168
7)
dağ ot biçini və otlaqlar qurşağı 2100-3400 m-
dək daimi qar
örtüyunə qədər;
8)
daimi qar örtüyü sahəsidir ki, kənd təsər-
rüfatının inkişafı üçün əlverişli hesab edilmir.
Azərbaycanın ən dağlıq ərazilərində isə alçaq
sahədən ən yüksək dağlıq sahələrə qalxdıqca bitkiçi-
liyin inkişafında oxşar və fərqli cəhətlər çox qabarıq
şəkildə özünü büruzə verir. Hətta alçaq dağlıq sahədə
bostan-tərəvəz, üzümçülük, meyvəçilik, 2000 m-dən
yüksəklikdə isə heyvandarlığın inkişafı üçün otlaqlar,
biçənəklər əsas yer tutur.
Dünyada əkinçilikdə təbiətdən istifadədə And
və Pamir dağlıq ərazilərində yaşayan insanlar daha
böyük təcrübə əldə etmişlər. Dünyada ən hündür əkin
sahəsi dəniz səviyyəsindən 4400 m yüksəklikdə olan
And dağlıq qurşağında yerləşir. Pamirdə isə yüksək
dağlıq kartof əkini 4000 m-ə qədər çatır.
And dağlıq sahəsinin iqlim xüsusiyyətindən
asılı olaraq hər yüksəklik qurşağının öz təsərrüfat sa-
həsinə mənsub bitkiçilik sahəsi inkişaf etdirilir. Dağ-
lıq ərazinin yüksəklik qurşaqları üzrə bitkiçilik sahə-
lərinin inkişaf istiqamətlərini verməyi məqsədəuyğun
hesab edirik.
1)
1800-m-ə
qədər yüksəklikdə banan
və
portağal;
2)
2500 m-ə qədər yüksək sahələrdə şəkər
qamışı;
3)
3500 m-ə qədər yüksəklikdə qarğıdalı;
4)
3700 m-ə qədər
yüksəklikdə buğda;