110
da inkiĢaf edir. Ġlkin olaraq nitq müəyyənləĢməsi sağ əldə, sonra isə
solda möhkəmlənir.
UĢaqları ətraf aləmdə bələdləĢməsi eləcə müəyyən ardıcıllıqla
inkiĢaf edir. Ġlkin uĢaqlar əĢyaların yerini (sağ və ya sol) yalnız sağ və
sol əlinə yaxınlığı ilə müəyyən edirlər. Bu zaman istiqamətin
müəyyənləĢdirməsi və gözlərin sağa və ya sola uzun müddətli
reaksiyaları ilə müĢahidə edilir. Sonralar nitq iĢarələri möhkəmləndiyi
zamanda bu hərəkətlər azalır.
Ətraf aləmlə bələdləĢmə aĢağıdakı ardıcıllıqla inkiĢaf etdirilir.
1.UĢağın özünə münasibətdə əĢyaların məkanı yerləĢməsinin
müəyyən edilməsi.
2.Böyründə
yerləĢən
əyĢaların
məkanı
münasibətlərin
müəyyənləĢdirilməsi: «Göstər, hansı əĢya səndən sağda və ya solda
yerləĢir», «Sağdakı kitabı özündən sola qoy» və s. Əgər bu tapĢırığın
yerinə yetirilməsində uĢaq çətinlik çəkərsə, onda ona baĢa salmaq
lazımdır ki, sağ tərəf sağ ələ yaxındır, sol isə sol ələ yaxın olan
məsafədir.
3.2-3 əĢya və ya təsvirlərin arasındakı məkanı münasibətlərin
müəyyən edilməsi.
Bu tapĢırığı verərkən loqoped özü kitabı sağ əlinə götürüb sağ
tərəfə qoyur, sol əli ilə dəftəri götürüb sol tərəfə qoyur və soruĢur:
«kitab hardadır?» dəftərdən sağda və ya soldadır?»
Sonrakı gediĢdə loqoped uĢağa müxtəlif tapĢırıqlar verə bilər:
KarandaĢı dəftərdən sola qoy, qələmi kitabdan sağa qoy və s.
Loqoped bu tapĢırıqlardan sonra üç əĢya ilə çalıĢmalar verə bilər:
«Kitabı qarĢına, dəftəri isə kitabdan sağa, qələmi isə sola qoy» və s.
Bu tapĢırıqlardan sonra hərf və fiqurların məkanı yerlərini
müəyyənləĢdirmək üzərində iĢ aparmaq olar.
Optik disleksiya və disqrafiyanın islahı zamanı məkanı
təsəvvürlərin inkiĢaf etdirilməsi ilə paralel olaraq, görmə ilə təhlil və
tərkib prosesləri və onların nitq iĢarələri üzrə də iĢ aparmaq lazımdır.
Optik disleksiya və disqrafiyanın aradan qaldırıl-masında böyük
yeri qarĢıdurmadan hərflərin optik sürətlərinin dəqiqləĢdirilməsi və
fərqləndirilməsi üzərində iĢ tutur. Bu məqsədlə bir-birinə oxĢar təsvir və
əĢyalar hərflə uyğunlaĢdırılır. Məsələn: o hərfi qoğal, 3 hərfi ilana, j
hərfi böcəyə və s. oxĢardır.
QarıĢdırılan hərflərin fərqləndirilməsi bu ardıcıllıqla aparıla bilər:
a)Təcrid olunmuĢ hərfin fərqləndirilməsi;
b)hərfin hecada fərqləndirilməsi;
111
v)Söz və cümlələrdə hərfin fərqləndirilməsi;
q)Mətndə hərflərin fərqləndirilməsi.
Beləliklə də, optik disleksiya və disqrafiyanın islahı görmə qnozis,
mnezis proseslərinin, məkanı təsəvvürlərinin və onların nitq iĢarələrinin,
görmə analiz və sintezinin inkiĢafına yönəlmiĢ priyomlarla həyata
keçirilir. Bu iĢin aparılması zamanı müxtəlif analizatorlardan maksimal
dərəcədə istifadə olunur. Optik disleksiya və disqrafiyanın aradan
qaldırılmasında hərflərin qarıĢdırılması üzərində iĢə xüsusi diqqət
yetirilir və analizatorların vasitəsi ilə müqayisə aparmaq, təsvirlərini
çəkmək, konturunu iĢarələmək və s. üsullarla qüsur aradan qaldırılır.
Sematik orfoqrafiya. Bu prinsip sözün mafologiyasına və ya mənasına
görə yazılıĢına əsaslanır.
Müasir dövrdə oxunun pozulması əsasən «aleksiya-disteksiya»
terminləri altında öyrənilir.
Aleksiya-oxunun tam mümkünsüzlüyünü, disleksiya oxuya
yiyələnmə prosesinin qismən pozulmasını ifadə edir.
MüĢahidələr göstərir ki, uĢaqlar arasında oxunun pozulması
halları daha çoxdur. Belə ki, yardımçı məktəb I sinif Ģagirdlərinin 62%
oxu qüsurlarına malikdirlər. Oğlanlar qızlardan fərqli olaraq 4,5 dəfə
qüsurları müĢahidə edilir. Disleksiya-ali psixi funksiyaların
formalaĢması ilə ĢərtlənmiĢ oxu prosesidə qismən spesifik pozulması
olub özünü təkrarlanan səhvlərin davamlı xarakter almasında göstərir.
Oxu qüsurlarının müasir təhlili hər Ģeydən əvvəl mürəkkəb
psixoloji strukturun normada oxu prosesini dərk etməyə və bu vərdiĢin
uĢaqlar tərəfindən qavrama xüsusiyyətlərinə əsaslanır.
Oxu özü-özlüyündə psixofizioloji bir prosesdir və bu prosesdə
müxtəlif analizatorlar: görmə, nitq hərəkəti, nitqi eĢitmə-iĢtirak edir.
Oxu prosesinin əsasında analizatorların qarĢılıqlı fəaliyyətinin çox
mürəkkəb mexanizmləri və iki siqnal sisteminin müvəqqəti əlaqələri
təĢkil edir.
Özünün psixofizioloji mexanizmlərinə görə oxu Ģifahi nitqdən
daha müpəkkəb prosesdir. Buna baxmayaraq, o Ģifahi və yazılı nitqdən
təcrid edilmiĢ Ģəkildə öyrənilə bilməz. Oxu prosesi görmə
qavpamasından hərflərin tapılması və fərqləndirilməsindən baĢlayır.
Sonralar isə hərflərin səslərlə uyğunlaĢdırılması və söz sürətlərinin səs
tələffüzü vasitəsilə oxunması, yenidən istehsalı baĢlayır.
Nəhayət, bu prosesdə Ģərti olaraq iki tərəfi fərqləndirmək olar: a)
prosesin texniki tərəfi yazılmıĢ sözün görmə sürətləri ilə onun tələffüzü
arasındakı nisbət; b)prosesin məna tərəfi-hansı ki, oxunun əsas
112
məqsədini təĢkil edir. Bu tərəflər arasında sıx əlaqə mövcuddur. Belə ki,
oxunanların baĢa düĢülməsi onun qavranılması ilə müəyyən edilir. Digər
tərəfdən görmə ilə qavrama əvvəl oxunulmuĢların mənalı məzmununu
özü uzərində sınayır. YaĢlı adam oxu zamanı psixofizioloji hadisələri
nəzərə almadan, avtomatik, qeyri-iradi olaraq oxuduğunun mənasını
dərk edir. lakin oxuya yiyələnmədə avtomatlaĢdırılmıĢ əməliyyatlar çox
ərəfli və mürəkkəbdir. Hər hansı bir vərdiĢ kimi oxu da özünün
formalaĢmasında bir neçə mərhələdən keçməli olur və hər bir mərhələ
özündən əvvəlki və sonrakı ilə sıx əlaqədar olub. Beləliklə də bu
vərdiĢləri uzun və məqsədə yönəlmiĢ təlim prosesində formalaĢır.
Böyük rus alimi T.U.Yeqorova görə oxunanlar aĢağıdakı mərhələdə
formalaĢır:
1.Səs-hərf göstəricilərinə yiyələnmə.
2.Hecalarla oxu.
3.Oxunun sintetik priyomlarının yaranması.
4.Sintetik oxu.
Göstərilən hər bir mərhələ özünəməxsusluğu, keyfiyyəti,
xüsusiyyətləri, müəyyən psixoloji quruluĢ, vəzifələri və çətinlikləri,
eləcə də yiyələnmə üsulları ilə xarakterizə olunur. Oxu vərdiĢlərinə tam
yiyələnmək üçün aĢağıdak Ģərtlərin olması vacibdir:
1.ġifahi nitqin tam formalaĢması.
2.Leksik-qrammatik təhlil və tərkib proseslərini aparmaq
bacarığının formalaĢması.
3.Dilin leksik-qrammatik quruluĢuna tam yiyələnmək.
4.Məkanı təsəvvürlərin kifayət qədər inkiĢaf etməsi.
5.Görmə ilə təhlil, tərkibinə mnezis proseslərinə yiyələnmə.
Disleksiyanın etimologiyasına nəzər salsaq görərik ki, bu barədə
müxtəlif fikirlər mövcuddur. Bir çox tədqiqatçılar (M.Zami, K.Zonay,
M.Sule,
B.Xalqren
və baĢqaları oxu pozulmalarını irsiliklə
əlaqələndirirlər. Reynxoldun fikrinə görə disleksiya çox vaxt
valideynlərindən irsi olaraq uĢaqlara keçir. O, bunu onunla izah edir ki,
valideynlərdə olan baĢ beynin müəyyən sahələrinin kamilsizliyi uĢaqlara
irsən keçir və nəticədə anadangəlmə disleksiya meydana çıxır.
Tədqiqatların böyük əksəriyyəti disleksiyanı yaradan səbəblər kimi
hamiləlik və sonrakı dövründə uĢağın inkiĢafına patoloji faktları aid
edirlər. Disleksiyanın mənĢəyini bioloji və sosioloji amillərin göstərdiyi
təsirlə əlaqələndirirlər. Oxu pozulması üzvü və funksional xarakterli
səbəblərdən irəli gəlir.
Dostları ilə paylaş: |