Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

169 
 
5)
 
4000 m yüksəklikdə arpa yetişir. 
Beləliklə,  Yer  kürəsində  dağlıq  ərazilərdə  iq-
lim amillərindən də asılı olaraq kənd təsərrüfatı sahə-
lərinin  fərqli  cəhətləri  aşkar  olunur.  Kənd  təsərrü-
fatının  inkişafında  əhəmiyyət  kəsb  edən  sahələrdən 
biri  də  su  ehtiyatlarıdır.  İstər  bitkiçilikdə,  istərsə  də 
heyvandarlığın  inkişafında  şirin  su  ehtiyatı  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Dünyanın  zəngin su  ehtiyatına 
malik olmasına baxmayaraq şirin su ehtiyatının cəmi 
2,8 %-ni təşkil edir. Qalan faizi duzlu suların payına 
düşür.  Şirin  sular  ən  çox  çaylarda  cəmlənmişdir. 
Odur  ki,  çay  şəbəkəsi  sıx  olan  regionlarda  suvarma 
şəbəkəli  torpaq  sahələri  daha  üstünlük  təşkil  edir. 
Çaylar  əkin  sahələrinin  süni  suvarılmasında  müs-
təsna  əhəmiyyətə  malikdir.  Dünyada  hazırda  suvarı-
lan torpaq sahələri 270 mln. ha-dan artıqdır. Hesabla-
malara  görə  1  ha  sahəni  suvarmaq  üçün  ən  azı  10 
min  m
3
  qədər  su  sərf  etmək  tələb  olunur.  Suvarılan 
əkin sahələri çaylardan ildə 2500 km
3
  su alır. Çəltik 
və  pambıq  üçün  hər  hektarını  su  ilə  təmin  etmək 
üçün  14-15  min  m
3
  (bəzi  həllarda  60  min  m
3
  )  su 
tələb  edir.  İnsanlar  çay  sularından  istifadə  etmək 
üçün  onu  öz  tələbatına  uyğunlaşdırır.  Su  ehtiyatları 
olmayan  əraziləri su ilə təmin  etmək  üçün  su  anbar-
ları  tikməklə  torpaq  sahələrini  istehsal  dövriyyəsinə 
cəlb  edirlər.  Eyni  zamanda  suvarmada  göllərin  su-
yundan  istifadə  olunur.  Yer  kürəsində  tədqiqatlara 
görə  şirin  su  ehtiyatına  malik  göllərin  sahəsi  2682 
min km
2
 təşkil edir ki, burada olan suyun həcmi 250 


170 
 
min  km
3
  -dən  artıqdır.  Hələ  qədim  zamanlarda 
insanlar göl sularından təsərrüfatda səmərəli istifadə 
etmək  üçün  göllər  ətrafında  əkinçiliyi  inkişaf  etdir-
mişlər. Hal-hazırda suvarma şəbəkəli torpaqların isti-
fadəsində  yeraltı  sulardan  artezyan  quyuları  vurul-
maqla  istifadə  olunur.  Tədqiqatlara  görə  yeraltı  su 
axınları  zəngin  ehtiyatlara  malik  olub,  əhalinin  və 
kənd  təsərrüfatınm  suvarmaya  olan  tələbatının  ödə-
nilməsində  mühüm  əhəmiyyət  kəsb  edir.Kənd 
təsərrüfatının  inkişafında  mühüm  rol  oynayan 
faktorlardan biri dəmyə şəraitində əkinçiliyin inkişaf 
etdirilməsidir.  Dəmyə  şəraitində  əkinçiliyin  inkişafı 
əsasən alçaq və orta dağlıq ərazilərin mülayim iqlim 
şəraiti 
olan 
əraziləri 
üçün 
xarakterikdir. 
Azərbaycanda  dəmyə  şəraitində  əkinçiliyin  inkişafı 
Böyük  və  Kiçik  Qafqaz  dağlarının  alçaq  və  dağlıq 
ərazilərində  taxılçılığın,  texniki  bitkiçiliyin  (kartof, 
qarğıdalı,  tütün  və  s.)  üzümçülüyün  inkişafı  ilə 
səciyyələnir.  Heyvandarlığın  inkişafında  dağlıq 
ərazilərindən  yay  otlaqları  kimi  istifadə  olunmaqla 
heyvandarlıq məhsullarını artırmaq imkanları vardır. 
Torpağın  iqtisadi  qiymətləndirilməsi  torpağın 
məhsuldarlığı  ilə  müəyyən  olunur.  Eyni  zamanda 
məhsuldarlığa  torpağin  biokimyəvi  və  mexaniki 
tərkibi  də  təsir  göstərir.  Bunlara  torpağın  çürüntü 
tərkibi,  mineral  duzları,  mikroelementlərin  miqdarı, 
mikroorqanizmdən  doyma  tərkibi  və  s.  faktorlar 
daxil  edilir.  Qeyd  olunan  faktorlar  torpağın  iqtisadi 
məhsuldarlığına,  yəni  onun  mədəni  bitki  yetirmə 


171 
 
qabiliyyəti 
ilə 
müəyyən 
olunur. 
Torpağın 
yaxşılışdırılması  məhsuldar  qüvvələrin  inkişaf 
səviyyəsi  və  insanların  ictimai  münasibətlərinin 
xarakteri  ilə  sıx  bağlıdır.Kənd  təsərrüfatının  sahəvi 
strukturu  dedikdə,  ərazinin  təbii-iqtisadi  şəraitindən 
asılı  olaraq  istehsal  sahələrinin  inkişaf  istiqamətləri 
nəzərdə  tutulur.  Dünyanın  bütün  ölkələri  üçün  kənd 
təsərrüfatı  ixtisaslaşmasına  görə  eyni  xarakter 
daşımayıb,  ərazinin  təbii  şəraitinə  uyğun  təsərrüfat 
sahələri  inkişaf  edir.  Kənd  təsərrüfatı  sahələri 
strukturuna  görə  iki  hissəyə:  bitkiçilik  və 
heyvandarlığa ayrılır (şəkil 9). 
 
 
 
 
 
 
 
Şəkil 9. Kənd təsərrüfatının sahə strukturu 
Bitkiçilik  özünün  xarakterinə  görə  çoxsahəli  olub, 
dünyanın  bütün  ölkələrində inkişaf  etməklə  əhalinin 
zəruri 
istehlak 
məhsullarına 
olan  tələbatının 
ödənilməsində  mühüm  yer  tutur.  Digər  tərəfdən 
ərzaq  çatışmazlığının  qarşısının  alınmasında,  hey-
vandarlıq  üçün  yem  bazasının  möhkəmlənməsində, 
aqrar  sənaye  sahələrinin  inkişafında  xüsusi  əhəmiy-
yətə  malikdir.  Bitkiçilik  sahəsinə  taxılçılıq,  texniki 
bitkiçilik,  bostan-tərəvəz,  yağlı  bitkilər,  meyvəçilik, 
Kənd təsərrüfatı 
Bitkiçilik 
Heyvandarlıq 


172 
 
üzümçülük,  subtropik  bitkiçilik  sahələri  daxil  edilir. 
Bazar iqtisadiyyatı şəraitində dünya ölkələri çalışırlar 
ki,  əhalinin  ərzaq  məhsullarına  olan  tələbatlarının 
ödənilməsi hər bir ölkənin daxili resursları hesabına 
ödənilsin.  Bu  səbəbdən  də  kənd  təsərrüfatı  sahələri 
inkişaf  tempinə  görə  olduqca  intensivdir.Taxılçılıq 
əkinçiliyin  başqa  sahələrinə  nisbətən  sürətlə  inkişaf 
edərək  650  mln.  ha  sahəni  özündə  birləşdirir. 
Dünyanıın  əsas  taxıl  istehsalçıları  Avropa  ölkə-
lərindədir.  Bu  ölkələrdən  əkinçilik  məhsullarının 
60%-dən  çoxunu  verən  Rusiya,  Böyük  Britaniya, 
Fransa,  İtaliya,  Polşa,  Macarıstan,  Almaniya,  Ameri-
kada ABŞ, Xarici Asiyada Yaponiya, Vyetnam üstün-
lük  təşkil  edir  .  Hər  il  dünyada  2  mlrd.  tondan  artıq 
taxıl tədarük edilir. Taxıl strateji məhsul olduğu üçün 
ildən-ilə dünya ölkələrində istehsalı artırılır. Əsas taxıl 
tədarükçü  ölkələr  sırasına  Çin,  Hindistan,  Rusiya, 
ABŞ, Fransa və s. aid edilir (şəkil 10). 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix tədarükü 
ABŞ 
Fransa 
Almaniya 
Brazilya 
Şərqi 
Avropa 
ölkələri 
Argentina 
Hindistan 
Kanada 
Çin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə