 ha çatdırılmışdır. Eyni sərəncamla Milli 
Parkın  adı  dəyişdirilərək  Akademik  Həsən  Əliyev 
adına  Zəngəzur  Milli  Parkı  adlandırılmışdır.  Azər-
baycan  Respublikasının  Nazirlər  Kabinetinin  2010-
cu il 8 iyul tarixli Sərəncamı ilə Şahdağ Milli Parkı-
nın  ərazisi  14613,1  hektar  genişləndirilərək, 


154 
 
130508,1  hektara  çatdırılmışdır.  Hazırda   milli 
parklar ölkə ərazisinin 3,6 %-ni təşkil edir. 
Bununla  yanaşı,  yeni  milli  parkların,  dövlət 
təbiət  qoruqlarının  yaradılması  istiqamətində  müva-
fiq  işlər  davam  etdirilərək,  Qızılağac  dövlət  təbiət 
qoruğunun  ərazisinin  genişləndirilərək  dənizkənarı 
milli parkının yaradılması nəzərdə tutulmuşdur. Eyni 
zamanda  Almaniya  Federal  Hökümətinin  dəstəyi  ilə 
―Qafqaz  təşəbbüsü‖  proqramı  çərçivəsində  ―Samur-
Yalama‖  Milli  Parkının  layihəsi  işlənilmiş  və 
icrasına başlanılmışdır. 
Qoruqlar  –  Azərbaycanda  ilk  qoruq  olan 
Göygöl  Dövlət  Təbiət  Qoruğu  1925-ci  ildə 
yaradılmışdır.  1929-cu  ildə  Qızılağac  və  Zaqatala 
qoruqları  və  1936-cı  ildə  Hirkan  qoruğu  təsis 
edilmişdir.  Beləliklə,  1958-ci  ilə  qədər  4  qoruq 
fəaliyyət  göstərmişdir.  1958-ci  ildən  başlayaraq, 
1990-cı  ilə  kimi  qoruqların  yaradılması  prosesi 
davam etdirilmişdir və bir neçə ildən bir yeni qoruq 
təşkil edilmişdir. 1990-cı ildə Altıağac Dövlət Təbiət 
Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar 
Respublikasında  Şahbuz,  2004-cü  ildə  isə  Eldar 
şamı,  2007-ci   ildə  Bakı  və  Abşeron  yarımadasının 
Palçıq  Vulkanları  Qrupu,  2008-ci  ildə  icə  Korçay 
Dövlət  Təbiət  Qoruğunun  əsası  qoyulmuşdur.  Eyni 
zamanda  2003-cü  ildə  Türyançay,  Pirqulu,İlisu, 
Qarayazı,İsmayıllı,  2008-ci  ildə  isə  Zaqatala  Dövlət 
Təbiət  Qoruqlarının  əraziləri  2-3  dəfədən  çox 
genişləndirilmişdir. 


155 
 
Dövlət Təbiət Yasaqlıqları – torpaq mülkiyyət-
çidənistifadəçidən  və  icarəçilərdən  alınmadan 
qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  onların 
torpaq sahələrində təşkil edilir.  Burada təbiət komp-
lekslərinin qorunması və bərpası Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Dövlət 
təbiət  yasaqlıqları  təbiət  komplekslərinin  və  onların 
komponentlərinin  qorunması  və  ya  bərpası,  habelə 
ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət 
daşıyan ərazilərdir.  
Azərbaycanda  ilk  yasaqlıq  1961-ci  ildə  yara-
dılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması 
prosesi  davam  etdirilmişdir.  2003-cü  ildə  yenidən 
yasaqlıqların  yaradılmasına  başlanılmış  və  həmin 
ildə Qax, 2005-ci ildə isə Arazboyu və Hirkan, 2008-
ci ildə Zaqatala, 2009-cu ildə isə, Arpaçay və Rvarud 
Dövlət Təbiət Yasaqlıqları yaradılmışdır. 
Qarayazı-Ağstafa  Dövlət  Təbiət  Yasaqlığı  – 
1964-cü  ilin  fevralında  indiki  Ağstafa  rayonunun 
Qarayazı  meşələri  sahəsində  yaradılmışdır.  Ərazisi 
11970 hektardır.  
Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay, 
palıd, cavan qarışıq meşə və kolluqlardan, kollu və ot 
bitkisi  olan  açıqlıqlardan,  otlaqlardan,  əkindən,  qa-
mışlı  cəngəlliklərdən,  çınqıllıqlardan,  su  sahəsindən 
ibarətdir. 
Yasaqlığın  ərazisi  insanın  təsərrüfat  fəaliyyə-
tinin intensiv təsirinə məruz qalsa da, heyvan və quş-
larla  zəngindir.  Burada  maral,  çöl  donuzu,  qunduz, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə