Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

147 
 
müqayisə etmək lazımdır. Müasir bazar sistemi bio-
loji resursları tam qiymətləndirmək iqtidarında deyil. 
Onların qiyməti ya aşağı  müəyyən edilir və  yaxud 
da heç nəzərə alınmır. 
          Dövlət də öz fəaliyyətində bioloji rəngarəngli-
yin  azalmasına  səbəb  ola  bilər.  Kənd  təsərrüfatına, 
faydalı  qazıntıların  çıxarılmasına  subsidiyaların 
verilməsi  təbiəti  istismar  edən  fəaliyyət  növlərini 
təbiət- qoruyucu  fəaliyyətə nisbətən daha gəlirli edə 
bilər. 
          Biorəngarəngliyin  azalmasına  institutsional 
qeyrisəmərəlilik  də  təsir  edə  bilər.  Bioloji  resurslar 
ictimai nemətlərdir. Onlardan hami istifadə edə bilər. 
Mülkiyyət  hüquqlarının  qeyrimüəyyənliyi  bioresurs-
ların istismarına səbəb olur. 
           Beləliklə,  müasir  iqtisadi  şəraitdə  biorənga-
rəngliyin  qorunub  saxlanması,  konkret  ərazilərdən 
alternativ istifadə  edilməsi  mübarizəsində öz üstün-
lüyünü sübut edir. 
Bioloji müxtəlifliyin qorunub saxlanması tədbirləri. 
Müasir iqtisadi şəraitdə biomüxtəlifliyin qoru-
nub  saxlanması,  konkret  ərazilərdən  alternativ  isti-
fadə    edilməsi    mübarizəsində  öz  üstünlüyünü  sübut 
edir. 
Biomüxtəlifliyin  qorunub  saxlanmasında  iki 
qrup tədbirlərdən istifadə edilir: 
      1.  Birbaşa  tənzimləmə:  dövlət  müvafiq  hüquqi  
və normativ mühit yaradır; 


148 
 
      2.  İqtisadi  stimullaşdırma:  yerli  və  mərkəzi 
orqanlar,  beynəlxalq  təşkilatlar  tərəfindən  xüsusi 
subsidiyaların,  qrantların  verilməsi,  kompensasiya-
ların verilməsi, cərimələr, vergilər və s. 
Bio  rəngarəngliyin  qorunub  saxlanmasında 
xüsusi  qorunan  ərazilərin  yaradılması  və  fəaliyyət 
göstərməsi  mühüm əhəmiyyət kəsb edir. Xüsusi qo-
runan ərazilərə: dövlət qoruqlarını, milli parkları, tə-
biət parkları, botanika bağları, təbiət abidələrini, mü-
alicə-istirahət ərazilərini və kurortları aid etmək olar. 
Xüsusi  qorunan  ərazilər  və  onların  əhəmiy-
yəti.  
Dövlət  qoruqları xüsusi qorunan  ərazilərin ən 
sərt  qorunan  növüdür.  Bu  ərazilərdə  təsərrüfat    ilə 
məşğul olmaq qəti qadağandır. 
          Milli parklar  ekoloji, tarixi və estetik əhəmiy-
yətə  malik  təbii    kompleks  və  obyektlərdən  ibarət 
ərazilərdir. Onlar təbiətqoruyucu, elmi, təhsil, mədə-
ni  məqsədlər  üçün  nəzərdə  tutulur  və  bu    sahələrdə 
təşkil olunmuş turizmə icazə verilir. 
          Təbiət abidələri ekoloji, mədəni cəhətdən əvəz 
olunmaz,  unikal  təbiət  kompleksləri  və  həmçinin 
təbii və süni mənşəli obyektlərdir. 
Təbiət  parkları  ekoloji  və  estetik  əhəmiyyətə 
malik təbiətqoruyucu, rekreasiya təsisatlarıdır. 
Botanika  bağları  və  dendroloji  parklar  elmi 
və  mədəni  məqsədlər  üçün  istifadə  olunan  xüsusi 
qorunan ərazilərdən ibarətdir. 


149 
 
Kurort  və  müalicə-sağlamlıq  zonaları    təbii 
müalicə  xüsusiyyətlərinə,  mineral  su  mənbələrinə, 
iqlim və digər müalicə və profilaktik əhəmiyyətli xü-
susiyyətlərə  malik,  xüsusi  mühafizə  olunan  ərazilər 
və  su  hövzələridir.  Onların  mühafizəsi  üçün  sanitar 
mühafizə zolaqları yaradılır. 
 
                                                                      Cədvəl 9                                                                
Xüsusi mühafizə olunan təbiət ərazilərinin siyahısı.
 
Milli parklar. 
 
Mi
ll

Parklar
ın
ın 
adı
 
Y
er

şdi
yi
 
inzi
bat
i ər
azi
 
Sah
əs
i 
(ha)
 
Y
aranm

tari
xi
 
Ştat
 v
ahid

-
ri
nin 
say
ı 
İl
li
k b
üd
cəs
i 
1 
Ak. 
H.Əliyev 
adına 
Zəngəzur
 
Ordubad 
42797,4  2003 


2  Şirvan
 
Bakı şəhərinin 
Qaradağ, Salyan 
Neftçala 
54373,5  2003 
55  131872 
3  Ağ göl
 
Ağcabədi, 
Beyləqan 
17924 
2003 
42  112716 
4  Hirkan
 
Lənkəran, Astara  40358 
2004 
87  218192 
5  Altıağac
 
Xızı, Siyəzən 
11035 
2004 
40  123239 
6  Abşeron
 
Bakı ş., 
Əzizbəyov 
783 
2005 
16 
52873 
7  Şahdağ
 
Quba, Qusar, 
İsmayıllı, 
Qəbələ, Oğuz  
130508.1  2006 
170  417005 


150 
 
və Şamaxı 
8  Göy göl
 
Göygöl, 
Daşkəsən, 
Goranboy 
12755 
2008 
54  154768 
 
 
Cədvəl 10.  
Dövlət təbiət qoruqları. 
 
D
övl
ət
 T
əbi
ət
 
Q
oruq
lar
ının 
adı
 
Y
er

şdi
yi
 
inzi
bat
i ər
azi
 
Sah
əs
i 
(ha)
 
Y
aranm

tari
xi
 
Ştat
 v
ahid
-
lər
inin 
say
ı 
İl
li
k b
üd
cəs
i 
1  Qızılağac
 
Lənkəran 
88 360 
1929 
77  179305 
2  Zaqatala
 
Zaqatala, 
Balakən 
47 349 
1929 
73  190057 
3  Türyançay
 
Ağdaş, 
Oğuz,Yevlax, 
Qəbələ 
22 488 
1958 
43  113781 
4  Şirvan
 
Salyan, 
Neftçala 
4657 
1969 


5  Bəsitçay
 
Zəngilan 
107 
1974 
24 
58118 
6  Qarayazı
 
Qazax 
9658 
1978 
40  104781 
7  İlisu
 
Qax 
17381,6  1987 
37 
98618 
8  Qaragöl
 
  
240 
1987 

23748 
9  Eldar şamı
 
Samux 
1686 
2004 
15 
47758 
10 
Palçıq 
vulkanları
 
Bakı və 
Abşeron 
yarımadası 
12322,84  2007 
39  105427 
11  Korçay
 
Goranboy 
4833,6 
2008 
33 
88722 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə