Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

135 
 
maz  torpaqqoruyucu,  sutəmizləyici  və  iqlim  saflaş-
dırıcı  əhəmiyyətə  malikdir.  Meşələrin  sıxlığa  görə 
paylanması  da  müxtəlifdir.  Respublika  meşələrinin 
13,7%-i  aşağı  (0,3-0,4),  2,62%-i  orta  (0,5-0,6), 
18,3%  normal  (0,7-0,8)  və  2,62%-i  yüksək  (0,9-1,0) 
sıxlıqdadır. Meşələrin ümumi orta sıxlığı-0,56 müəy-
yən edilmişdir. 
Bonitet  sinfinə  görə  də  meşələrin  paylanması 
müxtəlifdir.  Yüksək  I-II  bonitetli  meşələr  meşə  ilə 
örtülü  sahənin  14,9%-ni,  III  bonitet-42,3%-ni,  IV 
bonitet-27,4%-ni və aşağı bonitetli 5-ci sinfə mənsub 
meşələr  15,4%-ni  təşkil  edir.  Meşələrin  orta  illik 
artımı 1,74 kub m-dir. Bu artım bərk yarpaqlı (fıstıq, 
palıd,  vələs  və  s.)  cinslərdə  1,77  kub  m,  yumşaq 
yarpaqlı  (qovaq,  yalanqoz,  qızılağac)  cinslərdə  isə 
2,12 m
3
 təşkil edir. 
Buradan  belə  qənaətə  gəlmək  olar  ki,  meşə-
lərimizdə  yüksək  məhsuldar  (I  və  II  bonitet)  ağac-
lıqlar  (14,9%)  azdır.  Orta  məhsuldar  (III  bonitet) 
ağaclıqlar  42,3%,  az  aşağı  məhsuldar  (IV  və  V 
bonitet)  ağaclıqlar  isə  42,8%  təşkil  edir.  Bu  gös-
təricilər meşələrin qorunması, onun məhsuldarlığının 
artırılması  sahəsində  son  illər  görülmüş  meşəçilik 
tədbirlərinin  qeyri-qənaətbəxş  aparıldığının  bazis 
göstəricisidir. 
Meşələrimizdə  1536  cinsə  aid  olan  150  növ 
yabanı meyvə bitkiləri mövcuddur. Bu bitkilərdə min 
tonlarla (adi qoz, alma, armud, zoğal, alca, əzgil, fın-
dıq, xurma, yemişan, şabalıd, böyürtkən və s.) yabanı 


136 
 
meyvə  məhsulu  vardır.  Bu  meyvələrdən  30%-i 
istismar əhəmiyyətli məhsullardır. 
Meşələrimizdə  arıçılığın  inkişafı  üçün  də  əl-
verişli  şərait  vardır.  Hazırda  meşə  müəssisələrində 
700-ə  yaxın  arı  ailəsi  saxlanılır.  Arılar  meşə  bitkilə-
rinin tozlanmasına köməklik edir, bol toxum məhsul-
larının alınmasına şərait yaradır və əlavə bal məhsulu 
alınmasını təmin edir. 
Azərbaycan  meşələrinin  yüksəkliklərə  görə 
paylanmasının  da  özünəməxsus  qanunauyğunluqları 
vardır. Belə ki, əksərən şimal istiqamətli dağ yamac-
larında palıd-vələs meşələri üstünlük təşkil edir. Aşa-
ğı  dağ  qurşağmda  az  məhsuldar  palıd,  qarağac,  də-
mirağac meşələri, orta dağ qurşağında nisbətən məh-
suldar  palıd-vələs  meşələri,  yuxarı  dağ  meşə  qurşa-
ğında  isə  daha  yüksək  məhsuldar  palıd-vələs  meşə-
ləri  mövcuddur.  Meşə  qurşağının  subalp  qurşaqla 
qovuşduğu  ərazidə  az  məhsuldar  tozağacı  və  alçaq 
boylu əyri gövdəli fıstıq meşələrinə təsadüf edilir. 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  meşə 
siyasətini  Meşələrin  İnkişafı  Departamenti  vasitəsi 
ilə həyata keçirir.  
Departament dövlət meşə fondunun ərazisində 
meşələrin  qorunub  mühafizə  olunmasını,  meşəbərpa 
və  meşəsalma  işlərinin,  əkin-materialının  yetişdiril-
məsini,  meşə  ağac  və  kol  cinslərinin  toxumlarının 
tədarükünü, meşə fondunun dövlət uçotunun və meşə 
kadastrının aparılmasını, meşələrə xidmət işlərinin və 
digər  meşə  təsərrüfatı  tədbirlərinin  həyata  keçiril-


137 
 
məsini,  meşədən  əlavə  istifadə  və  yardımçı  kənd 
təsərrüfatı  sahələrinin  məqsədyönlü  və  səmərəli 
aparılmasını  təmin  edir.  Meşə  təsərrüfatı  tədbirlə-
rinin, meşələrin torpaq qoruyucu, su saxlayıcı, mühit 
təmizləyəci,  sanitar  gigiyenik  və  digər  faydalı 
funksiyaların  yüksəldilməsi  istiqamətində  aparılma-
sını  təmin  edir,  ətraf  mühit  üçün  xüsusi  əhəmiyyət 
kəsb  edən  elmi  mədəni  və  rekreasiya  əhəmiyyətli 
təbiət komplekslərinin və obyektlərinin, bioloji müx-
təlifliyin,  eləcə  də  meşə  fondunda  yayılmış  fauna 
növlərinin  qorunması,  meşə  toxumçuluğu  işlərinin 
aparılması  zamanı  genofondun  saxlanması,  artırıl-
ması istiqamətində tədbirlər həyata keçirir. Meşələrin 
İnkişafı  Departamentinin  tabeliyində  34  Regional 
Meşə  Mühafizəsi  və  Bərpası  Müəssisəsi,  3  Meşə 
Salma  Müəssisəsi,  3  Regional  Meşə  Tingliyi  Müəs-
sisələri (Zərərvericilər və Xəstəliklərə qarşı Mübarizə 
Mərkəzi  və  Elmi  Tədqiqat  Meşəçilik  İnstitutu)  fəa-
liyyət göstərir. Nazirliyin yarandığı vaxtdan, 2001-ci 
ilin  mayından  başlayaraq  Respublikanın  bütün  əra-
zilərində meşəbərpa, meşəsalma, əkin materialı yetiş-
dirmə,  toxum  tədarükü  və  digər  tədbirlərin  həcmi 
xeyli genişləndirilmişdir. 
Azərbaycan 
xalqının 
ümummilli 
lideri 
H.Ə.Əliyevin 26 dekabr 2001-ci il tarixli fərmanı ilə 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvət-
lər  Nazirliyinə  tapşırılmışdır  ki,  dövlət  və  yerli  özü-
nüidarəetmə  orqanlarını  və  elmi  təşkilatları  cəlb 
etməklə ölkədə meşələrin bərpa edilməsinə və artırıl-


138 
 
masına dair, Milli Proqram hazırlayıb baxılmaq üçün 
Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim 
etsin. 
Bununla yanaşı eyni zamanda tapşırılmışdır ki, 
ardıcıl  olaraq  ekoloji  cəhətcə  dayanıqlı,  sosial-iqti-
sadi  inkişafa,  heyvandarlığın  və  əkinçiliyin  inkişafı 
ilə  əlaqədar  olaraq  yay-qış  otlaqlarının  və  biçənək-
lərin  səmərəli  istifadə  olunması,  torpaqların  dağ 
yamaclarında,  dərə və  yarğanlarda  çay  məcralarında 
eroziyaya uğramasının, dağətəyi və düzən rayonlarda 
şoranlaşmanın qarşısının alınmasına dair Milli Proq-
ramlar  hazırlayıb  aidiyyatı  üzrə  təqdim  etsin. 
Prezident fərmanının icrası ilə əlaqədar Ekologiya və 
Təbii  Sərvətlər  Nazirliyinin  "Meşələrin  bərpa  edil-
məsinə  və  artınlmasına  dair"  hazırladığı  Milli  Proq-
ramın  layihəsi  müvafiq  düzəliş  və  əlavələrlə  18 
fevral 2003-cü il tarixdə 1152 saylı Prezident Sərən-
camı  ilə  təsdiq  edilmişdir.  Bu  proqrama  əsasən 
ölkəmizin bütün regionlarında (2003-2008-ci illərdə) 
69700  ha  sahədə  meşələr  bərpa  olunmuş  və  yeni 
meşəliklər salınmışdır. 
Azərbaycan  meşələrinin  ekoloji  problemləri. 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  yarandığı 
vaxtdan,  2001-ci  ilin  mayından  başlayaraq  ardıcıl, 
düzgün ekoloji siyasət apararaq Respublikada meşə-
lərin bərpa edilməsi və yeni meşə massivlərinin yara-
dılması,  şəhərətrafı  qəsəbələrin,  şosse  və  magistral 
yollarının  ətrafının  yaşıllaşdırılması  və  digər 
zonalarda  qoruyucu  meşə  massivlərinin  yaradılması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə