181
Ģəkildə tərpənməsi zəif Ģəkildə də olsa, söhbətin nədən getmiəsinə iĢarə
edir.
Normal sözlükdən və cümlə quruluĢundan istifadə edin. UĢaq
baĢa düĢmədikdə, dediyimizi bir də təkrarlayın, cümləni baĢqa Ģəkildə
qurun və onu əyani Ģəkildə nümayiĢ etdirin.
UĢağın diqqətini cəlb etmək üçün onun adını çətin. Təlim
prosesində uĢağa sizin üzünüzə baxmağı öyrədin. Onun diqqəti sizə,
sizin üzərinizdə cəmlənənə qədər məlumatı çatdırmağa tələsməyin.
EĢitmə qüsuru olan uĢaqları qrupun içində danıĢmağa
həvəsləndirin və bu zaman ona danıĢığa baĢlamağa və onu
tamamlamağa kifayət qədər vaxt verin.
Nitq və dilin inkiĢafı baxımından geriləyən uĢaqlar üçün nəzərdə
tutulan uyğunlaĢdırmalar eĢitmə qüsuruna malik olan uĢaqlar üçün də
sərfəli ola bilər.
ĠnkiĢaf baxımından geriləmə
Anlayışların tərifi
ĠnkiĢaf baxımından geriləmə səkkiz yaĢından aĢağı uĢaqlarda
inkiĢafın müxtəlif sahələrində nəzərəçarpacaq geri qalmanı göstərən
xüsusiyətdir. ĠnkiĢaf baxımından geriləmənin mövcudluğu onu göstərir
ki, inkiĢaf prosesi nəzərəçarpacaq dərəcədə məhdudlaĢdırılmıĢdır və
xüsusi müdaxilə olmadan bu qüsurlar aradan qaldırıla bilməz.
Xüsusiyyətləri
UĢağın inkiĢaf baxımından geriləməyə məruz qalmasının
müəyyənləĢdirilməsi müvafiq Ģəraitdə, aĢağıda göstərilən sahələrin
birində və ya bir neçəsində geriləmənin aĢkara çıxarılması zamanı
bilinir:
Fiziki inkiĢaf və özünənəzarət vərdiĢləri
Ġdrakı bacarıqlar
Ünsiyyət vərdiĢləri
Sosial və emosional inkiĢaf
QavrayıĢ vərdiĢləri, o cümlədən görmə, eĢitmə, toxunma,
müvazinət və hərəkət vərdiĢləri.
Bu sahələrin hər hansı birində inkiĢaf baxımından geri qalma
inkiĢafı sürətləndirmək, öyrənmə və digər vərdiĢlərin əldə edilməsi
məqsədilə, xüsusi təlim və terapevtik xidmətlərin göstərilməsini tələb
edir.
182
Bir çox azyaĢlı uĢaqlarda xüsusi öyrəmə qabiliyyətsizliklərin
meydana çıxması bəzən lazımi Ģəkildə dərk edilmir, yaxud konkret
olaraq müəyyənləĢdirilmir. ĠnkiĢaf baxımından geri qalma konsepsiyası
tərbiyəçilərə və valideynlrə əbu qüsurlara malik olan uĢaqları
müəyyənləĢdirmə içində kömək edir və beləliklə, onlar vaxtı ötürmədən
həmin uĢaqların mövcud problemlərinin qarĢısını almağa çalıĢırlar.
Təlim çətinlikləri
Müvafiq xidmətlərin göstərilməsi bacarıqsızlıq səviyyəsinin
müəyyənləĢdirilməsindən sonra uĢağın mövcud potensialına və ehtiyac
sahələrinə əsaslanmalıdır. ĠnkiĢaf baxımından geriləmə inkiĢaf
statusunun nədən ibarət olduğunu müəyyənləĢdirdikdən sonra nəzərdə
tutulan xidmətləri icra etmək, özü də bu uĢaqları bir yerə yığaraq qrup
Ģəklində icra etmək faydalıdır.
Tipik olaraq, erkən uĢaqlıq kimi səciyyələnən uĢağın inkiĢaf
müddəti doğulandan sonra səkkiz yaĢına qədərdir. Bu müddət ərzinlə
uĢaqların malik olduqları inkiĢaf statusu sahələri vasitəsilə müxtəlif
çeĢidli davranıĢ tipləri ilə səciyyələnir.
Erkən uĢaqlaq illəri ərzində inkiĢaf baxımından geri qalma
kateqoriyasından istifadə edilməsi, onun digər əlaqədar problemlərinin
aĢkarlanması üçün də vacibdir. Beləliklə, bu kateqoriya üzrə məxsusi
olaraq uĢağın kompleks ehtiyaclarına diqqətin yönəldilməsi, bu
ehtiyacların müvafiq yollarla aradan qaldırılmasına Ģərait yaradır.
AzyaĢlı uĢaqlarda inkiĢaf baxımından geriləməni müəyyənləĢdirmək və
onu aĢkara çıxarmaq üçün müxtəlif modellərdən istifadə olunur. Bu
modelləri tətbiq edərkən, uĢağın tərbiyəsi ilə məĢğul olan kollektivin
üzvləri onun barəsində yığılan bütün məlumatlardan lazımi Ģəkildə
istifadə etməlidirlər.
Müxtəlif mənbələr, məsələn valideynlər, digər ailə üzvləri, qayğı
göstərən Ģəxslər və tərbiyəçilər də uĢağın müxtəlif yerlərdə, məsələn
evdə və məktəbdə nümayiĢ etdirdiyi qabiliyyətlər barədə informasiyanın
çatdırılmasında yardımçı ola bilərlər. Bu modeldən istifadə edərkən,
tərbiyəçilər xəstəxananın verdiyi rəydən istifadə edərək, müvafiq
qərarlar qəbul edə bilərlər. UĢağın inkiĢaf problemlərinin aradan
qaldırılması iĢində strategiyanın müəyyənləĢdirilməsi üçün ən müxtəlif
sahələrdən, o cümlədən uĢağın valideynlərindən məlumatlar yığılmalı və
bu zaman uĢağın tipik və təbii mühitdə öz fəaliyyətini necə yerinə
yetirməsinə diqqət yetirilməlidir.
183
Əqli geriləmə
Anlayışın tərifi
Əqli geriləməyə malik olan fərdlər funksionallıq baxımından orta
səviyyədə aĢağı inkiĢaf edən və öyrənmə iĢiendə, habelə sosial mühitdə
çətinliklərlə rastlaĢan Ģəxslərdir. Əqli geriləmənin texniki baxımından
təyin edilməsinə aĢağıdakılar daxildir:
UĢağın intellektual baxımından aĢağı səviyyədə inkiĢaf etməsi;
ĠnkiĢaf dövründə özünü nümayiĢ etdirən və uĢağın təlim
fəaliyyətinə, habelə gündəlik həyatdakı davranıĢına, ünsiyyət, sosial,
tədris və müstəqil Ģəkildə yaĢama vərdiĢlərinə mənfi təsir göstərən
davranıĢınja qüsurların davamlılıq xarakterinə malik olması;
Təfəkkür testləri vasitəsilə ümumi əqli funksionallığın qüsura
malik olması, belə Ģəxslər aparılan testlərdə yetmiĢ və ya ondan aĢağı
bal toplayırlar.
Əqli geriləmə xəstəlik deyildir, onu əqli xəstəliklərlə qarıĢıq
salmaq lazım deyildir. Əqli geriləməyə malik olan uĢaqlar da böyüyüb
yaĢlaĢırlar; onlar əbədi olaraq uĢaq yaĢında və ağlında qalmırlar. Ləng
Ģəkildə və çətinliklə olsa da, onlar da öyrənirlər.
Əqli geriləməyə malik olan uĢaqların böyük əksəriyyətində
xromosom anormallığına rast gəlinir. Digər bioloji faktorlara
aĢağıdakılar daxildir:
Asfiksiya, yaxud nəfəs alma prosesində oksigen çatıĢmazlığı,
qanun tərkibində müxtəlif problemlərin yaranması.
Hamiləlik dövründə ananın bətnində müxtəlif infeksiyaların
olması.
qəbul edilən dərmanların mənfi təsiri.
Xüsusiyyətləri
Müxtəlif tədqiqatçılar razılaĢır ki, əqli geriləməyə malik olan
fərdlər, bu problemləri olmayan fərdlər kimi ləng də olsa, eyni yolu
keçirlər. Digər tədqiqatçılar elə hesab edirlər ki, əqli geriləməyə malik
olan Ģəxslər diqqət, qavrayıĢ və yaxud yaddaĢ kimi xüsusi sahələrdə
problemlərə malik olurlar. Qüsurun yümĢaq, orta, ciddi, yaxud dərin
olmasından asılı olaraq əqli geriləmə probleminə malik olan Ģəxslər
tədris, sosial və digər vərdiĢlər sahəsində fərdi xüsusiyyətlərə
malikdirlər.
Dostları ilə paylaş: |