Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Hirkan Dövlət  Təbiət  Yasaqlığı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

164 
 
Hirkan Dövlət  Təbiət  Yasaqlığı  – 2005-ci  ilin 
dekabr ayında Lənkəran və Astara rayonlarının inzi-
bati  ərazilərində  yerləşən  meşə  fondundan  2252 
hektar  torpaq  sahəsində  Hirkan  Dövlət  Təbiət 
Yasaqlığı  yaradılmışdır.  Yaradılmasında  əsas  məq-
səd  Hirkan  Milli  Parkı  ilə  həmsərhəd  meşələrin 
mühafizəsi,  Azərbaycan  Respublikasının  ―Qırmızı 
Kitab‖ına  daxil  edilmiş  nadir  və  nəsli  kəsilmək 
təhlükəsi  altında  olan  heyvan  növlərinin  miqrasiya 
yollarının,  həmin  ərazidə  ekosistemin  bütövlüyünün 
və bioloji müxtəlifliyin qorunub saxlanmasıdır. 
  
Zaqatala  Dövlət  Təbiət  Yasaqlığı  –  2008-ci 
ilin noyabr ayında Zaqatala və Balakən rayonlarının 
inzibati  ərazilərində  yerləşən  yay  otlaqları,  Balakən 
meşə  mühafizəsi  və  bərpası  müəssisəsinin  meşə 
fondu torpaqları hesabına 6557 hektar ərazidə Zaqa-
tala  Dövlət  Təbiət  Yasaqlığı  yaradılmışdır.  Yaradıl-
masında əsas məqsəd Zaqatala Dövlət Təbiət Qorugu 
ilə  həmsərhəd   yerləşən  sahələrə  vahid  ekosistemin 
əhatə  edilməsi,  bioloji  müxtəlifliyin  qorunub  saxla-
nılması, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında 
olan  heyvan  növlərinin  miqrasiya  yollarının  qorun-
masıdır. 
Arpaçay  Dövlət  Təbiət  Yasaqlığı  –  Arpaçay 
Dövlət Təbiət Yasaqlığı Naxçıvan Muxtar Respubli-
kasının  Nazirlər  Kabinetinin  26  iyun  2009-cu  il 
tarixli  Sərəncamı  ilə  Şərur  rayonunun  68911  ha 
ərazisində yaradılmışdır. 


165 
 
Rvarud  Dövlət  Təbiət  Yasaqlığı  –  Rvarud 
Dövlət  Təbiət  Yasaqlığı  Azərbaycan  Respublikası 
Nazirlər  Kabinetinin  02  oktyabr  2009-cu  il  tarixli 
Sərəncamı  ilə  Lerik  rayonununda  yaradılmışdır. 
Ərazisi 510 hektardır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


166 
 
FƏSİL III 
KƏND TƏSƏRRÜFATININ RESURS 
TƏMİNATI VƏ ƏRZAQ TƏHLÜKƏSİZLİYİ 
3.1.
 
 Kənd təsərrüfatının resurs təminatı  
 
 
Əhalinin zəruri istehlak məhsullarına olan tələ-
batının ödənilməsində kənd təsərrüfatı iqtisadi cəhət-
dən mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının 
inkişafı  yer  kürəsində  ərazinin  təbii  iqtisadi 
şəraitindən asılı olaraq inkişaf edir, formalaşır. 
Kənd  təsərrüfatının  inkişafında  bütün  təbii 
amillər: su, iqlim, torpaq, temperatur iştirak edir. Yer 
kürəsində  qeyd  olunan  faktorlar  eyni  olmadığından 
kənd  təsərrüfatının  inkişaf  istiqamətləri  bir-birindən 
fərqlənən  xüsusiyyətlərə  malikdir.  Kənd  təsərrüfa-
tının  əsas  xammal  bazası  sayılan  torpaq  atmosferlə 
yer  qabığının  qarşılıqlı  əlaqəsi  nəticəsində  əmələ 
qəlir.  Lakin  yer  kürəsində  torpaq  əmələ  gəlmə  pro-
sesi  eyni  olmadığından  kənd  təsərrüfatında  məh-
suldarlıq  da  eyni  iqtisadi  göstəricilərə  malik  olmur. 
Adətən  dünya  ərazisində  düzənlik  sahələr  əkinçilik, 
dağlıq  sahələr  isə  heyvandarlığın  inkişafı  üçün 
əlverişli  hesab  edilir.  Düzənlik  sahələrdə  hər  bir 
ölkənin  təbii  iqtisadi  şəraitinə  uyğun  olaraq  əkin-
çiliyin  müvafıq  sahələri  inkişaf  etdirilir.  Düzənlik 
sahələri  müqayisə  etdikdə  Gürcüstanın  Kolxida 
ovalığı  ilə  Azərbaycanın  Kür-Araz  ovalığında  iqlim 


167 
 
xüsusiyyətlərinə  görə  bir-birindən  fərqli  olan 
bitkiçilik  sahələri  inkişaf  etmişdir.  Kolxida 
ovalığında  rütubətli,  subtropik  iqlim  olduğu  üçün 
burda  portağal,  çay,  mandarin,  limon  və  s.  sitrus 
bitkiçiliyi inkişaf etmişdir. Lakin Azərbaycanın Kür-
Araz  ovalığında  isə  quru  subtropik  iqlim  inkişaf 
etdiyindən  burada  əsasən  pambıq,  tütün,  üzüm, 
giləmeyvə,  bostan-tərəvəz  və  s.  bitkiçilik  sahələri 
inkişaf etmişdir. 
Kənd  təsərrüfatında dağlıq  ərazilərdən  istifadə 
bir-birindən  xeyli  fərqlənən  xüsusiyyətlərə  malikdir. 
Müqayisə  üçün  Gürcüstanın  dağlıq  əraziləri  ilə 
Azərbaycanın  dağlıq  ərazilərinin  təsərrüfat  cəhətdən 
inkişafında  oxşar  və  fərqli  cəhətlər  vardır.  Gürcüs-
tanın  ərazisində  təqdiqat  aparmış  N.N.  Kesxoveli 
ərazinin  hündürlüyündən  asılı  olaraq  təsərrüfat 
cəhətdən  mənimsənilməsində  ərazidə  səkkiz  şaquli 
istiqamətdə mədəni bitkilər qurşağı ayırmışdır: 
1)
 
dəniz  səviyyəsindən  400-500  m-ə  qədər 
yüksəklikdə subtropik bitkilər; 
2)
 
üzümçülük və quru subtropik meyvəçilik 200-
1000 m; 
3)
 
üzümçülük  və  kontinental  meyvəçilik1000-
1400; 
4)
 
meyvəçilik, buğda və üzümçülük zonası 1400-
1500 m-ə qədər yüksəklikdə; 
5)
 
dağ meşələri qurşağı 2000-2100 m-ə qədər; 
6)
 
dağ  əkinçiliyi  və  heyvandarlıq-  ot  biçini  və 
otlaq sahələr; 


168 
 
7)
 
dağ ot biçini və otlaqlar qurşağı 2100-3400 m-
dək daimi qar örtüyunə qədər
8)
 
daimi  qar  örtüyü  sahəsidir  ki,  kənd  təsər-
rüfatının inkişafı üçün əlverişli hesab edilmir. 
Azərbaycanın  ən  dağlıq  ərazilərində  isə  alçaq 
sahədən ən yüksək dağlıq sahələrə qalxdıqca bitkiçi-
liyin inkişafında oxşar və fərqli cəhətlər çox qabarıq 
şəkildə özünü büruzə verir. Hətta alçaq dağlıq sahədə 
bostan-tərəvəz,  üzümçülük,  meyvəçilik,  2000  m-dən 
yüksəklikdə isə heyvandarlığın inkişafı üçün otlaqlar, 
biçənəklər əsas yer tutur. 
Dünyada  əkinçilikdə  təbiətdən  istifadədə  And 
və  Pamir  dağlıq  ərazilərində  yaşayan  insanlar  daha 
böyük təcrübə əldə etmişlər. Dünyada ən hündür əkin 
sahəsi dəniz səviyyəsindən 4400 m yüksəklikdə olan 
And  dağlıq  qurşağında  yerləşir.  Pamirdə  isə  yüksək 
dağlıq kartof əkini 4000 m-ə qədər çatır. 
And  dağlıq  sahəsinin  iqlim  xüsusiyyətindən 
asılı olaraq hər yüksəklik qurşağının öz təsərrüfat sa-
həsinə mənsub bitkiçilik sahəsi inkişaf etdirilir. Dağ-
lıq ərazinin yüksəklik qurşaqları üzrə bitkiçilik sahə-
lərinin inkişaf istiqamətlərini verməyi məqsədəuyğun 
hesab edirik. 
1)
 
1800-m-ə 
qədər  yüksəklikdə  banan 
və 
portağal; 
2)
 
2500  m-ə  qədər  yüksək  sahələrdə  şəkər 
qamışı; 
3)
 
3500 m-ə qədər yüksəklikdə qarğıdalı; 
4)
 
3700 m-ə qədər yüksəklikdə buğda;  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə