Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

222 
 
qiymətləndirmələrə  görə  milli  zənginliklərin  (sər-
vətlərin)  40%-dən  çoxu  müasir  statistikada  nəzərə 
alınmır.  İqtisadi  inkişafın  ənənəvi  göstəricilərində 
düzəlişlər  tələb  olunur.  Onların  arxasında  təbiətin 
tənəzzülü  gizlənir.  Adətən,  ekoloji  amilin  nəzərə 
alınması  (uçotu)  ümumi  daxili  məhsulun,  təmiz 
ümumi məhsulun səviyyəsini aşağı salır. Yaponiyada 
1990-cı  ildə  «daxili  ekoloji  məhsul»  ənənəvi  təmiz 
ümumi  məhsuldan  23,1%  aşağı  və  16,3%  ekolojisiz 
ümumi daxili məhsuldan az olmuşdur. 
BMT  və  bəzi  ölkələr  iqtisadi  inkişafın  əsas 
göstəricilərində «yaşıl» ölçmələr üçün cəhd göstərir-
lər.  Xüsusən,  yaşıl  hesabların  hazırlanmasına  baş-
lanmış  və  ya  ekoloji-iqtisadi  uçot  sistemi  tətbiq 
edilir. İnteqrallaşdırılmış iqtisadi və ekoloji göstərici-
lər sistemi təklif edilir: 
-
 
humanitar  inkişaf  indeksi  (BMT)-  normal 
həyat  üçün  zəruri  olan  ömrün  uzunluğunu, 
bilik  səviyyəsini  və  təbii  ehtiyatlara  malik 
olmağın səviyyəsini nəzərə alır. 
-
 
sabit  iqtisadi  rifah  indeksi  -  səmərəsiz 
təsərrüfatçılığın ekoloji xarakterli xərclərini 
nəzərə alan kompleks göstərici. 
Sabit  iqtisadi  maddi  rifah  indeksinin  müəllif-
lərindən  biri  Q.Dali  göstərir  ki,  ekoloji  «həqiqətlər» 
qiymətləndirilməlidir.  Real  komponentləri  makro  və 
mikro  səviyyədə  iqtisadi  göstəricilərin  tərkib  hissəsi 
kimi qiymətləndirmək lazımdır. 


223 
 
Təbii  sərvətlərin  iqtisadi  qiymətləndirilməsi 
sərvətlərin təsərrüfat qiymətlərinin pulla ifadəsidir və 
iki əsas funksiyanı yerinə yetirir: 
-
 
elmi  (nəzəri),  yəni  «nəyə  malikik,  nəyimiz 
vardır?» sualına cavab verir
-
 
həvəsləndirici (stimullaşdırıcı). 
Təbii  ehtiyatlara  düzgün  qiymət  verməklə  
problemləri  müvəffəqiyyətlə  həll  etmək  olar, 
xüsusilə.
 
-
 
təbii  ehtiyatların  istifadəsinin  variantlarının 
növbəli dərəcəsini seçməklə; 
-
 
təbii  ehtiyatlardan  səmərəsiz  istifadədən 
dəyən  zərəri  təbiəti  mühafizə  xərclərinin 
effektini  (səmərəsini,  gəlirini  qiymətləndir-
məklə); 
-
 
təbiətdən səmərəli istifadənin stimullaşdırıl-
ması  üzrə  tədbirlərin  əməli  rolunu  qiymət-
ləndirməklə; 
-
 
təbii  ehtiyatlardan  istifadəyə,  ətraf  mühiti 
çirkləndirməyə  görə  ödəmənin  məbləğinin, 
vergilərin qoyulmasının, icarə ödəmələrinin 
əsaslandırılması ilə. 
Təbii  ehtiyatların  iqtisadi  qiymətləndirilməsi 
kadastrın  tərkib  və  çox  vacib  elementidir.  Kadastr 
sistemləşdirilmiş  məlumatların  toplusudur:  buraya 
keyfiyyət və kəmiyyətcə təbiət obyektlərinin və hadi-
sələrin  siyahısı 
cəlb  edilir.  Kadastrlar  təbii 
ehtiyatların  növləri  üzrə  tərtib  edilir:  su,  meşə, 
torpaq,  faydalı  qazıntı  yataqları,  xüsusi  qorunan 


224 
 
ərazilər  və  s.  Təəssüf  ki,  kadastrlar  bütün  ehtiyatlar 
və  obyektlər  üzrə  tərtib  edilmirlər.  Odur  ki,  onlar 
bütövlükdə  ərazinin  və  bütöv  ölkənin  təbii-ehtiyat 
potensialını qiymətləndirməyə imkan vermir. 
Təbii ehtiyatlardan uzun müddətli istifadə pla-
nının hazırlanması və həyata keçirilməsi prosesi ətraf 
mühitə  təsirin  qiymətləndirilməsi  (ƏMTQ)  ekoloji 
ekspertiza  və  ekoloji-iqtisadi  normativlər  sisteminə 
əsaslanır. 
Hazırda informasiya bəşəriyyətin gələcək inki-
şafını  müəyyən  edən  resurslardan  birinə  çevrilmək-
dədir. Təsadüfi  deyil  ki, post  sənaye  cəmiyyətini  bir 
çox  informasiya  cəmiyyəti  adlandırırlar.  Qərarların 
qəbul edilməsi informasiyanın dəqiqliyindən asılıdır. 
Ona  görə  də  ekoloji-iqtisadi  göstəricilərin  dolayısı 
hesablaşmalar  üsulunu  axtarmaq  lazım  gəlir.  Bu  ba-
xımdan mövcud metodlardan istifadə edilməsi lazım 
gəlir: balans sistemi, müqayisəli amillər üsulu və s. 
Hazırda  ekoloji  informasiya  üsulu  aşağıdakı-
lardır: 
1.
 
Kütləvi  informasiya  (mətbuat,  radio-televi-
ziya). 
2.
 
Xüsusi  informasiya  (mütəxəssis  ekologiya 
üçülü). 
3.
 
Sənədli informasiya. 
4.
 
Faktiki informasiya. 
5.
 
Statistik  göstəricilərin  ilkin  və  sonrakı  məlu-
matı. 


225 
 
6.
 
Təbii  mühit  ehtiyat  balanslarının  kəmiyyət  və 
keyfiyyət göstəriciləri. 
7.
 
Ehtiyatlarla təmin edilmə səviyyəsi. 
Ekoloji-iqtisadi  göstəricilər  üzrə  əsas  statistik 
sənədlər aşağıdakılardır. 
1.
 
Atmosfer havasının mühafizəsi. 
2.
 
Sudan istifadə. 
3.
 
Toksik  tullantıların  yaranması,  artması,  istifa-
dəsi, yerləşdirilməsi hesabatı . 
4.
 
Su mühafizə obyektinin tikintisi . 
5.
 
Ekoloji  fondun  vəsaitinin  daxil  olması  və 
xərclənməsi . Ekofond. 
6.
 
Təbiəti  mühafizəyə  cari  xərc  və  ekoloji 
ödəmələr.  
Ekoloji  iqtisadi  vəziyyətin  səviyyəsinin  infor-
masiya  bazası  kimi  ərazilərin  və  müəssisələrin  eko-
loji  iqtisadi  postlardan,  kompleks  sxemlərdən  və 
proqramlardan  istifadə  edilir.  Ətraf  mühitin  vəziy-
yətinin  ekoloji  iqtisadi  analizi  üçün  standartlardan 
istifadənin  böyük  əhəmiyyəti  var.  Standartlaşdırma 
dedikdə  bütün  obyektlər  üçün  vahid  və  məcburi 
tələbat  və  normalar  nəzərdə  tutulur,  müəyyən  dövr 
üçün dəyişməz olur. 
Ekoloji  normalaşdırmanın  əsas  məqsədi  iqti-
sadi  və  ekoloji  proseslərin  qarşılıqlı  əlaqələrini 
nizamlamalardan ibarətdir. 
Tullantılara dair müvəqqəti razılaşdırılmış gös-
təricilər iqtisadiyyatın texnoloji imkanlarına əsaslanır 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə