193
Xüsusiyyətləri
Bu xəstəliyin sırasına ətraf aləmdəki allergen maddələr, məsələn
toz, heyvanlar və havanın tərkibi etibarilə az oksigenli olması və s. aid
ola bilər ki, bunlar da astmanın ağır keçməsinə Ģərait yaradır. Belə bir
səhv ideya mövcuddur ki, uĢaqlar dadmağı təklif edin, ona yeməyə
məcbur etməyə çalıĢmayın. Yemək prosesinin Ģən keçməsinə çalıĢın.
UĢağın valideynləri ilə gündəlik ünsiyyətdə olun. UĢağın
valideynlərinin ana dilində qida ilə bağlı məlumatları əldə edin.
UĢağı yağıĢ xüsusiyyəti daĢımayan oyunlarda və böyük fiziki güc
tələb etməyən fəaliyyət növlərində iĢtirak etməsinə həvəsləndirin. UĢağı
məktəbdə vaxtın çoxunu müxtəlif fəaliyyətlərdə keçirməyə
həvəsləndirin. Bu zaman vurğunu məzəli söhbətlərin üzərinə salın.
Lazım gəldikdə musiqidən və hesablama oyunlarından da istifadə edin.
Beyin iflici
Tərifi
Beyin iflici, adətən doğuĢdan əvvəl, yaxud doğuĢ zamanı və ya
doğuĢdan az sonra meydana çıxan beyin zədələnməsinin doğurduğu
haldır. Burada «beyin» sözünün nəyə iĢarə etməsi aydındır. «Ġflic» isə
hərəkət etmə və bədəni müvazinətdə saxlama funksiyasında narahatlığın
yaranmasıdır. Bu hadisə nə proqressiv, nə də reqressiv xarakter daĢıyır.
Sözügedən xəstəlik qəbul edilən mənada «sağalan» deyildir. Bununla
bərabər təlim, terapiya və tətbiqi xarakter daĢıyan texnoloji vasitələr
beyin iflici keçirən Ģəxslərə müvafiq həyat tərzi keçirməkdə yardım
göstərir. O, ənənəvi mənada baĢa düĢülən xəstəlik deyildir və bu sıraya
aid edilə bidməz. Onun yumĢaq və ağır formaları olur.
Beyin iflicinin səbəblərinə hamiləlik dövründə keçirilən
xəstəliklər, vaxtından əvvəl doğuĢ, yaxud uĢağın oksigenlə yaxĢı təmin
olunmaması aid edilə bilər: bu xəstəlik eyni zamanda çox erkən yaĢlarda
zəhərlənmə, hər hansı yoluxucu xəstəliyin keçirilməsi zamanı da
meydana çıxa bilər. Sadalanan səbəblərin arasında dünyaya təzəcə gələn
uĢağın beynində oksigen kütləsinin çatıĢmaması, yaxud qan dövranının
zəif olması əsas yeri tutur.
Digər sadalanan səbəblər vaxtından əvvəlki doğuĢ amili ilə
çulğaĢa bilər. RH, yaxud valideynlərin arasında qan tipinin
uyğunsuzluğu, yaxud digər yoluxucu xəstəliklər və yeni doğulan uĢağın
mərkəzi sinir sisteminə təsir göstərən digər mikroorqanizmlər bu sıraya
194
daxil edilə bilər. DoğuĢdan əvvəl tələb edilən qayğının kifayət qədər
göstərilməməsi də mühüm faktordur.
UĢaq yaĢlaĢdıqca, hansı fərddən söhbət getməsindən asılı olaraq,
göstərilən xidmətlərin tipi də dəyiĢir. Beyin iflici keçirən Ģəxslər, adətən
müəyyən mənada müstəqillik qazana bilirlər, ancaq bəzi hallarda
nəzərəçarpacaq yarlıma ehtiyac duyurlar. Məktəb yaĢlı uĢaq üçün
nəzərdə tutulan xidmətlərə davamlı terapiya, xüsusi tədris proqramı,
texniki yardım və s. daxildir.
Beyin iflici keçirən Ģəxsin özünə inam hissinin artırılmasında,
onun ailəsinə kömək göstərilməsi əsas faktorlardan sayılır. Bunun
nəticəsində beyin iflicinə məruz qalan Ģəxslər bu və ya digər mənada
müstəqil ola bilərlər. Beyin iflici alan bir çox tələbələr kollec və
universitetlərdə oxuyurlar.
1980-ci illərin ortalarından baĢlayaraq, beyin iflici keçirən
uĢaqların davranıĢına müvafiq Ģəkildə müsbət təsir göstərən bir çox
üsullar meydana çıxdı. Yeni texnoloji vasitələr, o cümlədən kompüterlər
və bir çox mühəndis qurğuları beyin iflici keçirən uĢaqların
ehtiyaclarına doğru yönəldildi. Nitq və ünsiyyət habelə özünəqayğı
sahəsində də texnoloji yeniliklər inkiĢaf etdi.
ġəkər xəstəliyi
Tərifi
ġəkər xəstəliyi xroniki, kompleks metabolik xəstəlikdir ki,
bədənin lazımi Ģəkildə tələb olunan maddələrlə təmin olunmaması,
habelə karbohidratlar, yağ və proteinlərdən imtina etməsi deməkdir.
ġəkər xəstəliyinə tutulan bir çox fərdlər – onların 95%-i insulindən asılı
olmayan formalar aiddirlər. Buna ikinci tibb Ģəkər xəstəliyi də deyilir.
insulindən asılı olmayan forma, adətən qırx yaĢından yuxarı Ģəxslərdə
meydana çıxır.
ġəkər xəstəliyinin ən az tapılan forması insulindən asılı olan
diabetdir, yaxud birinci tip diabetdir. Bu xəstəlik yeniyetmələrdə və
uĢaqlarda özünü göstərir. insulindən asılı olan diabet halında bədən çox
az miqdarda insulin ifraz edir, yaxud heç etmir. Bu xəstələr gün ərzində
insulin iynəsini qəbul edirlər.
Xüsusiyyətləri
Birinci tip Ģəkər xəstəliyi pankreatinlərdə insulin ifraz edən
toxumalar zədələndiyi zaman meydana çıxır. Bu xəstəliyinn mənĢəyi
195
məlum deyildir. Bəzən Ģəkər xəstəlikləri virus yoluxmasının
nəticəsində, yaxuj mədəaltı vəzinin zədələnməsi nəticəsində yaranır.
Bu xəstəliyin simptomları qəflətən sürətlə inkiĢaf edə bilər, yaxud
yavaĢ-yavaĢ özünü büruzə verə bilər. Müvafiq əlamətlər xəstəliyə
tutulan Ģəxsin fərdi keyfiyyətlərindən asılı olaraq dəyiĢir. Ümumi
əlamətlərə aĢağıdakılar daxildir:
Sidik ifrazının artması
Dilin, ağzın quruması və çoxlu maye qəbul edilməsi
ĠĢtahanın artması, yaxud zəifləməsi
Bədəndə mayenin azalması nəticəsində çəkinin azalması, piyin
azalması
Görmənin zəifləməsi, dəri infeksiyaları, yorğunluq
Dərinin yanması, qaĢınması nəticəsində anormal hissiyyatın
meydana çıxması.
Bədənə çoxlu insulinin vurulması birinci tip Ģəkər xəstəliyi üçün
ilkin müalicə vasitəsidir. Bundan əlavə Ģəkər xəstəliyinə tutulan uĢaqlar
pəhriz və müxtəlif təmrinlər vasitəsilə qanlarındakı Ģəkərin miqdarına
necə nəzarət etməyi öyrənməlidirlər. Diabet xəstəlikləri müalicə
olunmadıqda, müxtəlif ağırlaĢmalar meydana çıxa bilər.
Tədris çətinlikləri
Diabet xəstəliyi diaqnozu qoyulan uĢağın xüsusi pəhrizə əməl
edib etməməsini, habelə onun insulinlə müalicə olunmasını
müəyyənləĢdirmək vacibdir.
Belə bir ciddi xəstəliyin müalicə olunması üçün tələb olunan
proseduraya məktəbdə diqqət yetirilməlidir. Məktəb kollektivi uĢağın
insulinlə bağlı problemi meydana çıxdıqda, hansı ölçünün
götürüləcəyini dəqiq Ģəkildə bilməlidir.
YaĢlı Ģəxslər məktəbdə meydana çıxan bu və ya digər əlaməti
gündəlik olaraq qeyd etməlidirlər. Qeyri-adi təsir bağıĢlayan əlamətlər
müĢihəd edildikdə, bunlar təcili Ģəkildə meydana çıxdıqda, uĢağın
valideynləri bundan dərhal xəbərdar edilməlidirlər. Müvafiq yemək və
qəlyanaltı xəstəliyin müalicə olunmasında vacibdir. Yemək vaxtının
məktəbdə ötürülməsi yolverilməzdir. UĢağın normal fəaliyyətlə məĢğul
olması məsləhətdir, ancaq bu zaman onun fiziki hərəkətləri nəzarət
altında saxlanılmalıdır.
Epilepsiya və qıcolmalar
Tərifi
196
Epilepsiya elə bir fiziki Ģəraitdir ki, qəfildən beyin fəaliyyət
göstərdiyi zaman baĢ verir. Beyin toxumuları müvafiq Ģəkildə fəaliyyət
göstərməyəndə uĢağın Ģüuru, hərəkəti qısa müddət üçün «qapana bilər».
Bu fiziki dəyiĢmələr epileptik qıcolma adını almıĢdır. Buna görə də,
epilepsiyaya bəzən qıcolma problemi də deyirlər.
Bəzi Ģəxslər qıcolmaya məruz qalsalar da, epilepsiyaya mübtəla
olmurlar. Məsələn, azyaĢlı uĢaq temperaturun qəfil qalxması nəticəsində
qıcolma keçirə bilər. Qıcolmanın digər tipləri epilepsiya kimi
xarakterizə olunmur. Hər hansı bir qıcolma halı epilepsiya demək
deyildir.
Dölün spirtli içkilərin təsirinə məruz qalması
Tərifi
Hamiləlik dövründə spirtli içkinin qəbul edilməsi bir çox
müəyyən anormal hallarla, nəticələnir. Spirtli içkinin qəbul edilməsi
dölü zədələyir. Hamilə qadın spirtli içki qəbul edərkən, öz gələcək
körpəsinin həyatını təhlükə altına atmıĢ olur.
Xüsusiyyətləri
Dölün spirtli içkinin məruz qalmıĢ uĢaqlar aĢağıda qeyd olunan
xüsusiyyətlərə malik olurlar: bətndaxili və doğuĢdan sonra çatıĢmazlığın
artması, inkiĢafın ləngiməsi, inkiĢaf qüsurları, xarici görkəmin böyük
təsirlərə məruz qalması, əqli ləngimə.
Fiziki anormallıqlara aĢağıdakı hallar daxildir: balaca baĢ, balaca
gözlər və ağız, göz qapaqlarının bükülməsi, burunla üst dodaq
arasındakı məsafənin böyüklüyü, zəif eĢitmə, yaxından görmə,
çəpgözlük və ürək xəstəliyi.
Tədris çətinlikləri
Dölü spirtli içkiyə məruz qalan uĢaqların əksəriyyəti təhsil
proqramını qavrama və davranıĢ problemlərə məruz qalırlar, onlarda
qavramanın ləngimə prosesi dərinləĢir və yadda saxlama çətinlikləri
yaranır.
DavranıĢ xüsusiyyətlərinə hiperfəallıq, əsəbilik, diqqətin zəifliyi,
dərsi zəif dinləmə qabiliyyəti kimi xüsusiyyətlər daxildir.
Dölü spirtli içkiyə məruz qalan uĢaqların nitqi və dili müəyyən
qüsurlara malik olur. bu uĢaqların nitqi axıcı olmur və dilin sintaksis,
sematik və proqmatik sahələrində çətinlik çəkirlər. Bu uĢaqlar – nitq və
tələffüz problemlərinə də malik olurlar. Bəzi uĢaqlar qurd ağızlılıq və
197
eĢitmə qüsuru ilə çudğaĢan xüsusi problemlərə malik olurlar. Bu Ģərtlər
birbaĢa dilin öyrənmə xüsusiyyətlərinə mənfi təsir göstərə bilər, bu
sıraya danıĢılan Ģəxsi eĢitmə və onun dediyi sözü anlama çətinliyi də
daxildir. UĢaq böyüdükcə, erkən yaĢda nəzərə çarpan bu qüsurlar
oxuma, yazma qüçurları ilə birləĢə bilər.
Dölü spirtli içkiyə məruz qalan uĢaqlara təhsildə kömək etmək
üçün aĢağıdakı tədris strategiyaları məsləhət görülür:
Məktəb gününün rejimini və cədvəlini tərtib etmək.
Nəyin baĢ verdiyini, nə vaxt baĢ verdiyini və hansı nəticənin
gözlənildiyini əvvəlcə izah edin. Cədvəldə müəyyən dəyiĢiklik
yarandıqda, sözügedən xəstə uĢaq xəbərdar olunmalıdır.
Xüsusm dərs vəsaitlərindən istifadə olunmalıdır. Müəyyən
proqrama əlavə olaraq müəllimlər dölü spirtli içkiyə məruz qalmıĢ
uĢaqlarla təkrar etmənin əhəmiyyətini təcrübədə süğut etməlidir.
Dərsi hissə-hissə keçmək.
Əyani vəsaitdən istifadə etmək.
Yaradıcı qabiliyyəti təkmilləĢdirmək.
Yaradıcı üsullardan istifadə etmək.
UĢağa yardım üçün necə müraciət etməyin öyrənmək.
Emosiyaların meydana çıxmasında birbaĢa təlimatın verilməsi
və müvafiq sosial vərdiĢlərdən istifadə olunması.
Dilin spirtli içki ilə zədələnmiĢ uĢaqların inkiĢaf istiqaməti son
dərəcə fərdi səciyyə daĢıyır. Bəzi uĢaqlarla mülayim, digərləri ilə isə
sərt olmaq lazımdır. çətinliklərin müəyyən qismi mərkəzi sinir
sisteminin zədələnməsini əks etdirir və uzun müddət davam edir. Digər
inkiĢaf ləngilmələri sonralar müdaxilə, yaxud müalicə nəticəsində
azaldılır, yaxud aradan qaldırılır.
UĢaqların müalicə olunmasına aĢağıdakılar daxildir.
Erkən müdaxilə, o cümlədən uĢaq üçün müvafiq terapiya üsulları
(psixoloji məsləhətlər, nitq və dil terapiyası və məĢğulluq terapiyası).
Dölü spirtli içki ilə zədələnmiĢ uĢağın valideynləri ilə baqnoz
barədə möhbətin aparılması.
UĢağın valideynlərinin bu diaqnoz barədə məlumata malik olan
Ģəxslərlə söhbət etməsi.
Hər iki valideynin içki qəbul etməmələri barədə söhbətin
aparılması.
AğırlaĢmaları aradan qaldırmaq üçün uĢağın tibbi problemlərinin
öyrənilməsi.
Nevroloji və davranıĢ ehtiyaclarının öyrənilməsi.
198
Onlara yardımçı olan tədris mühitinin yaradılması.
Ruhdan düĢmə hallarına yol verilməməsi.
UĢağın potensial inkiĢafına diqqət yetirilməsi.
Doğuşdan əvvəl qadağan olunmuş həblərdən və digər
vasitələrdən istifadə olunması
Kokaindin istifadə təhlükəsi
Kokain qan dövranının zəifləməsi ilə nəticələnən müxtəlif
xəstəliklərlə birləĢərək orqanizm üçün müxtəlif təhlükələr yarada bilər.
Bu konkret olaraq, vaxtından əvvəl doğuĢa, uĢağın cərrahi müdaxilə
nəticəsində götürülməsinə səbəb ola bilər.
Kokaindən istifadə edən qadınların dünyaya gətirdiyi uĢaqlar
normal Ģəkildə inkiĢaf etmir, bu zaman doğğuĢ ağır keçir. həmin uĢaqlar
vaxtaĢırı olaraq, müxtəlif xəstəliklərə düçar olurlar. Belə nevrotik və
davranıĢ problemləri tez-tez sinir sisteminin xəstəlikləri ilə birləĢərək
beyin zədələnməsindən də ağır hallarla müĢayiət olunur.
Heroindən istifadə təhlükəsi
Heroinin ən təhlükəli təsiri yeri doğulan uĢağın üzərində öz əksini
tapır, bu uĢaqlar bağırsaq xəstəliklərinə və digər ağır xəstəliklərə düçar
olurlar.
Bu yaĢına kimi böyüyüb artma problemləri meydan çıxa bilər.
Həmin uĢaqlarda diqqətlə bağlı ciddi qüsurlar da olur. Onlar
böyüyübyaĢa dolduqca cəmiyyətə uyğunlaĢa bilmirlər, bir sözlə, uĢaq
böyüdükcə onun problemləri də artır.
Siqaret çəkməyin törətdiyi problemlər.
Siqaret çəkmə hamiləlik dövründə müxtəlif problemlər yaradır.
UĢaq vaxtından əvvəl ağır Ģəraitdə doğulur, yaxud bu uĢaqlar qəfil ölüm
sindromuna malik olurlar.
Sensor disfunksiyalar
Tərifi
Senso-motor inteqrasiya dedikdə, aĢağıdakılar nəzərdə tutulur:
Hisslər vasitəsilə məlumatın toplanması, o cümlədən toxunma,
hərəkət, iy bilmə, görmə və eĢitmə barədə məlumatlar;
Bu qavrayıĢların əvvəlcədən əldə edilmiĢ məlumatlarla, beyində
saxlanılan informasiya ilə birləĢdirilməsi;
199
QavrayıĢ üzrə məlumatlardan istifadə etməklə konstruktiv əsasdı
fiziki terminləri icra etmək.
senso-motr inteqrasiyası mərkəzi sinir sistemində baĢ verir.
Konkret Ģəkildə desək, o, orta beyində baĢ verir. beyinin bu hissələri
əlaqələndirmə, diqqət, funksiyanın avtomatlaĢdırılması, emosiya,
yaddaĢ və idrakı funksiyaların yüksək səviyyəsinə məsuliyyət daĢıyırlar.
Sensor-inteqrativ disfunksiya elə bir problemdir ki, bu zaman
hissiyyatla qəbul edilən informasiya kütləsi inteqrasiya olunaraq,
beyində müvafiq Ģəkildə təĢkil olunmur və bu da inkiĢaf prosesində
müxtəlif səviyyəli problemlər yarada bilər, onların əksəriyyəti
davranıĢla əlaqədardır.
Xüsusiyyətləri
Sensor-inteqrasiya əsas etibarilə üç hissin üzərinə yönəldir:
toxunma, vestibülar və qavrayıĢ. Bu hisslərin bir-biri ilə daxilən
əlaqələnməsi doğuĢdan sonra formalaĢır və uĢaq yetkinləĢdikcə,
müəyyən inkihaf prosesi keçir. adı çəkilən üç hissiyyat təkcə qarĢılıqlı
Ģəkildə əlaqədə olmur, həm də beyindəki digər sistemlərlə münasibətə
girirlər. Demək lazımdır ki, adı çəkilən üç hissiyyat bizə gündəlik
həyatımızda təcrübə keçirmək, özümüzü ifadə etmək və müxtəlif
stimullara cavab vermək imkanı yaradır.
Duyma hissiyyatı: buraya beyinə infopmasiya ötürən dərinin
səthinin altındakı sinirlər daxildir. Bu məlumata iĢığın təması, ağrı,
temperatur və təzyiq daxildir. Bu sinirlər ətraf üçün qoruyucu rol
oynayır.
Duyğu hissinin disfunksiyası müəyyən Ģəxslərdə bir sıra ərzaq
növlərindən imtina və yaxud müəyyən paltarların geyilməsindən imtina
doğura bilər. Bu zaman uĢaq palçıqla oynamaqdan, yaxud haranısa
rəngləməkdən imtina edə bilər; bu fəaliyyət növləri əlləri çirkləndirir.
UĢaq əĢyalara bütün əli ilə yox, yalnız barmağının ucları ilə toxunduqda,
bu tipli davranıĢ da onlarda yuxarıda xatırlanan çətinlikləri yarada bilər.
Vestibülar hiss- buraya daxili qulaqdakı müvafiq toxumalar və
hərəkəti deformasiyaya uğradan və baĢın vəziyyətini dəyiĢən
yarımdairəvi kanallar daxildir.
Bu sistemin disfunksiyası iki yolla meydana çıxır. bəzi uĢaqlar
vestibülyar stimulyasiyaya qarĢı çox həssas olurlar və onlar adi
200
hərəkətlərə qarĢı qorxulu reaksiya verirlər. Onlar eyni zamanda
dırmaĢma, yaxud yüksəklikdən tullanma qarĢısında acız qalırlar.
Proprioseptiv duyğu – proprioseptiv disfunksiyanın ümumi
əlamətləri kimi uĢağın hərəkətlərində yöndəmsiz olması, yıxılmağa
meyillənməsi, hər hansı bir vəziyyətdə sabit Ģəkildə dayana bilməməsi,
nisbətən kiçik əĢyalarla təmasda ola bilməməsi və yeni hərəkət
vərdiĢlərinə öyrəĢə bilməməsi daxil edilə bilər.
Propriosepsiyanın digər ölçüsü tapĢırıq, yaxud hərəkətlərin
planlaĢdırılmasıdır.
Buraya
müxtəlif
hərəkət
vərdiĢlərinin
planlaĢdırılması və icra edilməsi daxildir. Bu sistemin müvafiq Ģəkildə
iĢə düĢə bilməsi üçün ilk öncə lazımdır ki, sensor sistemdən dəqiq
məlumatlar alınsın, sonra isə bu məlumatlar səmərəli Ģəkildə Ģərh və
təĢkil edilsin.
Tədris çətinlikləri
Ümumi Ģəkildə götürdükdə, bu üç sistemdəki disfunksiya özünü
bir çox üsullarla göstərir. UĢaqlar məlumata qarĢı ifrat dərəcədə reaksiya
verə bilərlər. Onların fəaliyyət səviyyələri ya ifrat dərəcədə yüksək, ya
da ifrat dərəcədə aĢağı olur. UĢaq ya həmiĢə hərəkətdə, ya da süst
vəziyyətdə olur. Bundan əlavə bəzi uĢaqlar bu iki ifrat vəziyyət arasında
çabalayırlar. Bu üç sistemdə disfunksiya yarananda, böyük və yaxud
incə-motor hərəkətlərinin əlaqələndirilməsi problemləri yaranır və bu da
öz növbəsində nitq, yaxud dil qüsurları yaradır. DavranıĢ baxımından
vəziyyətə asanlıqla öyrəĢə bilmir və burada özünü son dərəcə aqressiv
aparırlar.
MəĢğulluq terapevtləri və yaxud fiziki tərbiyə terapevtləri əsas
sensor inteqrasiya problemlərinin dəyərləndirilməsi və müalicəsini
yerinə yetirirlər. Terapevtin ümumi vəzifələrinə daxildir:
UĢağın mərkəzi sinir sisteminin yaxĢı təĢkil etməyə yardım
göstərən sensor məlumatla təmin edilməsi.
UĢağa qeyri-məhsuldar sensor məlumatın uyğunlaĢdırılmasında
yardım göstərilməsi.
UĢağa sensor faktlara qarĢı müvafiq reaksiya göstərmək iĢində
yardım göstərilməsi.
201
ƏDƏBİYYAT
1.Loqopediyanın nəzəri əsasları. Bakı, 1999.
2.A.Axundov Azərbaycan dilinin fonemlər sistemi, Bakı, 1973.
3.O.B.Pravdina Loqopediə M., 1969.
4.E.S.Almazova Loqopediçeskaə rabota po postanovleniö qolosa
u detey. M. 1970.
5.K.R.Bekker, M.Ö.Sobak Loqopediə. M, 1981.
6.V.Ġ.Selivestrov. NaruĢenie temna reçi. Zaikanie. M, 1979.
7.M.F.Fomiçev Vospitanie u detey pravilğnoqo proiznoheniə. M.
1981.
8.M.Ġ.Zuman. Rasstroystva reçi v detskom vozraste. M. 1962.
9.S.L.Taptanova.
Korreküionno-loqopediçeskaə ra-bota pri
naruĢeniəx qolosa. M., 1981.
10.M.Voleçu və Y.S.Vilbers. Xüsusi qayğıya möhtac uĢaqların
erkən yaĢ dövrü proqramlarına daxil edilməsi. AĠTMA-nın praktik-
tədqiqatlar seriyaları, 6-cı cild, Bakı, 2000.
11.O.V.Pravdina Loqopediə. M., «Prosvehenie» 2-e izd. 1972.
12.M.E.Xvatsev Loqopediə. M. 1959.
13.Zerner Z. Ieadind disabilites. Theories, diaqnosis, and teachinq
strateqes. M.A.Boston. Houqhton Mifflin. 1988.
14.Bruner J.S. Tovard a theoru of instruktion. Nev-York.
W.W.Norton, 1966.
15.N.Ġ.Kuzmina, V.Ġ.Rojdestvenskaə Vospitanie reçi u detey s
motornoy alaliey. M., 1977, «Prosvehenie».
16.ġoxor-Troükaə M.K. Loqopediçeskaə rabota pri afazii na
rannem gtape vosstanovleniə. M., «Mediüina», 1972.
202
Mətbəənin direktoru: Dilqəm Yusifov
Texniki redaktor: Ġlham Məmmədov
Hazır deopozitivlərdən çap olunmuĢdur
Çapa verilmiĢdir 14.07.2009.
Fiziki çap vərəqi 16,68.
SifariĢ 33. Nüsxə 300
Qiyməti müqavilə yolu ilə
Azərbaycan Respublikası
«Mingəçevir Poliqrafiya Müəssisəsi» MMC
D.Əliyeva küçəsi 1a.
Dostları ilə paylaş: |