Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

102 
 
azdır. Uzunluqları 100 km-dən çox olan 24 çay var-
dır. Respublikanın ərazisindən axan ən böyük çaylar: 
Kür,  Araz,  Qanıx  (Alazan),Qabırrı  (İori),  Samur, 
Tərtər, Türyan, Ağstafa, Həkəri, Viləş və s. 
 
Respublikanın çayları 3 qrupa bölünür: 
1)
 
Kür  hövzəsinin  çayları,  (Qanıx,  Qabırrı, 
Türyan, Ağstafa, Şəmkir, Tərtər, Xaçın və s.); 
2)
 
Araz  hövzəsinin  çayları  (Arpaçay,  Naxçıvan, 
Oxçu, Həkəri, Köndələnçay və s.); 
3)
 
Bilavasitə  Xəzərə  tökülən  çaylar  (Samur, 
Qudyal, Vəlvələ, Viləş, Lənkəran və s.). 
Azərbaycanın  çayları.  Axın  xüsusiyyətlərinə 
görə  Azərbaycan  Respublikasında  çaylar  üç  qrupa 
bölünür: 
1)
 
daimi axan çaylar; 
2)
 
quruyan çaylar — axımı yazda qarlar əriyəndə 
və yağış yağdıqda yaranır; 
3)
 
müvəqqəti axan çaylar — axımı yalnız şiddətli 
yağıntılar zamanı olur. 
      
Bu  qruplar  arasında  fərq  yaradan  əsas  amil-
lərdən  biri  axına  qarışan  yeraltı  suların  miqdarıdır. 
Birinci  qrup  çaylara  yeraltı  sular  daim  axıb  gəldiyi 
halda,  ikincidə  bu  proses  cəmi  bir  neçə  ay  davam 
edir. Üçüncü qrupda yeraltı suların rolu yoxdur.  
      
Ümumiyytələ,  su  rejimi  xüsusiyyətlərinə  görə 
Azərbaycan Respublikasının çayları 2 qrupa bölünür:  
1) gursulu və daşqın rejimli; 2) daşqın rejimli. 


103 
 
        Daşqın  rejimli  çaylara  Lənkəran  təbii  zonası 
çayları,  Qobustan  və  müvəqqəti  axan  çaylar  aiddir. 
Qalan çaylarda su rejimi fazası gursululuqdur. 
     
Azərbaycan  Respublikasının  çoxsulu  çayları 
Böyük  Qafqazın  cənub  yamacındadır.  Burada  orta 
illik axım modulu 45 l/san. kv km-dən artıqdır. Ala-
zan-Əyriçay  çökəkliyinə  (Alazan-Həftəran  vadisinə) 
doğru  axım  modulu  5  l/san;    kv  km-ə  qədər  azalır. 
Böyük  Qafqazın  şimal-şərq  yamacında  orta  illik 
axım modulu 18-20 l/san. kv km-dən artıqdır. Axım 
modulunun hündürlüyə görə artması burada nisbətən 
bərabərdir.  Axım  modulunun  intensiv  artımı  Yan 
silsilə  ilə  Baş  Qafqaz  silsiləsi  arasındakı  sahədə 
müşahidə  edilir  (Qusar,  Qudyal,  Vəlvələ  və  s.  çay-
ların yuxarı axınları). Orta illik axım modulu həmin 
sahədə 10-20 l/san. kv km arasında dəyişir. 
Çayların su ehtiyatı və istifadəsi. Azərbaycan 
Respublikasının  çaylarının  çoxillik  orta  su  ehtiyatı 
10,3  mlrd.  m
3
-dir.  Bu,  respublika  ərazisinə  qonşu 
dövlətlərdən daxil olan su ehtiyatı (20,6 mlrd. kub m) 
ilə 
birlikdə 
30,9 
mlrd.kub 

təşkil 
edir. 
Respublikanın  hər  kvadrat  km  ərazisinə  90  min  m
3
 
ehtiyatı düşür. Adambaşına orta hesabla düşən suyun 
miqdarı  gün ərzində 2010-cu ildə 95,7 litr , 2011-ci 
ildə  68,3litr  ,  o  cümlədən    şəhər  yerlərində  müvafiq 
olaraq  164,9 və  117,1    və  kənd  yerlərində 17,5 və 
13,2  litr  olmuşdur.  Su  ehtiyatının  böyük  hissəsi  Kür 
çayı hövzəsinin payına düşür. Çayların su ehtiyatının 
il  ərzində  və  ərazi  üzrə  qeyri-bərabər  paylanması 


104 
 
ondan istifadəni xeyli çətinləşdirir və ilbəil artmaqda 
olan su tələbatını ödəyə bilmir. Bu vəziyyət çayların 
axımını tənzimləməyi tələb edir. 
          Hazırda respublikada hər birinin həcmi 1 mln. 
m3-dən  artıq  olan  60-dan  çox  su  anbarlarında  21 
mlrd. 
 
 
-ə qədər su toplanmışdır. Bu sulardan təsər-
rüfatın  müxtəlif  sahələrində  (suvarma,  su  təchizatı, 
sənaye, balıqçılıq və s.) istifadə edilir. Suya tələbatın 
ödənilməsində  Orta  Kür  su  anbarları  kaskadının 
yaradılması diqqəti cəlb edir. Müasir dövrdə məhdud 
olan su ehtiyatlarının təmizliyini qorumaq və onların 
sənaye  və  kommunal  məişət  tullantıları  ilə  çirklən-
dirilməsinə qarşı mübarizə məqsədi ilə ciddi tədbirlər 
görülür. 
Kanallar.  Azərbaycan  Respublikasındakı  ka-
nallardan,  əsasən,  suvarma  məqsədi  üçün  istifadə 
edilir.  Suvarma  kanallarının  ümumi  uzunluğu 
47058,8  km-dir.  Bunun  8580,3  km-i  təsərrüfatlara-
rası,  38478,5  km-i  təsərrüfatlardaxili  kanallardır.  İl 
ərzində  suvarma  mənbələrindən  kanallar  vasitəsilə 
suvarma  məqsədi  üçün  11  mlrd.  m3-ə  qədər  su  gö-
türülür.  Respublikada  suvarılan  torpaqların  ümumi 
sahəsi 1,4 mln. ha-dır . 
Göllər.  Azərbaycan  Respublikasında  250-yə 
yaxın göl var. Bunların  əksəriyyəti kiçikdir. Hacıqa-
bul, Sarısu, Masazır, Candargöl və s. nisbətən böyük 
göllərdir.  Orta  və  yüksək  dağlıq  ərazilərdə  göllərin 
(Kürəkçay  hövzəsindəki  Göygöl  və  Maralgöl, 
Şəmkir  çayı  hövzəsindəki  Göygöl,  Böyük  və  Kiçik 


105 
 
Alagöllər)  gözəl  mənzərəsi  var.  Respublikanın 
gölləri  erozion-buzlaq,  erozion-çay,  tektonik  və 
abrazion  mənşəlidir.  Abşeronda  bir  sıra  axarsız  və 
şor  relikt  göllər  var.  Yayda  bunların  xeyli  hissəsi 
quruyur  və  şoranlığa  çevrilir.  Dağ  göllərindən  mal-
qaranın suvarılmasında, Hacıqabul, Sarısu, Ağgöl və 
s.-dən balıqçılıqda və qismən suvarmada, Abşeronun 
şor  göllərindən  kimyəvi  maddələrin  alınmasında, 
həmçinin müalicə palçığından istifadə edilir. 
Çayların yuxarı axınındakı göllər Batabat qru-
pu, Qanlıgöl (Naxçıvan çayı hövzəsi), Göygöl (Şəm-
kir çay hövzəsi) və s. süni su anbarlarına çevrilmiş-
dir. Onlar yayda çayları əlavə su ilə təchiz edir.  
Su  anbarları.  Çayların  axımını  tənzimləmək 
məqsədi  ilə  60-dan  artıq  su  anbarı  tikilmişdir.  Su 
anbarlarının  yaradılması  su  ehtiyatı  və  enerjisindən 
səmərəli  istifadə  üçün  görülən  əsas  tədbirlərdəndir. 
Böyük su anbarları («Mingəçevir», "Şəmkir", «Araz 
su qovşağı», «Sərsəng») kompleks əhəmiyyətə malik 
olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqa-
siya məqsədi ilə tikilmişdir. 
 
Cədvəl 8. 
Azərbaycanın böyük çaylarının əsas morfometrik 
göstəriciləri. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə