187
Nitq qüsurlarına malik olan uĢaqlar öz növbəsində geri qalmanın
simptomu olan müxtəlif səslərdən istifadə edərkən problem qarĢısında
qalırlar və buna görə də, onlara qulaq asanlar bu və ya digər sözün
mənasını anlamaqda çətinlik çəkirlər. Səsləri çətin tələffüz edən uĢaqlar
öz fikirlərini ifadə etməklə müxtəlif problemlərlə rastlaĢırlar.
Tədris çətinlikləri
Bütün ünsiyyət problemlərinin fərdləri məxsus olduqları sosial və
tədris mühitində təcrid etmək təhlükəsi yaratdığı üçün bu problemlərə
vaxtında və yerindəcə müdaxilə etmək lazımdır. Müxtəlif nitq və dil
nümunələri bir növ «uĢaq danıĢığı» adlandırıla bilir və bunlar azyaĢlı
uĢağın normal inkiĢafının üzvü hissəsi sayılır, ancaq bu xırda problemlər
sonradan aradan qaldırılmaqda, ciddi maneəyə çevrilirlər. Bunlardan
biri də nitq və dilin inkiĢafı sahəsində geriləmədir, bu mənada tələffüz
edilən nitq nümunəsi anlaĢılma prosesinin özünü ciddi Ģəkildə
çətinləĢdirir. Beynin inkiĢaf xüsusiyyətləri ilə əlaqədar olaraq, beĢ
yaĢına qədər dil və ünsiyyət vərdiĢlərini öyrətmək nisbətən asandır.
UĢaqlar əzələ, eĢitmə, yaxud inkiĢaf baxımından geriləmə problemləri
qarĢısında durduqda, onların nitqi və dili mənimsəməsi çətinləĢir.
Nitq və dil terapevtləri ünsiyyət problemlərinə malik olan uĢaqlara
müxtəlif yollarla yardım göstərirlər. Onlar uĢağı fərdi terapiya ilə təmin
edir, uĢağa dərs deyən müəllimə onu sinifdə ünsiyyətə girmə prosesinin
asanlaĢdırmağın ən səmərəli yollarını göstərir və məktəbdə səmərəli
terapiya texnikasının inkiĢafı məqsədilə uĢağın ailəçi ilə sıx Ģəkildə
iĢləyir. Tətbiq olunan texnoloji vasitələr fiziki xüsusiyyətləri ünsiyyət
problemləri yaradan uĢaqlara kömək edə bilər. Elektrik kommunikasiya
sistemləri danıĢa bilməyən fərdlərə və ciddi fiziki qüsurları olan Ģəxslərə
müəyyən bir fikrin ifadə edilməsinə imkan yaradır.
Ünsiyyət vərdiĢləri təlim prosesinin nüvəsidir. UĢaq məktəbə
getdikcə, onun qazandığı və mənimsədiyi sözlər və anlayılar da artır.
UĢaqlar yaĢa dolduqca, oxuma və yazma vərdiĢləri mürəkkəbləĢir, baĢa
düĢmə və dildən istifadə etmə müəyyən çətinliklər doğurur. Buna görə
də, nitq və yaxud dil terapiyası uĢağın məktəbdə oxuduğu dövr ərzində
daha təkmilləĢdirilmiĢ vasitələrə müraciət etməlidir. Nitq və dil
terapevti müəllimlərə və müxtəlif mütəxəssislərə təcrübə ilə bağlı olan
ünsiyyət vərdiĢlərinin yaradılmasında kömək edə bilər və qarĢılıqlı
münasibətlərin qurulmasının ən vacib tərkib hissəsi olan üsulların
müəyyənləĢdirilməsini meydana qoya bilər.
188
Kommunikasiya müxtəlif komponentlərə malikdir. Bütün
kommunikasiya məqsədləri azyaĢlı uĢaqların onları əhatə edən dünyanın
öyrənmə üçullarını təkmilləĢdirməyə yönəldilməlidir.
Beyin zədələnmələri
Tərifi
Beyin zədələnmələri (BZ) xarici fiziki təsir nəticəsində yaranan
funksional naqislik, yaxud fizilolji qüsurla nəticələnən zədə kimi
müəyyən olunur və bu da uĢağın təlim prosesinə mənfi təsir göstərir. bu
anlayıĢ bir və ya bir neçə sahədə qüsurların meydana çıxması ilə
nəticələnən üzdə və daxildə olan beyin zədələnmələrinə tətbiq edilir:
idrakı; dil; yaddaĢ; diqqət; mühakimə yürütmə; məsələ həll etmə;
sensor; qavrayıĢ və hərəkət qabiliyyətləri; psixoloji davranıĢ; fiziki
funksiyalar; informasiyanın qəbul edilməsi və nitq. Bu anlayıĢ
anadangəlmə beyin qüsurlarına, yaxud doğuĢ zamanı yaranan
zədələnmələrə aid edilmir.
Xüsusiyyətləri
BZ «gizli epidemiya» kimi təyin edilir, çünki uĢaqların çoxunda
araĢdırma nəticəsində müĢahidə olunan bu qüsurlar adi gözlə sezilmir.
Müvafiq simptomlar beyin zədələnməsinin harada olmasından və
səbəbindən asılı olaraq dəyiĢə bilər. Bununla belə, bir, yaxud bir neçə
sahədə özünü göstərən qüsurlar, məsələn idrakı funksiya, fiziki
qabiliyyətlər, ünsiyyət, yaxud sosial-davranıĢ narahatlıqları və s. sahədə
meydana çıxan qüsurlar ümumi səciyyə daĢıyır. Bu qüsurlar təbiəti
etibrilə müvəqqəti, yaxud əbədi olur və funksional baxımdan tam, yaxud
qismən fiziososioloji problemlər meydana qoyur.
Beyin zədələnməsi alan uĢaqlar ən müxtəlif problemlərə, o
cümlədən aĢağıda sadalanan problemlərə malik olurlar:
Fiziki qüsurlar: nitq, görmə, eĢitmə və digər sensor qüsurlar; baĢ
ağrıları; hərəkətlərin əlaqələndirilməməsi; əzələlərin spazması; bədənin
bir, yaxud digər hissəsinin iflici; qıcolma problemləri və müvazinət
sahəsində meydana çıxan qüsurlar.
Ġdrakı qüsurlar: uzunmüddətli və qısamüddətli yaddaĢ
zəiflikləri; düĢünmənin zəifliyi; diqqətdə yayğınlıq; qavrayıĢ qüsurları,
fikri cəmləĢdirmə, ünsiyyət və oxu və yazı vərdiĢləri; hərəkətlərin
planlaĢdırılması və ardıcıl qaydada icrası üzrə qabiliyyətlər sahəsində
qüsurlar.
189
Psixoloji, davranıĢ, yaxud emosional qüsurlar: yorğunluq;
narahatlıq; depressiya; özünə inamın azlığı; seksual disfunksiya;
istirahət etməmə; özünə nəzarət sahəsində yayğınlıq; emosional sahədə
çətinlik; həyəcanlanma; bərkdən gülmə və qıĢqırma və digər sahədə
əlaqədar çətinliklər.
Yuxarıda sadalanan qüsuarlıran hər hansı biri, yaxud hamısı
müxtəlif səviyyələrdə meydana çıxa bilər. Vurulan zədənin təbiəti və
onun doğurduğu problemlər yumĢaq formadan ciddi formaya qədər
çeĢidlənir və hər hansı bir tələbədə bu zədənin konkret Ģansı problemləri
doğuracağı əvvəlcədən demək çətindir. Qeyd etmək vacibdir ki, erkən
və vaxtaĢırı terapevtik müdaxilə nəticəsində bu simptomların ciddilik
dərəcəzi azala bilər.
Tədris çətinlikləri
Hansı ixtisas səviyyəsinə yiyələnməsindən asılı olmayaraq, bir
çox tibbi iĢçiləri və pedaqoqlar uĢağın beyin zədələnməsinin hansı
nəticələr doğurmasından xəbərsizdir. Beyin zədələnməsi olan tələbələr
öyrənmə qüsurları, emosional problemləri, yaxud əqli geriliyə malik
olan yaĢıdlarına nisbətən tam fərqli Ģəkildə düĢünürlər. Buna görə də,
tələb edilən bilməz. Məsələ orasındadır ki, məktəbdə beyin zədələnməsi
probleminə malik olan uĢaqlar üçün müvafiq Ģəkildə nevropsixoloji,
nitq və dil təlim və digər sahələrdə müvafiq tədqiqatlar aparılmalı və
onlar üçün tam fərqli və fərdi proqramlar tərtib olunmalıdır.
Beyin zədələnmələri olan uĢaqların əksəriyyəti məktəbə
qayıdanda, onların emosional və tədris ehtiyacları bu zədələri almazdan
əvvəl malik olduqları ehtiyaclardan tamamilə fərqlənəcəkdir. Beyin
zədəsi alan uĢuqlar bu zədəni almazdan əvvəl hansı vəziyyətdə
olmalarını xatırlayırlar. Bu ona görə vacib bir faktordur ki, onun köməyi
ilə uĢaqda yaranan emosional və psixoloji problemlərin tam Ģəkildə
müəyyənləĢdirilməsi iĢini aparmaq mümkündür. UĢağın beyin travması
təkcə əlaqədar mütəxəssisləri yox, eyni zamanda onun ailəsini,
dostlarını da narahat edir, bütün bu Ģəxslər uĢağın zədəni alığı dövrə
qədər özünü necə aparmasını yaxĢı xatırlayırlar və bu faktın özü qarĢıya
qoyulan konkret məqsədlərin icrasına bilavasitə yardım göstərir.
Buna görə də beyin zədəsi alan uĢağın məktəbə qayıtmasının
diqqətlə planlaĢdırılması, o cümlədən xəstəxana ilə bərpa mərkəzi,
habelə təlimi həyata keçirən kollektiv arasında əlaqənin yaradılması
uĢağın mövcud probleminin aradan qaldırılmasında vacibdir. UĢağın
əvvəllər öyrəndiyi materialları yenidən öyrənib öyrənməməsini
müəyyənləĢdirmək də mühüm faktorlardan biridir. Beyin zədəsi alan
Dostları ilə paylaş: |