Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

 
39 
qüsurlar  daha  mürəkkəb  və  davamlı  xarakter  alacaqlar.  Bundan  əlavə, 
yaddan  çıxarmaq  olmaz  ki,  məktəbəqədər  yaĢ  dövrü  uĢağın  nitqinin 
daha sürətli inkiĢaf mərhələsi olub, tez təsirə məruz qalandır. Buna görə 
də  bu  mərhələdə  aparılan  korreksiya  nəticəsində  qüsurları  tez  və  asan 
aradan qaldırmaq mümkündür.  
Bunu  da  nəzərə  almaq  lazımdır  ki,  mürəkkəb  tələffüz  qüsurları 
digər  ağırlaĢmalara  səbəb  olub,  uĢağın  həm  Ģifahi,  həm  də  yazılı 
nitqində müxtəlif qüsurların əmələ gəlməsini Ģərtləndirə bilər.  
Məlumdur  ki,  ekspressiv  nitq  prosesində,  xüsusilə  səslərin  ifadə 
edilməsində  artikulyasiya  aparatı  üzvlərinin  hərəkətlərinin  kinestetik 
hissləri  yaranır.  Bu  hərəkətlərin  kinestetik  qıcıqlarından  yaranan 
impulslar  baĢ  beyin  qabığına  gedir.  MəĢhur  rus  fizioloqu  Ġ.P.Pavlov 
kinestetik  qıcıqlara  çox  böyük  əhəmiyyət  verir,  onların  ikinci  siqnal 
sisteminin  formalaĢmasındakı  rolunu  yüksək  qiymətləndirirdi.  O, 
qıcıqları  II  siqnal  sisteminin  (əsas)  komponentlərin  adlandırırdı.  Məhz 
kinestetik qıcıqlar fonematik qavramanın formalaĢmasında həlledici rol 
oynayırlar.  Öz-özlüyündə  ola  bilər  ki,  səs  tələffüzünün  qüsurlarında 
«baza  komponenti»  tam  iĢtirak  etmədiyindən  fonematik  qavrama  da 
dolğun inkiĢaf etmir.  
Fonematik  qavramanın  çatıĢmamazlığı  isə  ona  gətirib  çıxarır  ki, 
uĢaq  eĢitmə  ilə  səslənməsinə  görə  və  ya  artikulyasiyasına  görə  oxĢar 
səsləri  qavramır  (konferensiallaĢdıra  bilmir).  UĢağın  lüğət  ehtiyatı 
tərkibində  çətin  fərqləndirilən  səslərdən  ibarət  səslərlə  zənginləĢmir. 
Sonralar bu uĢaq tədricən öz həmkarlarından nitqin inkiĢafına görə geri 
qalmağa baĢlayacaqdır.  
Məlumdur  ki,  fonematik  qavramanın  çatıĢmamazlığı  qrammatik 
quruluĢa  yiyələnməni  də  çətinləĢdirir.  Belə  ki,  fonematik  qavramanın 
qüsuru  bir  çox  sonların,  köməkçi  sözlərin  baĢa  düĢülməsinin  qeyri-
mümkün  etdiyindən  uĢaq  cümlənin  qurulmasında  əziyyət  çəkir. 
Beləliklə  də,  yuxarıda  göstərilən  səbəb  nəticəsində  burada  bütöv  bir 
qüsurlar  «zənciri»  meydana  gəlir.  Onun  dilində  fonetiko-fonematik  və 
leksiko-qrammatik  qüsurları  özünü  göstərir.  BaĢqa  sözlə  desək, 
mürəkkəb dislaliya nəticəsində fonematik qavrama pozğunluğu  yaranır 
ki, bu da nitqin ümumi  inkiĢafsızlığına gətirib çıxarır. 
Nitqin ümumi inkiĢafsızlığı isə əgər vaxtında – məktəbəqədər yaĢ 
dövründə  aradan  qaldırılmırsa,  mütləq  oxu  və  yazı  qüsurlarını 
törədəcəkdir.  Beləliklə,  əgər  dislaliya  vaxtında  üzə  çıxarılıb,  aradan 
qaldırılmazsa, qeyd etdiyimiz ağır nəticələrə gətirib çıxara bilər.  


 
40 
Müəyyən olmuĢdur ki, beĢ yaĢından gec olmayaraq uĢaqlarda səs 
tələffüzü çatıĢmamazlıqları müəyyənləĢdirilməlidir. Buradan sual doğur, 
niyə?  Hamıya  aydındır  ki,  kiçik  uĢaq  bütün  səsləri  düzgün  tələffüz 
etməyə  qabil  deyildir.  Çünki  onun  artikulyasiya  aparatı  tam  inkihaf 
etməmiĢ  və  möhkəmlənməmiĢdir.  Məktəbəqədər  yaĢlı  (4-5)  uĢaqlarda 
bir sıra səslərin səhv tələffüzü normal hesab edilir və fizioloji pəltəklik 
adlanır.  Yalnız  5  yaĢından  sonra  (göstərilən  yaĢ  həddi  uĢağın  inkiĢaf 
Ģəraitindən  asılı  olaraq  dəyiĢə  bilər)  tələffüz  qüsurları  patoloji  sayıla 
bilər.  Buna  görə  də  həmin  yaĢdan  baĢlayaraq  dislaliyanın  aradan 
qaldırılması istiqamətində müəyyən iĢ görmək lazımdır.  
Ən  əvvəl  vaxtında  uĢaqların  nitqini  tədqiq  edib,  qüsurları  üzə 
çıxartmaq  lazımdır.  Bu  məqsədlə  4  yaĢından  gec  olmayaraq,  uĢaqlar 
loqopedik müayindən keçməlidir.                
Loqopedik  müayinə  zamanı  dislaliyalı  uĢaqların  ən  əvvəl 
artikulyasiya  aparatının  quruluĢu  və  mütəhərrikliyi  bütün  incəlikləri  ilə 
yoxlanılmalıdır.  Sonra  onun  səs  tələffüzünün  vəziyyəti  çox  diqqətlə 
müayinə edilməlidir. Bundan əlavə fonematik qavramanın vəziyyəti də 
yoxlanmalıdır.  BaĢqa  sözlə  desək,  loqopedik  müayinə  aĢağıdakı 
mərhələlərlə aparılmalıdır.  
1.Artikulyasiya aparatının müayinəsi. 
Bu  mərhələdə  loqoped  artikulyasiya  aparatının  bütün  üzvlərini: 
dil, dodaq, diĢ, çənələri, damaq və dilçəyi yoxlayıb, onların quruluĢunda 
ola biləcək qüsurları üzə çıxarıb qeyd aparır.  
Müayinə  zamanı  artikulyasiya  aparatının  mütəhərrik  və  qeyri-
mütəhərrik hissələrin quruluĢunda aĢağıdakı qüsurlar aĢkara çıxa bilər: 
DiĢlər  –əyri,  xırda,  seyrək,  çənə  qövsündən  kənarda,  çox  iri, 
aralarında boĢluğun olmaması və ya çox boĢluqların olması, alt və ya üst 
kəsici diĢlərin yoxluğu. 
dodaqlar – ətli qalın, qısa və az hərəkətli;  
diĢləm- açıq ön, açıq yan, dərin, dayaz; 
çənələr-üst çənənin irəli çıxması, alt çənənin irəli çıxması; 
damaq-dar, hündür (qotik tipli) və ya əksinə, aĢağı, yastı; 
diĢ-iri, balaca, çox böyük, qısa pərdəli; 
Sonra artikulyasiya aparatının mütəhərrikliyi yoxlanılır. Bu zaman 
uĢağa  nitq  təlimatına  uyğun  və  ya  loqopedin  ardınca  təqlid  etməklə, 
müxtəlif  tapĢırıqlar  verilir.  Məsələn:  dodaqlarını  dili  ilə  yalamaq,  dili 
burnuna  tərəf  aparmaq,  sağ  və  sol  qulağa  tərəf  aparmaq,  dili 
enliləĢdirmək,  yastılatmaq,  sonra  dili  çıxarıb  ucunu  yuxarı  qaldırmaq, 
dili  növbə  ilə  sol  və  sağ  ovurda  qoymaq,  dili  bacardığı  qədər  çölə 


 
41 
çıxartmaq, içəri çox dərinə aparmaq, dodaqları irəli uzatmaq, onu boru 
Ģəklinə salmaq, yanlara dartıb «gülmək» vəziyyəti almaq, alt çənəni irəli 
və geri aparmaq və s. 
Loqoped  bu  zaman  görülən  iĢlərin  rəvanlığına,  səlis  və 
dəqiqliyinə,  bir  hərəkətdən  digərinə  keçmənin  asan  və  ya  çətinliyinə 
xüsusi diqqət yetirir.  
II. Səs tələffüzünün müayinəsi: 
Bu  zaman  bu  və  ya  digər  səsin  ayrılıqda  və  nitqdə  müstəqil 
iĢlətmə bacarığı yoxlanılır. Müayinə aparılarkən səs tələffüzü qüsurları 
əvəzetmə qarĢıdurma və ya səsin olmaması-ayrılıqda, hecalarda, söz və 
ifadələrdə  aĢkara  çıxarılır.  Bundan  əlavə,  uĢağın  müxtəlif  heca 
strukturlu  sözləri  tələffüzetmə  vəziyyəti  də  yoxlanılır  (məsələn: 
piramida, təəccüblü, kolleksioner və s.) və səslərin əvəz olunması aĢkara 
çıxarılır. 
Səslərin sözlərdə tələffüzünün vəziyyətinin müayinəsi üçün xüsusi 
əĢya Ģəkilləri toplusu vacibdir. ġəkillərdə təsvir olunmuĢ əĢyaların adları 
müxtəlif  səs  və  heca  tərkibinə,  çox  mürəkkəb,  samitlərin tədqiq  edilən 
səslərlə iĢlənmə yerlərinə görə sözlərdən ibarət olur.  
UĢaqda  səs  tələffüzü  qüsurunu  aĢkara  çıxarmaq  üçün  iĢlənən  ən 
sadə  üsul  budur:  tədqiq  edilən  səsin  əvvəldə,  ortada,  sonda  iĢləndiyi 
sözlərin  əĢya  Ģəkilləri  uĢağa  göstərilir.  Məsələn:  s  səsinin  tələffüzü 
yoxlanılarkən ona aĢağıdakı Ģəkillər göstərilir: 
Stəkan, kosmonavt, qaysı, avtobus. 
Əgər  uĢaq  səsi  sözdə  tələffüz  edə  bilmirsə,  loqoped  həmin  səsi 
əksetmə üsulu ilə (loqopedin ardınca) tələffüz etməyi tələb edir. Bundan 
əlavə həmin səslə olan hecanı dal və qabaq (sa-as) tələffüz etməsini də 
tapĢıra bilər.  
Adətən  belə  müayinə  uĢaqda  tələffüz  qüsurunu  müəyyən  etməyə 
kifayət  edir.  lakin  bəzən  uĢaq Ģəkildəki  əĢyanın  adını  düz  tələffüz  etsə 
də müstəqil nitqdə həmin səsi təhrif edir. Buna görə də yoxlanılan səsi 
frazalı  nitqdə  tələffüzü  mütləq  tədqiq  edilməlidir.  YaxĢı  olar  ki,  bu 
məqsədlə  atalar  sözlərindən,  yanıltmaclardan,  təkrarlamalardan istifadə 
edilsin.  Sözün  heca  tərkibinin  müayinəsi  zamanı  loqoped  uĢağın 
müxtəlif  heca  strukturlu  sözləri  tələffüz  etmə  bacarığını  yoxlayır. 
Məsələn aĢağıdakı söz sırasından istifadə etmək olar 
söz           prospekt 
Ģkaf         oktyabr          
niĢan        stadion 
meĢə        televizor 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə