Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə63/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
190 
nifrət  oyadır.  Onun  bacısı  Henrietta  Klitandr  adlı  bir  gənci 
sevir  və  onunla  ailə  həyatı  qurmaq  istəyir.  Öz  səadətini 
sevdiyi  adamla  rəsmi  kəbində  evlənməklə  görən  bu  qız 
bacısı Armandanın əksinədir. Armanda isə insanı heyvanlarla 
yaxınlaşdıran,  bərabərləşdirən  ehtiraslardan  əl  çəkib  fəlsəfə 
ilə kəbin kəsdirməyi təbliğ edir. O, allahın adını çəkməsə də, 
fəlsəfə  xatirinə  tərki-dünyalıq  təbliğ  etsə  də,  onun  moizəsi 
kilsə  xadimlərinin  baxışlarından  fərqlənmir.  O,  kəbindən 
əslində saxta, qondarma bir ikrahla söhbət açır. 
Henrietta anası Filamintadan, xalası Belizadan, bacısı 
Armandadan fərqli olaraq ağıllı, düşüncəli, təvazökar və sadə 
bir  qızdır.  O,  hadisələrə  daha  ayıq  yanaşır,  təbiətə,  cismani 
meyllərə  qarşı  çıxmağı  bəyənmir.  Qadın  olmaq,  ana  olmaq 
kimi  şərəfli  bir  vəzifədən  utanmır.  Onun  sadə  danışığı, 
məntiqi heyran edir. Onda paxıllıq, xudbinlik yoxdur. 
Ancaq  qadın  cildinə  girmiş  Tartüf  /Stendal/  olan 
Armanda paxıl, intiqamçı, məkrli və xudbin bir şəxsdir. Elm, 
fəlsəfə  isə  onun  eybəcər  təbiətini  örtən,  gizlədən  bir 
maskadan başqa bir şey deyildir. Klitandr vaxtilə onu sevirdi, 
onun  rəğbətini  qazanmağa  çalışırdı.  O  vaxtlar  Armanda 
Klitandrın sevgisini rədd etmişdi. Lakin onun indi başqasını, 
Henriettanı  sevdiyini  eşidəndə  onda  paxıllıq,  xudbinlik 
duyğuları  baş  qaldırır.  Bu  özündən  razı  filosof  qadın  elə 
güman  edir  ki,  o,  Klitandrı  təzədən  çağırsa,  sevgi  vəd  etsə, 
istədiyinə  nail  olar,  onu  bacısının  əlindən  ala  bilər.  Halbuki 
Klitandr  artıq  bu  qadını  sevmirdi,  onun  saxtakarlığını,  riya-
karlığını  görmüş  və  anlamışdı.  Armanda  Klitandrla  Hen-
riettanın  səadətinə  mane  olmaq  üçün  hər  cür  imkana, 
vasitəyə  əl  atır.  Anası  Filamintanı  da  qızışdırır  ki,  onların 
evlənməsini pozsun. Klitandrın onun elmi haqqında hörmətlə 
danışmadığını  deyib,  bu  şöhrətpərəst  qadını  büsbütün 
özündən  çıxarır  ki,  Klitandrla  Henriettanın  evlənməsini 
pozsun. 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
191 
Filamintanın  da  alimliyi  formaldır  və  maskadır. 
Platonun idealist fəlsəfəsi ilə maraqlanan bu qadın qızı kimi 
qondarma  əda  ilə  dünyəvi,  cismani  olan  hər  şeyi,  ideal  və 
ülviyyət  xatirinə  rədd  edir.  Cisim  kimi  cındır  bir  əskiyə  bu 
qədər  əhəmiyyət  verilməsinə  qarşı  çıxır.  Alim  qadınlardan 
olan  Beliza  da  belə  hesab  edir  ki,  "cisim  həmişə  ruhun 
dalınca  bir  addım  arxada  gedir".  Şöhrətpərəstlikdə, 
riyakarlıqda Beliza Armanda və Filamintadan geridə qalmır. 
Molyer  onların  simasında  yalançı  alimliyi,  alim  kimi 
görünmək xatirinə alimliyi, elmi bəhanə edib özünü xalqdan, 
insani  hislərdən  məhrum  edən  şöhrətpərəstləri  tənqid 
obyektinə çevirir. 
Komediyada Trisoten  və  Vadius kimi pedant, ikiüzlü 
kişi alim surətləri də  yaradılmışdır. Həqiqi elmi biliklərdən, 
insani  sifətlərdən  uzaq  olan  bu  adamların  elmi  ancaq 
kitablarla  bağlıdır,  sağlam  düşüncə  və  məntiqdən  uzaqdır. 
Onlar  daha  çox  Getenin  "Faust"  əsərindəki  Vaqneri 
xatırladırlar. 
Komediyada  təsvir  edilən  üç  alim  qadının  müəllimi 
və  pərəstiş  obyekti  olan  Trisoten  əslində  axmaq,  tamahkar, 
şöhrətpərəst  bir  adamdır.  Filaminta  qızı  Henriettanı  ona 
vermək istəyir. Ancaq gənclərin kələyi və Henriettanın atası 
Krizalın  özünü  müflis  elan  etməsi  onları  çətin  vəziyyətdən 
qurtarır.  Krizalın,  doğrudan  da,  müflis  olduğunu  düşünən 
Trisoten  qızdan  imtina  edir.  Trisotenlə  Vadiusun  bir-birinə 
mədhnamə  oxumaları  və  sonra  bir-birini  təhqir  etmələri 
komediyanın  tənqidi  ruhunu  daha  da  gücləndirir.  Bu 
surətlərin  vasitəsilə  Molyer  Koten  və  Menape  kimi  ədəbi 
rəqiblərini  məsxərəyə  qoymuşdur.  Komediyada  tez-tez 
fəlsəfi  söhbətlər  aparılır,  "Gülünc  ədabazlar"da  toxunulan 
təmtəraqlı,  ədabaz  danışıq  üsulu  tənqid  olunur.  Xalqın  sadə 
danışıq  dili  kobud  və  eybəcər  sayılır.  Qulluqçu  Martina 
Vojelin  qrammatik  tələblərinə  uyğun  danışmadığı  üçün 


Afaq Yusifli İshaqlı 
 
 
192 
qovurlar. Martina öz alim xanımlarının ədalı danışığını rədd 
edir.  Onun  fikrincə,  o  danışıq  xoşa  gələr  ki,  onu  başa 
düşsünlər. Öz alim qəhrəmanlarına gülən Molyer həqiqi elmi 
görüşləri, bilikləri alqışlayır. 
 
"Tartüf,  yaxud  fırıldaqçı". Molyer satirasının  gücü 
"Tartüf"  komediyasında  daha  kəskin  şəkil  alır.  Kilsə 
xadimlərinin  riyakarlıq  və  cinayətlərinə  qarşı  yönələn  bu 
əsərdə  ədib  o  dövrdə  fransız  cəmiyyəti  üçün  böyük  təhlükə 
olan  real  hadisələri  ümumiləşdirmiş  və  onlara  gülmüşdür. 
İntibah  dövrünün  humanistləri  tərəfindən  ağır  zərbələr  alan 
katolik  kilsəsi  ateist  dünya  görüşünü  boğmaq,  insanları 
itaətdə saxlamaq məqsədilə yeni-yeni metodlara əl atırdı. İsa 
qardaşları  cəmiyyəti,  yəni  yezuitlər,  "Müqəddəs  bəxşişlər 
cəmiyyəti"  və  başqaları  belələrindən  idi.  Bu  sonuncu 
cəmiyyətə kraliça Anna gizlincə himayəçilik göstərirdi. Paris 
parlamentinin  prezidenti  Lamuanyon  isə  həmin  cəmiyyətin 
üzvü idi. Onların hər ikisinə komediyada üstüörtülü işarələr 
edilir.  Cəmiyyət  öz  üzvlərini  gizli  nəzarət  və  casusluq 
məqsədilə  azadfikirlilikdə  şübhə  doğuran  evlərə  göndərirdi. 
Fanatik  casuslar  öz  qurbanlarının  etibarını  qazanıb,  onları 
açıq  danışmağa  məcbur  edir,  inkvizisiya  üçün  material 
hazırlayırdılar.  Bu  təşkilatın  işi  o  qədər  çirkin  bir  şəkil 
almışdı ki, hətta kral XIV Lüdovik ona ikrahla  yanaşmış və 
qanunsuz  yığıncaqları,  cəmiyyətləri,  birlikləri  ləğv  etməli 
olmuşdur.  Lakin  bu  dini  qardaşlıqların  fəaliyyəti  bununla 
bitməmişdi, gizli, qeyri-leqal, güclü şəkil almışdı. Molyer də 
öz  satirasını  bu  fanatik  riyakarlar  əleyhinə  yönəltmişdi. 
Bununla  bərabər  "Tartüf"  komediyasında  məsələ  daha 
dərindən  və  əhatəli  qoyulur  və  əsər  bütünlükdə  feodal-
katolik irticasına qarşı qüdrətli etiraz kimi səslənirdi. Molyer 
əsərin  tamaşasına  nail  olmaq  üçün  çox  əlləşmiş,  dönə-dönə 
üzərində  işləmiş,  bir  neçə  variantını  yaratmışdır.  Kilsə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə